Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1776/2024 08.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, ALM-067 saylı müqavilə və xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən – 15.161,43 manat əsas borc, - 3282 manat məbləğində dəbbə pulu, dövlət büdcəsinə köçürülmüş 145,33 manat, - cəmi 18.588,76 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 və cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 07 may 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Nəzərə alaraq ki, a) Tərəflər arasında 25 dekabr 2018-ci il tarixində ALM-067 saylı Nəqliyyat ekspedisiyası Müqaviləsi (bundan sonra - Müqavilə”) bağlanılmışdır; b) 12 oktyabr 2022-ci il tarixində Tərəflər arasında X2 (bundan sonra - “Razılaşma”) imzalanmışdır. c) Ekspeditor Müqaviləyə əsasən Sifarişçiyə 2019-cu ildən etibarən 2022-ci ilin sonunadək Müqavilə üzrə keyfiyyətli xidmətlər göstərib; ç) Ekspeditor tərəfindən göstərilmiş xidmətlər hər ay Tərəflər arasında aparılmış müvafiq üzləşmə aktları ilə təsdiqlənib və Sifarişçiyə təqdim edilib: d) Tərəflər təsdiq edirlər ki, xx.xx.2022-ci il tarixinə Sifarişçi tərəfindən Sifariş edilmiş və Ekspeditor tərəfindən icra olunmuş xidmətlər üçün ödəniş Sifarişçi tərəfindən ödənilməyib və nəticədə sonuncu tərəfindən yaranmış borc məbləği – 15.161,43 manat təşkil edir; e) Borc məbləğin qaytarılması ilə bağlı Ekspeditor Bakı Kommersiya Məhkəməsinə (bundan sonra BKM) müraciət etmişdir və bununla bağlı 145,33 manat məbləğində dövlət rüsumu ödəmişdir; ə) Sifarişçi yaranmış borc məbləğinin (yuxarıda “d” bəndində qeyd edilib) müəyyən bir hissəsini güzəşt edilməsi və yerdə qalan məbləğin cədvəl üzrə ödənilməsi barədə Ekspeditora müraciət etmişdir. f) Ekspeditor Sifarişçinin müraciətinə baxmış, borc məbləğinin 4.466 manat dəyərində güzəşt etmiş və yerdə qalan 10.695 manat məbləğində borcu hissələrlə, bu Sazişdə qeyd olunan cədvəl əsasında ödənilməsinə razılıq verilmişdir. g) Həmçinin Sifarişçinin üzərinə hesablanmış 3.282 manat dəbbə puluna ekspeditor güzəşt etmişdir. ğ) Sifarişçi bu Saziş üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında bu Sazişdə qeyd olunan cədvəl əsasında icra etmədiyi təqdirdə, Ekspeditor güzəşt edilən məbləğdən (4.466 manat) imtina edəcəkdir və əsas borcun tam hissəsini (15.161,43 manat), eləcə də 3.282 manat məbləğində hesablanmış dəbbə pulunu Sifarişçidən tələb edəcəkdir - tam məbləğ 18.443,43 manat. h) Sifarişçi bu Saziş üzrə üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirmədiyi təqdirdə Sazişin yuxarıdakı “ğ” bəndində qeyd olunan tam məbləği, yəni 18.443,43 manatı, Ekspeditora ödəyəcəyəcəkdir. Bununla tərəflər aşağıdakı şərtlərlə hazırkı Sazişi bağladılar:
1. Sifarişçi 10.695 manat məbləğində əsas borcu və 145,33 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunu, yəni ümumi olaraq 10.840,33 manat məbləği hissələrlə aşağıda göstərilən cədvəl üzrə hər növbəti ayın 10-dək ödəməyi öz öhdəsinə götürür:
iyun, 2024-cü il 3.613,45 manat iyul, 2024-cü il 3.613,44 manat avqust 2024-cü il 3.613,44 manat
2. Sifarişçi bu Sazişin yuxarıdakı 1-ci bəndində qeyd olunan məbləğdə və müddətdə yaranmış ümumi borcu ödəmədiyi təqdirdə Sazişin yuxarıda qeyd olunan “ğ" bəndində əksini tapan tam məbləği, yəni 18.443,43 manatı ödəməyi öz öhdəsinə götürür.
3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və Sifarişçi tərəfindən öz öhdəliyini tam yerinə yetirənədək qüvvədə qalacaqdır.
4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.
5. Bu Saziş hər bir Tərəf üçün bir nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2018-ci il tarixli, ALM-067 saylı müqavilə və xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 07 may 2024cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
Nəzərə alaraq ki,
a) Tərəflər arasında 25 dekabr 2018-ci il tarixində ALM-067 saylı Nəqliyyat ekspedisiyası Müqaviləsi (bundan sonra - Müqavilə”) bağlanılmışdır; b) 12 oktyabr 2022-ci il tarixində Tərəflər arasında X2 (bundan sonra - “Razılaşma”) imzalanmışdır. c) Ekspeditor Müqaviləyə əsasən Sifarişçiyə 2019-cu ildən etibarən 2022-ci ilin sonunadək Müqavilə üzrə keyfiyyətli xidmətlər göstərib; ç) Ekspeditor tərəfindən göstərilmiş xidmətlər hər ay Tərəflər arasında aparılmış müvafiq üzləşmə aktları ilə təsdiqlənib və Sifarişçiyə təqdim edilib: d) Tərəflər təsdiq edirlər ki, xx.xx.2022-ci il tarixinə Sifarişçi tərəfindən Sifariş edilmiş və Ekspeditor tərəfindən icra olunmuş xidmətlər üçün ödəniş Sifarişçi tərəfindən ödənilməyib və nəticədə sonuncu tərəfindən yaranmış borc məbləği – 15.161,43 manat təşkil edir; e) Borc məbləğin qaytarılması ilə bağlı Ekspeditor Bakı Kommersiya Məhkəməsinə (bundan sonra BKM) müraciət etmişdir və bununla bağlı 145,33 manat məbləğində dövlət rüsumu ödəmişdir; ə) Sifarişçi yaranmış borc məbləğinin (yuxarıda “d” bəndində qeyd edilib) müəyyən bir hissəsini güzəşt edilməsi və yerdə qalan məbləğin cədvəl üzrə ödənilməsi barədə Ekspeditora müraciət etmişdir. f) Ekspeditor Sifarişçinin müraciətinə baxmış, borc məbləğinin 4.466 manat dəyərində güzəşt etmiş və yerdə qalan 10.695 manat məbləğində borcu hissələrlə, bu Sazişdə qeyd olunan cədvəl əsasında ödənilməsinə razılıq verilmişdir. g) Həmçinin Sifarişçinin üzərinə hesablanmış 3.282 manat dəbbə puluna ekspeditor güzəşt etmişdir. ğ) Sifarişçi bu Saziş üzrə üzərinə düşən öhdəlikləri tam, vaxtında bu Sazişdə qeyd olunan cədvəl əsasında icra etmədiyi təqdirdə, Ekspeditor güzəşt edilən məbləğdən (4.466 manat) imtina edəcəkdir və əsas borcun tam hissəsini (15.161,43 manat), eləcə də 3.282 manat məbləğində hesablanmış dəbbə pulunu Sifarişçidən tələb edəcəkdir - tam məbləğ 18.443,43 manat. h) Sifarişçi bu Saziş üzrə üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirmədiyi təqdirdə Sazişin yuxarıdakı “ğ” bəndində qeyd olunan tam məbləği, yəni 18.443,43 manatı, Ekspeditora ödəyəcəyəcəkdir. Bununla tərəflər aşağıdakı şərtlərlə hazırkı Sazişi bağladılar:
1. Sifarişçi 10.695 manat məbləğində əsas borcu və 145,33 manat məbləğində məhkəməyə ödənilmiş dövlət rüsumunu, yəni ümumi olaraq 10.840,33 manat məbləği hissələrlə aşağıda göstərilən cədvəl üzrə hər növbəti ayın 10-dək ödəməyi öz öhdəsinə götürür:
iyun, 2024-cü il 3.613,45 manat iyul, 2024-cü il 3.613,44 manat avqust 2024-cü il 3.613,44 manat
2. Sifarişçi bu Sazişin yuxarıdakı 1-ci bəndində qeyd olunan məbləğdə və müddətdə yaranmış ümumi borcu ödəmədiyi təqdirdə Sazişin yuxarıda qeyd olunan “ğ" bəndində əksini tapan tam məbləği, yəni 18.443,43 manatı ödəməyi öz öhdəsinə götürür.
3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər və könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və Sifarişçi tərəfindən öz öhdəliyini tam yerinə yetirənədək qüvvədə qalacaqdır.
4. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır.
5. Bu Saziş hər bir Tərəf üçün bir nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik olan üç nüsxədə tərtib edilmişdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva