Məhkəmə qərarları › İş №e-2-2(113)-1796/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1796/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1796/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 304534,6 manat əsas borcun, 3105,714 manat cərimənin və 4079,975 manat əldən çıxmış faydanın, ümumilikdə 311720,289 manat məbləğində borcun və ödənilmiş 602 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflərin nümayəndələri tərəfindən barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsinə dair yazılı ərizələr məhkəməyə təqdim olunmuşdur. Nümayəndələr barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 12 may 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: Nəzərə alaraq ki: A) İddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə aşağıdakıları tələb edib: 257772,60 manat əsas borc; 46761,97 manat ƏDV; 3105,714 manat cərimə; 4079,975 manat əldən çıxmış fayda; ödənilmiş 602 manat dövlət rüsumu B) Cavabdeh əsas borcun 257772,60 manat deyil, 192873,15 manat olmasını və borcun 3 ay ərzində hissərlə ödənilməsini bildirmişdir, ƏDV-nin 46761,97 manat deyil, 34716,94 manat olmasını bildirmişdir və əvəzində 3105,714 manat cərimənin, 4079,975 manat əldən çıxmış faydanın və ödənilmiş 602 manat dövlət rüsumuna dair iddiaçının tələbini geri götürməyini xahiş etmişdir. C) İddiaçı cavabdehin yuxanda qeyd etdiyi borcun məbləğini və cavabdehin verdiyi təklifləri tam olaraq qəbul edir. Tərəflər bununla aşağıdakılara razılaşırlar:

1. İddiaçı xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə hesablanan əsas borcun 257772,60 manat yox, 192873,15 manat olmasını təsdiq edir.

2. İddiaçı qəbul edir ki, xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə ƏDV 46761,97 manat yox, 34716,94 manat məbləğdə hesablansın.

3. İddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehə xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə hesablanan 3105,714 manat cərimə, 4079,975 manat əldən çıxmış fayda və ödənilmiş 602 manat dövlət rüsumu iddiasını geri götürür.

4. İddiaçı cavabdeh ilə imzalanmış bu barışıq sazişini məhkəməyə təqdim edərək öz iddialarını geri götürür.

5. Cavabdeh iddiaçıya, xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə 192873,15 manat məbləğdə qalıq borcun 2023-cü ilin may ayından başlayaraq aşağıdakı ödəniş cədvəlinə əsasən, 3 (üç) ay müddətində ödənilməsini öhdəsinə götürür: Aylar üzrə ödəniş tarixi Ödəniş məbləği 2023-cü il may ayı ərzində 64290,98 manat əsas borc, 11572,37 manat ƏDV məbləği 2023-cü il iyun ayı ərzində 64290,98 manat əsas borc, 11572,37 manat ƏDV məbləği 2023-cü il iyul ayı ərzində 64291,19 manat əsas borc, 11572,42 manat ƏDV məbləği

6. Hazırkı maddənin müddəalarında nəzərdə tutulan öhdəliklər tərəflər arasında tam yerinə yetirildikdən sonra cavabdehin iddiaçı qarşısında olan bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir.

7. Hər bir tərəf bu barışıq sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.

8. Bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

9. Hazırkı barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.

10. Hazırkı barışıq sazişi 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Nəzərə alaraq ki: A) İddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə aşağıdakıları tələb edib: 257772,60 manat əsas borc; 46761,97 manat ƏDV; 3105,714 manat cərimə; 4079,975 manat əldən çıxmış fayda; ödənilmiş 602 manat dövlət rüsumu B) Cavabdeh əsas borcun 257772,60 manat deyil, 192873,15 manat olmasını və borcun 3 ay ərzində hissərlə ödənilməsini bildirmişdir, ƏDV-nin 46761,97 manat deyil, 34716,94 manat olmasını bildirmişdir və əvəzində 3105,714 manat cərimənin, 4079,975 manat əldən çıxmış faydanın və ödənilmiş 602 manat dövlət rüsumuna dair iddiaçının tələbini geri götürməyini xahiş etmişdir. C) İddiaçı cavabdehin yuxanda qeyd etdiyi borcun məbləğini və cavabdehin verdiyi təklifləri tam olaraq qəbul edir. Tərəflər bununla aşağıdakılara razılaşırlar:

1. İddiaçı xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə hesablanan əsas borcun 257772,60 manat yox, 192873,15 manat olmasını təsdiq edir.

2. İddiaçı qəbul edir ki, xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə ƏDV 46761,97 manat yox, 34716,94 manat məbləğdə hesablansın.

3. İddiaçı gecikdirilmiş ödənişlərə görə cavabdehə xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə hesablanan 3105,714 manat cərimə, 4079,975 manat əldən çıxmış fayda və ödənilmiş 602 manat dövlət rüsumu iddiasını geri götürür.

4. İddiaçı cavabdeh ilə imzalanmış bu barışıq sazişini məhkəməyə təqdim edərək öz iddialarını geri götürür.

5. Cavabdeh iddiaçıya, xx.xx.2020-ci il tarixli, **********947 saylı Xidmət alqı-satqı müqaviləsi üzrə 192873,15 manat məbləğdə qalıq borcun 2023-cü ilin may ayından başlayaraq aşağıdakı ödəniş cədvəlinə əsasən, 3 (üç) ay müddətində ödənilməsini öhdəsinə götürür: Aylar üzrə ödəniş tarixi Ödəniş məbləği 2023-cü il may ayı ərzində 64290,98 manat əsas borc, 11572,37 manat ƏDV məbləği 2023-cü il iyun ayı ərzində 64290,98 manat əsas borc, 11572,37 manat ƏDV məbləği 2023-cü il iyul ayı ərzində 64291,19 manat əsas borc, 11572,42 manat ƏDV məbləği

6. Hazırkı maddənin müddəalarında nəzərdə tutulan öhdəliklər tərəflər arasında tam yerinə yetirildikdən sonra cavabdehin iddiaçı qarşısında olan bütün tələblərinin xitamı olacaqdır və iddiaçı cavabdehə qarşı heç bir tələb irəli sürməyəcəkdir.

7. Hər bir tərəf bu barışıq sazişini vicdanla və qeyd-şərtsiz icra etməyi öhdəsinə götürür.

8. Bu barışıq sazişi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.

9. Hazırkı barışıq sazişinin icrasından və yaxud ondan irəli gələn digər mübahisələr Azərbaycan Respublikası məhkəmələri tərəfindən həll olunur.

10. Hazırkı barışıq sazişi 3 (üç) nüsxədə Azərbaycan dilində imzalanmışdır. Tərəflər təsdiq edir ki, onların hər biri barışıq sazişinin 1 (bir) nüsxəsini əldə etmişlər. Nüsxələrdən biri məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar