Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-182/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Ağayev Hikmət Səfalı oğluna qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 39 375,7 (otuz doqquz min üç yüz yetmiş manat, yetmiş qəpik) manat, faiz borcuna görə 7148,81 (yeddi min yüz qırx səkkiz manat səksən bir qəpik) manat, cərimə borcuna görə 10 000 (on min) manat olmaqla borcun cəmi məbləğində 56 524,51 (əlli altı min manat, beş yüz iyirmi dörd qəpik) manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5 a ünvanında yerləşən 134.7 kv.m. ümumi sahədən ibarət 17 nömrəli mənzilnə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsi üzrə cəmi 56 524,51 (əlli altı min manat, beş yüz iyirmi dörd qəpik) manat borc və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5a ünvanında yerləşən 134.7 kv.m.ümumi sahədən ibarət 17 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5 a ünvanında yerləşən 134.7 kv.m.ümumi sahədən ibarət 17 nömrəli mənzildən çıxarılması istifadə hüquqlarının itirilməsi və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsinə əsasən illik 20 (iyirmi) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı Kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 39 375,7 (otuz doqquz min üç yüz yetmiş manat, yetmiş qəpik) manat, faiz borcuna görə 7148,81 (yeddi min yüz qırx səkkiz manat səksən bir qəpik) manat, cərimə borcuna görə 10 000 (on min) manat olmaqla borcun cəmi məbləğində 56 524,51 (əlli altı min manat, beş yüz iyirmi dörd qəpik) manat pul təşkil edir. 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5a ünvanında yerləşən 134.7 kv.m.ümumi sahədən ibarət 17 nömrəli mənzil İddiaçı ASC qarşısında 29.08.2019-cu il tarixli, nzaz12304 saylı İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə əsas borca görə 30 675,7 manat, faiz borcuna görə 18 780,56 manat, cərimə borcuna görə 10 000 manat olmaqla, borcun cəmi məbləğində 59 456,26 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanmda DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5a ünvanında yerləşən 134.7 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı Kredit müqaviləsi üzrə cəmi 59 456,26 manat borc və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5 a ünvanında yerləşən 134.7 kv.m.ümumi sahədən ibarət 17 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, b.5 a ünvanmda yerləşən 134.7 kv.m. ümumi sahədən ibarət 17 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsi və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Borc verən” İddiaçı ASC, Cavabdeh2 “borcalan” olmaqla imzalanmış 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana təmir tikinti məqsədilə 50000 AZN (əlli min manat 00 qəpik) məbləğdə kredit verməyi, borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. İddiaçı ASC “ipoteka saxlayan”, Cavabdeh2 “borcalan”, Cavabdeh1 “ipoteka qoyan” olmaqla bağlanmış 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verdiyi ********** qeydiyyat nömrəli, “19” iyun 2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 və İddiaçı ASC-nin Nizami filialının müdiri arasında razılaşdırılmış ödəniş qrafikində nzaz 12304 saylı müqavilə üzrə cəmi 50.000 manat əsas borc, 11.074,8 manat faiz borcu qeyd olunmuşdur. 28.04.2022-ci il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı müqavilə üzrə Cavabdeh2 28.04.2022-ci il tarixə 30.675,7 manat əsas borc, 18.780,56 manat faiz borcu, 10.000 manat cərimə borcu mövcuddur. İş üzrə Əmlakın qiymətləndirilməsi keçirilmiş, 2342/SQ saylı qiymətləndirmə rəyində Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilin 10 yanvar 2022-ci il tarixə bazar dəyəri 230.000 manat, likvid dəyəri isə 196.000 manat qeyd olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29.08.2019-cu il tarixli, nzaz12304 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini icra etsə də cavabdeh tərəf bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. 29.08.2019-cu il tarixli, nzaz12304 saylı Kredit müqaviləsinə əsasən illik 20 (iyirmi) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 50 000 (əlli min) manat məbləğində kredit verilmişdir. 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinəvə bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə cavabdehin kredit müqaviləsi üzrə bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin banka borcunun yarandığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsi üzrə 30.675,7 manat əsas borc Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda iddiaçı iddia tələbində faiz borcuna görə 18 780,56 manat, cərimə borcuna görə isə 10 000 manat tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsi 29.08.2021-ci il tarixində başa çatdığı halda iddiaçı tərəfindən əlavə faiz məbləğləri hesablanmışdır. Belə olan halda iddia tələbi faiz borcu hissəsində qismən təmin edilməli və 9.640,86 manat cavabdehdən tutlmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 10.000 manat dəbbə pulunun 3.000 manat məbləğinə azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün ipotekaya qoyulmuş, Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilin likvid dəyəri əmlakın qiymətləndirilməsi ilə müəyyən olunmuş məbləğdə, yəni 196.000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa iddia ərizəsindən məlum olur ki, iddiaçı iddia tələbində həm də ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ 29.08.2019-cu il tarixli nzaz 12304 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehdən (borclu-Cavabdeh2) tutulmasını da qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, ipoteka haqqında Azərbaycan Respublikası Qanunun 59.4-cü madəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qeyd edilən tələb qətnamənin icra mərhələsi ilə bağlı olduğundan həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum, İddiaçı ASC-nin xeyrinə, Əmlakın qiymətləndirilməsi ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 400 manat Cavabdeh2 və Cavabdeh1 tutulmalıdır. "xxxx" MMC-nin bank rekvizitləri aşağıdakılardır: Bank kodu: 805250, VÖEN: **********, Müxbir Hesab AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, hesab: AZ201İBAZ********************. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz 12304 saylı kredit müqaviləsi üzrə 30.675,7 (otuz min altı yüz yetmiş beş manat, yetmiş qəpik) manat əsas borc, 9.640,86 (doqquz min altı yüz qırx manat səksən altı qəpik) manat faiz borcu, 3.000 (üç min manat) manat dəbbə pulu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh2 və Cavabdeh1 30 (otuz manat) manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 31 (otuz bir manat) manat İddiaçı ASC-nin, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 400 (dörd yüz) manat "xxxx" MMC-nin xeyrinə tutulsun. "xxxx" MMC-nin bank rekvizitləri aşağıdakılardır: Bank kodu: 805250, VÖEN: **********, Müxbir Hesab AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, hesab: AZ201İBAZ********************. Tutma Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilə yönəldilsin, həmin daşınmaz əmlaklar (ipoteka predmeti) açıq hərracda satılsın və əldə olunan vəsait Cavabdeh2 29.08.2019-cu il tarixli, nzaz1 2304 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilsin. Daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh1 verilsin. İpoteka predmeti olan Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küç., b. 5 a ünvanında yerləşən 134.70 kv.m ümumi sahədən ibarət 17 nömrəli mənzilin ilkin satış dəyəri 196.000 manat məbləğində müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlaklar boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-182/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-182/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver