Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1852/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dəymiş zərər, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X5 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklər üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən cavabdeh Büro Veritas Azeri” MMC-nə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə ödənilmiş 22715 (iyirmi iki min yeddi yüz on beş) manat pul vəsaitinin, cavabdeh tərəfindən həmin müqavilələr üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-nə dəymiş 46000 (qırx altı min) manat məbləğində zərərin və ilkin mediasiya prosesi üçün ödənilmiş 400 (dörd yüz) manat pul vəsaitinin Cavabdeh MMC tərəfindən tutularaq "xxxx" MMC-nə ödənilməsi barəd qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, "xxxx" MMC tərəfindən cavabdeh Büro Veritas Azeri” MMC-nə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilələr üzrə ödənilmiş 22715 manat pul vəsaitinin, cavabdeh tərəfindən həmin müqavilələr üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMCnə dəymiş 46000 manat məbləğində zərərin, cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 7258,48 manat məbləğində faizin, ilkin mediasiya prosesi üçün ödənilmiş 400 manat pul vəsaitinin əvəzinin və hüquqi müdafiə xərcləri olan vəkil bürosuna ödənilmiş 620 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinin, cavabdeh tərəfindən CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-nə dəymiş 16000 manat məbləğində zərərin əvəzinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-nə dəymiş 30.000 manat məbləğində zərərin əvəzinin, CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 2385,08 manat məbləğində faizin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 4873,40 manat məbləğində faizin, ilkin mediasiya prosesi üçün ödənilmiş 400 manat pul vəsaitinin əvəzinin və hüquqi müdafiə xərcləri olan vəkil bürosuna ödənilmiş 620 manat məbləğində pul vəsaitinin əvəzinin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli “Sertifıkastlaşdırma haqqında xidmət müqaviləsinin predmetinə əsasən Cavabdeh MMC "xxxx" MMC-nə aşağıdakı xidmətləri göstərməlidir: İSO 9001:2015 satndartı üzrə X1 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsi; X7 İSO 9001:2015 X9 Beynəlxalq Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditinin keçirilməsi; Sənədlərin yoxlanılması; İlkin Sertifikasiya prosesinin Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi; Audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması; Auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən Sifarişçiyə təqdim edilməsi; Əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması; Birinci və İkinci Nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi. "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanılmış CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli “Sertifıkastlaşdırma haqqında xidmət müqaviləsi”nin predmetinə əsasən əsasən Cavabdeh MMC "xxxx" MMC-nə aşağıdakı xidmətləri göstərməlidir: İSO 14001:2015 və İSO 45001:2018 standartları üzrə X2 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsi; X4 Ətraf Mühit İSO 14001:2015 və Sağlamlıq və Təhlükəsizlik İSO 45001:2018 X8 Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditinin keçirilməsi; Sənədlərin yoxlanılması; İlkin Sertifikasiya prosesinin Sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standartlara uyğun olaraq həyata keçirilməsi; Audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması; Auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən Sifarişçiyə təqdim edilməsi; Əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması; Birinci və İkinci Nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi. Qeyd olunan xidmətlərin göstərilməsindən ötrü Cavabdeh MMC-nə bu günədək CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü (xx.xx.2019-cu il tarixli, EBAE 482706 saylı elektron qaimə əsasında) ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaiti, CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü isə (xx.xx.2020-ci il tarixli, EBAK 242566 saylı elektron qaimə əsasında) ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, Cavabdeh MMC tərəfindən adı gedən müqavilələr üzrə öhdəliklər icra edilməmiş, yəni müqavilə üzrə xidmətlər icra edilməmiş və "xxxx" MMC-nə təhvil verilməmişdir. Cavabdeh MMC-nə xx.xx.2023-cü il tarixli bildirişlər göndərimiş və həmin müqavilələrin 6-cı bəndinə əsaslanaraq adı gedən müqavilələrə xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam verilmişdir. Adı gedən müqavilələr üzrə Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nə müvafiq sertifikatlar təqdim edilmədiyindən, "xxxx" MMC 3-cü şəxslərlə müvafiq müqavilələr bağlaya bilməmiş, gəlir əldə edə bilməmiş və nəticədə bizə CET.763.19.C11 saylı müqavilə üzrə 16000 manat məbləğində, CET.802.20.C42 saylı müqavilə üzrə isə 30000 manat məbləğində zərər dəymişdir (əldən çıxmış fayda). Bununla yanaşı, cavabdeh adı gedən müqavilələr üzrə ona ödənilmiş pul vəsaitləri müqabilində işləri icra etmədiyinə və həmin pul vəsaitlərini bu günədək bizə qaytarmayaraq və ondan faydalanaraq həmin vəsaiti qanunsuz olaraq özündə saxladığına görə cavabdeh həmin pul vəsaitindən AR Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcələrinə uyğun faizlər ödəməlidir. Odur ki, cavabdehə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və cavabdeh tərəfindən bu günədək qaytarılmamış ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinə görə 2020ci il üzrə 9 % (7% + 2%) olmaqla 557.55 manat 2021-ci il üzrə 9 % (7% + 2%) olmaqla 557,55 manat 2022-ci il üzrə 10 % 18% + 2%) olmada 619.50 manat, 2023-cü il üzrə 10.5 % 68.5% + 2%) olmaqla 650.48 manat, cəmi 2385,08 manat; cavabdehə CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və bu günədək qaytarılmamış ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinə görə 2021-ci il üzrə 9 % (7% + 2%) olmaqla 1486,80 manat. 2022-ci il üzrə 10 % (8% + 2%) olmaqla 1652 manat 2023-cü il üzrə 10,5 % 18,5% + 2%) olmaqla 1734,60 manat, cəmi 4873,40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq bizə ödənilməlidir. Beləliklə, Cavabdeh MMC tərəfindən adı gedən müqavilələr üzrə öhdəliklər icra edilmədiyinə, həmin müqavilələrə xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam verildiyinə və cavabdehə müqavilələr üzrə ödənilmiş pul vəsaitini cavabdeh qaytarmamaqla ondan faydalandığına görə görə "xxxx" MMC tərəfindən Cavabdeh MMCnə CET.763.19.C11 saylı müqavilə üzrə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaiti, 16000 manat məbləğində dəymiş zərər və 2385,08 manat məbləğində faiz, CET.802.20.C42 saylı müqavilə üzrə ödənilmiş 16520 manat məbləğində pul vəsaiti, 30000 manat məbləğində dəymiş zərər və 4873,40 manat məbləğində faiz Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Eyni zamanda, ilkin mediasiya prosesi üçün ödənilmiş 400 manat pul vəsaiti, hüquqi müdafiə xərclərini təşkil edən vəkil bürosuna ödənilmiş 620 manat pul vəsaitinin əvəzi Cavabdeh MMC tərəfindən tutularaq "xxxx" MMC-nə ödənilməlidir. CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli “Sertifıkastlaşdırma haqqında xidmət müqaviləsi”nin və CET.802.20.C42 saylı, xx.xx.2020ci il tarixli “Sertifikatlaşdırma haqqında xidmət müqaviləsi”nin 4.6-cı bəndinə əsasən ödənişlər müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin hər bir mərhələsinin başa çatmasından və Sifarişçi tərəfindən işlərin təhvil-təslim aktının qəbul edilməsindən sonra Sifarişçiyə hesab və vergi hesab fakturası təqdim olunduğu gündən 15 iş günündən gec olmamaq şərtilə həyata keçirilməlidir. Hər mərhələ 12 ay intervalından gec olmamaq şərtilə keçirilməlidir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən bu müqavilə üzrə tərəflər üzərlərinə düşən öhdəliklərin icra edilməməsinə, vaxtında icra edilməməsinə və lazımi qaydada və keyfiyyətdə icra edilməməsinə görə AR qanunvericiliyinə uyğun mülki məsuliyyət daşıyırlar. Həmin müqavilələrin 6.2-ci bəndinə əsasən tərəflərdən hər biri digər tərəfi 10 təqvim günü öncədən xitamın əsaslı səbəblərini göstərərək yazılı formada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Tərəflərin müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi əsaslı pozuntu sayılır.
5. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə verdiyi etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC cavabdeh "xxxx" MMC-yə qаrşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda baxılan işin faktiki hallarından görünür ki, 27 noyabr 2019-cü il tarixdə və 21 may 2020-ci il tarixdə iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC arasında Sertifikatlaşdırma haqqında Xidmət müqaviləsi bağlanılmışdır. Tərəflər arasında başğlanılmış həmin müqavilənin predmeti olaraq icraçı adlanan hazırkı iş üzrə cavabdeh "xxxx" MMC sifarişçi adlanan iş üzrə iddiaçıya müvafiq olaraq İSO9001:2015, İSO 14001:2015 və İSO 45001:2018 standartları üzrə ilkin sertifikatlaşdırma məqsədi ilə auditin keçirilməsi, müsbət rəy verildiyi halda hər il üçün olmaqla sertifikatın təqdim edilməsi ilə bağlı 1- ci və 2-ci auditin keçirilməsidir. Müqavilə bağlandıqdan sonra sifarişçi tərəfindən sertifikatlaşmanın ilkin yoxlanılması üçün şərait yaradandan sonra icraçı tərəfindən təftişə başlanılmış və həmin təftiş yekunlaşaraq sertifikatlaşmanın aparılmasına başlanılmışdır. Bundan sonra icraçı tərəfindən lazımi bütün tədbirlər həyata keçirilmiş və bu barədə sifarişçi məlumatlandırılmışdır. Belə olan halda iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əsassız olaraq müqavilə üzrə tam icra olunmuş xidmət üzrə əsassız varlanmaq məqsədi ilə xidmət haqqının geri qaytarılmasını tələb edir. Bundan başqa, işin faktiki olaraq icra olunmasına baxmayaraq, 2023-cü ilin yanvar ayınadək iddiaçı nə müqavilənin ləğvi, nə də ki dəyişidirilməsi tələbləri ilə cavabdehə müraciət etməmişdir. Belə olan halda sertifikatlaşdırma dayandırıla və xidmətlər sonlandırıla bilərdi. Odur ki, iddiaçının icra olunmuş iş üzrə ödənilən xidmət haqqını tələb etməsi tamamilə əsassızdır və təmin edilə bilməz. Halbuki, tərəflər arasında bağlanan müqavilənin 6.2-ci bəndində qeyd olunur ki, tərəflədən hər biri digər tərəfi 10 təqvim günü öncədən xitamın əsaslı səbəblərini göstərərək yazılı formada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Aşağıdakı pozuntular əsaslı sayılır: - Sifarişçi və icraçının iflasa uğraması və ləğv olunması, - Tərəflərin müqavilədə nəzərdə tutulan öhdəliklərini icra etməməsi. Bundan başqa, iddiaçı sertifikatlaşdırmanın gecikdirildiyini iddia etsə də, tərəflər arasında olan müqavilədə buna dair, yəni müddətlə bağlı hər hansı müddəa mövcüd deyildir. Əksinə tələb olunan işlərin görülməsində müsbət rəyin verilməsi ilə bağlı yubanmaların ola biləcəyi nəzərə alınmış və tərəflər arasında olan razılaşmada bu nəzərədə tutulmuşdur. Müqavilənin MM-in 421-ci maddəsinə əsasən ləğv edilməsi üçün aşağıdakı 2 şərtin mövcudluğu tələb olunur: 1) müqavilə şərtinin tərəflərdən birinin təqsirli hərəkəti nəticəsində pozulması; 2) bu pozuntunun əhəmiyyətli pozuntu olması. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğunu sübut etmək, yəni hazırkı halda tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icra edilməməsində cavabdehin təqsirli olduğunu və öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində müqavilənin əhəmiyyətli dərəcədə pozulduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda öhdəliyin icrasının icraçı tərəfindən gecikdirilməsi nəticəsində iddiaçının məruz qaldığı zərərin məbləği barədə işdə hər hansı sübut yoxdur. Öhdəliklərin icra olunmamasına görə vurulan zərərin müəyyən olunmasının və ödənilməsinin əsasları MM-in 21.2, 443.1, 443.2-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin maddələrə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərərin 2 forması var: real zərər və əldən çıxmış fayda. Real zərər hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsidir. Əldən çıxmış fayda isə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdir. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, lazımi qaydada yerinə yetirilməsi və ya gecikdirilməsi nəticəsində dəymiş zərərə görə məsuliyyətin yaranması üçün aşağıdakı elementlərin məcmu halında mövcud olması zəruridir: 1) tərəfin hüquqazidd hərəkəti; 2) tərəfin təqsiri; 3) zərərin dəyməsi faktı; 4) tərəfin hüquqazidd hərəkəti ilə dəymiş zərər arasında səbəbli əlaqə. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla hazırkı işdə zərərin dəyməsi faktı işin materialları ilə müəyyən olunmur. Hər halda işin materialları ilə iddiaçıya cavabdeh tərəfindən zərər vurulması faktı və bu zərərin həcmi müəyyən edilmir. Bundan başqa, iddiaçı iddia tələbində cavabdehdən 46000 manat məbləğində vurulmuş ziyanın da cavabdehdən alınıb ona qaytarılmasını tələb etmişdir. İddia tələbinin bu hissəsinə münasibətdə qeyd edilir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş və bununla bağlı olaraq yuxarıda ətraflı məlumat verilmiş, iddiaçı da həmin məlumatlardan xəbərdardır. İddiaçı ona cavabdeh tərəfindən hansı qaydada ziyan vurmasını və vurulmuş ziyanın 46000 manat olması barədə heç bir subutu məhkəməyə tqdim etməmişdir. 3 iddiaçı guya sertifikatın vaxtında hazırlanmaması səbəbindən müqavilələr bağlaya bilməməsi ehtimalına görə həmin məbləğdə ziyan çəkdiyini qeyd etsə də, hansı müqavilələri bağlaya bilməməsini, real olaraq əldən çıxmış faydanın məhz cavabdeh tərəfindən törədilən hər hansı maneə ilə əlaqədar olaraq olması barədə də hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddiaçının hazırki iddia tələbi ilə cavabdehə qarşı çıxış etməsi qanunsuz və əsassızdır. Müqavlə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq qanunvericilik normalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləninin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. İddia tələbinin predmetindən də göründüyü kimi iddiaçı cavabdehdən icra edilmiş xidmət üzrə ödənilmiş xidmət haqqını geri tələb edir, bu da qanunvericiliklə yolverilməzdir. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya işlərin davam etdiyi barədə məlumat verilmiş və o bundan xəbərdar olandan sonra artıq müqavilə üzrə işlərin icra olunmaq üzrə olması ona məlum olmuş, lakin müqavilədən imtina ilə bağlı hər hansı müraciət etməmişdir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3- cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq iddia tələbinin dəlilləri əsassız olmaqla, təmin oluna ola bilməz. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cababdeh tərəfindən məhkəməyə sertifikat təqdim edilmişdir, lakin sertifikatın mövcudluğu hələ onun iddiaçı tərəfə təhvil verilməsini sübuta yetirmir. Cavabdeh tərəfindən iki müqavilədən heç biri üzrə sertifikat iddiaçıya təqdim edilməmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qismən qəbul edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən xidmətlər göstərilməmişdir və iddiaçının bu müqavilə üçün ödədiyi 16520 manat məbləğində pul vəsaiti qaytarılacaqdır. Lakin xx.xx.2019-cu il tarixli müqavilə üzrə göstərilən xidmətlərin nəticəsi olan sertifikatın iddiaçıya təhvil verilməsinə dair sənəd olmasa da, işlər faktiki olaraq görülmüşdür və gecikmə ilə olsa belə sertifikat iddiaçıya təqdim olunmuşdur. İddiaçının nümayəndəsi hazırda bunu inkar etsə də, əvvəlki iclaslarda sertifikatın onun müddətinin bitməsinə bir neçə ay qalmış gecikdirilməklə verildiyini özü də bildirmişdir. Bundan əlavə, iddiaçı icraçının yerinə yetirdiyi işlərlə razı deyildirsə müqavilənin şərtinə əsasən 15 gün müddətində sertifikatı qaytarmalı idi, lakin iddiaçı tərəf bunu da etməmişdir. Sertifikat onun müddətinin bitməsinə 3-4 ay qalmış verildiyi üçün iddiaçı tərəfindən həmin sertifikatdan keçirilmiş hər-hansı bir tenderdə istifadə etməsi halı da istisna deyildir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı sertifikatlaşdırma haqqında xidmət müqaviləsinə əsasən:
10. İ. Müqavilənin predmeti
11. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti İSO 9001:2015 standartı üzrə X1 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsidir.
12. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC-nin Beynəlxalq Standart İSO 9001:2015 X9 Beynəlxalq Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditin keçirilməsi;
13. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Sənədlərin yoxlanılması.
14. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən ilkin sertifikasiya prosesinin sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standarlara uyğun olaraq həyata keçirilməsi.
15. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması.
16. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən "xxxx"-ya təqdim edilməsi.
17. Həmin Müqavilənin 1.7-ci bəndinə əsasən əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması.
18. Həmin Müqavilənin 1.8-ci bəndinə əsasən birinci və ikinci nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi.
19. İİ. Xidmətlərin göstərilmə qaydası (İşlərin icrası)
20. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilmsi razılaşdırılmış audit planına əsasən həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir.
21. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi İSO 9001:2015 X10 Standartı üzrə Təkrar Sertifikatlaşdırılması xidmətlərini həyata keçirir. (işi icra edir).
22. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlətin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır. Sifarişçi tərəfindən Təhvil Qəbul aktı, 15 gün müddətində imzalanmasa xidmətlər tamamlanmamış kimi hesab olunacaqdır.
23. İİİ. Tərəflərin hüquq və vəzifələri
24. 3.1.İcraçının hüquq və vəzifələri:
25. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən Müqavilə şərtlərinin vaxtında və lazımınca icra edilməsini Sifarişçidən tələb etmək;
26. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən göstərilmiş xidələrin dəyərinin müqavilə ilə müyyən olunan qaydada və şərtlərə müvafiq olaraq ödənilməsini tələb etmək;
27. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq müəyyən olunan xidmətləri yerinə yetirmək;
28. 3.2.Sifarişçinin hüquq və vəzifələri:
29. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə şərtlərinin vaxtında və lazımınca icra edilməsini icraçıdan tələb etmək;
30. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən yerinə yetirilən xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunan qayda və şərtlərə uyğun ödəmək;
31. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən müqavilə üzrə müvafiq qaydada göstərilmiş xidmətləri qəbul edib, ödənişləri vaxtında həyata keçirmək;
32. İV. Müqavilənin qiyməti və ödəniş qaydası
33. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qiyməti ƏDV xaric, 11550 manatdır.
34. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin qiyməti aşağıdakı qaydada ödənilir. -1-ci mərhələ-Təkrar sertifikatlaşdırılma: (5 adam günü)-5250 manat, sertifilatlaşdırmaya qədər ümumi məbləğ: 5250 manat+ƏDV; -2-ci mərhələ-1-ci nəzarət auditi: (3 adam-günü) 3150 manat+ƏDV; -3-cü mərhələ-2-ci nəzarət auditi: (3 adam-günü)-3150 manat+ƏDV cəmi üç illik ümumi məbləğ 11550 manat+ƏDV-dir.
35. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən sertifikatlar yalnız uyğunsuzluqların Sifarişçi tərəfindən tam aradan qaldırılmasından sonra və birinci mərhələnin məblği icraçıya tam ödənildiyi halda veriləcək. Müvafiq sertfikatın 1 nüsxəsi heç bir ödəniş olmadan təqdim ediləcəkdir. Sertifikatların hər əlavə nüsxəsi üçün Sifarişçi tərəfindən 30 manat (ƏDV xariv) ödəniləcəkdir.
36. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən müvafiq mərhələlər üzrə həyata keçirilən hər auditin nəticəsini özündə əks etdirən hesabatlar bu müqavilə imzalandıqdan sonra icraçı tərəfindən hazırlanmış və sifarişçi ilə razılaşdırılmış cədvələ əsasən müəyyən edilmiş qaydada və müddətlərdə sifarişçiyə təqdim ediləcəkdir.
37. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən ödənişlər müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin hər bir mərhələsinin başa çatmasından və sifarişçi tərəfindən işlərin təhvil təslim atın qəbul edilməsindən sonra sifarişçiyə hesab və vergi hesab fakturası təqdim olunduğu gündən 15 iş günündən gec olmamaq şərti ilə həyata keçirilməlidir. Hər mərhələ 12 ay intervalından gec olmamaq şərti ilə keçirilməlidir.
38. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən bu müqavilə üzrə keçirilən auditin nəticələrindən asılı olmayaraq göstərilmiş xidmətlərin müqabilində hər bir mərhələ üzrə keçirilən auditin nəticələrindən asılı olmayaraq göstərilmiş xidmətlərin müqavilində hər bir mərhələ üzrə sifarişçi tərəfindən ödəniş həyata keçirilməlidir.
39. V. Tərəflərin məsuliyyəti
40. Həmin Müqavilənin 5-ci bəndinə əsasən bu müqavlə üzrə tərəflər üzərlərinə düşən öhdəliklərin icra edilməməsinə, vaxtında icra edilməməsinə və lazımi qaydada və keyfiyyətdə icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyə uyğun mülki məsuliyyət daşıyırlar.
41. Vİ. Müqavilənin müddəti, şərtlərinin dəyişdirilməsi və ona xitam verilməsi qaydaları
42. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf imza etdikdən sonra qüvvəyə minir. Bu müqavilənin müddəti 3 il müəyyən edilir.
43. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflərdən hər biri digər tərəfi 10 təqvim günü öncədən xitamın əsaslı səbəblərini göstərərək yazılı formada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Aşağıdakılar əsaslı pozuntular sayılır: - Tərəflərin müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi.
44. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
45. Büro Veritas Azeri” MMC-nin CET.763.19.C11 saylı müqavilə üzrə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 482706 saylı elektron qaiməyə əsasən CET.763.19.C11 saylı müqavilə üzrə işlərinin dəyəri 6195 manat təşkil etmişdir.
46. “X11” ASC-nin xx.xx.2020-ci il tarixli, 1503 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli İJ192203 saylı VHF-yə əsasən 5250 manat və 17.02.202-ci il tarixli, 1504 saylı ödəniş tapşırığına əsasən isə İJ192203 saylı VHF-yə görə 945 manat məbləğində ödəniş edilmişdir.
47. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CET.802.20.C42 saylı sertifikatlaşdırma haqqında xidmət müqaviləsinə əsasən:
48. İ. Müqavilənin predmeti
49. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti İSO 14001:2015 və İSO 45001:2018 standartları üzrə X2 məqsədi ilə auditin keçirilməsi, 3 illik Sertifikatın təqdim edilməsi, 1-ci və 2-ci Nəzarət auditinin keçirilməsidir.
50. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" MMC-nin Beynəlxalq Standart İSO 14001:2015 və Sağlamlıq və Təhlükəsizlik İSO 45001:2018 X6 Sertifikatlarının əldə olunması və Sertifikasiya qabağı təkrar auditin keçirilməsi;
51. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Sənədlərin yoxlanılması.
52. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən ilkin setifikasiya prosesinin sifarişçi ilə əvvəlcədən razılaşdırılmış audit planına əsasən və müvafiq Beynəlxalq Standarlara uyğun olaraq həyata keçirilməsi.
53. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən audit hesabatının Azərbaycan və yaxud İngilis dilində çap şəklində və ya elektron versiyada təqdim olunması.
54. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən auditlə bağlı hesabatların razılaşdırılmış cədvələ əsasən "xxxx"-ya təqdim edilməsi.
55. Həmin Müqavilənin 1.7-ci bəndinə əsasən əsas auditin həyata keçirilməsi və müəssisənin sertifikatlaşdırılması.
56. Həmin Müqavilənin 1.8-ci bəndinə əsasən birinci və ikinci nəzarət auditlərinin razılaşdırılmış cədvələ əsasən keçirilməsi.
57. İİ. Xidmətlərin göstərilmə qaydası (İşlərin icrası)
58. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətin göstərilmsi razılaşdırılmış audit planına əsasən həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir.
59. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı sifarişçinin sifariş verdiyi İSO 14001:2015 və Sağlamlıq və Təhlükəsizlik İSO 45001:2018 X3 üzrə İlkin Sertifikatlaşdırma xidmətlərini həyata keçirir. (işi icra edir).
60. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlətin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır. Sifarişçi tərəfindən Təhvil Qəbul aktı, 15 gün müddətində imzalanmasa xidmətlər tamamlanmamış kimi hesab olunacaqdır.
61. İİİ. Tərəflərin hüquq və vəzifələri
62. 3.1.İcraçının hüquq və vəzifələri:
63. Həmin Müqavilənin 3.1.1-ci bəndinə əsasən Müqavilə şərtlərinin vaxtında və lazımınca icra edilməsini Sifarişçidən tələb etmək;
64. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən göstərilmiş xidələrin dəyərinin müqavilə ilə müyyən olunan qaydada və şərtlərə müvafiq olaraq ödənilməsini tələb etmək;
65. Həmin Müqavilənin 3.1.3-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq müəyyən olunan xidmətləri yerinə yetirmək;
66. 3.2.Sifarişçinin hüquq və vəzifələri:
67. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilə şərtlərinin vaxtında və lazımınca icra edilməsini icraçıdan tələb etmək;
68. Həmin Müqavilənin 3.2.2-ci bəndinə əsasən yerinə yetirilən xidmətlərin dəyərini müqavilə ilə müəyyən olunan qayda və şərtlərə uyğun ödəmək;
69. Həmin Müqavilənin 3.2.4-cü bəndinə əsasən müqavilə üzrə müvafiq qaydada göstərilmiş xidmətləri qəbul edib, ödənişləri vaxtında həyata keçirmək;
70. İV. Müqavilənin qiyməti və ödəniş qaydası
71. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin qiyməti ƏDV xaric, 24000 manatdır.
72. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilənin qiyməti aşağıdakı qaydada ödənilir. -1-ci mərhələ-İlkin audit: (3 adam günü)-3000 manat, Sertifikatlaşdırma: 10 adam günü)-11000 manat və sertifilatlaşdırmaya qədər ümumi məbləğ: 14000 manat+ƏDV; -2-ci mərhələ-1-ci nəzarət auditi: (5 adam-günü) 5000 manat+ƏDV; -3-cü mərhələ-2-ci nəzarət auditi: (5 adam-günü)-5000 manat+ƏDV cəmi üç illik ümumi məbləğ 24000 manat+ƏDV-dir.
73. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən sertifikatlar yalnız uyğunsuzluqların Sifarişçi tərəfindən tam aradan qaldırılmasından sonra və birinci mərhələnin məblği icraçıya tam ödənildiyi halda veriləcək. Müvafiq sertfikatın 1 nüsxəsi heç bir ödəniş olmadan təqdim ediləcəkdir. Sertifikatların hər əlavə nüsxəsi üçün Sifarişçi tərəfindən 30 manat (ƏDV xariv) ödəniləcəkdir.
74. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən müvafiq mərhələlər üzrə həyata keçirilən hər auditin nəticəsini özündə əks etdirən hesabatlar bu müqavilə imzalandıqdan sonra icraçı tərəfindən hazırlanmış və sifarişçi ilə razılaşdırılmış cədvələ əsasən müəyyən edilmiş qaydada və müddətlərdə sifarişçiyə təqdim ediləcəkdir.
75. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən ödənişlər müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin hər bir mərhələsinin başa çatmasından və sifarişçi tərəfindən işlərin təhvil təslim atın qəbul edilməsindən sonra sifarişçiyə hesab və vergi hesab fakturası təqdim olunduğu gündən 15 iş günündən gec olmamaq şərti ilə həyata keçirilməlidir. Hər mərhələ 12 ay intervalından gec olmamaq şərti ilə keçirilməlidir.
76. Həmin Müqavilənin 4.9-cu bəndinə əsasən bu müqavilə üzrə keçirilən auditin nəticələrindən asılı olmayaraq göstərilmiş xidmətlərin müqabilində hər bir mərhələ üzrə keçirilən auditin nəticələrindən asılı olmayaraq göstərilmiş xidmətlərin müqavilində hər bir mərhələ üzrə sifarişçi tərəfindən ödəniş həyata keçirilməlidir.
77. V. Tərəflərin məsuliyyəti
78. Həmin Müqavilənin 5-ci bəndinə əsasən bu müqavlə üzrə tərəflər üzərlərinə düşən öhdəliklərin icra edilməməsinə, vaxtında icra edilməməsinə və lazımi qaydada və keyfiyyətdə icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyə uyğun mülki məsuliyyət daşıyırlar.
79. Vİ. Müqavilənin müddəti, şərtlərinin dəyişdirilməsi və ona xitam verilməsi qaydaları
80. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəf imza etdikdən sonra qüvvəyə minir. Bu müqavilənin müddəti 3 il müəyyən edilir.
81. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflərdən hər biri digər tərəfi 10 təqvim günü öncədən xitamın əsaslı səbəblərini göstərərək yazılı formada xəbərdar etməklə müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər. Aşağıdakılar əsaslı pozuntular sayılır: - Tərəflərin müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin yerinə yetirilməməsi.
82. Müqavilə hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
83. Cavabdeh MMC-nin CET.802.20.C42 saylı müqavilə üzrə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 242566 saylı elektron qaiməyə əsasən işlərinin dəyəri 16520 manat qeyd olunmuş və xx.xx.2020-ci il tarixli 1853 saylı ödəniş tapşırığına əsasən qeyd olunan qaimə üzrə 14000 manat və Vergilər Nazirliyindn əldə edilmiş hesabdan çıxarışa əsasən isə 2520 manat ƏDV ödənişi edilmişdir.
84. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, 002 saylı bildirişdə qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə CET.763.19.C11 saylı müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin, Cavabdeh MMC tərəindən adıgedən müqaviləü zrə öhdəliklər icra edilməmiş, yəni müqavilə üzrə xidmətlər icra edilməmiş və MMC-yə təhvil verilməmişdir. Adıgedən müqavilə üzrə sertifikatlar təqdim edilmədiyindən MMC-yə 3-cü şəxlsərlə müvafiq müqavilələr bağlaya bilməmiş, gəlir əldə edə bilməmiş və nəticədə ona 16000 manat məbləğində zərər dəymişdir. Müqavilənin 6-cı bəndinə əsasən tərəflərin müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirilməməsi əsaslı pozuntu hesab olunur və adı gedən müqavilənin bir tərəfli qaydada xitamı üçün əsasdır. Buna görə də CET.763.19.C.11 saylı, xx.xx.2019-cu il tarixli “Sertifikatlaşdırma haqqında xidmət müqaviləsi” üzrə öhdəliklərini xx.xx.2021-cü il tarixədək lazımnca icra edib müqavilə üzrə xidmətləri MC-yə təhvil verilməsi xahiş olunmuş, əks halda adıkeçən müqavilənin 6.2-ci bənidnə əsasən xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. Həmçinin Cavabdeh MMC tərəfindən adıkeçən müqavilə üzrə öhdəliklər xx.xx.2023-cü il tarixədək icra edilmədiyi təqdirdə müqaviləyə xitam verildiyi tarixdə, yəni xx.xx.2023-cü il tarixdə müqavilə üzrə "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinin, Cavabdeh MMC tərəfindən adıgedən müqavilə üzrə öhdəliklərini icra edilmədiyinə görə MMC-yə dəymiş 16000 manat məbləğində zərərin ödənilməsi tələb edilmişdir.
85. "xxxx" MMC-nin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli, N-49 saylı pretenziya məktubunda qeyd olunmuşdur ki, Cavabdeh MMC tərəfindən adıgedən müqavilələr üzrə öhdəliklər icra edilmədiyinə və həmin müqavilələrə xx.xx.2023-cü il tarixdə bir tərəfli qaydada xitam verildiyinə görə "xxxx" MMC tərəfindən Cavabdeh MMCyə CET.763.19.C11 saylı müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinin və 16000 manat məbləğində dəymiş zərərin, CET.802.20.C42 saylı müqavilə üzrə ödənilmiş 16520 manat məbləğində pul vəsaitinin və 30000 manat məbləğində dəymiş zərərin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-yə ödənilməsi xahiş edilmişdir.
86. “X11” ASC-nin xx.xx.2023-cü il tarixli, 5316 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində ödəniş edilmişdir.
87. “X11” ASC-nin xx.xx.2023-cü il tarixli, 5363 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən vəkil xidmətlərinin göstərilməsi ilə bağlı 620 manat məbləğində ödəniş edilmişdir.
88. İSO 9001:2015 nömrəli Sertifikatın surətindən görünür ki, yenidən sertifikatlaşdırma dövrünün başlama tarixi – xx.xx.2020, sertifikatın bitmə müddəti xx.xx.2021 il müəyyən edilmişdir.
89. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
90. Belə ki, işin halları ondan ibarətdir ki, ADO-G İnşaat Təchizat və Quraşdırma” MMC tərəfindən Cavabdeh MMC-nə CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə ödənilmiş ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinin, cavabdeh tərəfindən CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-nə dəymiş 16000 manat məbləğində zərərin əvəzinin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliklərin icra olunmaması səbəbindən "xxxx" MMC-nə dəymiş 30000 manat məbləğində zərərin əvəzinin, CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 2385,08 manat məbləğində faizin və CET.802.20.C42 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehə ödənilmiş pul vəsaitinin cavabdeh tərəfindən qaytarılmayaraq ondan faydalanması əsasına görə 4873,40 manat məbləğində faizin ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul etmir və etirazına əsas kimi ona istinad edir ki, bir müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmişdir, sertifikatı gecikmə ilə olsa da hazırlayıb qarşı tərəfə təqdim etmişdir.
91. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
92. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
93. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
94. Məhkəmə qeyd edir ki, tərəflər arasında CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli və 802.20.C.42 saylı xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmış və iddiaçı tərəf birinci müqavilə üzrə 6195 manat və ikinci müqavilə üzrə isə 16520 manat məbləğində pul vəsaitinin ödənilməsi işdə olan ödəniş tapşırıqları ilə sübuta yetirilmişdir. Göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirmişdir.
95. Cavabdeh MMC-nin CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli və 802.20.C.42 saylı xx.xx.2020-ci il tarixli müqavilələr üzrə yol vermiş olduğu pozuntularla bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir.
96. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, 2023-cü ilin yanvar ayınadək iddiaçı nə müqavilənin ləğvi, nə də ki dəyişidirilməsi tələbləri ilə onlara müraciət etməyib, müraciət olunduğu halda sertifikatlaşdırma dayandırıla və xidmətlər sonlandırıla bilərdi, buna görə də iddiaçının icra olunmuş iş üzrə ödənilən xidmət haqqını tələb etməsi tamamilə əsassızdır və təmin edilə bilməz.
97. Lakin, məhkəmə gedişatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən ümumiyyətlə heç bir iş görülməmişdir, cavabdeh bunu etiraf etmiş və həmin müqavilə üzrə ödənilən pulu (16520 manat) geri qaytarmaq niyyətində olduğunu bildirmişdir. Digər, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə işlərin görülməsini və son olaraq sertifikatın gecikmə ilə olsa da hazır olub iddiaçıya təqdim olunmasını qeyd etsə də, nə sertifikatın hazırlanması istiqamətində işlərin görülməsinə dair sübutları, nə də ki, sertifikatın iddiaçıya təqdim olunmasını təsdiq edən təhvil-təslim aktını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin sertifikatın qarşı tərəfə dəqiq olaraq hansı tarixdə təqdim olunduğunu hesab edirlər sualına belə nümayəndə dəqiq cavab verə bilməmiş, yalnız bildirmişdir ki, sertifikat müddətinin bitməsinə 2-3 ay qalmış təqdim olunmuşdur. Lakin, məhkəmə cavabdeh tərəfin EMİS vasitəsi ilə məhkəməyə təqdim olunan İSO 9001:2015 nömrəli sertifikatın iddiaçıya, bir illik sertifikat müddətinin bitməsinə 2-3 ay qalmış, təqdim edilmiş olması faktini qəbul etsəydi belə, yenə də bu müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməsi anlamına gəlmir.
98. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin:
99. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
100. 425.2. maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
101. 442-ci maddəsinə əsasn öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
102. Həmçinin cavabdeh etirazında iddiaçının sertifikatlaşdırmanın gecikdirildiyini iddia etsə də, tərəflər arasında olan müqavilədə buna dair, yəni müddətlə bağlı hər hansı müddəa mövcüd olmadığını vurğulamışdır. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir.
103. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4.6-cı bəndindən də göründüyü kimi müqaviələlərin 4.2-ci bəndində nəzərədə tutulmuş hər mərhələnin 12 ay intervalında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdehin etirazında qeyd etdiyi kimi müqavilə üzrə öhdəliyin hər mərhələsinin icrası üçün müddət nəzərdə tutulmuşdur.
104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”
106. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (76.2-ci maddə).
107. Göründüyü kimi cavabdeh hüquqi şəxsin etirazında bir sıra dəlillər irəli sürməsi, həmin faktlarını məhkəmədə sadəcə şifahi (heç bir sübut təqdim edilmədən) müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir.
108. Buna görə də məhkəmə müqavilə üzrə iddiaçı tərəfindən edilmiş ödənişlərin geri qaytarılması hissəsində iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
109. İddiaçının digər tələbi CET.763.19.C11 saylı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və cavabdeh tərəfindən bu günədək qaytarılmamış ƏDV ilə birlikdə 6195 manat məbləğində pul vəsaitinə görə 2020, 2021, 2022, 2023-cü illər üzrə cəmi 2385,08 manat və CET.802.20.C42 saylı, xx.xx.2020ci il tarixli müqavilə üzrə 1-ci mərhələnin icra olunmasından ötrü ödənilmiş və cavabdeh tərəfindən bu günədək qaytarılmamış ƏDV ilə birlikdə 16520 manat məbləğində pul vəsaitinə görə 2021, 2022, 2023-cü illər üzrə cəmi 4873,40 manat faizin ödənilməsi hissəsində iddia qismən əsaslıdır.
110. Belə ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda Mülki Məcəllənin 449.1ci maddəsi ilə tənzimlənir.
111. Həmin maddənin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
112. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışlar. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir.
113. Bununla yanaşı Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
114. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
115. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin məbləği Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Çünki iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyi üçün gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.
116. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında münasibətlər pul öhdəliyi ilə bağlı (borc, kredit və s.) olmasa da, lakin müqavilə üzrə öhdəliyini icra etməyən və icra etməli olduğu öhdəliyin 12 aylıq müddəti keçdiyi, kreditorun həmin icraya marağı ittiyi üçün, cavabdehin iddiaçı tərəfindən ödənilmiş pulun qaytarılması öhdəliyi yaranmış olur.
117. Digər tərəfdən məhkəməyə qeyd edir ki, məhkəmə iddiaçının dəymiş ziyanı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 2020, 2021, 2022 görə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə 2021 və 2022 illərə görə tələb etməsini əsaslı hesab etsə də, həmin müqavilələr üzrə 2023-cü ilə görə tələb etməsini əsaslı hesab etmir, çünki 2023-cü il hələ yekünlaşmayıb və cavabdeh tərəf qaytarmalı olduğu pulu bu il ərzində də ödəmək imkanını itirməmişdir.
118. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliyini ümumiyyətlə icra etməyərək, iddiaçıdan aldığı pulları da uzun müddət ərzində özündə saxlamaqla iddiaçıya xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı müqavilə üzrə dəymiş zərərin məbləği 929,25 manat (6195x5/100=309,75 manat x 3 ilə (2020,2021,2022) = 929,25)) ; xx.xx.2020-ci il tarixli, CET.802.20.C42 saylı müqavilə üzrə dəymiş zərərin məbləği 1652 manat (16520x5/100=826 manat x 2 ilə (2021, 2022) =1652)) təşkil edir.
119. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən cəmi iki müqavilə üzrə 2581,25 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır. Ona görə də, həmin iddia qismən əsaslıdı.
120. Məhkəmə iddiaçının hər iki müqavilə üzrə cəmi 46000 (16.000 və 30.000) manat məbləğində əldən çıxmış fayda qismində tələb olunan zərərə dair hissədə iddia tələbini əsassız hesab edir.
121. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
122. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
123. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
124. İddiaçı ərizədə vurulmuş maddi zərərə görə hər iki müqqavilə üzrə ümumilikdə 46000 manat zərər dəyməsini dair xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclası gedişində belə zərərin dəyməsinə dair sübutlarının olmadığını iddiaçı tərəf izahatında da bildirmişdir.
125. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
126. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir.
127. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
128. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
129. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
130. Digər tərəfdən MPM-in:
131. 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
132. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
133. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
134. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
135. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
136. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
137. Məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini və belə olan halda məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməli olduğunu nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 500 (beş yüz) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
V. Nəticə:
137. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli, CET.763.19.C11 saylı müqavilə üzrə ödənilmiş ƏDV daxil 6195 (altı min yüz doxsan beş) manat borc məbləği və həmin müqavilənin icrasının gecikdirilməsi ilə bağlı vurulmuş 929,25 manat zərər məbləği, xx.xx.2020-ci il tarixli, CET.802.20.C42 saylı müqavilə üzrə ödənilmiş ƏDV daxil 16520 (on altı min beş yüz iyirmi) manat borc məbləği və həmin müqavilənin icrasının gecikdirilməsi ilə bağlı vurulmuş 1652 manat zərər məbləği olmaqla cəmi 25.296,25 (iyirmi beş min iki yüz doxsan altı manat 25 qəpik) məbləğində pul vəsaiti, hüquqi yardımla bağlı çəkilmiş xərclərin əvəzi olaraq 500 (beş yüz) manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul məbləği tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova