Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1856/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh “X3 and Dıstrıbutıon” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh “X3 and Dıstrıbutıon” MMC-yə qarşı xx.xx.2024 tarixli PLGM- 20052024 nömrəli “Şəxsi marka istehsalı müqaviləsi”nə əsasən yaranmış 14,429,93 manat əsas borcun, 400 manat hüquqi yardım haqqının, 360 manat gecikmə dövrünə görə vurulmuş zərərin və 135 manat dövlət rüsumunun, 324,93 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası 02 aprel 2025-ci il tarixə saat 11:50-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin çağırışına gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh “X3 and Dıstrıbutıon” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 135 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-2(113)-1856/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1856/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver