Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1876/2023 20.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin X3 və vəkili Vəkil1 və cavabdeh "xxxx" MMMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə Cavabdeh MMMC tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması nəticəsində vurulmuş ziyana görə 210000 ABŞ dollarının İddiaçı bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 fevral 2020-ci ildə İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 25/02-20 nömrəli distribyutor müqaviləsi imzalanmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2024-cü ilədəkdir. Bundan başqa həmin cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli etibarnaməyə əsasən Cavabdeh X2 Cəmiyyətinin istehsal etdiyi məhsulların Azərbaycan Respublikası ərazisində satışına dair eksklyuziv distribyutorluq hüququnu İddiaçınə həvalə etmişdir. Əməkdaşlıq edilən müddət ərzində Cavabdeh X2 Cəmiyyətinin istehsal etdiyi məhsulların Azərbaycan Respublikasında tanınmasını və satışını yüksək səviyyədə təmin etmiş, bu məqsədlə məhsulunuzun Bakı şəhəri ərazisindəki marketlər şəbəkəsində satılmasının təmin edilməsi, promo aksiyaların keçirilməsi, məhsulların bazarda tanıınması məqsədilə üçün rəsmi qaydada 210000 ABŞ dolları məbləğindən artıq vəsait sərf etmişdir. Müvafiq elektron qaimələr və həmin məqsədlə odənişləri təsdiq edən bank ödəniş sənədləri ərizəyə əlavə edilir. Lakin əfsuslar olsun ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə öhdəliklərini və iddiaçı arasında təşəkkül tapmış işgüzar biznes münasibətlərini pozaraq İddiaçı məlumatı olmadan 2022-ci ilin iyununda (dondurma satışı mövsümünün ən qızğın dövründə) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən "xxxx" MMC ilə eyni qiymət və eyni şərtlərlə müqavilə bağlayaraq həmin cəmiyyəti öz məhsulları ilə təchiz etməyə başlamışdır. Sonuncular həmin məhsulların satışı üzrə özlərini Azərbaycan bazarında eksklüziv hüquqlara malik distribütor elan edərək topdan və pərakəndə satışa başlamışlar. Həmin faktı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması kimi qəbul edərək, onların məhsulunun satılmasının təmin edilməsi üçün marketlər şəbəkəsinə sərf edilmiş 210000 ABŞ dollarının İddiaçı bank hesabına ödənilməlidir. Cavabdeh tərəfindən ticarət əxlaqına və mübahisəsi açılan həmin müqavilənin şərtlərinə əməl edilmiş olsaydı İddiaçı çəkdiyi xərclərin əvəzini tamamilə çıxarmış olardı və həmin iddiaya yer qalmazdı. Müqavilə üzrə tərəfdaşlıq dövründə İddiaçı tərəfindən 377410 ABŞ dolları dəyərində mal alaraq dəyərini ödəmişdir. İllər üzrə dövriyyə cədvəlləri ərizəyə əlavə edilir. Qeyd olunan mübahisə ilə əlaqədar tərəfimizdən cavabdehə pretenziya məktubu göndərilmiş, mediasiya prosesində mübahisənin məhkəmədənkənar həllinə çalışılmış lakin müsbət nəticə əldə olunmamışdır. Hüquqi əsaslar: Həmin müqavilənin 5.3 bəndinə əsasən mübahisələr Beynəlxalq ticarət qaydalalrına dair xx.xx.1980-ci il BMT Konvensiyasının müddəaları ilə tənzimləniir. Həmin Konvensiyanın qaldırılan mübahisəni tənzimləəyən maddələri aşağıdakılardır: Maddə 9 (1) Tərəflərin barəsində razılığa gəldikləri istənilən adət və qarşılıqlı münasibətlərində müəyyən etdikləri istənilən təcrübə onlar üçün məcburi xarakter daşıyır. (2) Tərəflərin, aralarında digər qaydada razılaşma olmadıqda, bildikləri və ya bilməli olduqları və beynəlxalq ticarətdə müvafiq ticarət sahəsində eyni növlü müqavilələrin tərəflərinə geniş məlum olan və onların müntəzəm riayət etdikləri adətin tərəflərin müqavilələrinə və ya onun bağlanmasınatətbiqini nəzərdə tutduqları hesab edilir. Maddə 25 Müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Maddə 26 Müqaviləyə xitam verilməsi haqqında bəyanat yalnız digər tərəfə bildiriş vasitəsilə bildirildikdə qüvvəyə malik olur. Maddə 45 (1) Satıcı müqavilə və ya bu Konvensiya üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirmədikdə, alıcı aşağıdakıları edə bilər: (a) 46-52-ci maddələrdə nəzərdə tutulan hüquqlarını həyata keçirə bilər; (b) 74- 77-ci maddələrdə nəzərdə tutulmuş qaydadazərərin əvəzinin ödənilməsini tələb edə bilər. (2) Alıcının digər hüquqi müdafiə vasitələrindən istifadə hüququnu həyata keçirməsi onu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. (3) Alıcı müqavilənin pozulmasına görə hər hansı hüquqi müdafiə vasitəsinə müraciət etdikdə, məhkəmə və ya arbitraj tərəfindən satıcıya hər hansı möhlət verilə bilməz. Maddə 74 Tərəflərdən biri tərəfindən müqavilənin pozulmasına görə zərər müqavilənin pozulması nəticəsində digər tərəfin çəkdiyi, əldən çıxmış fayda da daxil olmaqla, itkiyə bərabər olan məbləği təşkil edir. Belə zərər müqaviləni pozmuş tərəfin müqavilənin bağlanması anında, onun həmin zaman bildiyi və ya bilməli olduğu faktlar və hallar da nəzərə alınmaqla, müqavilənin pozulmasının mümkün nəticəsi kimi gördüyü və ya görməli olduğu itkidən yuxarı ola bilməz. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçı MMC Cavabdeh-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya görə, tərəflər arasında bağlanmış 25/02-20 saylı, 25 fevral 2020-ci il tarixli Distribyutor müqaviləsi hüquqi təbiəti etibarı ilə konsessiya müqaviləsdir. Özü də, adi deyil, müstəsna satış hüququ (inhisar hüququ) verən konsessiya müqaviləsindən söhbət gedir. Cavabdeh 2022-ci ilin iyun ayında digər bir hüquqi şəxslə ("xxxx" MMC ilə) eyni qiymət və eyni şərtlə müqavilə bağlayaraq Distribyutor müqaviləsinin şərtlərini pozmuşdur. Nəticədə, İddiaçıya 210.000 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. İddia tələbini qəbul etmirik. İ. Distribyutor müqaviləsinin hüquqi təbiəti 1. Məlum olduğu kimi, mülki hüquq subyektləri azad surətdə müqavilə bağlamaq və məzmununu sərbəst müəyyənləşdirmək imkanına sahibdirlər. Müqavilə azadlığı olaraq adlandırılan bu prinsip Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 390-da öz əksini tapmışdır. 2. Müqavilənin bağlanması üçün onun mühüm şərtləri barəsində razılığın əldə edilməsi zəruridir (MM m. 405.1/c.l). Mühüm şərtlər dedikdə, müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər başa düşülür (MM m. 405.1/c.2). 3. İddiaçı, Distribyutor müqaviləsini təkidlə, konsessiya müqaviləsi olaraq xarakterizə edir. Konsessiya müqaviləsi MM m. 800-807-də nəzərdə tutulmuşdur. Konsessiya müqaviləsinin predmeti, yəni obyektiv mühüm (tərəflərin iradə ifadələrinin üzərində mütləq uzlaşmalı olduğu) şərtləri MM m. 800.1-də nəzərdə tutulmuşdur. Buna görə, konsessiya müqaviləsinin mühüm şərtlərinə, ən azı aşağıdakılar, daxildir: 3.1. Konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı öhdəsinə götürməli (m. 800.1.1) 3.2. Konsessioner tapşırandan aldığı malları öz adından və öz hesabına başqasına satmalıdır (m. 800.1.2); 3.3. Konsessioner tapşırandan aldığı kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmalıdır. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir (800.1.3). 4. Distribyutor müqavləsinin 1-ci bəndində onun predmeti aşağıdakı kimi ifadə edilmişdir: - “1.1. Təchizatçı, mülkiyyəti (tədarükü) dondurma, dondurma və dondurulmuş desertləri, həmçinin Tərəflərin razılığı ilə, digər dondurulmuş məhsulları (bundan sonra “mal” adlandırılacaq) hər çatdırılma üçün tərtib olunmuş texniki şərtlərdə və bu müqavilə və şərtlərlə müəyyən edilmiş şərtlərdə göstərilən çeşiddə, miqdarda və qiymətlərdə Distribyutorun mülkiyyətinə verməyi, Distribyutor isə, onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür”. – “1.2. Hər bir şərtnamə Distribyutorun sifarişi (müraciəti) əsasında tərtib edilir. Distribyutorun Təchizatçı tərəfindən təsdiqlənmiş sifarişlərinin Təchizatçı tərəfindən icrası məcburidir”. 5. Göründüyü kimi, Distribyutor müqavləsinin predmetində onun konsessiya müqaviləsi olduğunu deməyə imkan verən hər hansı bir əsas yoxdur. Belə ki, İddiaçı malları vaxtaşırı almağı öhdəsinə götürməmişdir. Təsadüfi deyildir ki, Distribyutor müqavləsinin 1.3-cü bəndində müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasındakı dövriyyənin təxminən 200000 ABŞ dolları məbləğində olacağı ehtimal edilmişdir. Ancaq tərəflər dövriyyənin 200000 ABŞ dollarından az ola biləcəyini razılaşdırmışlar. Bu mənada, əgər ortada konsessiya müqaviləsi olmuş olsaydı, iddiaçı müqavilə müddəti ərzində müəyyən kvotaya çatmaq vəzifəsi daşımalı idi (MM m. 805.3). Müqavilədə bu barədə hər hansı göstəriş yoxdur. 6. Tam əksinə, Distribyutor müqavləsinin predmeti onu konsessiya deyil, göndərmə müqaviləsi kimi xarakterizə etməyə əsas verir. Çünki MM m. 627.1-ə görə, “Göndərmə müqaviləsinə görə mal göndərən – sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür’’’. Digər tərəfdən, bu mövqeyimiz, MM m. 800.3 ilə də dəstəklənməkdədir. Buna görə, “Başqasına satmaq üçün sadə satınalma konsessiya müqaviləsinə əsas verə bilməz. Müntəzəm ticarət münasibətləri də konsessiya haqqında müqaviləyə əsas verə bilməz”. 7. Bundan başqa, tərəflər bu halı diqqətə aldıqları üçün Distribyutor müqavləsinə BMT-nin malların beynəlxalq alı-satqısma dair müqavilələr haqqında xx.xx.1980-ci il tarixli Konvensiyasınm (Vyana Konvensiyası) tətbiq ediləcəyini razılaşdırmışlar (b. 5.3). 8. Beləliklə, Distribyutor müqavləsinin konsessiya müqaviləsi olaraq qəbulu mümkün deyildir. Ona görə də, İddiaçının MM-in konsessiya müqaviləsinə dair göstərişlərinə istinadını əsaslı hesab etmirikİİ. Distribyutor müqaviləsi, İddiaçıya müstəsna satış hüququ (inhisar hüququ) verirmi?! 9. Biz, yuxanda ifadə etdiyimiz səbəblərdən Distribyutor müqaviləsinin konsessiya müqaviləsi olmadığı qənaətindəyik. Bununla belə, İddiaçının təkidlə müstəsna satış hüququnun pozulduğunu iddia etməsi ilə bağlı dəlilinə cavab verməyi zəruri sayırıq. Fərz edək ki, iddiaçı “haqlıdır”: Distribyutor müqaviləsi konsessiya müqaviləsi kimi qəbul edilə bilər. Bu ehtimalda belə, iddiaçının tələbi təmin edilə bilməzdi. Niyə? 10. Ona görə ki, beynəlxalq ticarət təcrübəsində, mülki hüquq subyektləri müxtəlif xarakterli konsessiya müqavilələri bağlamaq imkanına malikdirlər. Bu o deməkdir ki. Heç də bütün konsessiya müqavilələri konsessionerə müstəsna satış hüququ vermir. Tərəflər öz aralarında bu halı razılaşdırmalıdırlar; başqa sözlə, müstəsna satış hüququnun verilməsi müqavilənin mühüm şərtini təşkil edir və tərəflər bu barədə razılıq əldə etməlidirlər. MM m. 800.1.3 və 800.2-dən aydın olduğu kimi, tərəflər müstəsna satış hüququnu iki formada razılaşdıra bilərlər: kontrakt malları, ya müəyyən ərazidə, ya da müəyyən müştərilərə satılacaqdır. 11. Hər nə qədər qəribə görünsə də, müstəsna satış hüququ, həm də, konsessionerin vəzifəsi kimi çıxış edir. Çünki MM m. 800.2-yə görə, “Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, tapşıran barəsində konsessionerin kontrakt mallarını müqavilə ərazisinin hüdudlarından kənarda və ya müqavilə müştərilərindən savayı, başqa müştərilərə satmaq hüququ yoxdur”. Bu mənada, müstəsna satış hüququnun (o cümlədən, vəzifəsinin) həyata keçiriləcəyi məkan və ya müştəri qrupu müqavilənin mühüm şərti olmaqla razılaşdırılmış olmalıydı. Nə müqavilədə, nə də ki, digər iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. 12. Göründüyü kimi, hətta Distribyutor müqaviləsinin konsessiya müqaviləsi qismində qəbul etsək belə, həmin müqavilənin İddiaçıya müstəsna satış hüququ verdiyini demək mümkün deyildir. Dolayısı ilə, bu ehtimalda, ortada sadə, yəni hər hansı müstəsna satış hüququ verməyən bir konsessiya müqaviləsinin var olduğunu demək mümkündür. Bu isə, Cavabdehi, Azərbaycanda istənilən üçüncü şəxslə müqavilə bağlamaq imkanından məhrum etmir. İİİ. İddiaçı, 25 mart 2022-ci il tarixdə ona təqdim edilmiş 31.325,6 ABŞ dolları məbləğində malın dəyərini bu günədək tam ödəməmişdir. 13. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, 25 mart 2022-ci il tarixdə cavabdeh tərəfindən İddiaçıya ümumi dəyəri 31325,6 ABŞ dolları məbləğində mal göndərilmişdir. 21 mart 2022-ci il tarixli, 1 nömrəli Malın Spesifikasiyasına (Şərtnaməsinə) əsasən, iddiaçı həmin malların dəyərini ən geci, 25 aprel 2022-ci il tarixinədək ödəməli idi. Lakin iddiaçı öz öhdəliyini lazımınca icra etməmiş, nəticədə cavabdehə 26325,6 ABŞ dolları məbləğində borcu yaranmışdır. Cavabdeh bununla bağlı X4 Məhkəməsində İddiaçı MMC-yə qarşı iddia qaldırmışdır. Məhkəmənin gedişində İddiaçı MMC tərəfindən 6000 ABŞ dolları ödənilmişdir. 14. Nəticədə, X4 Məhkəməsinin 27 mart 2023-cü il tarixli qətnaməsi iddia təmin edilərək İddiaçı MMC-dən Cavabdeh-nin xeyrinə 20325,6 ABŞ dolları məbləğində əsas borc və 4184,86 ABŞ dolları dəbbə pulu borcu tutulmuşdur. 15. X4 Məhkəməsinin 27 mart 2023-cü il tarixli qətnaməsi 18 aprel 2023-cü ildə qanuni qüvvəyə minmişdir. İddiaçı MMC cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, etirazda cavabdeh tərəfindən irəli sürülən əsas arqument 25 fevral 2020-ci ildə İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 25/02-20 nömrəli distribyutor müqaviləsinin konsessiya müqaviləsi hesab etməyərək onu sadə mal göndərmə müqaviləsi hesab etməsidir. Cavabdehin həmin arqumenti aşağıda göstərilən səbəblərdən tamamilə əsassız hesab olunmalıdır. 1. Cavabdehin etirazının əsassızlığını əsasən Cavabdeh X2 Cəmiyyətinin istehsal etdiyi məhsulların Azərbaycan Respublikası ərazisində satışına dair eksklyuziv distribyutorluq hüququnu həvalə etməsinə dair iş materiallarında olan xx.xx.2019-eu il tarixli etibarnamə təsdiq edir. Həmin etibarnamə birtərəfli əqd olsa da cavabdehin həqiqi iradə ifadəsini əks etdirən və İddiaçınə yönələn kommersiya tapşırığıdır. Dolayısı ilə həmin üsul dünya biznesində tətbiq olunan, eksklüzivlik hüququ verən yazılı müqavilə şərti kimi qəbul edilməlidir. Həmin etibarnamə ilə cavabdeh kommersiya konsessiyasının AR MM-in 800.1.3 maddəsində əks olunan münasibətlərinə girdiyini təsdiq etmişdir. 2. Bundan başqa cavabdeh tərəfindən həmin münasibətlərin məhz kommersiya konsessiyası olması həmdə İddiaçınə xx.xx.2020-ci il tarixli VL 03 saylı müqaviləyə əsasən verilən malların ticarət şəbəkələrində satışının təşkil olunmasına kömək üçün 175 ədəd soyuducu ilə təchiz etməsidir. Cavabdeh müvəkkilimlə sadə mal alqı-satqısı və ya mal göndərilməsi müqaviləsi bağlamış olsaydı, iradə ifadəsi məhz bununla məhdudlaşmış olsaydı, həmin malların öz “Loqoları” yazılan soyuducularda ticarəət şəbəkələrinə paylanmasını tələb etməzdi. 3. Cavabdehin konsessiya müqaviləsi münasibətlərinə girməsi həm də şərtləri pozulan 25 fevral 2020-ci il tarixli müqavilənin adında da əks olunur. Etirazda göstərildiyi kimi, bu müqavilə mal göndərilməsi müqaviləsi olsaydı, müqavilənin adı göndərmə müqaviləsi olardı. Həmin müqavilənin adı ilə yanaşı əks etdirdiyi şərtlərdə də müvəkkilimin təmsil etdiyi tərəf “distribütor” adlandırılmışdır. Cavabdeh bütün yazışmalarında mmüvəkkilimə “distribütor” deyə müraciət etmişdir. AR Mülki Məcəlləsində distribütor anlayışı əvəzinə konsessioner anlayışı istifadə edilir, mahiyyət etibariylə dünya ticarət sistemində başa düşülən və qəbul edilən mənada hər iki ifadə tamamilə eyni anlamı əks etdirir. Misal olaraq internet üzərindən verilən axtarış üzrə aşağıdakı kimi anlayış verilmişdir: “X1 Üretici ve dağıtıcı arasındaki işbirliğinin ne şekilde yapılacağına bağlı olarak distribütörlük sözleşmesi aşağıdaki temel unsurları içermelidir. • Sözleşmeye konu ürünlerin nitelikleriyle belirlenmesi • Distribütörlük anlaşmasının süresi • Distribütörün satmasına vetki verildiqi coqrafya (internet pazarları dahil) • Distribütor tarafından yapılacak ödemelerin zamanı ve şekli • Distribütörün alt distribütörlük verme yetkisinin olup olmayacağı • Distribütörlük sözleşmesinin hangi şartlarda ve ne zaman yenileceği • Distribütörlük sözleşmesinin hangi şartlarda iptal edilebileceği • Raporlama yapılıp yapılmayacağı • Kusurlu ürün olması halinde iade ve ispat şartları • Sözleşme taraflarının isim ve iletişim bilgileri” 4. Etirazda MM-in 800.1.1 maddəsinə əsasən konsessionerin tapşırandan vaxtaşırı mal alması vəzifəsinin icra olunması zəruriliyi vurğulanmışdır. Tərəfimizdən məhkəmə baxışına təqdim olunan sənədlərdən görünür Tapşıranın istehsal etdiyi məhsullar mövsümi (ilin isti aylarında tələbat olan) mallar olduğu üçün müvəkkilim tərəfindən həmin mallar Azərbaycan iqliminə uyğğun olaraq qış fəslindən çıxdıqdan sonra mütəmadi və sistematik olaraq sifariş edilmiş, tapşıranın malları konsessionerin əhatə etdiyi coğrafiyaya tam dağıdılmışdır. Müqavilə üzrə tərəfdaşlıq dövründə İddiaçı tərəfindən 377410,0 ABŞ dolları dəyərində mal alaraq dəyərini ödəmişdir
5. Müvəkkilim tərəfindən AR MM-in 800.1.2 maddəsinin tələblərinə əməl edilməsi də məhkəmə baxışına təqdim olunan sənədlərlə əks olunur. 6. Etirazda müvəkkilimin Cavabdeh X2 Cəmiyyətinə xx.xx.2022-ci il tarixli 1 saylı sifarişə əsasən 31325.6 ABŞ dolları dəyərində mal göndərildiyi, həmin malın 26325.6 ABŞ dolları hissəsinin ödənilmədiyi göstərilmişdir. Müvəkkilim yazışmalarda və pretenziyalarında həmin malların göndrildiyini 5000.0 ABŞdolları hissəsinin ödənildiyini qalan məbləğin caabdehin müqavilə şərtlərinə əməl etmədiyi üçün ödəmədiyini bildirmişdir. Müvəkkilim cavabdeh tərəfin mənfur niyyətlə, İddiaçı əəvvəlcədən xəbərdar etmədən, aylarla gizli danışıqlar apararaq ona aid ticarət arenasında eyni satış şərtlərlə başqa konsessionerlə anlaşmasını müqavilə öhdəliklərini pozma hesab etmiş, və borc məbləğinin vurulmuş ziyandan çıxılmaqla hesablaşılmalı olması qənaətinə gəlmişdir. Bu barədə tapşırana müvafiq məktub və mail göndərilmişdir. 7. Cavabdehin təbirincə, fərz etsək ki, həmin müqavilə konsessiya müqaviləsi deyil, etirazda gösərilən kimi sadə mal göndərilməsi müqaviləsidir, bu zaman da iddiaçıya münasibətdə müqavilənin vacib şərtləri barədə yanıltmaya məruz qoyma ortaya çıxır. Müqavilənin adını distribütor müqaviləsi qoymaqla, eksklüziv (inhisarçı) satış hüquqları barədə etibarnamə verməklə iddiaçını aldatmış olurlar ki, bu zaman da AR MM 347-ci maddəsinə əsasən cavabdehin məsuliyyəti qaçılmaz xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 və nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq isə bildirmişlər ki, İddiaçı MMCyə Cavabdeh MMMC tərəfindən etibarnamə əsasında cavabdehin məhsullarının satılması, məhsulların bazarda tanınması məqsədilə İddiaçı MMC-yə eksklüziv distribyutorluq səlahiyyəti verildiyinə görə şirkət tərəfindən Cavabdeh MMMC-nin məhsulunun yerli bazarına daxil olub tanıtmaq məqsədi ilə reklam, iri ticarət şəbəkələrə giriş pulu kimi və sair xərclərlə bağlı yüksək məbləğlərdə vəsait ödənilmiş, lakin buna baxmayaraq cavabdeh üzərinə düşən “eksklüziv distribyutorluq”la bağlı öhdəliklərini pozduğuna görə iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMMC-nin nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək etiraza uyğun izahat vermiş əlavə olaraq isə bildirmişdir ki, iddiaçı tərəfindən istinad olunan xx.xx.2019-cu il tarixdə baş direktorun müavini A.S.Dobudko tərəfindən imzalanan etibarnamədə xx.xx.2017-ci il tarixli 19 nömrəli baş direktor S.V.Dobudko tərəfindən imzalanan etibarnaməyə istinad edilmiş, halbuki sonuncu etibarnamənin müddəti 31 dekabr 2019-cu il tarixdə bitdiyindən və həmin etibarnamədə A.S.Dobudkoya ekskluziv distribyutor səlahiyyətlərinin verilməsi ilə bağlı müddəaların qeyd edilmədiyini, həmçinin etirazda göstərilən müddəaları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İİ.İşin halları
İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25 fevral 2020-ci il 25/02-20 nömrəli İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış distribyutor müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyəti (tədarükü) dondurma və dondurulmuş desertləri, həmçinin tərəflərin razılığı ilə digər dondurulmuş məhsullları hər çatdırılma üçün tərtib olunmuş texniki şərtlərdə bu müqavilə və şərtlərlə müəyyən edilmiş şərtlərdə göstərilən çeşiddə, miqdarda və qiymətlərdə distribyutora ötürməyi, distribyutor isə onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür. Hər iki tərəfin imzalandığı andan etibarən şərtnamələr bu müqavilənin ayrılmaz hissəsidir. Müqavilənin 6.5-ci bəndinə əsasən hər iki tərəfin imzalandığı andan və 31 dekabr 2024-cü il tarixədək qüvvədədir. Müqavilənin müddəti bitdikdən sonra tərəflər onun ləğvi barədə yazılı şəkildə bəyan etmirlərsə müqavilə hər bir təqvim ili üçün avtomatik olaraq yenilənir. xx.xx.2024-cü il tarixinədək distribyutorun vaxtı keçmiş borcları və əgər varsa cərimələri varsa ona göndərilmələr dayandırılıbsa müvafiq hissədəki müqavilə üzrə 6.4-cü bəndində nəzərdə tutulmuş qaydadal əğv etmək hüququna malikdir. Əgər müqavilə ləğv edildiyi vaxtda distrbyutorun borcu varsa, müqavilə müvafiq hissədə müqavilə hesablaşmaların başa çatdığı və mövcud olduqda cərimə sanksiyalarının ödənilməsi anına qədər qüvvədədir. Müqavilənin 6.6-cı bəndinə əsasən distribyutor tərəfindən təqdimatların, dequstasiyaların təşkili, reklam tədbirlərində iştirak etmək, reklam məqsədli verilişlər, fokus qruplarının keçirilməsi, təchizatçının məhsullarına tələbatın öyrənilməsi və s, bu müqaviləyə əsasən satın alınan təchizatçı məhsulları ilə əlaqəli təbdirlər, təchizatçı bu satışı imzaladıqdan sonra məhsul nümunələri distrbyutorun əmlakına ödənişsiz köçürülə bilər. İddiaçı MMC-nin məhkəməyə təqdim olunmuş qaimə və ödəniş sənədləri üzrə xərclər və tarixlər barədə cədvəllinə əsasən İddiaçı MMC-yə "xxxx" MMC və digər mağazalar şəbəkələri tərəfindən 2019-cu il üçün giriş pulu olaraq 25300 manat məbləğində, 2020-ci il üçün reklam və giriş pulu olaraq 165547 manat məbləğində, 2021ci il üçün reklam və giriş pulu olaraq ümumilikdə 86796 manat məbləğində, 2022-ci il üçün 320531 manat məbləğində elektron qaimə təqdim edilmişdir. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı təqdim olunan elektron qaimələr üzrə 324004,19 manat məbləğində ödəniş edilmişdir. 07 iyun 2019-cu il tarixdə tərtib olunmuş etibarnamədən görünür ki, Cavabdeh MMMC-nin baş direktorun müavini A.S.Dobudko tərəfindən imzalanan 19 nömrəli xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən İddiaçı MMC-yə Cavabdeh MMMC-nin əmtəə nişanı altında olan dondurma, meyvəli buzlar və dondurulmuş desertlərin eksklüziv distribyutoru kimi Azərbaycan Respublikası ərazisində 3 il müddətinə Cavabdeh MMMCnin maraqlarını təmsil etmək səlahiyyəti verilmişdir. 16 oktyabr 2017-ci il tarixdə tərtib olunmuş etibarnamədən görünür ki, Cavabdeh MMMC-nin baş direktoru C.V.Dobudko tərəfindən imzalanan 19 nömrəli xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən 31 dekabr 2019-cu il tarixədək baş direktorun müavini A.S.Dobudkoya Cavabdeh MMMC-nin xarici iqtisadi fəaliyyəti ilə bağlı bir sıra səlahiyyətlər verilmişdir.
İİİ.Tətbiq edilən hüquq
Birləşmiş Millətlər Təşkilatının xx.xx.1980-cı il tarixli “malların beynəlxalq alğısatqısına dair müqavilələr haqqıda“ Konvensiyanın 9-cu maddəsinin 1 və 2-ci bəndlərinə, 25-ci, 26-cı maddəsinə, 45-ci maddəsinin 1-ci bəndinin a və b hissəsinə, 2-ci və 3-cü bəndinə və 74-cü maddələrə əsasən tərəflərin barəsində razılığa gəldikləri istənilən adət və qarşılıqlı münasibətlərində müəyyən etdikləri istənilən təcrübə onlar üçün məcburixarakter daşıyır. Tərəflərin, aralarında digər qaydada razılaşma olmadıqda, bildikləri və ya bilməli olduqları və beynəlxalq ticarətdə müvafiq ticarət sahəsində eyni növlü müqavilələrin tərəflərinə geniş məlum olan və onların müntəzəm riayət etdikləri adətin tərəflərin müqavilələrinə və ya onun bağlanmasınatətbiqini nəzərdə tutduqları hesab edilir. Müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Müqaviləyə xitam verilməsi haqqında bəyanat yalnız digər tərəfə bildiriş vasitəsilə bildirildikdə qüvvəyə malik olur. Satıcı müqavilə və ya bu Konvensiya üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirmədikdə, alıcı aşağıdakıları edə bilər: 46-52-ci maddələrdə nəzərdə tutulan hüquqlarını həyata keçirə bilər 74-77-ci maddələrdə nəzərdə tutulmuş qaydadazərərin əvəzinin ödənilməsini tələb edə bilər. Alıcının digər hüquqi müdafiə vasitələrindən istifadə hüququnu həyata keçirməsi onu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. Alıcı müqavilənin pozulmasına görə hər hansı hüquqi müdafiə vasitəsinə müraciət etdikdə, məhkəmə və ya arbitraj tərəfindən satıcıya hər hansı möhlət verilə bilməz. Tərəflərdən biri tərəfindən müqavilənin pozulmasına görə zərər müqavilənin pozulması nəticəsində digər tərəfin çəkdiyi, əldən çıxmış fayda da daxil olmaqla, itkiyə bərabər olan məbləği təşkil edir. Belə zərər müqaviləni pozmuş tərəfin müqavilənin bağlanması anında, onun həmin zaman bildiyi və ya bilməli olduğu faktlar və hallar da nəzərə alınmaqla, müqavilənin pozulmasının mümkün nəticəsi kimi gördüyü və ya görməli olduğu itkidən yuxarı ola bilməz.
İV.Məhkəmənin gəldiyi nəticə
Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, təchizatçı Cavabdeh MMMC ilə distribyutor İddiaçı MMC arasında 25 fevral 2020-ci il tarixdə distribyutor müqaviləsi imzalandıqdan sonra İddiaçı MMC Cavabdeh MMMC-nin istehsal etdiyi məhsullarını respublika ərazisində olan marketlər şəbəkəsi vasitəsi ilə satılmasını təmin etmişdir. İddiaçı MMC məhkəməyə müraciət edərək sözügedən məhsulların Azərbaycan Respublikasında tanınmasını və satışının yüksək səviyyədə təmin edilməsi məqsədi ilə reklama, markətlərə giriş pulu kimi ödədiyi və sair çəkdiyi xərcləri cəmi 210000 ABŞ dolları məbləğində vəsaiti Cavabdeh MMMC “eksklüziv distribyutor” şərtlərini pozduğuna görə maddi zərər kimi tələb etmişdir. İddiaçı tələbində tərəflərin arasında 25 fevral 2020-ci il tarixdə bağlanmış distribyutor deyil, konsessiya müqaviləsinin olduğunu və Cavabdeh MMMC-nin həmin müqavilənin, həmçinin 07 iyun 2019-cu il tarixli İddiaçı MMC-nın “eksklüziv distribyutor” səlahiyyətlərinin olmasını əks etdirən etibarnamənin şərtlərini pozaraq "xxxx" MMC ilə eyni qiymət və eyni şərtlərlə müqavilə bağlanıldığına istinad edərək tələbin təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı tərəflərin arasında konsessiya müqaviləsinin bağlanmasına istinad etsə də, məhkəmə bununla razılaşmır. Belə ki, birincisi müqavilənin adı konsessiya deyil, distribyutor müqaviləsidir; ikincisi konsessioner müəyyən ticarət-servis təşkilatına malik olmalıdır, halbuki İddiaçı MMC məhsullarını özünə məxsus deyil, digər iri ticarət şəbəkələri vasitəsi ilə realizə edirdi və əsasən həmin şəbəkələrə ödədiyi vəsaitləri (giriş pulu, reklam və sair) zərər kimi tələb edir; üçüncüsü konsessiya müqaviləsinə əsasən konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı öhdəsinə götürür, lakin distribyutor müqaviləsində sözügedən müddəa öz əksini tapmamış; dördüncüsü isə tərəflər mübahisələr yaranacağı təqdirdə konsessiya müqaviləsindən irəli gələn münasibətləri tənzimləməyən Birləşmiş Millətlər Təşkilatının xx.xx.1980-cı il tarixli “malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqıda“ Konvensiyanın tətbiq ediləcəyi ilə razılaşmışlar. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı 07 iyun 2019-cu il tarixdə tərtib olunmuş İddiaçı MMC-nın “eksklüziv distribyutor” səlahiyyətlərinin olmasını əks etdirən etibarnaməyə istinad etsə də, həmin etibarnaməni imzalayan Cavabdeh MMMC-nin baş direktorunun müavini A.S.Dobudkonun sözügedən səlahiyyətlərə malik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir, hətta etibarnamə səlahiyyətli şəxs tərəfindən tərtib edilsəydi belə, onun müddəti 07 iyun 2022-ci tarixdə bitmiş, iddiaçı isə həmin tarixdən öncə Cavabdeh MMMC-nin “eksklüziv distribyutor” şərtlərini pozmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir; Eyni zamanda məhkəmə bildirir ki, İddiaçı MMC 25 fevral 2020-ci il tarixdə bağlanmış distribyutor müqaviləsinin şərtlərinin pozulmasına istinad etsə də, sözügedən müqavilədə İddiaçı MMC-nin reklama, markətlərə giriş pulu kimi ödədiyi və sair çəkdiyi xərclərinin əvəzinin Cavabdeh MMMC tərəfindən ödənilməsi şərtləndirilməmiş, iddiaçı tərəfindən isə bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMMC-yə qarşı Cavabdeh MMMC tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması nəticəsində vurulmuş ziyana görə 210000 ABŞ dollarının İddiaçı MMCnın bank hesabına köçürülməsi tələbi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin Cavabdeh MMMC-yə qarşı Cavabdeh MMMC tərəfindən müqavilə öhdəliklərinin kobud şəkildə pozulması nəticəsində vurulmuş ziyana görə 210000 ABŞ dollarının İddiaçı MMC-nın bank hesabına köçürülməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim:Emin Əliyev