Məhkəmə qərarları › İş №e-2-2(113)-1883/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1883/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1883/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cü il tarixli saxlanc müqaviləsinə əsasən 979,98 ton malın cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı QSC-yə qaytarılması, bu mümkün olmadıqda ödənilmiş 979,98 ton armaturun dəyəri olan 966609,39 manat məbləğin (ƏDV daxil) cavabdeh "xxxx" MMC -dən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ. Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC (alıcı) ilə cavabdeh "xxxx" MMC (satıcı) arasında 15 may 2019-cu il tarixində bağlanmış 251 saylı alğı-satqı müqaviləsinə əsasən cavabdeh ƏDV daxil 1 061051,87 manat dəyərində 1080,03 ton armaturu istehsal etdikdən sonra iddiaçıya (bundan sonra-məhsul) təhvil verməyi öz öhdəsinə götürmüşdü. İddiaçı Ramco" QSC ilə cavabdeh "xxxx" MMC arasında 15 may 2019-cu il tarixində bağlanmış 251 saylı Alğı-satqı Müqaviləsinin 2.2-ci maddəsinə əsasən tərəfimizdən cavabdehə 18% ƏDV daxil cəmi 1061039,87 manat ödəniş edilmişdir. Qeyd olunan alğı-satqı müqaviləsinin 2.2-ci maddəsinə əsasən alıcı aldığı malın dəyərinin aldığı hesab-faktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. Tərəflər arasında məhsul istehsal olunduqdan sonra iddiaçının saxlanc üçün yeri olmadığına görə müvəqqəti olaraq cavabdehin anbarında saxlanılması ilə bağlı razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən İddiaçı QSC (“Tapşıran”) ilə cavabdeh "xxxx" MMC (“Saxlayıcı”) arasında 17 dekabr 2019-cu il tarixli saxlama müqaviləsi imzalandı. Həmin Müqaviləyə əsasən xx.xx.2019-cu il tarixdə Məhsulun cavabdehin anbarında saxlanılması ilə bağlı təhviltəslim aktı imzalandı. Saxlama müqaviləsinin 2.7-ci maddəsinə əsasən, saxlayıcı istənilən vaxt tapşıranın tələbi ilə məhsulu qaytarmalıdır. Tələbimizə əsasən, 100,05 ton məhsul qaytarılmış, qalıq 979,98 ton məhsul isə bu barədə cavabdehə tərəfimizdən xx.xx.2022-ci il tarixdə yazılı xəbərdarlıq olunsa da cavabdeh tərəfindən bizə qaytarılmamışdır. Beləliklə, cavabdeh şirkətin iddiaçı "xxxx" QSC-nin mülkiyyətində olan 979,98 ton armaturu qaytarmaq öhdəliyi yaranmış və bu öhdəlik bu günə qədər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Vəkil iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15 may 2019-cu il tarixli 251 nömrəli İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı QSC müqavilədə göstərilən şərtlərə uyğun olaraq Cavabdeh MMC-dən armatur yayması almağı öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü maddəsinə əsasən Cavabdeh MMC satılan malı öz anbarında İddiaçı QSC-nin nümayəndəsinə təhvil verir. 17 dekabr 2019-cu il tarixli saxlama müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhərində yerləşən anbarında İddiaçı QSC-yə məxsus armaturları 6 ay müddətində saxlamaya götürür. 17 dekabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı QSC, ümumilikdə 1080,03 ton məbləğində olan malları anbarında saxlamaq məqsədilə Cavabdeh MMC-yə təhvil vermişdir. 17 dekabr 2019-cu il tarixli 157902 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin bank hesabına armatur alışı üçün 301264 manat məbləğində pul köçürmüşdür. 17 dekabr 2019-cu il tarixli **********693428 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı QSC 15 may 2019-cu il tarixli 251 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin hesabına 54227,52 manat məbləğində ƏDV köçürmüşdür. 27 dekabr 2019-cu il tarixli 161803 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin bank hesabına armatur alışı üçün 385432,50 manat məbləğində pul köçürmüşdür. 27 dekabr 2019-cu il tarixli **********743786 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı QSC 15 may 2019-cu il tarixli 251 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin hesabına 69377,85 manat məbləğində ƏDV köçürmüşdür. 29 dekabr 2019-cu il tarixli 162999 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı QSC Cavabdeh MMC-nin bank hesabına armatur alışı üçün 212500 manat məbləğində pul köçürmüşdür. 29 dekabr 2019-cu il tarixli **********755189 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı QSC 15 may 2019-cu il tarixli 251 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin hesabına 38250 manat məbləğində ƏDV köçürmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 822-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. İV. Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, alıcı İddiaçı QSC ilə satıcı Cavabdeh MMC arasında 15 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sonuncu 1080,03 ton armaturu İddiaçı QSC-yə satmış, alıcı isə bunun müqabilində ƏDV daxil 1061051,87 manat məbləğində pulu satıcıya ödəmiş, lakin həmin həcmdə armaturun saxlanılması üçün alıcının kifayət qədər yeri olmadığına görə tərəflərin arasında 17 dekabr 2019-cu il tarixli saxlama müqaviləsi bağlanmış və həmin günü 1080,03 ton armatur İddiaçı QSC tərəfindən saxlanılması üçün Cavabdeh MMC-yə təhvil verilmişdir. Daha sonra Cavabdeh MMC-nin saxlancında olan armaturdan yalnız 100,05 ton armatur İddiaçı QSC-yə təhvil verilmiş, qalan 979,98 ton armatur isə təhvil verilməmiş, nədəki məhsulun dəyəri alıcıya geri qaytarılmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh MMC-dən 979,98 ton armatur alınaraq İddiaçı QSC-yə qaytarılmalı, bu mümkün olmadıqda 979,98 ton armaturun dəyəri olan 966609,39 manat (ƏDV daxil) Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 979,98 ton armatur alınaraq İddiaçı QSC-yə qaytarılsın, bu mümkün olmadıqda 979,98 ton armaturun dəyəri olan 966609,39 manat (ƏDV daxil) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar