Məhkəmə qərarları › İş №e-2-2(113)-1958/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1958/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1958/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 54441 (əlli dörd min dord yiiz on bir) manat məbləğində pul və ödənilmiş 400 manat mediasiya xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “X2 Company” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 016/0520 saylı müqaviləyə əsasən iddiaçı işçilərin (səhər, günorta və axşam) qida ilə təhciz etməyi öz üzərinə götürmüşdür. Müqavilənin dəyəri hər səhər yeməyi vergilər daxil 1 manat, hər günorta yeməyi vergilər daxil 3 manat və axşam yeməyi vergilər daxil 2,25 manat olmaqla, ümumi bir günlük qiyməti 5,25 manat təşkil edir. Bağlanmış müqavilənin icrası nəticəsində göstərilmiş xidmətin bir hissəsi ödənilmişdir. xx.xx.2020-ci il tarixə “X2 Company” MMC-nin iddiaçıya manat 54411 manat (əlli dörd min dord yüz on bir) ödənilməmiş borcu qalmışdır. Hər dəfə pulun ödəniləcəyinə söz verilsə də, qeyd olunan məbləğdə borc ödənilməmiş qalmışdır. Borcun mövcudluğu elektron qaimələr və üzləşmə aktı ilə təsdiq edilir. Borcun yaranması xx.xx.2020-ci il tarixli aktla 19871,25 manat (78071 lsaylı qaimə xx.xx.2020-ci ildə göndərilib) xx.xx.2020-ci il tarixli aktla 3237,75 manat (858276 saylı qaimə xx.xx.2020-ci ildə göndərilib), 01,09.2020ci il tarixli aktla 3206,05 manat (726458 saslı qaimə xx.xx.2020-ci ildə göndərilib), xx.xx.2020-ci il tarixli aktla 3572 manat (961352 saylı qaimə xx.xx.2020-ci ildə göndərilib) və xx.xx.2020-ci il tarixli aktla 4003 manat (030595 saylı qaimə xx.xx.2020 göndərilib) təsdiq olunur. Müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilədə göstərilənə əsasən hər təqvim ayının ilk 3 (üç) günü ərzində ötən ay ərzində bu müqavilənin 2.1-ci bəndində göstərilən siyahıya sifarişçi və icraçı əsaslanaraq aylıq təhvil-təslim aktı tərtib edir və imzalayır. Cavabdeh müqavilənin və qüvvədə olan mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq öhdəliyi vaxtında icra etməmişdir. Borcun ödənilməsi təklifi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmişdir. Eyni zamanda, qeyd olunan məsələ ilə bağlı iddiaçı tərəfindən mediasiyaya müraciət edilmiş və ilkin mediasiya sessiyası təyin edilmişdir. Cavabdehin mediasiya sessiyasına gəlməməsi səbəbindən 05 iyul 2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. 400 manat məbləğində mediasiya xərci tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “İcraçı” qismində İddiaçı ilə “sifarişçi” qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış HX 016/0520 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin işçilərini onların təqdim etdikləri, üzərində ayın tarixi, işçinin adı, istifadə oluna biləcəyi yemək tipi (səhər, günorta, axşam) əks olunan yemək talonlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilən menyuya müvafiq qida ilə təchiz etməyi. Sifarişçi isə göstərilən xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlər sifarişçi tərəfindən hər ay Təhvil-təslim aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır və xidmətlərin icrası üçüm sifarişçi icraçıya bu müqavilə ilə razılaşdırılmış haqqı ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər 1 (bir) işçi hər dəfə yemək payı aldıqda sifarişçi tərəfindən gündəlik olaraq icraçıya təqdim edilən siyahıda adının qarşısında aldığı paya uyğun (səhər, günorta, axşam) qaydada imza atır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən hər təqvim ayının ilk 3 (üç) günü ərzində ötən ay ərzində bu müqavilənin 2.1-ci bəndində göstərilən siyahıya sifarişçi və icraçı əsaslanaraq aylıq təhvil-təslim aktı tərtib edir və imzalayır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən səhər yeməyi - vergilər daxil 1 manat, günorta yeməyi - vergilər daxil 3,00 manat, axşam yeməyi - vergilər daxil 2,25 manat. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödəmələr aylıq tərtib olunacaq Təhvil-təslim aktına müvafiq olaraq həyata keçirilir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən Təhviltəslim aktı imzalandıqdan sonra sifarişçi aylıq xidmət haqqını icraçıya ödəməlidir. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə vasitəsilə həyata keçirilir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin təhvil verilməsi hər iki tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə və tərəflərin möhürləri ilə təsdiq edilən Təhvil-təslim aktına əsasən həyata keçirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən Təhvil-təslim aktı imzalanarkən icraçı akt da təqdim etməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən Təhvil-təslim aktının imzalanmasına baxmayaraq, təhvil alınmış xidmətlərin hər hansı mənfi nəticələrinə görə icraçı həm sifarişçi, həm də üçüncü şəxslər qarşısında tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən Təhviltəslim aktı icraçının sifarişçidən ödəniş tələb etməsi üçün əsas sənəddir. - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 016/0520 nömrəli xidmət müqaviləsinə menyu adlı 1 saylı Əlavədən görünür ki, tərəflər sözügedən əlavədə qeyd olunmuş cədvəldə menyunu müəyyənləşdirmişlər. Sözügedən Əlavə hər iki tərəfin, icraçının imzası və sifarişçinin imzası və möhürü ilə təsdiqlənmişdir. - Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 016/0520 nömrəli xidmət müqaviləsinə 2 saylı Əlavədə qeyd edilmişdir ki, bu müqaviləyə əsasən icraçı sifarişçinin tapşırığı əsasında sifarişçinin Şəmkir şəhərində icrasını həyata keçirdiyi “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi”ndə çalışan işçilərini onların təqdim etdikləri, üzərində ayın tarixi, işçinin adı, istifadə oluna biləcəyi yemək tipi (səhər, günorta, axşam) əks olunan yemək talonlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilən menyuya müvafiq qida ilə təchiz etməyi. Sifarişçi isə göstərilən xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. - xx.xx.2020-ci il tarixli, EBAK seriyalı, 780711 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 19871,25 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAL seriyalı, 858276 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23758,75 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 726458 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3206 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 961352 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3572 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAS seriyalı, 030595 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4003 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 322977 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11507,40 manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 323137 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13979 manat təşkil edir. - İş materiallarına iddiaçı tərəfindən aktlar əlavə edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HX 016/0520 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən iddiaçının hazırkı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 54411 (əlli dörd min dörd yüz on bir) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 400 (dörd yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 54411 (əlli dörd min dörd yüz on bir) manat məbləğində pul və 400 (dörd yüz) manat mediasiya xərci olmaqla, cəmi 54811 (əlli dörd min səkkiz yüz on bir) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar