Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1960/2025 06.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: yüklərin daşınması,pul) X10 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh X2 iştirakları ilə, İdddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 xx.xx.2024-cü il tarixinə hesablanmış 1067 manat məbləğində əsas borcun, 107 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 45.69 manat pulun, və ödənilmiş 32.2 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh (VÖEN3:1********) arasında xx.xx.2020-ci il tarixli anbarda saxlama müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus, ünvan 1 ünvanında yerləşən saxlanc anbarının 30 kv.m sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada (aylıq 50 manat) və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilsə də, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmış və beləliklə iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqını ödəməməklə əsassızca zəbt etmiş idi. Bununla əlaqədər xx.xx.2022-ci il tarixində cavabdehlə borc ödənişinin xx.xx.2022-ci il tarixinədək ödənilməsi barədə xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə bağlanılsa da, cavabdeh təkrarən öhdəliyini əsassızca icra etməyərək ödənişdən yayınmışdır. Borcun ödənilməsi üçün Cəmiyyətimiz məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş məhkəmə isə iddia tələbiniBakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5126/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin etmişdir. Buna baxmayaraq cavabdeh qətnaməni uzun müddət yeni bəhanələrlə icra etməmiş və yalnız saxlanılan mallara ehtiyacı yarananda borcun tam olaraq ödənilməsinə razılıq vermiş və yalnız tam icranı xx.xx.2024-cü il tarixində həyata keçirmişdir. Nəticədə, sözügedən mallar bütün bu müddət ərzində, anbarda qaldığından saxlanılma haqqı müqaviləyə uyğun olaraq hesablanmağa davam etmişdir. Belə ki, e-2-2(113)-5126/2022 saylı qətnamə üzrə borc məbləği xx.xx.2022-ci il tarixinə kimi hesablandığından və mallar xx.xx.2024-cü il tarixində çıxarıldığından tərəfimizdən borc məbləği haqlı olaraq həmin tarixlər üzrə hesablanmışdır. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən hazırkı yaranmış borcun güzəştli şərtlərlə hissə-hissə ödənilməsini təklif etsək də, cavabeh köhnə tendensiyasına sadiq qalaraq yaranmış borc məbləğini ödəmək niyyətində olmamasını sərt şəkildə bizə bildirmişdi. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə müvafiq günə olan qalıq borcu 1067 (bir min altmış yeddi) manat təşkil etməkdədir. Tərəfimizdən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Əlavə olaraq bildirək ki, xx.xx.2020-ci il tarixli Müqavilənin 3.3-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 3335.70 (üç min üç yüz otuz beş manat 70 qəpik) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 10 %-i həcmində, yəni cəmi 107 manat dəbbə pulu tələb edilməkdədir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2024cü il tarixinə hesablanmış 1067 manat məbləğində əsas borcun, 107 manat məbləğində cərimə məbləğinin, və ödənilmiş 31.74 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiamçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirmişdir ki, ona aid əşyaların iddiaçının saxlanc anbarından xx.xx.2024-cü il tarixində götürməyinin səbəbi kimi iddiaçının həmin əşyaların ona verməməsi olub. III.
IV. Sübutların tədqiqi:
6. İddiaçı MMC (“saxlayıcı”) ilə cavabdeh X5 (“tapşıran”) arasında imzalanmış xx.xx.2020-ci il tarixli “Anbarda saxlama” müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən “Saxlayıcı" sifariş əsasında “Tapşıran"a məxsus malları (bundan sonra Mallar adlanacaq) özünəməxsus. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi. 168 A ünvanında yerləşən saxlanc anbar inin 30 kv.m sahəsində saxlamağı, “Tapşıran ” isə bunun müqabilində Müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə saxlama haqqını ödəməyi öhdəsinə götürür. - 3.1-ci bəndinə əsasən 3.1 Saxlama xidmətinə görə 50 manat məbləğində saxlama haqqı müəyyənləşdirilir. Saxlama haqqı müqavilənin davam etdiyi hər növbəti ay üçün əvvəlcədən ödəniləcəkdir. Müqavilənin 2.3-ci bəndinə əsasən malalr anbarda saxlandığı müddət ərzində müqavilənin müddəti hər növbəti 1 aya uzadılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
7. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli,HM-26/4 saylı maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli Anbarda Saxlama müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5126/2022 saylı qətnaməsi ılzrə xx.xx.2024-cü il tarixində ümumilikdə 1015 manat məbləğində ödəniş edilmişdir.Müqavilənin 3.3-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır.Cavabdeh ödəniş üzrə xx.xx.2024-cü il tarixinədək 588 gün gecikməsi müşahidə edilir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə əsas 1067 manat, cərimə borcu 3335,7 manat, gecikdiirilmiş vaxt üçün illik 5% məbləğində borcu 45.69 manat təşkil edir.
8. Tərəflər arasında imzalanmış (cavabdeh tərəfindən şəxsən imzlaanmış)təhvil təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixində cavabdeh\ məxsus əşyalar iddiaçıya məxsus ambardan tamamilə çıxarılmışdır.
9. İş materiallarında olan pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu 3 iş günü ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. - 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. - 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. - 826.2-ci maddəsinə əsasən, əgər saxlamaya digər əvəz edilən əşyalar və ya sənədli qiymətli kağızlar qəbul edilirsə, saxlayıcı onlara dair yalnız o halda sərəncam verə bilər ki, tapşıran buna birbaşa icazə vermiş olsun. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. - 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: - 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; - 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; - 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
12. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
13. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X6rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
14. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə cavabdeh X5 arasında xx.xx.2020-ci il tarixli saxlama müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.İddiaçı müqaviləyə əsasən sifariş edilmiş özünəməxsus saxlanc anbarında cavabdehə aid əşyaları saxlama xidmətlərini göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin izahatlarından da göründüyü kimi tərəflər arasında müqavilə münasibətlərinin olması, cavabdeh tərəfindən iddiaçıya məxsus anbardan əşyalarının 15 aprel 2024-cü ildə götürməsi işin mübahisəsiz halıdır və iş materiallarında olan sübutlarla təsdiq edilir. Cavabdeh iddiaçının təqsiri səbəbilə anbardan daha tez çıxmaq imkanın olmadığını qeyd etsə də, qeyd edilən halla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.Hal-hazırda X2 göstərilən müqavilə üzrə İddiaçı MMC -yə olan əsas borcu 1000 manat (xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixədək hesablanmaqla) təşkil edir.
16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli,1000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 107 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, MM-nin 467-ci maddəsinin tələblərinə əsasən cərimə məbləği 50 manat məbləğində müəyyən edilməlidir.
18. Odur ki, iddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 32,40 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X1 1000 (min) manat əsas,50 (əlli) manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 32.40 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova