Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2017/2024 05.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: saxlama müqaviləsi, prosessual maraq, əşyanın qaytarılması, hüquqi yardım xərcinin ağlabatanlığı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının balansında olan 2 dəst “Uralmaş-5000 DQU” qazma qurğularına aid avadanlıqların (müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya və miqdara uyğun) cavabdehdən alınaraq iddiaçıya qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli İN-KQ 01/14 nömrəli müqaviləyə əsasən, saxlanma müddətində iddiaçının balansında olan 2 dəst “Uralmaş-5000 DQU” qazma qurğularına aid avadanlıqlar cavabdehə saxlanması üçün təhvil verilmişdir (“Təhvil alan” özünə məxsus ərazidə qazma qurğularının “Təhvil verən”dən qəbul edib müvafiq qaydada saxlanmasını təmin edir – müqavilənin 3.2-ci bəndi). Müqavilənin şərtlərinə görə, qazma qurğuları təhvil verənin xahişi əsasında təhvil alandan geri götürülür. Lakin cavabdehə öz ərazisində saxlanması üçün verilmiş avadanlıqların geri qaytarılması ilə bağlı müraciət edilsə də, cavabdeh iddiaçının xahişinə hər hansı formada cavab verməmiş, ümumiyyətlə, saxlaması üçün götürdüyü avadanlıqları iddiaçıya geri qaytarmamışdır. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157, 442, 443 və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2017/2024 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
7. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Saxlama müqaviləsi üzrə əşyanın qaytarılması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (təhvil verən qismində) ilə cavabdeh (təhvil alan qismində) arasında bağlanmış 22 iyul 2014-cü il tarixli İN-KQ 01/14 nömrəli müqavilənin şərtlərindən görünür ki, bu müqaviləyə əsasən “Təhvil alan” bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş spesifikasiyaya və miqdara uyğun “Təhvil verən”ə məxsus qazma qurğularını saxlanca götürülməsi barədə (1.1). Təhvil verilən avadanlıqlara daxil olan materialların siyahısı müqaviləyə edilmiş əlavə 1-də göstərilmişdir (1.2). “Təhvil verən” saxlanma müddətində qazma qurğuların aylıq saxlanma haqqı olan 300 manat məbləği “Təhvil alan”a ödəyir (2.1). “Təhvil alan” özünə məxsus ərazidə qazma qurğularının “Təhvil verən”dən qəbul edib müvafiq qaydada saxlanmasını təmin edir (3.1). “Təhvil verən” öz hesabına avadanlığı təyin edilmiş əraziyə daşınmasını təşkil edir. “Təhvil alan” isə təhvil-təslim aktı əsasında qazma qurğularını qəbul edir (3.2). Saxlanma müddəti başa çatdıqdan sonra qazma qurğuları təhvil-təslim aktı əsasında “Təhvil alan”dan geri götürülür (3.3).
12. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, 2 dəst (natamam) qüllə, 2 dəst qülləaltı postament, 2 ədəd bucurqad LBU-1100, 1 ədəd nasos UNBT-950, 2 ədəd sürətlər qutusu, 4 ədəd reduktor, 2 ədəd zəncirli reduktor, 8 ədəd dizel SA-10, 1 ədəd kompressor stansiyası (4VU-2 ədəd), 2 ədəd köməkçi bucurqad, 1 ədəd çən 50 m3 , 2 ədəd hava tutumu 2 x 2.7 m3 , 2 ədəd dönən kran, 1 ədəd deqazatorun balonu, 2 ədəd elektrik vaqonu, 2 dəst qülləni qaldırmaq üçün partal, 1 ədəd mərkəzləşdirici, 2 ədəd körpü, 2 ədəd avtoelevator, 1 ədəd tal bloku, 2 ədəd kran blok, 1 dəst (natamam) ASP mexanizmi, 1 ədəd bucurqad LBU-1200 (3D), 1 ədəd sürətlər qutusu KPZ-900 (3D), 3 ədəd nasos U8- 6MA2 avadanlığının saxlanca verilməsi razılaşdırılmışdır.
13. Məhkəməyə təqdim edilən 26 iyul 2014-cü il tarixli aktdan görünür ki, 2 dəst (natamam) qüllə, 2 dəst qülləaltı postament, 2 ədəd bucurqad LBU-1100, 1 ədəd nasos UNBT-950, 2 ədəd sürətlər qutusu, 4 ədəd reduktor, 2 ədəd zəncirli reduktor, 8 ədəd dizel SA-10, 1 ədəd kompressor stansiyası (4VU-2 ədəd), 2 ədəd köməkçi bucurqad, 1 ədəd çən 50 m3 , 2 ədəd hava tutumu 2 x 2.7 m3 , 2 ədəd dönən kran, 1 ədəd deqazatorun balonu, 2 ədəd elektrik vaqonu, 2 dəst qülləni qaldırmaq üçün partal, 1 ədəd mərkəzləşdirici, 2 ədəd körpü, 2 ədəd avtoelevator, 1 ədəd tal bloku, 2 ədəd kran blok, 1 dəst (natamam) ASP mexanizmi, 1 ədəd bucurqad LBU-1200 (3D), 1 ədəd sürətlər qutusu KPZ-900 (3D), 3 ədəd nasos U8-6MA2 avadanlığının saxlanca götürüldüyünü hər iki tərəf təsdiqləmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2014-cü il tarixli İN-KQ 01/14 nömrəli saxlama müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin 1 saylı əlavəsində göstərilən daşınar əşyaları cavabdehə saxlanca verməyi, cavabdeh isə daşınar əşyaları saxlamağı və daha sonra qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 26 iyul 2014-cü il tarixli təhvil-təslim aktı ilə 2 dəst (natamam) qüllə, 2 dəst qülləaltı postament, 2 ədəd bucurqad LBU-1100, 1 ədəd nasos UNBT-950, 2 ədəd sürətlər qutusu, 4 ədəd reduktor, 2 ədəd zəncirli reduktor, 8 ədəd dizel SA-10, 1 ədəd kompressor stansiyası (4VU-2 ədəd), 2 ədəd köməkçi bucurqad, 1 ədəd çən 50 m3 , 2 ədəd hava tutumu 2 x 2.7 m3 , 2 ədəd dönən kran, 1 ədəd deqazatorun balonu, 2 ədəd elektrik vaqonu, 2 dəst qülləni qaldırmaq üçün partal, 1 ədəd mərkəzləşdirici, 2 ədəd körpü, 2 ədəd avtoelevator, 1 ədəd tal bloku, 2 ədəd kran blok, 1 dəst (natamam) ASP mexanizmi, 1 ədəd bucurqad LBU-1200 (3D), 1 ədəd sürətlər qutusu KPZ-900 (3D), 3 ədəd nasos U8- 6MA2 avadanlığı cavabdehə saxlanmaq üçün təhvil verilmişdir.
15. İddiaçı saxlanca verilmiş 1 saylı əlavədə göstərilən əşyaların qaytarılmasını tələb edir.
16. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, iddiaya heç bir etiraz etmir.
17. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. Mülki Məcəllənin 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
19. Tapşıranın əşyanın qaytarılmasını tələb etmək hüququ isə bilavasitə Mülki Məcəllənin 824.3-cü maddəsində təsbit edilmişdir. Belə ki, həmin maddəyə əsasən, tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
20. Hazırda isə iddiaçı əşyanın qaytarılmasını tələb etmək hüququnu realizə edir.
21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Həmin Məcəllənin 824.1-ci maddəsinə əsasən, əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır.
25. Beləliklə, məhkəmə hesab edir ki, saxlama müqaviləsi üzrə əşyanın qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin şərtləşdirilmiş vicdanlılığa zidd pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (saxlayıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya (tapşırana) ödəməlidir.
26. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 22 iyul 2014-cü il tarixli İN-KQ 01/14 nömrəli saxlama müqaviləsi üzrə 2 dəst (natamam) qüllə, 2 dəst qülləaltı postament, 2 ədəd bucurqad LBU-1100, 1 ədəd nasos UNBT-950, 2 ədəd sürətlər qutusu, 4 ədəd reduktor, 2 ədəd zəncirli reduktor, 8 ədəd dizel SA-10, 1 ədəd kompressor stansiyası (4VU-2 ədəd), 2 ədəd köməkçi bucurqad, 1 ədəd çən 50 m3 , 2 ədəd hava tutumu 2 x 2.7 m3 , 2 ədəd dönən kran, 1 ədəd deqazatorun balonu, 2 ədəd elektrik vaqonu, 2 dəst qülləni qaldırmaq üçün partal, 1 ədəd mərkəzləşdirici, 2 ədəd körpü, 2 ədəd avtoelevator, 1 ədəd tal bloku, 2 ədəd kran blok, 1 dəst (natamam) ASP mexanizmi, 1 ədəd bucurqad LBU-1200 (3D), 1 ədəd sürətlər qutusu KPZ-900 (3D), 3 ədəd nasos U8-6MA2 avadanlığı Cavabdeh MMC-nin sahibliyindən alınaraq İddiaçınə qaytarılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
27. İddiaçı ödənilmiş 100 manat dövlət rüsumu, 300 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
29. İş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 11985 manat məbləğində pul o cümlədən xx.xx.2024-cü il tarixli 168 nömrəli müqavilə üzrə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə göstərilən müqavilə) “İsmayılbəyli və partnyorları” vəkil bürosunun hesabına köçürülmüşdür.
30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
31. Həmin Məcəllənin 115.0-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
32. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 320 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
35. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçınə ödənilməlidir.
V. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı balansında olan 2 ədəd “Uralmaş-5000 DQU” qazma qurğularına aid: 2 dəst (natamam) qüllə, 2 dəst qülləaltı postament, 2 ədəd bucurqad LBU-1100, 1 ədəd nasos UNBT-950, 2 ədəd sürətlər qutusu, 4 ədəd reduktor, 2 ədəd zəncirli reduktor, 8 ədəd dizel SA-10, 1 ədəd kompressor stansiyası (4VU-2 ədəd), 2 ədəd köməkçi bucurqad, 1 ədəd çən 50 m3 , 2 ədəd hava tutumu 2 x 2.7 m3 , 2 ədəd dönən kran, 1 ədəd deqazatorun balonu, 2 ədəd elektrik vaqonu, 2 dəst qülləni qaldırmaq üçün partal, 1 ədəd mərkəzləşdirici, 2 ədəd körpü, 2 ədəd avtoelevator, 1 ədəd tal bloku, 2 ədəd kran blok, 1 dəst (natamam) ASP mexanizmi, 1 ədəd bucurqad LBU-1200 (3D), 1 ədəd sürətlər qutusu KPZ-900 (3D), 3 ədəd nasos U8-6MA2 avadanlığı Cavabdeh sahibliyindən alınaraq İddiaçınə qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova