Məhkəmə qərarları › İş №e-2-2(113)-2019/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2019/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2019/2020 14.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Nuriyeva Səbinə Vidadi qızı, İddiaçılar Məmmədova Gülçöhrə Mənsur qızı, X1, X3, X7, X2, X4 və İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı “öhdəliyin icrası” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar Məmmədova Gülçöhrə Mənsur qızı, X1, X3, X7, X2, X4 və İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı “öhdəliyin icrası” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, LPO “Bank Standard” KB ilə onlar arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, hər birinə ayrı-ayrılıqda 1420 ABŞ dolları, ümumilikdə 9940 ABŞ dolları, yəni 16898 manat ekvivalentində vəsaitdən LPO QSC “Bank Standard” KB-nin xeyrinə imtinalarının qəbul edilərək, ləğvedici təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu tərəfindən onların hər birinə 10000 ABŞ dolları, yəni 17.000 manat ekvivalentində vəsaitin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, kiçik iddalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbulundan imtina edilməlidir. xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və o, həmin ilin dekabrın 30-da qüvvəyə minmişdir. Bu Qanunla Mülki-Prosessual Məcəllədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsindən görünür ki, iddiaçıların tələbi 10.000 manatdan artıqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.2 maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar Məmmədova Gülçöhrə Mənsur qızı, X1, X3, X7, X2, X4, İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-yə qarşı “öhdəliyin icrası” tələbinə dair kiçik iddalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar