Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2029/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 192 manatı və mediasiya xərclərinə görə ödənilmiş 60 manatı Cavabdeh2 tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. İddiaçı ilə Cavabdeh2 arasında da müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh2 tərəfindən 192 manat pul məbləği ödənilməmişdir. Həmçinin Cavabdeh2 mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 26 ay abunə borcu 156 manat və qeydiyyatdan çıxma aktı 35 manat cəmi borcu 191 manatı və mediasıya xərclərinə görə ödənilmiş 60 manat Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan SFXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh2 (VÖEN **********), arasında da xx.xx.2016-ci ildə 8745 nömrəli aktla müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Vergi ödəyici olan Cavabdeh2 həmin öhdəliyini xx.xx.2021-ci ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2021-dən, xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmişdir. Beləliklə Cavabdeh2 tərəfindən 26 ay abunə borcu 156 manat və qeydiyyatdan çıxma aktı 35 manat pul məbləği ödənilməmişdir. Həmçinin Cavabdeh2 mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunvericiliyə əsasən İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-ci ildə 8745 nömrəli aktla müqavilə imzalanmış və nəzarət kassa aparatı qeydiyyata alınaraq istifadəsinə icazə verilmişdir. Cavabdeh hər ay 6 manat olmaqla xidmət haqqını ödəməli idi. 2016-cı ildən xx.xx.2020-ci ilə kimi ödənişlər edilsə də, xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə kimi ödənişlər olunmayıb. Bundan əlavə, həmin kassanın qeydiyyatdan çıxarılması üçün də cavabdeh iddiaçıya müraciət etməli, qeydiyyatdan çıxma aktı tərtib edilməli və kassanın qeydiyyatdan çıxarılması üçün iddiaçıya 35 manat məbləğində pul vəsaiti ödənilməli idi, lakin cavabdeh bunlara riayət etməmişdir. Saxta, qanunsuz yollarla kassanı qeydiyyatdan çıxartmışdır.
6. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə Cavabdeh2 arasında servis texniki xidmət gösdirlməsi barədə bağlanmış xx.xx.2016-cı il tarixli, 008745 saylı müqaviləyə əsasən:
10. Həmin müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F-01 tipli zavod №00202769 Nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. 11.Həmin müqavilənin 2-ci bəndinə əsasən “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır.
12. Həmin müqavilənin 3-cü bəndinə əsasən istehsalçının “STXM”-in hüquq və məsuliyyətləri Nazirlər Kabinetinin 266 saylı, xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir.
13. Həmin müqavilənin 4-cü bəndinə əsasən texniki xidmətin müvafiq tələbləri NKAya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir.
14. Həmin müqavilənin 5-cü bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehsalçı tərəfindən “STXM”-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”-üzərinə düşür.
15. xx.xx.2016-cı il tarixli Nəzarət-kassa aparatlarının istismara verilməsinə dair 008745 saylı aktdan göründüyü kimi Merkuri-F-01 tipli zavod №00202769 NKA İddiaçı MMC tərəfindən Cavabdeh2 istifadəsinə təhvil verilmişdir.
16. İddiaçı MMC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli 71/23 saylı xəbərdarlıq məktubunda Nazirlər Kaninetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiqlənmiş əsasnamənin 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə arasında müqavilə bağlandığı və bu müqaviləyə əsasən kassa aparatı qeydiyyata alındığı və bu səbəblə Cavabdeh2 (VÖEN **********) ona məxsus Merkuri 130 F-01 markalı zavod nömrəsi 00202769 nəzarət kassa aparatını qeydiyyata aldıran zaman İddiaçı MMC ilə müqavilə bağladığı qeyd olunmuşdur. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlik xx.xx.2020-ci ilədək yerinə yetirilərək ödənişlər edildiyi, sonradan ödənilmədiyi bildirilmişdir. Beləliklə Cavabdeh2 tərəfindən 192 manat pul məbləği ödənilməmişdir. Bu səbəbdən müəyyənləşdirilmiş borc məbləğinin 5 gün müddətinə ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə müvafiq olaraq məhkəmədə iddia qaldırılacağı barədə xəbərarlıq edilmişdir. Həmçinin yaranmış borc məbləğinin ödənilməsindən yayınmaq üçün kassa apatanının itirlməsi barədə polisdən arayış alınmaqla kassa aparatının qeydiyyatdan çıxarıldığı və MMC-yə olan borcdan yayınıldığı vurğulanmışdır.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, **********214000 saylı məktubunda uçot baza məlumatlarına əsasən Cavabdeh2 məxsus “Mekuri 130F-01” markalı 00202769 zavod nömrəli nəzarət kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alınması və xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatının itirilməsi ilə bağlı müvafiq polis bölməsinin arayışına əsasən qeydiyyatdan çıxarılması barədə məlumat mövcud olduğu qeyd olunmuşdur.
18. İddiaçı MMC-nin 9 saylı maliyyə arayışına əsasən Cavabdeh2 hesablanmış aylıq 6 manat abunə üzrə xidmət haqqı 156 manat (xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) və qeydiyyatdan çıxma aktı üzrə 35 manat olmaqla toplam borcunun 192 manat olması qeyd olunmuşdur.
19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında servis texniki xidmət gösdərilməsi barədə xx.xx.2016-cı il tarixli, 008745 saylı müqavilə bağlanmış və xidmət haqqı aylıq 6 manat müəyyən edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 həmin öhdəliyini xx.xx.2021-ci ilədək yerinə yetirmiş ödənişləri etmiş, sonradan xx.xx.2021-dən xx.xx.2023-ci ilədək olan öhdəliyi yerinə yetirməmiş və hazırda müqavilə üzrə yaranmış borcun və kassanın qeydiyyatdan çıxarılması üçün ödənilməli olan 35 manat məbləğində vəsaiti tələb edir. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli, 266 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları haqqında əsasnamənin 1.3-cü bəndinə əsasən NKA-nın satışı, istismarı, servis texniki xidməti və təmiri qaydalarının yaradılmasında iştirak edən və bilavasitə NKA-nı satan, istismar, servis texniki xidmət və təmir edən, həmçinin göstərilən fəaliyyətlərə, o cümlədən elektron məsafədən ötürmə qurğuları vasitəsi ilə nəzarət edən təşkilat, müəssisə və idarələrə aşağıdakılar aiddir: nəzarət-kassa aparatlarının servis texniki xidmət mərkəzləri (STXM)
28. Həmin Əsasnamənin 9.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçıları hüquqi və fiziki şəxsdir. O, əhali ilə pul hesablaşmasını Dövlət reyestrinə daxil edilmiş NKA tətbiq etməklə aparır.
29. Həmin Əsasnamənin 9.2-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının istehlakçısı:-NKA-nın satıcıları ilə alqı-satqı və STXM ilə alınmış NKA-nın servis texniki xidməti və təmiri barəsində müqavilələr bağlayır.
30. Həmin Əsasnamənin 9.3-cü bəndinə əsasən nəzarət-kassa aparatları istehlakçısının vəzifələri: - 9.3.1. NKA-nı vergi orqanlarında qeydiyyatdan keçirmək; - 9.3.2. Vergi orqanlarında qeydiyyatdan keçmiş və STXM-də servis texniki xidmətə götürülmüş NKA-dan istifadə etmək, texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabını STXM-dən almaq; - 9.3.3. NKA-nın istismara hazırlıqla əlaqədar olan işləri yalnız STXM-in nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; - 9.3.8. Vergi orqanlarında STXM-in tələblərinə uyğun NKA-nın alınması, servis texniki xidməti və təmiri ilə əlaqədar olan sənədləri və həm də bu məsələlərlə əlaqədar olan lazımi izahat, arayış və məlumatları təqdim etmək; - 9.3.9. Vergi orqanları və STXM işçilərinin NKA-nın işinə baxışa maneəsiz buraxılışını təmin etmək; - 9.3.11. NKA-nın plombu pozulduqda və ya başqa nasazlıqları yarandıqda, həmçinin vergi orqanları və ya STXM tərəfindən NKA-nın istifadəsinə qadağan qoyulduqda, NKA-dan istifadə edilməsini müvafiq qaydada dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək; - 9.3.15. vergi orqanlarında qeydiyyatı ləğv edildikdə və ya NKA qeydiyyatdan çıxarıldıqda, elektron məsafədən ötürmə qurğusunu və ya elektron nəzarət lentini işlək vəziyyətdə vergi orqanlarına təhvil vermək;
31. Həmin Əsasnamənin 10.1-ci bəndinə əsasən nəzarət-kassa aparatlarının servistexniki xidmət mərkəzləri NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən hüquqi şəxsdir və müvafiq qaydada qeydiyyatdan keçirilir.
32. Həmin Əsasnamənin 10.6-cı bəndinə əsasən servis texniki xidmət mərkəzi: - nəzarət-kassa aparatlarını göndərənlər, satıcılar və istehlakçılar ilə öz funksiyalarını müqavilə əsasında yerinə yetirir; - nəzarət-kassa aparatlarının modellərinin servis texniki xidməti və təmiri məqsədi ilə NKA-nı göndərənlərlə müqavilə bağlayır; - NKA-nın satıcıları ilə onların realizə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri üçün müqavilə bağlayır; - əhali ilə nağd pul hesablaşmalarını aparmaq üçün istehlakçıların istifadə etdikləri nəzarət-kassa aparatlarının servis texniki xidməti və təmiri haqqında istehlakçılarla müqavilə bağlayır;
33. Həmin Əsasnamənin 10.7-ci bəndinə əsasən STXM və malgöndərən arasındakı müqavilə ləğv olunduğu halda o NKA-nın müvafiq modellərinin servis texniki xidmət və təmir hüququnu itirir, malgöndərən isə STXM tərəfindən xidməti göstərilən nəzarət-kassa aparatlarının istehlakçılarına digər STXM-in xidmət göstərilməsini təmin etməlidir. Malgöndərən və STXM arasındakı müqavilənin ləğvindən sonrakı 24 saat ərzində STXM-i qeydiyyatdan keçmiş vergi orqanlarına yazılı məlumat verməlidirlər. Malgöndərən həmin müddət ərzində müqaviləsi pozulmuş NKA istehlakçılarına həmin NKA-lara xidmət göstərəcək digər STXM-i (STXM-in siyahısını) təqdim etməlidir.
34. Həmin Əsasnamənin 10.8-ci bəndinə əsasən servis texniki xidmət mərkəzi aşağıdakı vəzifələri yerinə yetirir: - 10.8.4. STXM-lə müvafiq müqavilə bağlamış istehlakçıların Dövlət reyestrinə daxil edilmiş NKA-ya texniki xidmət göstərmək; - 10.8.10. Nəzarət-kassa aparatı istismara verilən zaman NKA istehlakçılarını STXMin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş texniki xidmət jurnalı və nəzarət-kassa aparatı işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək. NKA-nın istehlakçılarında saxlanılan nəzarət-kassa aparatlarının texniki xidmət jurnalında işlərin görülməsini qeydiyyata almaq. - 10.9.1. Malgöndərənlə NKA-nın servis texniki xidməti və təmiri haqqında müqavilələr bağlamaq.
35. Göründüyü kimi, tərəflər arasında “servis texniki xidmət göstərilməsi haqqında” müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
36. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin xx.xx.2016-cı il tarixli 008745 nömrəli müqaviləyə əsasən iddiaçıya olan borcu qismən, yəni 18 aylıq xidmət dövrü kimi nəzərə alınmaqla yalnız 108 manat hissədə təmin olunaraq cabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
37. Belə ki, məhkəmə tərəfindən işin ədalətli və obyektiv araşdırılması məqsədi ilə “Merkuri-130F-0İ” markalı (zavod №********) nəzarət-kassa aparatının Cavabdeh2 (VÖEN**********) adına vergi orqanlarında dövlət reyestrində qeydiyyatda (hansı tarixdən hansı tarixə qədər) olub-olmaması, artıq olmadığı təqdirdə hansı tarixdən çıxarılması, həmin NKA-nın istifadə müddətinin uzadılıb-uzadılmaması (ən son uzadıldığı tarix barədə məlumat, sorğu edilən NKA-ya dair olduğu təqdirdə Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının protokolu) barədə məlumat və sənədlərin verilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023cü il tarixli, **********214000 saylı məktubunda uçot baza məlumatlarına əsasən Cavabdeh2 məxsus “Mekuri 130F-01” markalı 00202769 nəzarət kassa aparatının xx.xx.2016-cı il tarixdə qeydiyyata alınması və xx.xx.2022-ci il tarixdə nəzarət kassa aparatının itirilməsi ilə bağlı müvafiq polis bölməsinin arayışına əsasən qeydiyyatdan çıxarılması barədə məlumat mövcud olduğu bildirilmişdir.
38. Qeyd olunanlardan göründüyü kimi iddiaçının cavabdehə xidmətin göstərilməsi xx.xx.2022-ci il tarixə kimi mövcud olmuşdur. Bu tarixdən sonra itmiş kassaya görə xidmət haqqının tələb edilməsi əsasslı və qanuni hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, kassa aparatının itməsi barədə məlumat iddiaçının özündə də mövcüd olmuşdur. Belə ki, iddiaçı cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun qeyd hissəsində kassanın itmə faktı və kassa aparatının qeydiyyatdan çıxarılması vurğulanmışdır. Buna görə də məhkəmə iddiaçı MMC tərəfindən yaranmış borc məbləğinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi deyil, yalnız xx.xx.2022-ci il tarixinə (NKA qeydiyyatdan çıxarılma tarixinə) kimi tələb edilməsini qanunauyğun hesab edir (2021-ci il üçün - 12 ay, 2022-ci il üçün - 6 ay xidmət haqqı).
39. Bundan başqa iddia tələbinin digər hissəsini təşkil edən NKA-nın qeydiyyatdan çıxarılmasına görə 35 manatın tələb edilməsini məhkəmə əsassız hesab edir. Belə ki, Vergi orqanı tərəfindən məhkəmənin sorğusuna verdiyi cavab məktubunda bildirilir ki, kassa aparatı itdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə də iddiaçı tərəfindən cavabdehə kassa aparatının qeydiyyatdan çıxarılma xidmətinin göstərilmədiyi müəyyən olunduğu üçün 35 manatın tutulması tələbi təmin oluna bilməz.
40. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
43. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia qismən yəni 108 manata borcun tutulması hissəsində təmin edilməlidir.
45. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərcləri ödənilmişdir.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 108 (yüz səkkiz) manat əsas borc məbləği və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş vəsaitin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova