Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2049/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 28000 manat borcun "xxxx" MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 07 yanvar 2020-ci il tarixdə “Xidmətlərin göstərilməsi haqqında müqavilə” bağlanılmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC-nin göstərdiyi vergi və mühasibat sahəsində məsləhət xidmətlərə görə xidmət haqqını ödəməyi Cavabdeh MMC öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsinə dair xidmət haqqı ayda 7000 manat olmaqla müqavilənin tərkib hissəsi olan qaimə-fakturada qeyd edilir. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilənin şərtlərinin pozulması və yerinə yetirməməsi nəticəsində tərəflər bir-birinə yerinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Müqavilə üzrə 2020-ci ilin yanvar-fevral-mart-aprel-may-iyun-iyulavqust-sentyabr aylarında "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə xidmətlər göstərilmiş və müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturalar təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışdan göründüyü kimi, 2020-ci ilin yanvar ayı üçün təqdim edilmiş xx.xx.2020-ci iltarixli EBAF seriyalı 855183 nömrəli, fevral ayı üçün təqdim edilmiş xx.xx.2020-ci iltarixli EBAG seriyalı 783486 nömrəli elektron qaiməfakturalar üzrə xx.xx.2020-ci il tarixində 14000 manat, iyul ayı üçün təqdim edilmiş xx.xx.2020-ci iltarixli EBAM seriyalı 657430 nömrəli, avqust ayı üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAN seriyalı 935473 nömrəli, sentyabr ayı üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 412647 nömrəli elektron qaimə-fakturalar üzrə isə xx.xx.2020-ci il tarixində 21000 manat, cəmi 35000 manat Cavabdeh ASC tərəfindən ödəniş edilmişdir. 2020-ci ilin mart ayı üçün təqdim edilmiş xx.xx.2020-cu iltarixli EBAİ seriyalı 149433 nömrəli, aprel ayı üçün təqdim edilmiş xx.xx.2020-ci iltarixli EBAJ seriyalı 154917 nömrəli, may ayı üçün təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAK seriyalı 110113 nömrəli, iyun ayı üçün təqdim edilmiş xx.xx.2020-ci iltarixli EBAL seriyalı 601399 nömrəli elektron qaimə-fakturalar üzrə Cavabdeh ASC tərəfindən ödəniş edilməmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-nə 2020-ci ilin mart, aprel, may və iyun ayları üzrə xidmətlər göstərilmiş və xidmətin göstərildiyini təsdiq edən elektron qaimə-fakturalar "xxxx" MMC-nə təqdim edilmişdir. Elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən qəbul edilmiş və göstərilmiş xidmətlər barədə heç bir etiraz bildirilməmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən bizə bildirilmişdir ki, 2020-ci ilin dekabr ayının sonuna kimi bütün borclarını ödəyəcəklər. Lakin göstərilmiş xidmətlərin haqqı üzrə yaranmış borc tam ödənilməmişdir. Beləliklə, Cavabdeh ASC-nin İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 149433 nömrəli elektron qaimə-faktura üzrə 7000 manat, xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 154917 nömrəli elektron qaimə-faktura üzrə 7000 manat, xx.xx.2020-ci il tarixli EBAK seriyalı 110113 nömrəli elektron qaimə-faktura üzrə 7000 manat, xx.xx.2020-ci il tarixli EBAL seriyalı 601399 nömrəli elektron qaiməfaktura üzrə 7000 manat olmaqla, cəmi 28000 manat ödənilməmiş borcu qalmışdır. Ödənilməmiş 28000 manat borcun "xxxx" MMC-nə 10 gün müddətində ödənilməsi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə "xxxx" MMC-dən tələb edilmişdir. Xəbərdarlıq məktubunun Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 yanvar 2020-ci il tarixli 020 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib İddiaçı MMC-yə razılaşdırılmış xidmət haqqı ödəməyi, İddiaçı MMC isə Cavabdeh MMC-nin müəyyən etdiyi qaydada vergi və mühasibatlıq sahəsində məsləhət xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin göstərilməsi müqavilənin tərkib hissəsi olan elektron qaimə-faktura ilə təsdiq edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsi üçün aylıq xidmət haqqının məbləği 7000 manat müəyyən edilir. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 855183 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə yanvar ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAG seriyalı 783486 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə fevral ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 149433 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə mart ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAJ seriyalı 154917 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə aprel ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAK seriyalı 110113 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə may ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAL seriyalı 601399 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə iyun ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAM seriyalı 657430 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə iyul ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAN seriyalı 935473 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə avqust ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli EBAQ seriyalı 412647 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə sentyabr ayı üçün 7000 manat məbləğində mühasibat xidməti göstərmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Akelik Group” MMC İddiaçı MMC-yə göstərilən mühasibatlıq xidmətlərinin müqabilində 14000 manat məbləğində pul ödəmişdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Akelik Group” MMC İddiaçı MMC-yə göstərilən mühasibatlıq xidmətlərinin müqabilində 21000 manat məbləğində pul ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 07 yanvar 2020-ci il tarixdə bağlanmış xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək vergi və mühasibatlıq sahəsində xidmətlər göstərsə də, həmçinin görülən işləri əks etdirən elektron qaiməni sifariş Cavabdeh MMC-yə göndərsə də, sonuncu göstərilən xidmətlərin müqabilində borcunun bir qismini ödəsə də, 28000 manat məbləğində borcu ödəməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin 1.2-ci bəndində əsasən xidmətlərin göstərilməsi müqavilənin tərkib hissəsi olan elektron qaimə-faktura ilə təsdiq edildiyinə görə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən 28000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 28000 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2049/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2049/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver