Məhkəmə qərarları › İş №e-2-2(113)-2087/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2087/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2087/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 271900,90 manat (iki yüz yetmiş bir min doqquz yüz manat doxsan qəpik) məbləğində pulun və ödənilmiş 561,90 manat (beş yüz altmış bir manat doxsan qəpik) dövlət rüsumunun tutularaq İddiaçısinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdehndən 327668,04 manat əsas pul məbləği və 4412,49 manat cərimə məbləği olmaqla, cəmi 332080,53 manat (üç yüz otuz iki min səksən manat əlli üç qəpik) pulun və ödənilmiş 622,08 manat (altı yüz iyirmi iki manat səkkiz qəpik) dövlət rüsumunun tutularaq İddiaçısinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında barışıq sazişinin bağlandığını bildirdi, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdi, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu qeyd etdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 30 may 2025-ci il tarixli barışıq sazişindən görünür ki:

1. Tərəflər təsdiq edirlər ki, aralarında bağlanmış 09 oktyabr 2023-cü il tarixli, 50/23/SA saylı müqavilə və xx.xx.2024-cü il tarixli “Tibbi xidmət borcu ödənilməsinə dair” razılaşma üzrə Cavabdeh MMC-nin 30 may 2025-ci il tarixinə İddiaçı MMM-ə ümumilikdə 327668,04 (üç yüz iyirmi yeddi min altı yüz altmış səkkiz manat dörd qəpik) manat tibbi xidmət haqqı borcu yaranmışdır.

2. Cavabdeh MMC 15 iyul 2025-ci il tarixdən tibbi xidmət haqqı ödənişini aşağıdakı ödəniş qrafikinə uyğun qaydada İddiaçı MMM-ə ödəməyi öhdəsinə götürür:

s/s Tarix Ödəniş məbləği: (manatla) ƏDV daxil

1. 15 ivul 2025 27305.67

2. 15 avqust 2025 27305.67

3. 15 sentvabr 2025 27305.67

4. 15 oktyabr 2025 27305.67

5. 15 novabr 2025 27305.67

6. 15 dekabr 2025 27305.67

7. 15 yanvar 2026 27305,67

8. 15 fevral 2026 27305,67

9. 15 mart 2026 27305,67

10. 15 aprel 2026 27305,67

11. 15 may 2026 27305,67

12. 15 iyun 2026 27305,67

3. Cavabdeh MMC-tərəfindən ödəniş qrafikində nəzərdə tutulan istənilən 2 (iki) ardıcıl ay üzrə ödənişlərin gecikdirilməsi (65 gündən çox olmayaraq) və ya tam ödənilməməsi, qrafik üzrə ödənilmiş məbləğlər nəzərə alınmaqla, qalan məbləğlərin hamısının Cavabdeh MMC-dən tutularaq bir dəfəyə İddiaçı MMM-ə ödənilməsinə dair icra vərəqəsinin verilməsi üçün əsasdır.

4. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

5. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

7. Hazırkı barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Kommersiya Məhkəməsinə 1 nüsxə verilməklə 3 (üç) əsl nüsxə imzalanmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin:

1. Tərəflər təsdiq edirlər ki, aralarında bağlanmış 09 oktyabr 2023-cü il tarixli, 50/23/SA saylı müqavilə və xx.xx.2024-cü il tarixli “Tibbi xidmət borcu ödənilməsinə dair” razılaşma üzrə Cavabdeh MMC-nin 30 may 2025-ci il tarixinə İddiaçı MMM-ə ümumilikdə 327668,04 (üç yüz iyirmi yeddi min altı yüz altmış səkkiz manat dörd qəpik) manat tibbi xidmət haqqı borcu yaranmışdır.

2. Cavabdeh MMC 15 iyul 2025-ci il tarixdən tibbi xidmət haqqı ödənişini aşağıdakı ödəniş qrafikinə uyğun qaydada İddiaçı MMM-ə ödəməyi öhdəsinə götürür:

s/s Tarix Ödəniş məbləği: (manatla) ƏDV daxil

1. 15 ivul 2025 27305.67

2. 15 avqust 2025 27305.67

3. 15 sentvabr 2025 27305.67

4. 15 oktyabr 2025 27305.67

5. 15 novabr 2025 27305.67

6. 15 dekabr 2025 27305.67

7. 15 yanvar 2026 27305,67

8. 15 fevral 2026 27305,67

9. 15 mart 2026 27305,67

10. 15 aprel 2026 27305,67

11. 15 may 2026 27305,67

12. 15 iyun 2026 27305,67

3. Cavabdeh MMC-tərəfindən ödəniş qrafikində nəzərdə tutulan istənilən 2 (iki) ardıcıl ay üzrə ödənişlərin gecikdirilməsi (65 gündən çox olmayaraq) və ya tam ödənilməməsi, qrafik üzrə ödənilmiş məbləğlər nəzərə alınmaqla, qalan məbləğlərin hamısının Cavabdeh MMC-dən tutularaq bir dəfəyə İddiaçı MMM-ə ödənilməsinə dair icra vərəqəsinin verilməsi üçün əsasdır.

4. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

5. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

6. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

7. Hazırkı barışıq sazişi tərəflərin hər birinə 1 nüsxə və Bakı Kommersiya Məhkəməsinə 1 nüsxə verilməklə 3 (üç) əsl nüsxə imzalanmışdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar