Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-209/2021 18.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəci X1, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “xxxx” şirkəti arasında bağlanmış “boru məhsullarının alqı-satqısı”na dair PUR/BOC 032/20 saylı, xx.xx.2020-ci il tarixli Müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən şərtləşdirilmiş və Müqavilə bağlanan tarixdə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “xxxx” şirkətinə ödənilməsi üçün Şirkətin “xxxx” ASC-də olan hesabından köçürülmüş 424000 ABŞ dolları məbləğində pul vəsaitinin və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Mərkəzi Bankı və Əmanətlərin Sığortalaması Fondu tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı “xxxx” şirkəti ilə aralarında bağlanmış “boru məhsullarının alqı-satqısı”na dair PUR/BOC 032/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilənin 01/20 saylı Spesifikasiyasına əsasən müqavilə bağlanan tarixdə, özünün “xxxx” ASC-də olan hesabından “xxxx” şirkətinin hesabına şərtləşdirilmiş 424000 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. Azərbaycan Respublikası Mərkəzi X4 xx xxxxx 2020-ci il tarixli qərarı ilə ləğv prosesində olmuş “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASC-yə müvəqqəti inzibatçı təyin olunmuş, daha sonra isə xx xxx 2020-ci il tarixindən etibarən bankın lisenziyası ləğv edilərək müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin müvafiq qərarından sonra Fond Bankın ləğvedicisi təyin edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə 424000 ABŞ dolları məbləğində ödənişin təsdiq edilərək şirkətin AZ36AZEG**********8955 900001 nömrəli hesabından silinməsi bank tərəfindən avtorizasiya edilməklə bankın avtomatik elektron sistemindən çıxarışlarında əks olunsa da, xx.xx.2020-ci il tarixdən etibarən “xxxx” ASC-də bütün bank əməliyyatlarının dayandırılması səbəbindən şirkət tərəfindən ödənilmiş 424000 ABŞ dolları məbləğində pul vəsaitinin “xxxx” şirkətinin hesabına köçürülməsi ilə bağlı Şirkətə heç bir rəsmi sənəd, yəni SWİFT sistemindən heç bir təsdiqetmə sənədi təqdim edilməmişdir. Həmin pul məbləğinin Şirkətin “xxxx” ASC-nin hesabından “xxxx” şirkətinin hesabına köçürülməməsi sonuncunun Şirkətə ünvanladığı məktubunda da öz əksini tapmışdır. Belə ki, “xxxx” şirkəti İddiaçı şirkətinə xx xxx 2020-ci il tarixli məktub ünvanlayaraq, Müqavilənin 01/20 saylı, xx.xx.2020-ci il tarixli Spesifikasiyasına əsasən tərtib edilmiş 2034 saylı, xx.xx.2020-ci il tarixli invoys üzrə ödənişi əldə etmədiyini və mövcud situasiyada şərtləşdirilmiş ödəniş məbləğinin ən azından 50 faizinin ödənilməsini, əks təqdirdə tərəflər arasında bağlanılmış Müqaviləni birtərəfli qaydada ləğv edəcəyini bildirmişdir İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti AZEN X12.Vi. və SOCAR-ın Ortaq Neft Şirkəti arasında bağlanılmış xx xxxxxxxx 2004-cü il tarixli “Hasilatın pay bölgüsü haqqında” Saziş və xx xxxxxxxx 2005-ci il tarixli “X6”i əsasında qanuni sahiblik və istifadəsinə verilmiş Saziş ərazisi hüdudları daxilində neft-qaz əməliyyatlarının həyata keçirilməsi üzrə hüquq və təminatlar əldə etmişdir. Sazişin 8.6.-cı maddəsinə əsasən Şirkət Podratçı tərəflərin neftqaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək yalnız bu Saziş üzrə əməliyyatçı kimi fəaliyyət göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, “xxxx” şirkətindən boru məhsullarının alınması Şirkət tərəfindən həyata keçirilən neft-qaz əməliyyatlarının effektivliyinin və fasiləsizliyinin təmin edilməsi və qorunması məqsədi ilə zəruri əhəmiyyət daşıyır. Bundan əlavə boru məhsulunun vaxtında çatdırılması 600-dən çox işçinin əmək funksiyalarının icra edilməsi üçün zəruri bir şərtdir. Həmin boruların əldə edilməməsi əməliyyat şirkəti qismində çıxış edən İddiaçı şirkətinin beynəlxalq Sazişlər əsasında üzərinə götürdüyü öhdəliklərin lazımınca və tam səviyyədə həyata keçirilməsinə maneçilik törətməklə, Şirkətin ağır maliyyə vəziyyəti və mənfi iqtisadi nəticələrlə üzləşməsinə səbəb olur. Şirkət tərəfindən dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər edilməsinə baxmayaraq, müraciətləri nəticəsiz qalmış və nə Şirkətin “xxxx” ASC-nin hesabından “xxxx” şirkətinin hesabına köçürdüyü 424000 ABŞ dolları məbləğində pul vəsaitinin aqibəti barədə Şirkətə heç bir rəsmi məlumat verilməmiş, nə də ki, həmin məbləğ Şirkətə geri qaytarılmamışdır. Şirkətin “xxxx” ASC-dəki hesabından “xxxx” şirkəti üçün köçürdüyü 424000 ABŞ dolları məbləğində pul vəsaitinin nə lazımi məqsəd üçün ödənilməsi, nə də ki, Şirkətə geri qaytarılması istiqamətində görülmüş tədbirlər barədə Şirkətə məlumat verilmədiyindən, həmçinin “xxxx” şirkətinin Şirkətə ünvanladığı məktubunda qeyd olunanlara görə həmin vəsaiti “xxxx” şirkəti əldə etmədiyindən və hazırda “xxxx” ASC mövcud olmadığından, sözügedən pul vəsaiti Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən mənimsənilmişdir. Hazırda hansı məqsədlər üçün istifadə olunduğu və harada saxlanıldığı bəlli olmayan sözügedən pul vəsaitin Şirkət üçün gələcəkdə böyük risklər yaratması ehtimalı da vardır. X11, həm də məhkəmə qərarına əsasən “xxxx”-ın ləğvedicisi olaraq təyin edilmiş Əmanətlərin Sığortalaması Fondunun üzərinə Qanunvericilikdə nəzərdə tutulmuş müəyyən öhdəliklər qoyulmuşdur və həm Mərkəzi Bank, həm də Fond Şirkətlə “xxxx” arasında mövcud olmuş müqaviləyə əsasən Bankın icra etməli olduğu məsələləri tənzimləməli və həyata keçirməli idi. Lakin, göründüyü kimi hər iki cavabdeh banka aid olan, şirkətə pul məbləğinin qaytarılması barədə məsələnin tənzimlənməsi və ya qaytarılması istiqamətində heç bir tədbir görməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2358/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən iddia tələbi ləğv etmə prosesində olan banka qarşı yönəldiyindən iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)-674/2020 saylı qərardadı ilə iddia tələbinin ləğv etmə prosesində olan banka deyil cavahdelər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna yönəlməsi səbəbiylə şikayət təmin edilərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-2358/2020 saylı qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinc instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İAzərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X5 iddianı qəbul etmədiyini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycann Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 097 saylı ödəniş tapşırığına əsasən 424000 ABŞ dolları X8 Şirkərinin Azərbaycan Respublikasındakı filialının “xxxx” ASC-də olan hesbaından “Verdio Group LTD” şirkətinə ödənilmişdir.” Tələbin məzmunundan görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabı “xxxx” ASC-də olmuşdur, pul vəsaiti həmin hesaba köçürülmüşdür və hazırkı tələb də faktiki olaraq “xxxx” ASC-yə qarşı yönəlmişdir. Lakin “xxxx” ASC ləğvetmə prosesində olduğuna görə tələb Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir. X9 heyətinin xx.xx.2020-ci il tarixli 22/1 nömrəli qərarı ilə bank fəaliyyətinin həyata keçirilməsi üçün “xxxx” ASC-yə verilən xx.xx.1992-ci il tarixli 13 nömrəli bank lisenziyası ləğv edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-3(103)- 132/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi qismən təmin edilmiş, “xxxx” ASC müflis elan edilmiş. Əmanətlərin Sığortalanması Fondu “xxxx” ASCnin ləğvedicisi təyin edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyanın zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesbaına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamaısna icazə verilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9cu maddəsinə əsasən sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanununa əsasən Mərkəzi Bankın məqsəd və funksiyalarının, bütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv şəkildə həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılmış, pul və valyuta (məzənnə) siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, pul tədavülünün təşkili, ödəniş sistemlərinin tənzimlənməsi və inkişafı, qızılvalyuta ehtiyatlarının saxlanması və idarə edilməsi Bankın əsas funksiyaları kimi müəyyən edilmişdir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, tələb məhz “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində müəyyən olunmuş qaydada irəli sürülmədiyindən hazırkı vəziyyətdə iddia nə Azərbaycan Respublikasının Mərkəzi Bankına, nə də Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin oluna bilməz. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-209/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-209/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver