Məhkəmə qərarları › İş №e-2-2(113)-210/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-210/2024

15.04.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-210/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: korporativ mübahisə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil Əbdüəli oğlu, Cavabdehin nümayəndəsi və vəkilləri Nümayəndə2, Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh Firmasına (bundan sonra – cavabdeh) qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaqları, onların cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin nizamnamə kapitalının 15%-i - İddiaçı1, 15%-i isə İddiaçı2 məxsusdur. İddiaçılar cavabdehin təsisçisi – iştirakçısı olaraq cəmiyyətdən çıxmaq qərarına gəlmişlər. İddiaçıların Cəmiyyətdən çıxmaqları ilə bağlı onlar cavabdehə müraciət edərək, paylarına düşən əmlakın naturada - cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına - onlara verilməsi və bununla əlaqədar, cəmiyyətin təsisçilərinin – iştirakçılarının növbədənkənar 45 gün ərzində ümumi yığıncağının çağırılaraq həmçinin aşağıdakı məsələlərin gündəliyə salınaraq müzakirə olunmasını təklif etmişdilər: 1. paylarına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi; 2. paylarına düşən əmlakın naturada – cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına onlara verilməsi. Lakin cavabdehdən onların təklifinə heç bir cavab verilməmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə Firmanın digər təsisçiləri Garanizade İdel, Garanizade Roman, Garanizade Emil, Nümayəndə1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıların tələbi əsasında ümumi yığıncaq çağırılmış, lakin təsisçilər özləri iştirak etmədikləri üçün yığıncaq baş tutmamışdır. Hazırda iddia ərizəsində qoyulan məsələ öz həllini ancaq ümumi yığıncağın iclasında tapa bilər.

7. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Cavabdeh Firmasının xx.xx.1998-ci il tarixli təsis müqaviləsindən görünür ki, müqavilə üzrə tərəflər Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin əmlakında ifadə olunan paylarını birləşdirir və Cavabdeh firmasını təsis edirlər.

10. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh Firmasının təsisçiləri Granizade Elizbar (Rusiya Federasiyası) -51 %, İddiaçı1 – 15 %, Nümayəndə1 – 19 %, İddiaçı2 – 15 % paya malikdirlər. Firmanın qanuni təmsilçisi Nümayəndə1dur. Firmanın nizamnamə kapitalının miqdarı 87183,80 manat təşkil edir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası cavabdehin mülkiyyətindədir.

12. İddiaçılar tərəfindən cavabdehə göndərilmiş firmanın ümumi yığıncağının keçirilməsi ilə bağlı müraciətdən görünür ki, iddiaçılar firmanın digər təsisçiləri Garanizadə Elizibar və Nümayəndə1 “təsis paylarının naturada bölünməsi” məqsədilə firmanın baş ofisində xx.xx.2022-ci il saat 12:00-da növbədənkənar ümumi yığıncağın keçirilməsini təklif etmişlər.

13. xx.xx.2022-ci il tarixdə Nümayəndə1, X7 adından etibarnamə əsasında Nümayəndə1, X12 tərəfindən verilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixində müəssisənin həmtəsisçiləri İddiaçı1 və İddiaçı2 tərəfindən daxil olmuş təsisçilərin yığıncağının keçirilməsi ilə əlaqədar məktuba əsasən iclas 25 avqust 2022-ci il 12:00-a təyin edilmişdir. Həmtəsisçilərdən Nümayəndə1 iclasda iştirak etmək üçün gəlmiş, lakin digər həmtəsisçilər İddiaçı1 və İddiaçı2 iclasda iştirak etməmişdir. Qeyd edilən səbəbdən iclas keçərsiz sayılmışdır.

14. 21.02.2023-cü il tarixdə İddiaçı1 tərəfindən cavabdehin direktoru Nümayəndə1 göndərilmiş ərizədən görünür ki, cəmiyyətdən çıxmağı ilə bağlı o, payına düşən əmlakın naturada firmaya məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına ona verilməsi, bununla əlaqədar, cəmiyyətin təsisçilərinin – iştirakçılarının növbədənkənar ümumi yığıncağının çağırılaraq, gündəliyə onun cəmiyyətdən çıxarılması, payına düşən əmlakın dəyərinin müəyyənləşdirilməsi, payına düşən əmlakın naturada cavabdehə məxsus olan daşınmaz əmlakın bir hissəsi hesabına ona verilməsinin təsdiq edilməsi, onun cəmiyyətdən çıxması ilə bağlı cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin edilməsini, iştirakçıların növbədənkənar ümumi yığıncağının 45 gün ərzində çağırılmasının təmin olunmasını xahiş etmişdir.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PR-112/2024 saylı əmlakın qiymətləndirilməsi hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış binasının bazar dəyəri 14200000 manat təşkil edir.

16. Cavabdeh Firmasının təsisçilərinin 26 aprel 2010-cu il tarixli qərarından görünür ki, Cavabdeh Firmasının qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən X9 azad edilmiş və X14 qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilmişdir.

17. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 1959-cu məhəllə, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində yerləşən Cavabdeh kafesi “Təbəssüm firmasının xüsusi mülkiyyətindədir.

18. Cavabdeh Firmasının Nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 27183,8 həcmindədir və hər biri 1 qəpik olmaqla 2.718.380 paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 49%, 13320,06 manat, ******* pay, pul şəklidə; X13 – 13863,74 pay, pul şəklindədir.

19. 15 oktyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi X10r. Cavabdeh Firmasında 51 % pay X3 məxsusdur.

20. 13 noyabr 2015-ci il tarixli firmadakı payın bağışlaması haqqında müqaviləyə əsasən İddiaçı2 Cavabdeh Firmasının nizamnamə kapitalındakı 49 %-lik payının 15 %-i qardaşı İddiaçı1, 19 %-i isə qardaşı oğlu Nümayəndə1 bağışlamışdır. İddiaçı1 və Nümayəndə1 bağışlanan payı qəbul etmişlər.

21. Cavabdeh Firmasının Nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 27183,8 həcmindədir və hər biri 1 qəpik olmaqla 2.718.380 paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 15 %, 4077,57 manat, 407757 pay, pul şəklidə; X13 – 51%, 13863,74 manat, ******* pay, pul şəklində, İddiaçı1 – 15%, 4077,57 manat, 407757 pay, pul şəkində, Nümayəndə1 – 19 %, 5164,92 manat, 516492 pay pul şəkilndədir.

22. Cavabdeh Firmasının Nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 87183,8 həcmindədir və hər biri 1 qəpik olmaqla ******* paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 15 %, 13077,57 manat, ******* pay, pul şəklidə; X13 – 51%, 44463,74 manat, ******* pay, pul şəklində, İddiaçı1 – 15%, 13077,57 manat, ******* pay, pul şəkində, Nümayəndə1 – 19 %, 16564,92 manat,1656492 pay pul şəkilndədir.

23. Cavabdeh Firmasının nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 87183,8 həcmindədir və hər biri 1 qəpik olmaqla ******* paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 15 %, 13077,57 manat, ******* pay, pul şəklidə; X13 – 51%, 44463,74 manat, ******* pay, pul şəklində, İddiaçı1 – 15%, 13077,57 manat, ******* pay, pul şəkində, Nümayəndə1 – 19 %, 16564,92 manat,1656492 pay pul şəkilndədir.

24. Cavabdeh Firmasının Nizamnaməsinə edilmiş xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 87183,80 həcmindədir və hər biri 1 qəpik olmaqla ******* paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 15 %, 13077,57 manat, ******* pay, pul şəklidə; X8 – 51%, 44463,74 manat, ******* pay, pul şəklində, İddiaçı1 – 15%, 13077,57 manat, ******* pay, pul şəkində, Nümayəndə1 – 19 %, 16564,92 manat,1656492 pay pul şəkilndədir.

25. Cavabdeh Firmasının təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, direktor X1 xitam verilmiş və cəmiyyətin direktoru vəzifəsinə Nümayəndə1 təyin edilmişdir.

26. 29 oktyabr 2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsinə əsasən Garanizade Elizbar (hədiyyə verən) Cavabdeh Firmasında olan nizamnamə kapitalının ona məxsus olan 51 % paydan X4 17 %, X5 17 %, X6 17 % mülkiyyətlərinə verir, hədiyyə alanlar isə paylarını qəbul edir.

27. Cavabdeh Firmasının Nizamnaməsinə edilmiş dəyişiklikdən görünür ki, müəssisənin nizamnamə kapitalı 87183,80 həcmindədir və hər biri 1 qəpik olmaqla ******* paydan ibarətdir. Müəssisənin nizamnamə kapitalındakı paylar İddiaçı2 Qurban oğlu – 15 %, 13077,57 manat, ******* pay, pul şəklidə; Qaranizadə İdel – 17%, 14821.246 manat, 1482124.6 pay, pul şəklində, Qaranizade Roman – 17%, 14821.246 manat, 1482124.6 pay, pul şəklində, Garanizade Emil– 17%, 14821.246 manat, 1482124.6 pay, pul şəklində, İddiaçı1 – 15%, 13077,57 manat, ******* pay, pul şəkində, Nümayəndə1 – 19 %, 16564,92 manat,1656492 pay pul şəklindədir.

28. Cavabdeh Firmasının Nizamnaməsindən görünür ki, Firma Azərbaycan Respublikası xx.xx.1994-cü il tarixli müəssisələr haqqında qanuna müvafiq qaydada Bakı şəhəri, Nərimanov rayonu, Ticarət və İctimai İaşə İdarəsinin Cavabdeh kafesinin bazasında müxtəlif təsərrüfat, ictimai iaşə, kommersiya və digər növ fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdır.

29. 18 may 2002-ci il tarixli yeni təsis müqaviləsindən görünür ki, tərəflər müəssisənin nizamnamə kapitalını yaradırlar. Müəssisənin nizamnamə kapitalı 750.787.000 manat həcmindədir. Tərəflərin hər biri öz payını vəsiyyət edə və ya digər tərəfi altı ay əvvəlcədən xəbərdar etməklə əvəzsiz verə bilər, yaxud təsisçilikdən çıxa bilər. Təsisçilikdən çıxan tərəfə müəssisənin şərikli kapitalındakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilir. Tərəflər arasındakı razılaşmaya əsasən əmlak dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər.

30. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.

31. Məhkəmə ilk öncə qeyd edir ki, "xxxx" Firmasının təşkilati hüquqi forması digər kommersiya təşkilatı qeyd edilsə də, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölündüyündən məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğundur.

32. Məhkəmə mülki qanunvericiliyin məhdud məsuliyyətli cəmiyyətinə aid müddəalarını analogiya əsasında hazırkı işə tətbiq edilməsini mümkün hesab edir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

35. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

36. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

37. 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

38. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçıların hər birinin cavabdeh firmanın nizamnamə kapitalında 15 % payı vardır. İddiaçılar təsisçilikdən çıxmaq üçün “Təbəssüm" Firmasının icra oqanına müraciət etsələr də hal-hazıradək firma tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan iddiaçılara nizamnamə kapitalındakı paylarına uyğun ödəniş edilmədiyindən iddiaçıların hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi qanuni və əsaslıdır.

39. Belə ki, materiallardan görünür ki, iddiaçılar cavabdehə həmin tələbin təmin edilməsi məqsədilə bir neçə dəfə müraciət etməsinə baxmayaraq iddiaçıların həmin tələbi cavabdeh tərəfindən təmin edilməmişdir.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

41. 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

42. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Göründüyü kimi, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olduğundan iddia tələbi iddiaçıların cavabdeh Firmadan çıxarılma hissəsində əsaslı olduğundan təmin edilməlidir.

44. Məhkəmə iddia tələbini ikinci, iddiaçılara cəmiyyətin nizamnamə kapitalındakı paylarına uyğun olaraq əmlak hissəsinin ödənilməsi hissəsində də əsaslı hesab edir.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

46. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir.

47. Cəmiyyətin əmlakının Firmadan çıxan iddiaçılara düşən hissəsi və ya onun dəyərinin müəyyən edilməsi üçün iştirakçıların çıxdığı məqamda cavabdehin əmlakının balans dəyərinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, balans dəyərinin məhkəmə tərəfindən digər vasitə ilə müəyyənləşdirilməsi mümkün olmadığından Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina olunmuşdur.

49. Mülki Məcəllənin 96.1-ci maddəsində nəzərdə tutulur ki, cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Yəni, təsisçi ilə hüquqi şəxs arasında mübahisəyə baxarkən iddiaçının bu barədə iddia tələbi yoxdursa məhkəmənin hüquqi şəxsin əmlakının balans dəyərini müəyyən etmək öhdəliyi yoxdur.

50. Cavabdeh Firmasının Nizamnaməsində Mülki Məcəllənin 96.1-ci maddəsində müəyyən edilmiş qaydadan ayrı qayda nəzərdə tutulmamışdır.

51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların bu hissədə də tələbi təmin edilərək iddiaçıların "xxxx" firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15% payına uyğun əmlak hissəsinin ödənilməsi cavabdehə həvalə edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Firmasının təsisçiliyindən çıxarılsınlar. İddiaçı1 Cavabdeh Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi Cavabdeh Firmasına həvalə edilsin. İddiaçı2 Cavabdeh Firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 15 (on beş) faiz payına uyğun əmlak hissəsinin dəyərinin ödənilməsi Cavabdeh Firmasına həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh Firmasından tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar