Məhkəmə qərarları › İş №e-2-2(113)-212/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-212/2023

23.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-212/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Ələkbərov” X4 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər “Ələkbərov” X4 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər “Ələkbərov” X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu ilə “Ələkbərov” kəndli təsərrüfatı arasında xx.xx.1991-ci il tarixli icarə müqaviləsinin müddəti bitdiyindən 2,4 ha torpaq sahəsinin geri qaytarılması, “Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutu ilə “Ələkbərov” kəndli təsərrüfatı arasında bağlanmış 5,0 ha torpaq sahəsinə dair xx.xx.1991-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavadeh Cavabdeh2 qanunsuz sahibliyində olan ümumilikdə 7,4 ha torpaq sahəsinin boşaldılaraq Azərbaycan X1ytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. 22 yanvar 2023-cü il tarixdə iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər.

4. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır.

IV. Məhkəmənin mövqeyi

6.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarınnın 5-ci bənbinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”;

7. Məhkəmə ərizəni nəzərdən keçirib, iddia ərizəsini araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə vəsatət verdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.

8. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır

V. Nəticə: 9.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269–cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı “Ələkbərov” X4 və Cavabdeh2 qarşı “torpaq sahəsinin geri qaytarılması və s.” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. 97933577 saylı qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçınə geri qaytarılsın Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar