Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2134/2024 05.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, borc, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdeh MMC-nə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 73 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə” əsasən “Cavabdeh”dən 5100 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının və dövlət rüsumu olaraq ödənilmiş 81,40 manat məbləğində pulun tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə çıxarılmasılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında 29 may 2018-ci il tarixli 73 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. “Müqavilə”nin 2.1-ci bəndinə müvafiq olaraq “Cavabdeh” istismar etdiyi radioelektron vasitələrinin anketlərini “İddiaçı”ya təqdim etmiş, anketlərə əsasən tezlik və radioelektron vasitələrindən istifadəyə görə “Cavabdeh”ə 2021-2022-ci illər üçün 6300 manat məbləğində xx.xx.2021-ci il tarixli 37K- 21 nömrəli, xx.xx.2022-ci il tarixli DRİ2022-06/398 nömrəli və xx.xx.2022-ci il tarixli DRİ2022-09/279 nömrəli hesablar göndərilmişdir. Cavabdehin borcu Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2004-cü il tarixli iclas Qərarına əsasən təsdiqlənmiş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli 9 nömrəli iclas Protokolunun Qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri”nin “Qeydlər” bölməsinin 1-ci bəndinə və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının “Azərbaycan Respublikasında radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası”nın təsdiq edilməsi haqqında 19 sentyabr 2022-ci il tarixli KQ-10/22 nömrəli Qərarına əsasən tərtib olunmuşdur. “Cavabdeh” müqavilə üzrə öhdəliyini tam icra etmədiyi üçün qeyd edilən dövrdən 5100 manat məbləğində borcu hal-hazıradək qalmaqdadır. Qanunvericiliyə müvafiq olaraq “Cavabdeh”ə xx.xx.2022-ci il tarixli 106-01 -15/417-22 nömrəli və xx.xx.2023-cü il tarixli 3- 27- 119/2-389/2023 nömrəli “Pretenziya” məktubu, xx.xx.2023-ci il tarixli 3-27-119/2- 984/2023 nömrəli “Mediasiya prosesinin tətbiqi barədə təklif” göndərilmişdir. Lakin, “Cavabdeh” tərəfindən DRİ-nin pretenziya məktublarına və mediasiyaya dair təklifinə cavab verilməmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" MMC-dən 2700 manat məbləğində borcun və 81,40 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (DRİ) Cavabdeh MMC-dən 5100 manat borcun və 81,40 manat dövlət rüsumu olaraq ödənilmiş pulun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia tələbinin hüquqi əsasını tərəflər arasında imzalanmış 29 may 2018-ci il tarixli 73 nömrəli müqavilə təşkil edir. Qeyd edilən müqaviləyə əsasən cavabdehə 6300 manat məbləğində xx.xx.2021-ci il tarixli 37K-21 nömrəli, xx.xx.2022-ci il tarixli DRİ2022-06/398 nömrəli və xx.xx.2022-ci il tarixli DRİ2022- 09/279 nömrəli hesablar göndərilmişdir. Hesablar əsasında qanunvericiliyə müvafiq olaraq MMC-yə xx.xx.2021-ci il tarixində 147343 nömrəli 1200 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixində 589832 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixində 179037 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixində 787675 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixində 417119 nömrəli 300 manat məbləğində qaimə; 6.xx.xx.2021 -ci il tarixində 221855 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021 -ci il tarixində 412705 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021 -ci il tarixli 592884 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021 -ci il tarixində 158547 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2022-ci il tarixində 380632 nömrəli 900 manat məbləğində qaimə, 11.xx.xx.2022-ci il tarixində 819999 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2022-ci il tarixində 146648 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2022-ci il tarixində 110746 nömrəli 300 manat qaimə; xx.xx.2022-ci il tarixində 828641 nömrəli 300 manat məbləğində xx.xx.2022-ci il tarixində 417350 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2023-cü il tarixli 456057 nömrəli 300 manat məbləğində qaimə olmaqla cəmi 6300 manat məbləğində qaimələr göndərilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, qeyd edilən qaimələr üzrə ödənişlər olmuşdur: xx.xx.2021-ci il tarixində 147343 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2021-ci il tarixində 417119 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2021-ci il tarixində 221855 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2021 -ci il tarixində 592884 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 158547 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 380632 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 819999 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 110746 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 828641 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 417350 nömrəli nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 380632 nömrəli nömrəli qaimə üzrə 300 manat; xx.xx.2023-cü il tarixində 380632 nömrəli nömrəli qaimə üzrə 300 manat. Cəmi 3600 manat məbləğ ödənilmişdir. Məlum olur ki, "xxxx" MMC-dən tələb edilməli olan məbləğ 2700 manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia və dəqiqləşmə ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qismən etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilən e-qaimələr üzrə cəmi 2700 manat borc qalıb.
7. Məhkəmə iclasının vaxtı yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 73 saylı raditezliklərin ayrılması, radioelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqaviləyə əsasən: 11.Müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi radiorabitə şəbəkəsinin yaradılması üçün tələb olunan sənədləri və istifadə olunacaq radiorabitə vasitələrinin təsdiqlənmiş anketlərini təqdim edir.
12. Müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi Azərbaycan Respublikası Tarif Şurası tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri“ preyskurantına uyğun ödənişlərin vaxtında aparılmasını təmin edir.
13. Müqavilənin 3-cü bəndinə əsasən sifarişçi rabitə vasitələri üçün təqdim etdiyi anket materiallarına əsasən “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” preyskurantına uyğun hesablarda göstərilən məbləğin ödənişini 10 gün müddətində təmin etməlidir. Radiorabitə vasitələri üçün təqdim olunan anketlər müqaviləyə əlavə edilərək onun əsas hissəsi sayılır və ödənişlərin aparılması üçün əsas götürülür.
14. İddiaçı tərəfindən göstərilmiş xidmət üzrə cavabdeh MMC-yə xx.xx.2021-ci il tarixində 147343 nömrəli 1200 manat məbləğində qaimə, xx.xx.2021-ci il tarixində 589832 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2021-ci il tarixində 179037 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2021-ci il tarixində 787675 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2021-ci il tarixində 417119 nömrəli 300 manat məbləğində qaimə, 6.xx.xx.2021-ci il tarixində 221855 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixində 412705 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2021-ci il tarixli 592884 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2021-ci il tarixində 158547 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2022-ci il tarixində 380632 nömrəli 900 manat məbləğində qaimə, 11.xx.xx.2022-ci il tarixində 819999 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2022-ci il tarixində 146648 nömrəli 300 manat məbləğində qaimə, xx.xx.2022-ci il tarixində 110746 nömrəli 300 manat qaimə, xx.xx.2022-ci il tarixində 828641 nömrəli 300 manat məbləğində xx.xx.2022-ci il tarixində 417350 nömrəli 300 manat məbləğində qaimə; xx.xx.2023-cü il tarixli 456057 nömrəli 300 manat məbləğində qaimə olmaqla cəmi 6300 manat məbləğində qaimələr göndərilmişdir.
15. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində 147343 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2021-ci il tarixində 417119 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2021-ci il tarixində 221855 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2021 -ci il tarixində 592884 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 158547 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2022-ci il tarixində 380632 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2022-ci il tarixində 819999 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2022-ci il tarixində 110746 nömrəli qaimə üzrə 300 manat; xx.xx.2022-ci il tarixində 828641 nömrəli qaimə üzrə 300 manat, xx.xx.2022-ci il tarixində 417350 nömrəli nömrəli qaimə üzrə 300 manat, xx.xx.2022-ci il tarixində 380632 nömrəli nömrəli qaimə üzrə 300 manat, xx.xx.2023-cü il tarixində 380632 nömrəli nömrəli qaimə üzrə 300 manat olmaqla cəmi 3600 manat məbləğində ödənişlər ödənilmişdir.
16. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
17. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İddiaçı ilə "xxxx" MMC arasında 29 may 2018-ci il tarixli 73 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında müqavilə” imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh MMC tərəfindən son olaraq 2700 manat məbləğində ödənilməmiş borc öhdəliyi qalmış və iddiaçı həmin məbləği məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh tərəf isə müqavilə üzrə məhz 2700 manat borcun qalmasını qəbul etmişdir. Beləliklə, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. Göründüyü kimi, tərəflər arasında müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Eyni zamanda cavabdehin nümayəndəsinin də müqavilə üzrə 2700 manat ödənilməmiş borclarının qaldığını qəbul etmişdir.
25. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı tədqiq olunan işin materiallarında olan sənədlərlə cavabdehin 29 may 2018-ci il tarixli 73 nömrəli “Radiotezliklərin ayrılması, radioelektron vasitələrinin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” müqaviləyə əsasən 2700 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia 2700 manat borcun tutulması hissəsində təmin edilməlidir.
31. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 81 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilən hissəsinə uyğun olaraq 47 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2700 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 47 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə
Hakim Günay Namazova