Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2136/2024 28.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X8 və Cavabdeh2 qarşı “borcun ödəniməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: distributer müqaviləsi, ipoteka müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavabdehlərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh X8 və Cavabdeh2 qarşı “borcun ödəniməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323742.38 AZN borcu, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9710.46 AZN faizlər, iddiaçının məhkəməyə ödədiyi 224 AZN dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 AZN xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumu və vəkilə ödənilmiş 110 AZN , ümumilikdə 333977.48 AZN vəsait ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301- 093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14-05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra yerdə qalan hissəsi Cavabdehin digər əmlaklarına yönləndirilməsi barədə qətnamə qəbul xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə (bundan sonra “İddiaçı”) X10 (bundan sonra “Cavabdeh”) arasında 3M-1243 nömrəli Distributer müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. 2. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 (bundan sonra “İpoteka qoyan”) arasında 3M-1244 nömrəli ipoteka müqaviləsi (bundan sonra “İpoteka Müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. 3. Müqavilənin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Bundan əlavə Müqavilənin 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, X5rantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyəri 35 (otuz beş) təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilədə “Şirkət” dedikdə İddiaçı, “Distribüter” dedikdə isə Cavabdeh nəzərdə tutulur. 4. Müqavilə üzrə İddiaçı bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə İddiaçıya zərər vurmuşdur. Belə ki İddiaçı tərəfindən təqdim olunan xx/xx/2023 tarixli maliyyə arayışından da məlum olduğu kimi Cavabdehin İddiaçıya qarşı 323742.38 AZN borcu yaranmışdır. 5. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün borclulara pretenziya yollanmış, lakin heç bir nəticə alınmamışdır (qəbzlər qoşmada əlavə edilir). Bundan əlavə İpoteka qoyan bütün poçt göndərişlərini qəbul etməkdən imtina edərək qapıları bağlamış, işin gedişinə süni maneələr yaratmışdır. 6. xx.xx.2023 tarixində tərəflərə X3 Barədə Təklif ünvanlanmış, lakin heç bir cavab alınmamışdır. 7. xx.xx.2023 tarixində İddiaçı ünvan 2iasiya Təşkilatına müraciət etmiş, Cavabdeh və İpoteka qoyan mediasiya sessiyasına dəvət edilmiş, lakin Cavabdeh və İpoteka qoyan xx.xx.2023 tarixində baş tutmuş prosesdə iştirakdan imtina etmişlər. Mediatorun verdiyi xx.xx.2023 tarixli arayış da bu faktı təsdiq edir. İddiaçı mediasiya prosesi üçün 400 AZN dövlət rüsumu ödəmişdir (Arayış qoşmada əlavə olunur). 8. xx.xx.2024 tarixində İpoteka predmetinə tutmanın yönləndirilməsi haqqında №1 nömrəli bildiriş Cavabdehə və İpoteka qoyana ünvanlanmışdır (poçt qəbzləri qoşmada əlavə olunur). Daha sonra xx.xx.2024 tarixində isə İpoteka predmetinə tutmanın yönləndirilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair Ərizə ödənilmiş 15 AZN dövlət rüsumunun qəbzi ilə birlikdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı BakıƏrazi İdarəsinə ünvanlanmışdır (poçt qəbzi qoşmada əlavə olunur). 9. Bundan əlavə İddiaçının pozulmuş hüquqlarının bərpası üçün xx.xx.2023 tarixli X7 haqqında müqaviləyə əsasən 110 AZN vəsait mənə (Vəkil; VK-1623) ödənilmişdir. MM-in 21.2-ci və 443.1-ci maddələrinin qarşılıqlı təhlilindən məlumolur ki, hazırki iş üzrə İddiaçı zərərlə üzləşmişdir. Belə ki Cavabdeh Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ödənişləri etməmişdir. Halbuki Müqavilənin 7.5-ci bəndinə əsasən Cavabdeh İddiaçıdan kreditlə aldığı malların dəyərini 35 (otuz beş) təqvim günü ərzində İddiaçının bank hesabına köçürməli idi. 29.08.23 tarixli maliyyə arayışına əsasən, Cavabdehin ödəməkdən yayındığı məbləğlərin ümumi həcmi 323742.38 (üç yüz iyirmi üç min yeddi yüz qırx iki manat otuz səkkiz qəpik) AZN təşkil edir. Deməli, İddiaçının hüququ pozulmasa idi, 323742.38 (üç yüz iyirmi üç min yeddi yüz qırx iki manat otuz səkkiz qəpik) AZN gəlir əldə edə bilərdi. Bu da MM-in 21.2-ci maddəsində göstərilən zərər anlayışı ilə üst-üstə düşür. Bundan əlavə MM-in 443.1-ci maddəsinin tələbinə əsasən Cavabdeh öz öhdəliklərini icra etmədiyi üçün İddiaçıya dəyən zərərin əvəzini ödəməyə borcludur. 33. MM-in 317.1 və 319.1-ci maddələrinə əsasən, əgər borclu ipoteka ilə təmin edilmiş əsas öhdəliyini icra etməzsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Hazırki iş üzrə də Cavabdeh öz öhdəliklərini icra etmədiyindən İddiaçı öhdəliyin yerinə yetirilməsinin təminatı olan ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və satılmış əmlakdan əldə edilmiş gəlirlərin İddiaçıya ödənilməsini tələb edir. 34. MM-in 445.1 və 445.2-ci maddələrinin qarşılıqlı təhlilinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirilməsi hesab olunur. İpoteka Müqaviləsinin 3.3-cü maddəsinə əsasən isə əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinədək qeyd olunmuşdur. Sözü gedən müəyyənləşdirilmiş müddət keçsə də, Cavabdeh hələ də öz öhdəliklərini icra etməmişdir və buna görə də gecikdirmə nəticəsində vurduğu zərər üçün İddiaçı qarşısında məsuliyyət daşıyır. 35. MM-in 445.7-ci maddəsinə əsasən, İddiaçının gecikdirilmiş pul məbləği üçün Cavabdehdən illik 5% məbləğ təlıb etmək hüququ vardır. İpoteka Müqaviləsinin 3.3-cü maddəsinə əsasən, əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinə qədər göstərilmişdir. 29.08.23 tarixli maliyyə arayışına əsasən isə gecikdirilmiş pul məbləğinin ümumi həcmi 323742.38 (üç yüz iyirmi üç min yeddi yüz qırx iki manat otuz səkkiz qəpik) AZN təşkil edir. 323742.38 (üç yüz iyirmi üç min yeddi yüz qırx iki manat otuz səkkiz qəpik) AZN-in 5 %-i 16187.12 (on altı min yüz səksən yeddi manat on iki qəpik) AZN təşkil edir. Həmin məbləği ilin günlərinə böldükdə isə aydın olur ki, bir günə düşən məbləğ 44.34 (qırx dörd manat otuz dörd qəpik) təşkil edir. Gecikmə günlərinin sayı isə xx.xx.2023 tarixindən xx.xx.2024 tarixinə qədər 219 gün təşkil edir. Deməli İddiaçının MM-in 445.7-ci maddəsinə əsasən 9710.46 (doqquz min yeddi yüz on manat qırx altı qəpik) AZN tələb etmək hüququ vardır. (219*44.34=9710.46). 36. İpoteka Müqaviləsinin 3.3 və 9.1-ci maddəsinə əsasən, əsas öhdəliyin və ya onun bir hissəsinin icrasının 90 təqvim günü və ya daha çox gecikdirilməsi ipoteka predmetinə tutmanın yönləndirilməsi üçün əsasdır. İpoteka Müqaviləsinin 3.3-cü maddəsinə əsasən əsas öhdəliyin icra müddəti xx.xx.2023 tarixinədək qeyd olunmuşdur. Həmin tarixdən 90 gündən çox keçmişdir (həmin tarixdən 90 gün sonrası xx.xx.2023 tarixinə təsadüf edir). Beləliklə, İddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. 37. “İpoteka haqqında” qanunun 47.5-ci və İpoteka Müqaviləsinin 2.3-cü maddəsinin qarşılıqlı təhlilinə əsasən, ipoteka predmetinin dəyəri 250000 (iki yüz əlli min) AZN müəyyən edilmişdir. Lakin 29.08.23 tarixli maliyyə arayışına əsasən, Cavabdehin İddiaçıya olan borcunun ümumi həcmi 323742.38 (üç yüz iyirmi üç min yeddi yüz qırx iki manat otuz səkkiz qəpik) AZN təşkil edir. Göründüyü kimi ipoteka ilə yüklü edilmiş əmlak İddiaçının tələbinin tam həcmdə ödənilməsinə kifayət etmir. “İpoteka haqqında” qanunun 47.5-ci maddəsinə əsasən, İddiaçının çatışmayan məbləği Cavabdehin digər əmlakından tutulmasını tələb etmək hüququ vardır. Elə buna görə də İddiaçı çatışmayan məbləğin Cavabdehin digər əmlak(lar)ından tutulmasını tələb edir. 38. Avropa İnsan Hüquqları Məhkəməsinin 24 noyabr 2015 tarixli, Nº 42927/08 nömrəli TUNAİTİS LİTVAYA QARŞİ qərarının 32-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin 06 dekabr 2011 tarixli, Nº 7097/10 nömrəli QLADİŞEVA RUSİYAYA QARŞİ qərarının 80-ci bəndinə, “İpoteka haqqında” qanunun 36.1 və 36.3-cü maddələrinə əsasən, bildiririk ki, İddiaçı tərəfindən xx.xx.2024 tarixində İpoteka predmetinə tutma yönləndirilməsi haqqında №1 nömrəli bildiriş poçtla Cavabdehə və İpoteka qoyana göndərilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək cavabdehin iddiaçıya əsas öhdəlik üzrə olan 323742,38 AZN borcu, MM-in 445.7-ci maddəsinə əsasən hesablanan 9710.46 AZN faizlər, İddiaçının məhkəməyə ödədiyi 224 AZN dövlət rüsumu, mediasiya üçün çəkilmiş 400 AZN xərc, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 AZN dövlət rüsumu və vəkilə ödənilmiş 110 AZN, ümumilikdə 333977.48 AZN vəsaitin X4 tutulması, iddia tələbi ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitə yönləndirilməsi, tələbin qalan hissəsi cavabdeh X4 tutulmasını xahiş etmişdir.
4. Cavabdeh2 oğlunun nümayəndəsi və vəkilinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə (bundan sonra “İddiaçı”) X10 (bundan sonra “Cavabdeh”) arasında 3M-1243 nömrəli Distributer müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. Müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 (bundan sonra “İpoteka qoyan”) arasında 3M- 1244 nömrəli ipoteka müqaviləsi (bundan sonra “İpoteka Müqaviləsi”) bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. İddiaçı MMC cavabdehdən ümumilikdə 333 977.48 manat borcun ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi və Tələbin ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14-05301-093031; qeydiyyat nömrəsi: **********) açıq hərracda satılmasından əldə edilmiş vəsaitdən tutulduqdan sonra yerdə qalan hissəsi Cavabdehin digər əmlaklarına yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarının 67-169 - cu səhifələrində öz əksini tapmış elektron qaimə məlumatlarından müəyyən olunur ki, tərəflər arasında bağlanımış xx.xx.2020 - ci il tarixli distribütor müqaviləsinə əsasən, cavabdeh X8 49 ədəd elektron qaimə əsasında 322950.72 manat məbləğində mallar təhvil verilmişdir. Lakin iddiaçı tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən digər məlumatlar- 322950.72 manat məbləğində mallar üzrə ödənişlər, geri qaytarılmış malların ümümi borcdan çıxılması barədə hər hansı bir məlumat iddia ərizəsinə əlavə edilməmiş və məhkəməyə təqdime edilməmişdir ki, bu da iddia tələblərinin qanunsuz və əsassız olduğunu sübut edir. Mümkün deyildir ki, 322950.72 manat məbləğində mal verilsin və ödəniş olunmasın, müəyyən məbləğdə mallar verildikdən sonra ödəniş olmadığı halda digər məbləğlərdə malların cavabdehə hansı əsasla verilməsi ilə bağlı heç bir sənəd müəyyən edilməmişdir. Tərəflər arasında bağlanımış xx.xx.2020-ci il tarixli 12/DİS-ST/29 saylı distribütor müqaviləsinin 7.2 - ci bəndinə əsasən,Distribütor nağd şəkildə mal almaq istyədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 iş günü ərzində malın dəyərinin 100 % dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 7.2 - ci bəndi iddia tələblərininin əsassız və qanunsuz olduğunu sübut edir, belə ki, əgər cavabdeh müəyyən elektron qaimələr üzrə ödəniş etməmişdisə hansı səbəbdən iddiaçı 322950.72 manat məbləğində malı cavabdehə vermişdir. Müqavilənin 7.3 - cü maddəsinə əsasən, Distribütor Şirkətdə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qayda və şərtlər daxilində Bank qarantiyası təqdim etməldiri. Bu halda Şirkət Distribütora bank qarantiyasının 1.5 mislində kreditə mal sata bilər. Göründüyü kimi, müqavilənin bu bəndidə pozulmuşdur. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verilməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı MMC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 12/DİS-ST/20 saylı distribüter müqaviləsinə əsasən:
10. Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə üzrə Distribüter Şirkət tərəfindən müəyyən olunmuş Azərbaycan Respublikasının fəaliyyət regionunda, yəni - Sumqayıt şəhər H.Zeynalabdin və Corat qəsəbələri, Abşeron rayonu Saray, Ceyranbatan, Mehdiabad qəsəbələri və Novxanı, Digah, Fatmayi, Görədil, Məmmədli (Məhəmmədi) kəndləri, həmçinin Bakı şəhəri, Sabunçu rayonu Sabunçu, Zabrat, Maştağa, Kürdəxanı, Balaxanı, Nardaran, Bilgəh, Ramana qəsəbələri, Pirşağı kəndi və Xəzər rayonu Buzovna, Binə qəsəbələrində şirkətə məxsus məhsulların,, Şirkətin müəyyənləşdirdiyi qaydalar və strategiyalar əsasında satışının təşkil edilməsini öhdəsinə götürür.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən şirkət tapşırır, Distribüter isə, irəlidə “Mal” və ya “Məhsul” adlanacaq: İçəcək və Qida, məhsullarının Azərbaycan Respublikasının bu müqavilənin 1.1 bəndində qeyd olunmuş regionlarda satışını həyata keçirməyi öz öhdəsinə götürür.
12. Müqavilənin 1.3-cü bəndinə əsasən göndərilən malların adı, adı, miqdarı, çeşidi və qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Qiymət razılaşma protokolunda (Əlavə 1) göstərilir. Bu Müqavilə əsasında göndərilən Malların siyahısı və qiymətləri yalnız Şirkət tərəfindən dəyişdirilə bilər.
13. Müqavilənin 7.1-ci bəndinə əsasən Distributer Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir.
14. Müqavilənin 7.2-ci bəndinə əsasən Distributer nağd şəkildə mal almaq istədiyi təqdirdə, o elektron qaimə faktura aldığı tarixdən etibarən 3 (üç) iş günü ərzində aldığı malın 100 % dəyərini Şirkətin bank hesabına köçürməyi öhdəsinə götürür.
15. Müqavilənin 7.3-cü bəndinə əsasən Distributer Şirkətlə kredit şərtləri ilə çalışmaq istədiyi təqdirdə, o Şirkətin qəbul etdiyi qaydada və şərtlər çərçivəsində Bank qarantiyası təqdim etməlidir. Bu halda Şirkət Distribüterə təqdim olunan bank qarantiya məbləğinin 1,5 mislində kreditə mal sata bilər.
16. Müqavilənin 7.4-cü bəndinə əsasən X5rantiyası təqdim edə biidmədiyi təqdirdə, o, Şirkətin razılığı ilə daşınmaz əmlakını girov qoyaraq kreditə mal ala bilər. Bu halda Distributer daşınmaz əmlakını müstəqil ekspert tərəfindən dəyərləndirməlidir və Şirkət Distribüterə girov qoyulan daşınmaz əmlakın dəyərinin 1.5 mislində kreditə mal sata bilər.
17. Müqavilənin 7.5-ci bəndinə əsasən Distribüter kreditlə aldığı malın dəyərini 35 (otuz beş) təqvim günü ərzində Şirkətin bank hesabına ödəməlidir.
18. Müqavilənin 7.6-cı bəndinə əsasən Şirkət kreditlə alınan mallara görə ödəniş tarixini müəyyən etmək hüququnu özündə saxlayır. Bu bənd artıq kredit satılmış mallara şamil olunmur.
19. Müqavilənin 7.7-ci bəndinə əsasən Distribüterin Şirkətə heç bir borcu olmadığı təqdirdə, o Şirkətdən nağd şəkildə mal ala bilər, bu halda Şirkət Distribüterə aldığı mallara görə əlavə 1% endirim vermək hüququna malikdir.
20. Müqavilənin 8.1-ci bəndinə əsasən hazırkı Müqaviləyə əsasən Malların çatdırılması Distribüterin sifarişi əsasında partiyalar (ton, say və sair) ilə həyata keçirilir. Sifariş həm yazılı, həm də elektron bildiriş (məktub) şəkildə Şirkətin ünvanına göndərilir və sifarişi Ərazi Satış Meneceri təsdiq etməlidir Malların təhvil alma tarixi. Mallar Şirkət tərəfindən Distribüterə, Distribüterə məxsus ünvan 4 ünvanında yerləşən anbarda təhvil verdiyi gün sayılır və Malın Distributer tərəfindən təhvil-təslim aktı əsasında təhvil alındığı andan Mal üzərində mülkiyyət hüququ Distribüterə keçir.
21. Müqavilənin 8.2-ci bəndinə əsasən Malların Şirkət tərəfindən göndərilməsi Distribüterin sifarişinin təsdiq olunduğu gündən etibarən 3 (üç) təqvim günü ərzində həyata keçirilir. Sifarişdə malın kodu, çeşidi, miqdarı və digər zəruri xarakteristikaları bildirilir (göstərilir).
22. Müqavilənin 8.3-cü bəndinə əsasən Mallar dövriyyəli (çoxistifadəli) taralarda (palet) təchiz olunduğu təqdirdə Distributer həmin taraları Malların təchiz olunduğu gün və ya ən geci qrafik üzrə Malların növbəti tachizatı günü qaytarmalıdır. Bu şərtlər yerinə yetirilmədiyi təqdirdə Distributer qaytarılmayan dövriyyəli (çoxistifadəli) taraların dəyərini Şirkətə ödəyir.
23. Müqavilənin 10.4-cü bəndinə əsasən distribüter bu müqavilənin 7.2-7.5-ci bəndlərində göstərilən ödəniş qaydalarını pozduğu təqdirdə, şirkət distrübüterə qanuna uyğun maliyyə sanksiyası tətbiq etmək hüququna malikdir və ya dərhal distribüterlə ticarət əməkdaşlığını dayandırıb həmin dövrə distrübiterin olan borcunu, əməkdalığı dayandırdığı günün növbəti günü tam ödəməyi tələb edəcək. Distribüter bütün borcunu əməkdaşlığa xitam verən günün növbəti günü ödəmədiyi təqdirdə, şirkət borcun ödənilməsini məhkəmə və ya hüquq mühafizə orqanlarının vasitəsi ilə hüquqi müstəvidə həll etmək hüququna malikdir.
24. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmakını distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir.
25. Müqavilənin 2-ci bəndinə əsasən ipoteka predmetinin olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 5 ünvanında yerləşən 163.5 kv.m. məznildir.
26. Müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsas xx.xx.2020-ci il tarixli. 3M/1243 reyestr distribüter müqaviləsidir.
27. Müqavilənin 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği) 370000 manat sərinləşdirici alkaqolsuz və təbii şirə içkiləridir.
28. Müqaviləninin 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti distribüter müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixindən xx.xx.2023-cü il tarixinədək.
29. Müqavilənin 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır:
30. - əsas öhdəliyin, yaxun onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
31. – ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda.
32. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüquqları Cavabdeh2 adına hüquqi qeydiyyata alınmış, o cümlədən İddiaçı MMM xeyrinə hüquqlar yüklü edilmişdir.
33. 04.02.2021-ci ildən xx.xx.2022-ci illəri əhatə edən satışlar üzrə iddiaçı MMC tərəfindən X8 e-qaimələr göndərilmişdir.
34. Maliyyə arayışına əsasən X6 gecikdirilmiş ümumi borcu 323.742,38 manat məbləğində müəyyən edilmişdir.
35. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-132/2024 saylı mütəxəssis rəyinə əsasən AZ1134, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin hazırkı bazar qiyməti 327.000 manat və likvid qiyməti 294.000 manat müəyyən edilmişdir.
36. xx.xx.2024-cü il tarixli, 9/5320 saylı ekspert rəyinə əsasən ümumi borc məbləği 322.950,72 manat təşkil edir, həmin məbləği ilin günlərinə böldükdə isə bir günə düşən məbləğin 44,85 manat olduğu və xx.xx.2023-cü il tarixdən iddianın məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş günlərin sayının 231 gün olduğunu nəzərə alsaq, əsas borc məbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği 44,85 manat x 231 gün = 10.361,34 manat, xx.xx.2023-cü il tarixdən ekspert rəyinin verildiyi xx.xx.2024-cü il tarixə olan gecikdirilmiş günlərin sayının 412 gün olduğunu nəzərə alsaq, əsas borc məbləğinə illik 5% ilə hesablanmaqla faiz borcunun məbləği isə 44,85 manat x 412 gün=18479,96 manat müəyyən olunmuşdur.
37. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 iyul 2020-ci il tarixində İddiaçı MMC ilə X10 arasında 3M-1243 nömrəli Distributer müqaviləsi imzalanmış, müqavilə üzrə öhdəliklərin təminatı qismində 10 iyul 2020 tarixində İddiaçı, Cavabdeh və Cavabdeh2 arasında 3M-1244 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Müqavilə üzrə öhdəliklərin təminatı qismində İpoteka qoyana məxsus AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak İddiaçının xeyrinə yüklü edilmişdir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Distribüter Şirkətdə nağd və ya kredit vasitəsi ilə mal almaq hüququna malikdir. Bundan əlavə Müqavilənin 7.4-cü və 7.5-ci bəndlərinə əsasən, X5rantiyası təqdim edə bilmədiyi təqdirdə o, Şirkətin razılığı ilə daşınmaz əmlakı girov qoyaraq Şirkətdən mal ala bilər və kreditlə aldığı malın dəyəri 35 təqvim günü ərzində Şirkətin bank hesabına köçürməlidir. Müqavilə üzrə iddiaçı bütün öhdəliklərini yerinə yetirsə də, Cavabdeh ödənişləri vaxtında etməmiş və nəticədə İddiaçıya borcu yaranmışdır.
39. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdeh X10 10 iyul 2020ci il tarixli 3M-1243 saylı müqavilə üzrə əsas borcunu ödəniş şərtlərinə uyğun olaraq ödəməməklə müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur.
40. Məhkəmə iddianın müqavilə üzrə əsas borcun tutulması hissəsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
41. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
43. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
45. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
46. Beləliklə, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilə və ipoteka müqavilələrindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
47. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının müqavilə üzrə tələb etdiyi əsas borc məbləği ekspert rəyində müəyyən edilən əsas borcu məbləğindən yuxarı həddə müəyyən edilmişdir. Beləliklə, məhkəmə müqavilə üzrə əsas borc məbləğini 322.950,72 manat əsas, MM 445.7-ci maddəsinə əsasən müəyyən edilən faiz məbləği iddiada göstərilən 9710,46 manat olmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlir.
48. Bununla yanaşı iş materiallardan görünür ki, iddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini də irəli sürmüşdür.
49. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmakını distribüter müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir, müqavilənin 2-ci bəndinə əsasən ipoteka predmetinin olduğu yer: Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 3245-ci məhəllə, Cavadxan (Gəncə xanı) küçəsi, 4A/mənzil 295, giriş 3 Yeni qaydalarla: AZ1134, ünvan 5 ünvanında yerləşən 163.5 kv.m. məznildi və müqavilənin 3.1-ci bəndinə əsasən öhdəliyin yaranma əsas xx.xx.2020-ci il tarixli. 3M/1243 reyestr distribüter müqaviləsidir.
50. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyanlara ipotekaya tutma yönəldilməsi barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildirişlər reyestrdə qeydiyyata alınmışdır.
51. Mülki Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
52. “İpoteka haqqında” Qanunun:
53. 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
54. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
55. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
56. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
57. 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
58. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
59. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.
60. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişdir. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır.
61. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş ipoteka ilə yüklü edilmiş AZ1134, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməlidir.
62. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
63. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin rəyi alınmışdır.
64. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli LP-132/2024 saylı mütəxəssis rəyinə əsasən AZ1134, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin hazırkı bazar qiyməti 327000 manat və likvid qiyməti 294000 manat dəyərində olması müəyyən edilmişdir.
65. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
66. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq AZ1134, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163,5 kv.m. olan mənzilin yerləşən Cavabdeh2 məxsus mənzilin likvid qiyməti 294000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir.
67. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə İlkin mediasiya sessiyasının keçirilməsinə görə 400 manat, 224 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat ödənişlər edilmişdir. İddiaçı 110 manat vəkil xərcinin əvəzinin də cavabdehdən tutulmasını tələb etsə də, iş materiallarına həmin ödənişin edilməsinə dair sənəd əlavə edilməmişdir.
68. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
69. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunun da daxil edildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.
70. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
71. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianının təmin edilmiş hissəsinə mütənasib olaraq mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 623 manat, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat və mühasibatlıq ekspertizasnın xərcinə görə 150 manat və əmlakın qiymətləndirilməsi xərci olaraq 300 manat cavabdeh X8 aid edilməlidir.
72. Məhkəmə vəkil xərcinə münaisbətdə qeyd edir ki, iddiaçı tərəfindən belə xərcin çəkilməsinə dair ödəniş sənədi iş materiallarına sübut qismində əlavə edilmədiyindən tələb həmin hissədə təmin edilə bilməz.
V. Nəticə:
73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh X4 322.950,72 manat əsas borc məbləği, 9710,46 manat faiz borcu, mediasiya xərcinin/dövlət rüsumunun əvəzi olaraq 623 manat, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönləndirilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh2 məxsus olan AZ1134, ünvan 1 ünvanında yerləşən mənzilə (yüklü edilən əmlakın reyestr nömrəsi: **********14- 05301-093031; qeydiyyat nömrəsi: **********) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 294.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı MMC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh2 qaytarılsın. Satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ cavabdeh X4 tutulsun. Əmlakların qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaiti cavabdeh X4 tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova