Məhkəmə qərarları › İş №e-2-2(113)-2156/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2156/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2156/2023 07.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı Cavabdehnə qarşı təsisçilikdən çıxma tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçı onun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanan pretenziya məktubunda qeyd olunur: “Payçı olduğum Cavabdehnə olan 35% payı istəmirəm və bunun müqavilində aramızda razılıq əsasında Cavabdeh təsisçiliyindən çıxmaq istəyirəm. Odur ki, yuxarıda göstərilənlərə əsasən Sizdən xahiş olunur ki, növbədən kənar iclasın keçirilməsi və mənim Cavabdeh təsisçiliyindən çıxmağım barədə məsələni həll edəsiniz.” Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə növbədən kənar iclasın keçirilməsi və Cavabdeh təsisçiliyindən çıxarılma barədə pretenziya məktubu ünvanlanmışdır. Bundan başqa, Cavabdehnə ünvanlanan müraciət məktubunda da Cavabdeh təsisçiliyindən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi xahiş olunur. Beləliklə, cavabdehə təsisçilikdən çıxarılma barədə növbədən kənar iclasın keçirilməsi təklif olunmuş, məhkəməyə isə Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinin təsisçiliyindən çıxarılma barədə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmənin qənaətinə əsasən təsisçiliyindən çıxarılma barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı deyil, mübahisə cəmiyyətin Nizamnaməsi və mülki qanunvericiliyin tələblərinə uyğun həll edilə və ona uyğun məhkəməyə müvafiq tələblə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı təsisçilikdən çıxma tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar