Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2159/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh "xxxx" MMC qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, sübutetmə) X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddaçı İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı Xidmət Müqaviləsinə əsasən 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat borc və 131.00 (bir yüz otuz bir) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı Xidmət Müqaviləsinə əsasən İcraçı Müqavilənin imzalandığı tarixdən etibarən 31 dekabr 2021-ci il tarixədək Sifarişçinin müəyyən etdiyi ərazi(lər)də özünə məxsus texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsini (yüklənmə) və Siarişçiyə təhvil verilməsini (“Xidmətlər”) öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 27,167.00 (iyirmi yeddi min bir yüz altmış yeddi) manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı ümumi dəyəri 2,167.00 manat olan xx.xx.2021-ci il tarixli EBBB 235345 nömrəli, ümumi dəyəri 15,000.00 manat olan xx.xx.2021-ci il tarixli EBBL 002029 nömrəli və ümumi dəyəri 10,000.00 manat olan xx.xx.2022-ci il tarixli EBBV 116406 nömrəli elektron qaimələr göndərilmişdir. Göstərilən vəsaitdən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 1,500.00 manat, xx.xx.2021-ci il tarixdə 5,000.00 manat və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xx.xx.2022-ci il tarixdə 7,000.00 manat olmaqla, cəmi 13,500.00 manat ödəniş edilmiş, lakin 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin 27 yanvar 2025-ci il tarixədək İddiaçı2 borcu 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386, 442, 445, 462-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi Vəkil iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə muzdun tutulması tələbi ilə bağlı
7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
9. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı Xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Sifarişçinin müəyyən etdiyi ərazi(lər)də özünə məxsus texnika vasitəsilə torpaq işlərinin yerinə yetirilməsini (yüklənmə) və Siarişçiyə təhvil verilməsini (“Xidmətlər”) öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin xidmətlərin təhvil-təslimi və ödənişlərin həyata keçirilməsi ilə bağlı bəndlərində xidmətlərin təvhil verilməsinin hər iki tərəfin səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş təhvil-təslim aktları ilə rəsmiləşdirilməsi, göstərilən xidmətlərin dəyərinin hesab-fakturaya əsasən ödənilməsi razılaşdırılmışdır. Həmin müqaviləyə 23 mart 2021-ci il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılması protokoluna görə, 1 ədəd Ekskovator Hunday üçün 8500 manat, 1 ay üçün xidmət haqqı şərtləşdirilmişdir (ƏDV daxil). 2.2. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 27,167.00 (iyirmi yeddi min bir yüz altmış yeddi) manat məbləğində xidmətlər göstərilmiş, xidmətlərin görülməsi ilə bağlı ümumi dəyəri 2,167.00 manat olan xx.xx.2021-ci il tarixli EBBB 235345 nömrəli, ümumi dəyəri 15,000.00 manat olan xx.xx.2021-ci il tarixli EBBL 002029 nömrəli və ümumi dəyəri 10,000.00 manat olan xx.xx.2022-ci il tarixli EBBV 116406 nömrəli elektron qaimələr göndərilmişdir. Göstərilən vəsaitdən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 1,500.00 manat, xx.xx.2021-ci il tarixdə 5,000.00 manat və Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xx.xx.2022-ci il tarixdə 7,000.00 manat olmaqla, cəmi 13,500.00 manat ödəniş edilmiş, lakin 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat məbləğində vəsait bugünədək cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, cavabdeh "xxxx" MMC-nin 27 yanvar 2025-ci il tarixədək İddiaçı2 borcu 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə elektron qaydada pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 7 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır.
10. İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı Xidmət Müqaviləsinə əsasən 13,667.00 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
11. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
12. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ- 006 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
16. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
17. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
18. Hazırkı iş üzrə müqavilədə tərəflər hər birinin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
19. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
20. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
23. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
24. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 13667 manat ƏDV daxil olmaqla məbləğində pulun tutulması əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
25. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
26. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, 14221104 nömrəli mədaxil qəbzi ilə 131 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilməlidir.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddaçı İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SHB/İ-006 saylı Xidmət Müqaviləsinə əsasən 13,667.00 (on üç min altı yüz altmış yeddi) manat borc və 131.00 (bir yüz otuz bir) manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2