Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2173/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi X2 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı müqaviləyə əsasən borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, I. İŞİN HALLARİ İddiaçı MMC (əvvəlki adı ilə: "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyət ilə əlaqədar fərdi fəaliyyəti ilə məşğul olan Cavabdeh2 oğlu (bundan sonra “Alıcı”) ilə iddiaçı arasında 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Günəşli qəsəbəsi “123 servis” Yağ dəyişmə mərkəzidir. Məzh bu səbəblə iddia ərizəsi sözügedən konsiqnasiya müqaviləsinin mahiyyətindən də irəli gədiyi üçün müqavilənin icra yeri üzrə verilmişdir. Göründüyü kimi müqavilə üzrə malların təhvil-təslimi, satışı, yəni icra olunması mağazanın yerləşdiyi ünvan üzrə həyata keçirilir və bu səbəblə müqavilənin icra yeri Cavabdeh2 oğlunun Bakı şəhər, Günəşli qəsəbəsi “123 servis” Yağ dəyişmə mərkəzində yerləşən mağazasıdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin 1 saylı əlavəsinə əsasən Cavabdeh2 oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 1133.30 (bir min bir yüz otuz üç manat, 30 qəpik) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 saylı əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxsin bugünki günə 302,00 çü) yüz iki, 00) azn qalıq borcu mövcuddur. Qeyd olunan şəxs ümumi olaraq 302,00 (üç yüz iki, 00) azn borcunu müəssisəyə geri qaytarmamışdır. Yekun olaraq qeyd edilir ki, 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh2 İddiaçı MMC-yə toplam 302,00 (üç yüz iki, 00) AZN dəyərində borcu mövcuddur. İddiaçı MMC tərəfindən Cavabdeh2 borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 302 manat məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri
1. İddiaçı MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən yaranmış 302,00 (üç yüz iki, 00) azn qalıq borc və 30 (otuz) AZN dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 avqust 2020-ci il tarixli, 0274-VXT- GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən, cavabdehə müqaviləyə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları təhvil vermiş, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almışdır. Həmin müqaviləyə görə şirkət nisyə olaraq ümumi dəyəri 302 manat məbləğində olan məhsulları Alıcıya təhvil vermiş alıcı isə olan borcunu 10 gün ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürmüşdür.
3. İddiaçı MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsinin şərtlərinə uyğun olaraq ümumi dəyəri 302 manat məbləğində olan məhsulların pulunu tələb etməsinə baxmayaraq, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 302 manat hissəsini bu günədək ödəməmişdir.
4. Sübutlar: 1) 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsi. 2) xx.xx.2020-ci il tarixdə Cavabdeh2 və iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli, Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 nömrəli AKT-la tərəflər imzaları ilə təsdiq etmişlər ki, müqavilə üzrə 1133,30 manatlıq malı cavabdehə təhvil vermişlər. Cavabdeh2 isə həmin malları qəbul etmiş və öz imzası ilə təsdiq etmişdir.
5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.5, 447.1, 441.1, 441.4, 448.2-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri Etiraz təqdim edilməmişdir. b) İşdə iştirak edən şəxslər və onların izahatları c) İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. d) Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. e) Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi). İV. TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəlləsinin: - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərə9lərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müva9iq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününüvə ya icra edilməli olduğu vaxt dövrününəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 447.1-ci maddəsinə əsasən əgər ikitərə9li müqavilənin bir tərə9i müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərə9i öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını Dövlət rüsumunun ödənilməsi haqqında məlumat itirdiyi halda imtina edə bilər. Onu da qeyd edək ki, tərə9lər arasında bağlanmış müqaviləyə əsasən tərə9lərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İGddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. - 441.4-cü maddəsinə əsasən, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
9. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
10. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyət ilə əlaqədar fərdi fəaliyyəti ilə məşğul olan Cavabdeh2 oğlu ilə iddiaçı arasında 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilə əsasında Cavabdeh2 oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 1133.30 (bir min bir yüz otuz üç manat, 30 qəpik) AZN dəyərində məhsul satılmışdır. Həmin borcdan 831.30 manat müxtəlif vaxtlarda iddiaçıya qaytarmış və nəticədə ümumi olaraq 302,00 azn borcunu müəssisəyə geri qaytarmamışdır. Yekun olaraq qeyd edilir ki, 10 avqust 2020-ci il tarixli, 0274-VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh2 İddiaçı MMC-yə toplam 302,00 AZN dəyərində borcu mövcuddur.
11. Hazırda iddiaçı iddiasında 302 manat məbləğində pulun ödənilməsini tələb edir.
12. Belə olan halda məhkəmə cavabdehin Konseqnasiya (alqı-satqı) müqaviləsi üzrə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğunu, belə olan halda iddiaçının alqı-satqının predmeti olmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 302 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
13. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, 30 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
14. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.
15. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 oğlu arasında bağlanmış 10 avqust 2020-ci il tarixli, 0274- VXT-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən yaranmış 302,00 (üç yüz iki, 00) azn qalıq borc və 30 (otuz) AZN dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3