Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2188/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, prosessual maraq, müqavilə azadlığı, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli mobil rabitə xidmətlərin göstərilməsinə dair müqavilə üzrə 3255,29 manat məbləğində xidmət haqqının və 70 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış 01 fevral 2018-ci il tarixli ***-**** saylı mobil rabitə xidmətlərin göstərilməsinə dair müqaviləyə əsasən iddiaçı cavabdehə mobil rabitə xidmətlərini göstərməyi, cavabdeh isə xidmətləri qəbul edib müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının vaxtlı-vaxtında ödənilməsini təmin etməyi öz üzərinə götürmüşdür. Müqavilənin 1 saylı qoşmasına əsasən, cavabdehə 85 ədəd nömrə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilməmiş, təqdim edilmiş hesablar üzrə ödənişlər həyata keçirilməmişdir. Hal-hazırda cavabdehin 2023-cü ilin 25 dekabr tarixinə olan dövr üçün iddiaçıya 3255,29 manat ödənilməmiş borcu qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2188/2024 nömrəli qərardadı ilə işə qiyabi icraatı qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana çatdırılmaqla, SMS xəbərdarlıq göndərilməklə, telefonoqram ötürülməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Mobil rabitə xidmətlərinin göstərilməsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (Şirkət qismində) ilə cavabdeh (Korporativ abunəçi qismində) arasında bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair 01 fevral 2018-ci il tarixli ***-**** nömrəli müqavilənin 1-ci hissəsinə əsasən, müqavilə üzrə “Şirkət” "xxxx"yə Mobil Rabitə Xidmətləri göstərir, "xxxx" isə bu Xidmətləri qəbul edib bu Müqavilənin tərkib hissəsi olan Korporativ tarif əsasında xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.1). Bu Müqavilə üzrə “Şirkət” "xxxx"yə Şirkətin şəbəkəsindən istifadə etmək üçün “Sim Kart” paketləri ilə birlikdə 85 ədəd nömrə təqdim edir. Müqavilə üzrə Nömrələrin siyahısı 1 saylı Qoşmada əks olunur və həmin nömrələrin istifadəçilərinin şəxsiyyətini təsdiq edən sənədlər hazırkı Müqaviləyə əlavə olunur. "xxxx" isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verir və Korporativ tarifə (2 saylı Qoşma) uyğun olaraq xidmət haqqını vaxtlı-vaxtında ödənilməsini təmin edir (1.2).
12. Həmin müqavilənin 2.1-ci bəndində şirkətin (iddiaçının) öhdəlikləri kimi müqavilənin 1.1-ci bəndinə uyğun olaraq və ya "xxxx"nin sonrakı müraciətinə əsasən "xxxx"yə müvafiq xidmətlər təqdim etmək, hər növbəti ayın 20-dən gec olmayaraq əvvəlki ayın hesabını və izahlı qaiməsini "xxxx"yə təqdim etmək, 2.2-ci bəndi ilə şirkətin hüquqları kimi təqdim olunan nömrələrdən "xxxx" hazırkı Müqaviləyə zidd olan məqsədlərlə və qaydada istifadə etdiyi təqdirdə həmin nömrə/ləri bağlamaq, təqdim olunan nömrələrdən hər hansı biri 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, istifadə olunmayan Nömrəni/ləri geri almaq və geri alınmış Nömrə/ləri "xxxx"yə xəbərdarlıq etmədən başqa şəxsin istifadəsinə vermək; təqdim olunan nömrələrdən ən azı 50% və daha artıq nömrə 2 ay ərzində "xxxx" tərəfindən istifadə edilmədikdə, “Şirkət” "xxxx"yə 14 iş günü əvvəlcədən xəbərdar etməklə təqdim olunmuş Korporativ tarifi birtərəfli qaydada bütün nömrələrdə dəyişdirmək və s. göstərilmişdir.
13. Adıçəkilən müqavilənin 2.3-cü bəndində korporativ abunəçinin (cavabdehin) öhdəlikləri kimi göstərilmişdir ki, bu müqaviləyə uyğun olaraq 85 ədəd nömrəni qəbul edir və həmin nömrə/lər istifadəçi olmayan kənar şəxslərə verildikdə məsuliyyət daşıyır. İstifadəçilərin siyahısında dəyişiklik olduqda bu barədə “Şirkət”i vaxtlı-vaxtında məlumatlandırır, təqdim olunan nömrə/ləri ən azı 3 ay ərzində istifadə edir, istifadə edilən xidmətlərə görə ödənişləri vaxtlı-vaxtında edir və s., 2.4-cü bəndi ilə korporativ abunəçinin hüquqları kimi müqavilə üzrə “Şirkət” tərəfindən öhdəliklərin yerinə yetirilməsini tələb etmək, “Şirkət” tərəfindən təqdim edilən korporativ tarifi seçmək, “Şirkət” tərəfindən bu müqavilə çərçivəsində təqdim edilən digər xidmət növlərindən yararlanmaq əks olunmuşdur.
14. Sözügedən müqavilənin ödəniş qaydası və tariflərdən bəhs edən 3-cü hissəsinə görə, bu müqavilə üzrə təqdim edilən xidmətlərinin qiyməti korporativ tarifdə, digər xidmətlərin dəyəri isə bu müqavilənin müvafiq əlavələrində göstərilib və ödəniş hesaba köçürmə yolu ilə, yaxud “Şirkət”in müəyyən etdiyi digər qaydada həyata keçirilir: köçürmə yolu ilə ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 30-dan gec olmayaraq; fərdi qaydada ödəniş edən Korporativ Abunəçi hər növbəti ayın 15-dən gec olmayaraq.
15. Qeyd edilən müqaviləyə 1 saylı əlavədən görünür ki, 40 manatlıq, 50 manatlıq, 100 manatlıq, 200 manatlıq, 300 manatlıq limitlə ümumilikdə 85 ədəd mobil nömrənin cavabdehə təhvil verilməsi şərtləşdirilmişdir.
16. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, aylıq abunə haqqı üçün 1 aya görə 9 manat (“Business 9”), 15 manat (“Business 15 New”), 25 manat (“Business 25”), 50 manat (“X1”) və 85 manat (“Freestyle Plus”), ölkədaxili “SMS” üçün 1 ədədə görə 0,03 və 0,01 manat, paket bitəndən sonra ölkədaxili zənglər üçün 1 dəqiqəyə görə 0,08 manat, paket bitəndən sonra ölkədaxili internet istifadəsi üçün 1 meqabayta görə 0,01 və 0,03 manat, paket bitəndən sonra beynəlxalq zənglər üçün 1 dəqiqəyə görə 0,32 manat, ölkədaxili internet üçün 1 meqabayta görə 0,01 və 0,04 manat, beynəlxalq zənglər üçün 1 dəqiqəyə 0,32 manat, beynəlxalq SMS üçün 1 ədədə görə 0,06 manat, şirkətdaxili zənglər üçün 1 dəqiqəyə görə 0 manat xidmət haqqı razılaşdırılmışdır.
17. Məhkəməyə təqdim edilən hesab-fakturadan görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçıya olan borcu (2018-ci ilin sentyabr – dekabr ayları üçün) 2758,73 manat xidmət haqqı, 496,57 manat ƏDV olmaqla ümumilikdə 3255,3 manat təşkil edir.
18. İş materiallarına əlavə edilən elektron qaimələrdən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2018-ci il tarixli (sentyabr 2018) EAAN 684777 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 1743,5 manat, xx.xx.2018-ci il tarixli (oktyabr 2018) EAAN 481655 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1628,32 manat, xx.xx.2018-ci il tarixli (noyabr 2018) EAAO 293551 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) ƏDV daxil olmaqla 1627,01 manat, xx.xx.2019-cu il tarixli (dekabr 2018) EAAP 032496 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) ƏDV daxil olmaqla 1339,85 manat olmaqla iddiaçı tərəfindən 2018-ci ilin sentyabr – dekabr ayları üçün ümumilikdə 6338,68 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilərək cavabdehə göndərilmişdir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sözügedən müqavilənin 1 saylı əlavəsi ilə razılaşdırılan 85 ədəd mobil nömrəni cavabdehə təqdim etməyi, cavabdeh isə həmin nömrələri öz işçilərinin xidməti istifadəsinə verməyi və danışıq haqqını vaxtlı-vaxtında ödənməyi öz öhdəsinə götürmüşdür. İddiaçının adıçəkilən müqavilə üzrə cavabdehə göstərəcəyi ayrı-ayrı xidmətlərin tarifləri isə 2 saylı əlavə ilə razılaşdırılmışdır. İddiaçı tərəfindən 2018-ci ilin sentyabr – dekabr ayları üzrə xx.xx.2018-ci il tarixli EAAN 684777, xx.xx.2018-ci il tarixli EAAN 481655, xx.xx.2018-ci il tarixli EAAO 293551 və xx.xx.2019-cu il tarixli EAAP 032496 seriya və nömrəli elektron qaimələr üzrə ƏDV daxil olmaqla 6338,68 manat dəyərində xidmət göstərilmişdir.
20. İddiaçı 01 fevral 2018-ci il tarixli ***-**** nömrəli xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri olan 3255,29 manat məbləğində pulun tutulmasını tələb edir.
21. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən, məhkəmə iclaslarında iştirak etmir.
22. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli ***- **** nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
27. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
28. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
29. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində xidmət haqqının köçürmə yolu ilə ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 30-dan gec olmayaraq, fərdi qaydada ödəniş edən korporativ abunəçinin hər növbəti ayın 15-dən gec olmayaraq ödənilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
36. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 3255,29 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, həmin məbləğ cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Məhkəmə xərcinin tutulması ilə bağlı
37. İddia ərizəsində iddiaçı 70 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/11/2023-02188 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi iştirak edərək ilkin mediasiya sessiyasının keçirilməsi üçün 70 manat ödəniş etmişdir.
39. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin dekabr ayı) və mediasiya sessiyası keçirilərkən (xx.xx.2024) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
41. Beləliklə, məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2018-ci il tarixdə bağlanmış mobil rabitə xidmətlərinin göstərilməsinə dair müqavilə üzrə 3255 (üç min iki yüz əlli beş) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova