Məhkəmə qərarları › İş №e-2-2(113)-219/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-219/2025

28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-219/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həşimova Günay qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən120823,34 manat (ƏDV daxil) qalıq borcun, gecikdirilmiş vaxt üçün hesablanmış 2013,72 manat faizin və 412,84 manat dövlət rüsumunun əvəzinin, cəmi 123339,90 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı və cavabdeh məhkəməyə barışıq sazişi təqdim etməklə, aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 27 yanvar 2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1 1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış QSZ SD 006/2022 saylı, 30 dekabr 2021-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” müqavilə üzrə ödənilməmiş 39208,77 manat (ƏDVdaxil) qalıq borcun, 2517,15 manat faizin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 412,84 manat dövlət rüsumunun əvəzinin cəmi 42138,76 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə kommersiya mübahisəsinin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: Günay Həşimova) baxılmaqdadır.

2. Tərəflərin hüquq və vəzifələri ^ 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı, tarixə SD 006/2022 saylı, 30 dekabr 2021-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” müqavilə üzrə İddiaçıya olan qalıq borcu ümumilikdə 39208,77 manat (ƏDV daxil) manat təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1 -ci bəndində göstərilən borcunu, habelə İddiaçı tərəfindən ödənilmiş 412,84 manat dövlət rüsumunun əvəzinin aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: - 28 fevral 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 mart 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 aprel 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 may 2025-ci il tarixədək - 9208,77 (doqquz min iki yüz səkkiz manat, yetmiş yeddi qəpik) maııat (ƏDV daxil) və dövlət rüsumunun əvəzi olan 412,84 (dörd yüz on iki manat səksən dörd qəpik) manat; 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən, ən azı birinci müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 2517,15 manat faizin Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələr J.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 27 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Sazişin predmeti 1.1. Bu Sazişin predmetini İddiaçının Cavabdehə qarşı “Tərəflər arasında bağlanmış QSZ SD 006/2022 saylı, 30 dekabr 2021-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” müqavilə üzrə ödənilməmiş 39208,77 manat (ƏDVdaxil) qalıq borcun, 2517,15 manat faizin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 412,84 manat dövlət rüsumunun əvəzinin cəmi 42138,76 manat məbləğində pulun Cavabdehdən tutularaq İddiaçıya ödənilməsi tələbinə dair” iddiası üzrə kommersiya mübahisəsinin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. 1.2. İddia tələbi üzrə kommersiya mübahisəsinə hazırda Bakı Kommersiya Məhkəməsində (sədrlik edən hakim: Günay Həşimova) baxılmaqdadır.

2. Tərəflərin hüquq və vəzifələri ^ 2.1. Tərəflər razılaşır və təsdiq edir ki, Cavabdehin bu Sazişin imzalandığı, tarixə SD 006/2022 saylı, 30 dekabr 2021-ci il tarixli “Malların satışı üzrə distribüter hüquqlarının verilməsinə dair” müqavilə üzrə İddiaçıya olan qalıq borcu ümumilikdə 39208,77 manat (ƏDV daxil) manat təşkil edir. 2.2. Həmçinin Tərəflər belə razılığa gəlir ki, Cavabdeh bu Sazişin 2.1 -ci bəndində göstərilən borcunu, habelə İddiaçı tərəfindən ödənilmiş 412,84 manat dövlət rüsumunun əvəzinin aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə İddiaçıya ödəyəcəkdir: - 28 fevral 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 mart 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 aprel 2025-ci il tarixədək - 10000 (on min) manat (ƏDV daxil); - 28 may 2025-ci il tarixədək - 9208,77 (doqquz min iki yüz səkkiz manat, yetmiş yeddi qəpik) maııat (ƏDV daxil) və dövlət rüsumunun əvəzi olan 412,84 (dörd yüz on iki manat səksən dörd qəpik) manat; 2.3. Cavabdeh bu Sazişin 2.2-ci bəndində göstərilən, ən azı birinci müddət ərzində öhdəliklərini icra etməzsə və ya qismən icra edərsə, İddiaçı qalıq borcun bütünlüklə, habelə müqavilə üzrə hesablanmış 2517,15 manat faizin Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə, məhkəməyə müraciət edəcəkdir.

3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir. 3.3. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələr J.4. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar