Məhkəmə qərarları › İş №e-2-2(113)-2191/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2191/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2191/2024 03.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: konsiqnasiya anbarı müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 13 may 2020-ci il tarixli, 0173-BVEGM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 1.129 manat dəyərindəki malların cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə: "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Baxşaliyev Vüqar Elman oğlu ilə iddiaçı arasında 13 may 2020-ci il tarixli, 0173-BVE-GM/20 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Nərimanov rayon, Çaykovski küçəsində yerləşən Ehtiyat hissələri mağazasıdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1, 2 və 3 saylı əlavələrdə göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Baxşaliyev Vüqar Elman oğluna Cəmiyyət tərəfindən ümumi dəyəri 1.248,50 manat dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1, 2 və 3 saylı əlavələri ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcı”ya ödəməli və məhsulları “Satıcı” dan təkrarən alaraq rəflərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günü ərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin 119,50 manatlıq hissəsini vitrində qalan malların bir hissəsinin geri qaytarılması şəklində həyata keçirmiş, qalan borcun bugünkü günədək heç bir hissəsini ödəməmişdir. Beləliklə, cavabdeh Baxşaliyev Vüqar Elman oğlunun müqavilə üzrə əsas borcu 1.129,00 manat dəyərindədir. 13 may 2020-ci il tarixli, 0173-BVE-GM/20 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə toplam 1.129,00 manat dəyərində borcu mövcuddur. Müvafiq müqavilənin 2.4.3 maddəsinə əsasən “Alıcı” tərəfindən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rəfi və məhsulları götürərək müqaviləyə xitam vermək hüququmuz vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisəmiz tərəfindən cavabdeh şəxs X3 ilə 13 may 2020-ci ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan 1.129 manat dəyərindəki mallar və təhvil verilmiş rə;lərin geri qaytarması üçün xx.xx.2023-cü il tarixində 0089/23 nömrəli Pretenziya məktubu göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 13 may 2020-ci il tarixli, 0173-BVE-GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış ümumi dəyəri 1.128,50 manat olan 2 ədəd KİXX ATF DX İİİ 1 litr 18 manat, 2 ədəd KİXX ATF Multi 1 litr 21 manat, 2 ədəd KİXX ATF Multi 4 litr 75 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 13.40 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS 1 litr 17 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS “İron Packing” 4 litr 57 manat, 2 ədəd KİXXG1 5W-30 SN 4 litr 72 manat, 2 ədəd KİXXG1 5W-30 SN Plus 1 litr 19.40 manat, 2 ədəd KİXXG1 5W-40 SN 4 lir 72 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS 1 litr 19 manat, 4 ədəd KİXX D1/C3 5W-30 1 litr 40.80 manat, 2 ədəd KİXX D1/RV 5W-30 5 litr 95.20 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 20.10 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 1 litr 15 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 6 litr 84 manat, 4 ədəd KİXX ATF MULTİ 1 litr 42 manat, 4 ədəd KİXX ATF MULTİ 4L 150 manat, 3 ədəd KİXXG1 5W-30 SN PLUS 1 litr 29.10 manat, 2 ədəd KİXXG1 5W-30 SN PLUS “İron Packing” 4 litr 72 manat 3 ədəd, KİXXG1 5W-40 SN PLUS 1 litr 28.50 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS “İron Packing” 4 litr 72 manat dəyərində olan mallar, mallar olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.4, 425.1, 427.3, 427.5, 441.1, 441.4, 447.1, 448.2, 600.4, 606.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında bağlanmış 13 may 2020-ci il tarixli 0173-BVE-GM/20 nömrəli konsiqnasiya müqaviləsindən görünür ki, Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Müqavilənin 2.4.2-ci bəndin əsasən Satıcı konsiqnasiya məqsədi ilə verilmiş məhsulları təyin edilmiş rəflərdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürməsi şərtləşdirilmişdir. Müqavilənin 2.4.3-cü bəndinə əsasən 1 (bir) ay ərzində heç bir satış olmadığı təqdirdə rəfi, məhsulları götürərək müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişi mal satıldıqdan sonra ilk hesabat zamanı nağd qaydada həyata keçirir. Köçürmə yolu ilə həyata keçirilən Ödənişlər hesabatdan sonra 10 (on) bank günü ərzində həyata keçirilməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən malın 1 tonun qiyməti ƏDV də daxil olmaqla, 217.40 manat təşkil edir. Müqaviləin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində “Satıcı”nın bank hesabına köçürür. Müqavilənin 6.2-ci bəndinə görə “Alıcı” hazırki müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə “Satıcı”ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0.05 % həcminə dəbbə pulu ödəməli olduğu şərtləşdirilmişdir. xx.xx.2020-ci il tarixli Qiymət Razılaşdırılması və malların təhvil verilməsi haqqında 1 nömrəli aktdan görünür ki, ümumilikdə 551,80 manat dəyərində müxtəlif adda və miqdarda mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. xx.xx.2020-ci il tarixli Qiymət Razılaşdırılması və malların təhvil verilməsi haqqında 2 nömrəli aktdan görünür ki, ümumilikdə 303,10 manat dəyərində müxtəlif adda və miqdarda mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. xx.xx.2020-ci il tarixli Qiymət Razılaşdırılması və malların təhvil verilməsi haqqında 3 nömrəli aktdan görünür ki, ümumilikdə 393,60 manat dəyərində müxtəlif adda və miqdarda mallar "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq etmişlər. 19 dekabr 2023-cü il tarixli 0048/GM/23 saylı maliyyə arayışından görünür ki, maliyyə arayışının tərtib edildiyi günə borclunun ümumi olaraq 956,78 manat məbləğində əsas, 172,22 manat məbləğində isə ƏDV olmaqla, ümumilikdə 1129 AZN məbləğində yekun borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli **********84 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 837.1-cü maddəsinə əsasən konsiqnasiya anbarı haqqında müqavilə hər hansı sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) müştərilərə tez çatdırmaq məqsədilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan başqa şəxsin (tacirin) anbarında saxlamaq hüququ verir. Tacir konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya anbarı haqqında müqavilənin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. 837.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, konsiqnasiya mallarının saxlanmasına anbarda saxlama haqqında müddəalar, konsiqnatorun konsiqnasiya anbarından mal götürməsinə isə alğı-satqı haqqında müddəalar tətbiq edilir. 840.2-cü maddəsinə əsasən konsiqnasiya anbarından mal götürüldükdə tapşıran ilə tacir arasında münasibətlər həmin malın alğı-satqısı haqqında müqavilə ilə tənzimlənir. Alış qiyməti və alğı-satqının digər şərtləri iştirakçılar arasında razılaşmalara əsasən, qalan məsələlər isə bu Məcəllə ilə müəyyənləşdirilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında konsiqnasiya anbarı haqqında müqavilə və alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qiymətlərin razılaşdırılması və malların təhvil aktı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satdığı malların dəyərini və ya həmin dəyərdə olan malların qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən, 1128,50 manat manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də ümumi dəyəri 1.128,50 manat olan 2 ədəd KİXX ATF DX İİİ 1 litr 18 manat, 2 ədəd KİXX ATF Multi 1 litr 21 manat, 2 ədəd KİXX ATF Multi 4 litr 75 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 13.40 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS 1 litr 17 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS “İron Packing” 4 litr 57 manat, 2 ədəd KİXXG1 5W-30 SN 4 litr 72 manat, 2 ədəd KİXXG1 5W-30 SN Plus 1 litr 19.40 manat, 2 ədəd KİXXG1 5W-40 SN 4 lir 72 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS 1 litr 19 manat, 4 ədəd KİXX D1/C3 5W-30 1 litr 40.80 manat, 2 ədəd KİXX D1/RV 5W-30 5 litr 95.20 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 20.10 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 1 litr 15 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 6 litr 84 manat, 4 ədəd KİXX ATF MULTİ 1 litr 42 manat, 4 ədəd KİXX ATF MULTİ 4L 150 manat, 3 ədəd KİXXG1 5W- 30 SN PLUS 1 litr 29.10 manat, 2 ədəd KİXXG1 5W-30 SN PLUS “İron Packing” 4 litr 72 manat 3 ədəd, KİXXG1 5W-40 SN PLUS 1 litr 28.50 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS “İron Packing” 4 litr 72 manat dəyərində olan mallar, mallar olmadığı təqdirdə isə onların dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 tərəflər arasında bağlanmış 13 may 2020-ci il tarixli, 0173-BVE- GM/20 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış ümumi dəyəri 1128 (min yüz iyirmi səkkiz) manat 50 (əlli) qəpik olan - 2 ədəd KİXX ATF DX İİİ 1 litr 18 manat, 2 ədəd KİXX ATF Multi 1 litr 21 manat, 2 ədəd KİXX ATF Multi 4 litr 75 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 13.40 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS 1 litr 17 manat, 2 ədəd KİXXG1 10W-40 SN PLUS “İron Packing” 4 litr 57 manat, 2 ədəd KİXXG1 5W-30 SN 4 litr 72 manat, 2 ədəd KİXXG1 5W- 30 SN Plus 1 litr 19.40 manat, 2 ədəd KİXXG1 5W-40 SN 4 lir 72 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS 1 litr 19 manat, 4 ədəd KİXX D1/C3 5W-30 1 litr 40.80 manat, 2 ədəd KİXX D1/RV 5W-30 5 litr 95.20 manat, 2 ədəd KİXXG 10W-40 SL 1 litr 20.10 manat, 2 ədəd KİXXG 10W-40 SL “İron Packing” 4 litr 48 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 1 litr 15 manat, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4 6 litr 84 manat, 4 ədəd KİXX ATF MULTİ 1 litr 42 manat, 4 ədəd KİXX ATF MULTİ 4L 150 manat, 3 ədəd KİXXG1 5W-30 SN PLUS 1 litr 29.10 manat, 2 ədəd KİXXG1 5W-30 SN PLUS “İron Packing” 4 litr 72 manat 3 ədəd, KİXXG1 5W-40 SN PLUS 1 litr 28.50 manat, 2 ədəd KİXXG1 5W-40 SN PLUS “İron Packing” 4 litr 72 manat - mallar, mallar olmadığı təqdirdə isə onların dəyəri, habelə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar