Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2193/2024 06.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh MənzilTikinti Kooperativinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. 13.12.2004-cü ildə qeydiyyata alınmış Cavabdeh Mənzil-Tikinti Kooperativinin Nizamnaməsindən müəyyən edilir ki, kooperativin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 1024-cu məhəllə, 2-ci Bulvar Məmmədyarov küçəsidir (hazırda A.Əliyev).
2. İddiaçı (payçı) ilə Cavabdeh (kooperativ) arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1-ci bəndinə əsasən Kooperativ, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 1024cu məhəllədə MTK-nın tikilməkdə olan binasında qeyri-yaşayış sahəsini verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin məbləğini vaxtında ödəməyi öhdəsinə götürür. - 2-ci bəndinə əsasən ayrılmış qeyri-yaşayış sahəsi 33+22 m2-dən ibarətdir, ayrılmış sahədə daxili sanitariya avadanlığı və tamanlama işləri görüləndən sonra payçının öhdəsinə verilir. - 3-cü bəndinə əsasən göstərilən sahənin ümumi dəyəri 33000 manat məbləğində müəyyən olunmuşdur. Ödəniş kursa uyğun aparılır. - 4-cü bəndinə əsasən müqavilə bağlandığı ğündən 10 gün ərzində, payçı sahənin 100%-ni ödəməlidir. Qalan məbləğ tikinti basa çatdırılanadək ___ ay müddətinə bərabər olaraq bölünür və payçı həmin məbləği hər ay eyni vaxtda ödəməlidir. Əks halda payçı gecikdirilmiş hər 10 günə aylıq pay haqqının 0,5 %-nı ödəməlidir. - 5-ci bəndinə görə pay haqqı nəğd pulla ödənilir. - 6-cı bəndinə əsasən payçı müqavilənin 4-cü bəndinin şərtlərini pozarsa, kooperativin ixtiyarı var ki, 30 gündən sonra həmin müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda payçının ödədiyi məbləğ qeyri-yaşayış sahəsi başqa bir şəxsə satıldıqdan sonra qaytarılır. - 8-ci bəndinə görə müqavilə imzalandığ gündən qüvvəyə minir.
3. Cavabdeh Mənzil-Tikinti Kooperativi xx.xx.2018-ci il tarixli 12 saylı məktubla “ASAN” Kommunala müraciət edərək bildirmişdir ki, “Şimşək“ Mənzil-Tikinti Kooperativinin rəhbərliyi Azər Əliyev küçəsi 9-B 1024-cü məhəllədə yerləşən İddiaçı adına olan obyektin işiq xəttinin həmin kooperativin işiq xəttinə qoşulmasına etiraz etmir, bu şərtlə ki, obyektin sahəsində işiq sayğacı quraşdırılsın.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri- yaşayış sahəsi üzrə çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün protokldan çıxarışın, qeyri-yaşayış sahəsinin layihəsinin, sxeminin və digər zəruri sənədlərin ona verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 14 avqust 2018-cu il tarixdə bağlanmış müqaviləyə əsasən Hüseynzadə X1 payçı qəbul olunmuş və Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m qeyri yaşayış sahəsi 33.000 manat ödənilməklə ona satılmışdır. Qeyri yaşayış sahəsinin planından fraqment də çıxarılaraq müqaviləyə əlavə olunmuşdur. Bağlanmış müqavilənin 1-ci bəndində göstərilir ki, kooperativ, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 1024cü məhəllədə Cavabdeh MTK-nın tikilməkdə olan binasında qeyri yaşayış sahəsini verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş sahənin məbləğini vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən müqavilə iştirakçılar, Cavabdeh MTK-nın sədri tərəfindən imzalanmış, o cümlədən MTK-nın möhürü ilə möhürlənmişdir. Göstərilən qeyri-yaşayış sahəsinin planından fraqment də Cavabdeh MTK-nın sədri tərəfindən imzalanıb, MTK-nın möhürü ilə möhürlənməklə İddiaçı təqdim olunmuşdur. Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri yaşayış sahəsinin dəyəri olan 33.000 manat tam ödənilmiş, bununla bağlı MTK-nın möhürü və sədrin imzası ilə təsdiq olunmuş xx.xx.2018-ci il tarixli maliyyə arayışı verilmiş, arayışda göstərilımişdir ki, payçı 55 kv.m sahənin dəyərini tam ödəyib, borc qalığı yoxdur. Qeyri-yaşayış sahəsi faktiki istifadədə və sahiblikdə olsa da, Cavabdeh MTK ilə bağlanmış müqavilə, maliyyə arayışı və qeyri-yaşayış sahəsinin planından fraqmentlə birlikdə, həmin sahəyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət olunmuş, sənədlərin hamısı, yəni protokoldan çıxarış, ofisin layihəsi, sxemi olmadığından mülkiyyət hüququ qeydə alınmamış və çıxarış verilməmişdir. Göstərilən sənədlərin verilıməsi məqsədilə Cavabdeh MTK-nın rəhbərliyinə şifahi olaraq dəfələrlə bildirilməsinə baxmayaraq sənədlərin verilməsindən imtina olunmuş, müxtəlif bəhanələr gətirərək əlavə vəsait almaqla əsassız olaraq varlanmaq iddiasına düşmüşlər. Bu barədə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada Cavabdehnə məktub yazılmaqla, müvafiq sənədlərin verilməsi tələb olunmuşdur. Lakin onlar tərəfindən heç bir hərəkət olunmamış və İddiaçı hüquqları kobud şəkildə pozulmuşdur.
6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1, 448,1 560, 752.1 və 762.1-ci maddələrinə istinad etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-845/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı “aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. İş Bakı Kommersiya Məhkəməsində baxılan zaman iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri-yaşayış sahəsi üzrə çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün, İddiaçı Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilməsinə dair ümumi yığıncağın protokolundan çıxarış və qərarının, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının, binanın istismara icazə verilməsinə dair aktın surətinin və qeyri-yaşayış sahəsinin layihə və sxeminin surətlərinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri 10.İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı aparılmış tikintisöküntü işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən, Cavabdeh MTK tərəfindən tikilmiş, aidiyyəti dövlət orqanı tərəfindən istismara qəbul edilmiş və istifadədə olan bina tikilisində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona məxsus olan 33 kv.m-lik qeyri-yaşayış obyekti ilə 22 kv.m qeyri-yaşayış sahəsində aparılmış qanunsuz söküntü-tikinti işlərinin cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən aradan qaldırılmasına, obyektdən xaricdə binanın ümumi istifadədə olan həyətyanı sahəsində inşa edilmiş daş baryerlərin cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən sökülməsinə, obyektlərin layihədə göstərilən ilkin konfiqurasiyalara cavabdeh İddiaçı vəsaiti hesabına onun özü tərəfindən uyğun hala salınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi sənədlərin nə üçün ona verilməməsini düzgün əsaslandırmamışdır. Məsələ ondan ibarətdir ki, ona binanın zirzəmi mərtəbəsində bir ədəd 33 kv.m. ölçüdə obyekt (anbar, saxlanc yeri və s.) təyinatlı qapalı (bütün tərəfləri hörülmüş vəziyyətdə, yalnız daxildən qaraja giriş-çıxışı olan) qeyri-qaşayış sahəsi, bir ədəd elə binanın zirzəmi mərtəbəsində 22 kv.m. ölçülü avtodayanacaq (qaraj) təyinatlı yarımqapalı sahə (3 tərəfi divar, bir tərəfi açıq/jalüzlü) satılmışdır. İddiaçı bu iki sahəyə görə pay haqqını ödəmişdir. Binanın ilkin layihəsindən isə görünür ki, 33 kv.m-lik sahə qapalıdır, oraya giriş qaraj sahəsindəndir, oranın xaricə birbaşa çıxışı yoxdur. Lakin İddiaçı bu sahələri müvafiq icazə və razılıq olmadan MTK ilə, sakinlərlə və aidiyyəti orqanlarla razılaşdırmadan qarajla obyektin daxili giriş-çıxışını genişləndirməklə birləşdirmiş, əsassız söküntü və tikinti işləri aparmış, bundan əlavə obyektdən xaricə qanunsuz qapı açmış, eləcə də obyektin binadan çölə tərəf olan müəyyən ölçülü hissəsini təcrid edərək özbaşına olaraq əlavə sahəni zəbt etmişdir. Eləcə də, müvafiq icazə və razılıq olmadan, MTK ilə, sakinlərlə və aidiyyət orqanlarla razılaşdırmadan obyektinin qarşısına 2 ədəd 50 sm enlikdə və hündürlükdə, 2 metr uzunluqda isə bardyurlar (“baryer", yaxud “hündür səki” də deyilə bilər) hörmüşdür ki, bu da binanın həyətinə avtomobillər üçün giriş-çıxışı daha da çətinləşdirmiş, həyətyanı sahəsinin ölçüsünü azaltmışdır. MTK rəhbərliyi, 2019-cu ildə isə yeni yaradılmış və binada idarəçiliyi həyata keçirən "xxxx" MMMC-nin rəhbərliyi dəfələrlə bu baryerin sökülməsini tələb etsələr də cavabdeh bunlara məhə qoymamışdır. Onlar qonşuluq münasibətlərinin normal saxlanması üçün məsələni aidiyyəti orqanlara şikayətlə həll etməyə çalışmamışlar. Çalışmışlar ki, məsələ razılıqla və bina sakinlərinin müzakirə və tövsiyələri ilə həll olunsun. Dəfələrlə şifahi surətdə ona bildirmişlər ki, həmin qanunsuz tikililərini və söküntülərini aradan qaldırsın, obyektlərin ilkin şəklə salınması və layihədə göstərilən formasına qaytarılması təmin edilsin. Çünki bu işlər həm şəhərsalma və arxitektura qanunvericiliyinə ziddir, həm tikintidə təhlükəsizlik qaydalarının pozulmasıdır, həm də bina sakinlərinin kollektiv narazılığına səbəbdir. Lakin o bunların heç birinə əməl etməmişdir. Ümumiyyətlə, MTK-nın, eləcə də yeni yaradılmış MMMC-nin idarəçiliklə bağlı qaydalarına və tələb/göstərişlərinə cavabdeh əməl etmir, qeyd edilən qanunsuzluqlardan əlavə bütün sakinlərin ziddinə olaraq xidmət haqlarını da ödəmir, ödəməyəcəyini bildirir, halbuki, obyektdən istifadə edir, buradan faydalanır. Hal-hazırda, onlar onun obyektin daxilində hansı qanunsuz söküntü işlərinın aparılmasnı bilmirlər, çünki sahə qapalıdır, onlar ora buraxılmırlar, ola bilər ki, binanın daşıyıcı konstruksiyalarına da toxunulmuşdur. Obyektin daxilində qanunsuz söküntü-tikinti işlərinin aparılıb-aparılmaması, eləcə də əlavə zəbt olunmuş sahənin olub-olmaması bayır tərəfə qanunsuz qapı açılması, obyekt xaricində, lakin binanın ümumi istifadə sahəsi daxilində özbaşına baryerin çəkilməsi faktları ekspertiza tədqiqatı ilə müəyyən edilməlidir. Son zamanlar ölkədə və qardaş Türkiyədə baş verən zəlzələlərdən sonra bina sakinlərinin haqlı narahatlıqları vardır. Tələbləri odur ki, cavabdeh obyektləri ilkin vəziyyətinə - layihə şəklinə qaytarsın, apardığı qanunsuz söküntü-tikinti işlərini, baryerləri aradan qaldırsın. Əks halda, MTK rəhbərliyi hazırkı şəklində obyektə müvafiq sənəd verə bilməz, çünki, bu, gələcəkdə müəyyən MTK rəhbərliyinin özünün müəyyən məsuliyyətinə gətirib çıxara bilər. Haqlı olaraq onlara bildirilə bilər ki, nə üçün qanunsuz söküntü-tikinti işlərinə göz yumulub, aidiyyəti orqanlar məlumatlandırılmayıb. Onlar indiyə kimi qonşuluq münasibətlərini nəzərə alaraq bunu qarşılıqlı razılıqla həll etməyə çalışırdılar. Lakin, artıq mübahisə məhkəməyə daşındıqdan sonra onlar da müvafiq tələblə müraciət etmək qarşısında qalmışlar. Hesab edirlər ki, aidiyyəti qurumlar üçüncü şəxs qismində cəlb edilməklə, məsələyə onların iştirakı ilə baxılmalı, onların rəyi alınmalı, bundan sonra məhkəmə qərarı verilməlidir. Əgər məhkəmə tələbi qanuni və əsaslı hesab edərsə və ədalətli qətnamə qəbul edərsə, onlar bunu icra etməyə, müvafiq sənədləri verməyə hazırdılar. Qüvvədə olan qanunvericilik və bu qanunvericiliyin keşiyində duran dövlət binanın ümumi istifadə yerlərindən istifadə ilə bağlı, eləcə də tikilmiş və istismara qəbul edilmiş obyektlərdə yenidənqurma və yenidənplanlaşdırma işlərinin aparılması ilə bağlı qaydalar təyin etmiş, hüquq və vəzifələr müəyyən etmişdir. Aidiyyəti orqanlar da bu vəzifələrin icrasına nəzarəti həyata keçirir, hüquqların isə qorunması və müdafiə olunmasını təmin edir. 12.Qarşılıqlı iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2, 17, 227 və 152-ci maddələrinə və Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə istinad etmişdir.
d) Qarşılıqlı iddiaya qarşı etirazın dəlilləri
13.Qarşılıqlı iddiaya qarşı etiraz təqdim olunmamışdır.
e) İşdə iştirak edən şəxslər və onların izahatları
14. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılqılı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 dəqiqləşdirilmiş ilkin iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və tələbin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə1 həmçinin izahatında bildirmişdir ki, müqavilə bağlanarkən MTK tərəfindən təsdiq edilmiş qeyri-yaşayış sahəsinin planında qapının olması öz əksini tapmışdır. Əgər həmin ərazi qaraj kimi verilsəydi, qeyri-yaşayış sahəsi kimi deyil, qaraj olaraq qeyd olunardı. Bundan başqa qeyd etmək istəyir ki, MTK-nın qoyduğu qapının əvəzinə yeni qapı qoyulmuşdur. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən orada heç bir tikinti işləri aparılmayıb, hər hansı dəyişiklik edilməyib, dəyişiklik etmək də mümkün deyil. Çıxarışın əldə olunması ilə bağlı şifahi müraciət olunmuşdur. Qeyri-yaşayış sahəsi onlara verilərkən qiriş qapısı var idi. Əgər həmin obyekt qaraj idisə, onda 4 metr hündürlüyündə pəncərəsi, balkonu olmazdı. Müqaviləni və sxemi eyni şəxs (Şirinova) imzalayıb. Bütün sənədlər MTK-nın özündədir. Qeyri-yaşayış sahəsi müqavilə əsasında verilib. Müqaviləyə Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən imzalanıb təsdiq edilən sxem əlavə edilib.
15. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunması, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə2 həmçinin izahatında bildirmişdir ki, iş materiallarına əlavə etdikləri lahiyədə görünür ki, qeyri-yaşayış sahəsi ilə qarajın arasında divar vardır, qarşı tərəf hər hansı razılıq olmadan həmin divarı söküb, çölə də ayrı qapı açıb. Bu səbəbdən rəsmiləşdirmənin aparılması da gecikmişdir. Onlar qarşı tərəfə bildirmişlər ki, qarşı tərəf öz vəsaiti hesabına obyektləri layihədə göstərilən ilkin vəziyyətinə qaytarsın, bundan sonra onlar sənədləri ona təqdim etməyə hazırdılar. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, İddiaçı ilə bir müqavilə bağlanmışdır. Sadəcə qeyri-yaşayış sahəsi və qaraj eyni şəxsə satıldığı üçün ayrı-ayrılıqda 2 müqavilə bağlanmamışdır. MTK-da obyektin layihəsi olmur. Onlarda ancaq sxem, maliyyə arayışı, protokoldan çıxarış, iclas qərarı vardır. Tələb edilən sənədlər MTK-da yoxdur, onların hamısı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (MMMC) təhvil verilmişdir. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Faktiki olraq orda MTK fəaliyyət göstərmir, MMMC fəaliyyət göstərir. İddiaçının təqdim etdiyi sxem əvvəlki rəhbərlik tərəfindən təqdim edilən sənəddir, qanunsuz, düzgün tərtib edilməyən bir sənəddir. Binanın idarəetməsi hal hazırda MMMC-yə aiddir. Cavabdeh Mənzil-Tikinti Kooperativi faktiki olaraq fəaliyyətini dayandırıb, sənədlər tərəflərindən təhvil verilib. 16.İlkin cavabdeh, qarşılıqlı iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ilkin cavabdeh, qarşılıqlı iddaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
18. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
19. AR Mülki Məcəlləsinin: 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 109-4.1-ci maddəsinə əsasən kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq; 111.3-cü maddəsinə əsasən kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun: - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; - 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; - 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; - 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Mənzil Məcəllənin: - 109.1-cu maddəsinə görə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənziltikinti kooperativləri hesab edilir. - 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikintikooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. - 113.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. - 119.1-ci maddəsinə görə oxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. AR MPM-in: - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh qarşılıqlı iddiası isə rədd edilməlidir.
21. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı (payçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh (kooperativ) arasında 14 avqust 2018-ci il tarixli müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən MTK İddiaçı kooperativdə iştirak payı olaraq tikilməkdə olan binada qeyri-yaşayış sahəsi verməyi, İddiaçı isə həmin sahənin qabaqcadan müəyyənləşdirilmiş dəyərini (pay haqqını) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini icra edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, 1024cu məhəllədə MTK-nın tikilməkdə olan binasında qeyri-yaşayış sahəsinin verilməsinə görə (55 m2) pay haqqını tam ödəmişdir.
22. Hazırda ilkin İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 (22+33) kv.m olan qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüququna dair çıxarışın alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri PHŞ-ə təqdim edilməsi üçün, İddiaçı Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarış və qərarının, qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışının, binanın istismara icazə verilməsinə dair aktın surətinin və qeyriyaşayış sahəsinin layihə və sxeminin surətlərinin İddiaçı verilməsi vəzifəsinin Cavabdeh MTK-nin üzərinə qoyulmasını tələb edir.
23. İlkin Cavabdeh MTK isə qarşılıqlı iddia ərizəsi təqdim etmiş və ərizəsində binanın layihəsinə istinad edərək, kooperativdə iştirak payı olaraq qarşılıqlı iddiaçıya qeyri-yaşyış sahəsi (33 kv.m.) və qaraj (22 kv.m.)verdiyini, verilən qeyri-yaşayış sahəsi ilə qarajın arasında divarın olduğunu, qarşı tərəfin isə hər hansı razılıq olmadan həmin divarı sökdüyünü, çölə də ayrı qapı açdığını iddia edir və göstərilən səbəblərdən rəsmiləşdirmənin aparılmasının gecikdiyini, qarşı tərəf öz vəsaiti hesabına obyektləri layihədə göstərilən ilkin vəziyyətinə qaytardıqdan sonra onlar müvafiq sənədləri ilkin iddiaçıya təqdim etməyə hazır olduqlarını bildirir.
24. İlkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh MTK-ya üzv qəbul edilməsində və ödədiyi pay haqqının müqabilində yaşayış binasında qeyri-yaşayış sahəsinin verilməsi barədə həmin MTK ilə müqavilə bağlamasında ilkin iddiaçının əsas məqsədi qeyri-yaşayış sahəsinə olan tələbatını ödəmək, yəni son nəticədə MTK-nın tikdiyi binada qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmək olmuşdur.
25. Bu baxımdan MTK-nın tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş ilkin iddiaçıya qeyri-yaşayış sahəsinin verilməsinə dair öhdəliyi həmin qeyri-yaşayış sahəsinin ilkin iddiaçının faktiki sahibliyinə verilməsi ilə yanaşı həmin qeyri-yaşayış sahəsinə dair ilkin iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsini də ehtiva edir.
26. Lakin ilkin iddiaçı tərəfindən MTK-da payının dəyəri tam şəkildə ödənilsə də, MTK iddiaçıya sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri təqdim etməmiş, bununla müqavilə üzrə öhdəliklərini pozaraq ilkin iddiaçını müqaviləyə əsasən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.
27. Odur ki, ilkin iddiaçı ilkin cavabdehdən mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin təqdim edilməsini cavabdehdən tələb etmək hüququna malikdir.
28. Yeni tikilmiş binalarında yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququna dair daşınmaz əmlakıtn dövlət reystrindən ilkin çıxarışın alınması üçün MTK tərəfindən verilməli olan sənədlərin dairəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.6-ci maddəsinin tələblərinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarın(və ya protokoldan çıxarışən) və pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışının təqdim edilməsi tələb edilir. Həmin Qanunun 10.2-ci bəndinin tələblərinə əsasən qeydiyyat orqanına verilən ərizəyə əlavə edilməli olan sənədlərə daşınmaz əmlakın plan-cizgisi də daxildir. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əsasən isə mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarına müvafiq yaşayış (qeyri-yaşayış) sahəsinin plan-cizgisi əlavə edilməlidir.
29. Binanın istismara icazə aktına gəldikdə isə həmin aktın MTK tərəfindən təqdim edilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.10-cu maddəsinin tələblərindən irəli gəlir. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tikinti obyektinin istismarına icazə təqdim edilməlidir.
30. Göründüyü kimi çoxmərtəbəli yaçayış binaları Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintisinə icazə tələb olunan tikinti obyektlər olduğundan həmin binanın tərkib hissələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən ilkin çıxarışın verilməsi üçün binanın istismarına icazə verilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
31. Odur ki, sənədlərinin təqdim edilməsinə dair ilkin iddia qismən təmin edilməli, Şimşək” MTK-nin üzvlərinin ümumi yığıncağının qərarı(protokoldan çıxarışı), qeyri-yaşayış sahəsinin plan-cizgisi (sxemi), həmin qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsinə dair maliyyə arayışı və binanın istismarına icazə aktının surəti iddiaçıya təqdim edilməlidir.
32. İddianın qeyri-yaşayış sahəsinin layihəsinin təqdim edilməs hissəsinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, qanunvericilikdə çoxmənzilli binanın tərkib hissəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “qeyri-yaşayış sahəsinin layihəsi” adında sənədin təqdim edilməsi tələbi nəzərdə tutulmamışdır. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir. Cavabdehin qeyri-yaşayış sahəsindən qapı açması, divarı sökməsi və digər dəyişikliklər aparması barədə ilkin iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər öz təsdiqini tapsa belə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan sənədləri ilkin iddiaçıya təqdim etmək öhdəliyinin ilkin cavabdeh tərəfindən icra edilməməsi üçün əsas vermir.
33. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi MTK-lar müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi üçün yaradılır. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra MTK mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilir və ya mənzil mülkiyyətçiləri tərəfindən MMMC yaradılaraq kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi MMMC-yə həvalə edilir.
34. İşin mübahisəsiz halları isə ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi yaşayış binasının)ünvan:Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 1024-cü məhəllə) tikintisi Cavabdeh MTK tərəfindən başa çatdırılmış, binanın mənzil mülkiyyətçiləri tərəfindən "xxxx" MMMC yaradılmış və hazırda binanın idarə edilməsi MMMC tərəfindən həyata keçirilir.
35. Odur ki, Cavabdeh MTK-nın hazırda mübahisəli yaşayış binası və ya həmin binanın tərkib hissəsi üzərində qanunla qorunan hüquqlara (əşya və tələb hüquqlarına) malik olması, eləcə də binanın idarəetməsini həyata keçirən şəxs qismində mənzil mülkiyyətçilərinin hüquqlarının müdafiə edilməsi məqsədilə iddia qaldırmaq hüququna malik olması iş materiallarına əsasən müəyyən edilmir.
36. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.
37. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Belə olan halda isə qarşılıqlı cavabdeh İddiaçı tərəfindən qanunsuz tikinti-söküntü işlərinin aparılması ehtimal edilsə belə, Cavabdeh MTK-nın həmin tikinti işlərinin sökülməsi və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə bərpa edilməsi barədə iddia qaldırmağa dair subyektiv hüququ olmadığından qarşılıqlı iddia rədd edilməlidir.
39. İddiaçı iddiası üzrə məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
40. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, İddiaçı (qiymətləndirilməyən) iddiası üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir.
41. Hazırkı qətnamə ilə İddiaçı (qiymətləndirilməyən) iddiası qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməlidir.
42. Cavabdeh MTK-nın qarşılıqlı iddiası üzrə məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK tərəfindən ödənilmişdir.
43. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, Cavabdeh MTK-nın (qiymətləndirilməyən) qarşılıqlı iddiası üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat təşkil edir.
44. Hazırkı qətnamə ilə Cavabdeh MTK-nın qarşılıqlı iddiası rədd edildiyindən qarşılıqlı iddiaçı Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumu qarşlıqlı iddiaçı Cavabdeh MTK-ya aid edilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin İddiaçı MTK-ya üzvlüyə qəbul edilməsi və pay qismində Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi 9B, 1024-cü məhəllədə yerləşən yaşayış kompleksində 55 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə Cavabdeh MTK-nin üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın), həmin qeyri-yaşayış sahəsinin plancizgisinin (sxeminin), həmin qeyri-yaşayış sahəsinin pay haqqının tam ödənilməsinə dair maliyyə arayışının və binanın istismarına icazə aktının surətinin ilkin İddiaçı təqdim edilməsi öhdəliyi ilkin Cavabdeh MTK-nın üzərinə qoyulsun. İlkin iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul vəsaiti ilkin cavabdehdən alınaraq ilkin iddiaçıya ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin qarşılıqlı cavabdeh İddiaçı qarşı aparılmış tikinti-söküntü işlərinin qanunsuz hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia verilərkən qarşılıqlı iddiaçı Cavabdeh MTK tərəfindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva