Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-220/2025 02.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi,pul) X7 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "Optimal Elektronika" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 61.260 AZN (altmış bir min iki yüz altmış manat) əsas borc, 11.026,80 AZN (on bir min iyirmi altı manat 80 qəpik) ƏDV və 89491AZN (səksən doqquz min dörd yüz doxsan bir manat) dəbbə pulu, həmçinin 300AZN (üç yüz manat) vəkil xidməti üçün haqq, eləcədə məhkəməyə ödənilmiş dövlət rüsumu xərci 452,08 (dörd yüz əlli iki manat 08 qəpik) olmaqla və cəmi 162.529,88 AZN (yüz altmış iki min beş yüz iyirmi doqquz manat 88 qəpik) məbləğ tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC(“İcraçı”) ilə Cavabdeh MMC(“Sifarişçi”) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01/21 nömrəli Xidmət Müqaviləsi şərtlərinə əsasən, İcraçı Sifarişçiyə hazırkı Müqavilənin 1.1-ci və 1.2-ci bəndində qeyd edilən reklam xidmətləri göstərməyi, Sifarişçi isə bu Müqavilənin 4.1-ci bəndi üzrə ödəniş şərtləri əsasında bu xidmətləri qəbul edib onların razılaşdırılmış dəyərini İcraçıya ödəmək barəsində öhdəlik götürmüşdür. Bu Müqaviləyə əsasən, xidmətlər üzrə Sifarişçiyə hesab-faktura verildikdən sonra, onların dəyəri 14 gün ərzində tam olaraq İcraçının hesanbına köçürülməlidir. Beləliklə bu müqavilənin yuxarıda qeyd olunan bəndləri üzrə Sifarişçi ödənişlərini tam olaraq bu günə qədər ödəməyərəkİcraçı qarşısında 61.260 AZN (altmış bir min iki yüz altmış manat) əsas borc, 11.026,80 AZN (on bir min iyirmi altı manat 80 qəpik) ƏDV daxil olmaqla cəmi 72.286,80 AZN ( yetmiş iki min iki yüz səksən altı manat 80 qəpik) məbləğində borcu yaranmışdır. Qeyd edək ki, biz İcraçı olaraq bu müqavilə üzrə öhdəliklərimizi tam olaraq icra etmişik. Lakin,cavabdeh olan Sifarişçi üzərinə götürdüyü öhdəliyi bu günə qədər tam yerinə yetirməmişdir. Baş verən pozuntuların aradan qaldırılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdalıq olmasına, münasibətlərin pozulmaması üçün dostcasına xahiş edilməsinə, bugünə qədər səbr və təmkinlə gözləməyimizə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr gətirərək müqavilə üzrə öhdəliklərini artıq xx.xx.2022-cü il tarixindən başlayaraq artıq 21 aydan çoxdur ki, icra etməkdən qəsdən yayınmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. İddiaçı MMC (“podratçı”) ilə Cavabdeh MMC (“icraçı”) arasında 01 fevral 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqavilənin Əlavələrdə göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. - 1.2-ci bəndinə əsasən, İcraçı özünə məxsus olan reklam qurğularında, müəyyən olunmuş müddət ərzində və lazımi qaydada Sifarişçinin reklamlarının yerləşdirilməsini təmin edir. - 2.3-cü bəndinə əsasən, İcraçı bu müqavilənin qüvvədə olduğu dövrdə reklam daşıyıcılannın təhlükəsizliyinə görə (zədələnməsi, oğurulanması, itməsi və bu kimi digər hadisələr aid olunur) məsuliyyət daşımır. Reklam daşıyıcısı zədələndikdə, oğurlandıqda və ya itdikdə, həmin reklam daşıyıcısı bərpa olunana qədər icarə haqqının hesablanması müvəqqəti dayandırılır. - 3.3-cü bəndinə əsasən, Sifarişçi aşağıdakı 4.1. bəndində göstərilən müddətdə və Əlavə 1-də qeyd olunan məbləği ödəməyi öz öhdəsinə götürür. - 4.1-ci bəndinə əsasən icraçı reklam daşıyıcılarının yerləşdirdiyi dövr üçün hər təqvim ayının ilk 5 (beş) günündən gec olmayaraq reklam xidmətlərinə görə xidmət haqqının ödənilməsi üçün Sifarişçiyə hesab-fakturanı təqdim edir. Sifarişçi bu hesab- fakturanı aldıqdan sonra 14 (on dörd) təqvim qünü ərzində ödənişi həyata keçirir. - 4.3-cü bəndinə əsasən Ödənişin hər gecikdirildiyi ay üçün, Müqavilədə əks olunan ümumi məbləğin 0.2% miqdarı həcmində Sifarişçi İcraçıya cərimə ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 13 may 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 69 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.
9. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 iyun 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 91 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.
10. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 01 iyul 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid 112 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
11. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid 112 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
12. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 avqust 2022-ci il tarixli akta əsasən, “icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 15-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
13. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 08 avqust 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid 166 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 10950.40 manat təşkil edir.
14. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 sentyabr 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid 180 saylı hesabda göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
15. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 15-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.
16. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 16-da göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5097.60 manat təşkil edir.
17. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 16 fevral 2022-ci il tarixli akta əsasən, icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 17-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir. Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.
18. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 mart 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.
19. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 625.40 manat təşkil edir.
20. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 6230.40 manat təşkil edir.
21. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 04 aprel 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 10962.20 manat təşkil edir.
22. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 02 may 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
23. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 18 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.
24. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 17 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 10832.40 manat təşkil edir.
25. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 06 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 5852.80 manat təşkil edir.
26. Tərəflərin hər ikisinin möhürü ilə təsdiq edilmiş 03 yanvar 2022-ci il tarixli akta əsasən “icraçı” “sifarişçi” üçün bu akta aid əlavə 11-də göstərilən ünvanda reklam materialının yayımlanmasına dair bütün öhdəliklərini yerinə yetirmişdir.Göstərilən xidmətlərin ümumi dəyəri 460.20 manat təşkil edir.
27. Cavadeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixində 1500 manat,xx.xx.2021-ci il tarixində 530 manat,xx.xx.2021-ci il tarixində 2500 manat,xx.xx.2022-cii il tarixində 3000 manat,xx.xx.2022-ci il tarixində 390 manat,xx.xx.2022-ci il tarixində 460 manat,xx.xx.2022-cii l tarixində 2460 manat,xx.xx.20202-ci il tarixində 2500 manat,xx.xx.2021-ci il tarixində 390 manat,xx.xx.2021-ci il tarixində 670 manat,xx.xx.2021-ci il tarixində 390 manat,xx.xx.2021-ci il tarixində 3540 manat,xx.xx.2021-ci il tarixində 2500 manat,xx.xx.2021-ci il taixində 2500 manat,xx.xx.2021-ci il tarixində 2500 manat,xx.xx.2021-ci il tarixində 5600 manat,xx.xx.2021-ci il tarixində 2500 manat,xx.xx.2022-ci il tarixində 2460 manat pul köçürülmüşdür.
28. İddiaçıMMC tərəfindən Cavabdeh MMC-yə EBCD 085491 saylı xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBCD 085500 saylı xx.xx.2022-ci il tarixli 625.40 manat, EBCD 085612 saylı xx.xx.2022-ci il tarixli 460.20 manat, EBCD 085672 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBCD 085692 nömrəli xx.xx.2022-ci il tarixli 10950.40 manat, EBCD 085707 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBBQ 514710 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat,EBBQ 514750 nömrəli xx.xx.2022-ci il tarixli 5097.60 manat, EBBR 179512 nömrəlu xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBR 988992 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat, EBBT 784481 nömrəli xx.xx.2022-ci il tarixli 625.40 manat,EBBT 784512 nömrəli xx.xx.2022-ci il tarixli 6230.40 manat,EBBT 784747 nömrəli xx.xx.2022-ci il tarixli 10962.20 manat,EBBV 599696 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat, EBBP 908563 nömrəli xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBP 908588 nömrəli xx.xx.2022-ci il tarixli 10832.40 manat, EBBP 339528 nömrəli xx.xx.2022-ci il tarixli 5852.80 manat, EBBP 339521 nömrəli xx.xx.2022-ci il tarixli 460.20 manat məbləğində elektron qaimə göndərilmişdir.
29. Tərəflərin hər ikisinin imza və möhürləri ilə təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli üzləşmə aktından da görünür ki, № 01/21 saylı xx.xx.2021-ci il tarixli Xidmət müqaviləsi üzrə , Cavabdeh MMC-nin (VÖEN:**********) İddiaçı MMC-nə cəmi (VÖEN:**********) “Satıcı” kimi) isə “Alıcı” kimi 72286.80 manat borcu qaldığını təsdiq etmişlər.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1879/2025 saylı ekspert rəyindən görünür ki, 141-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 142-ci vərəqində olan 5097.60 AZN pula dair xx.xx.2022-ci il tarixli, 143-cü vərəqində olan 5852.80 AZN pula dair xx.xx.2022-ci il tarixli, 144-cü vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 145-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 146-cı vərəqində olan 6230.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 147-ci vərəqində olan 10962.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 148-ci vərəqində olan 460.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 149-cu vərəqində olan 625.40 AZN pula dair, 150-ci vərəqində olan 460.20 AZN pula dair, 151 -ci vərəqində olan 460.20 AZN pula dair, 152-ci vərəqində olan 10950.40 AZN pula dair , 153-cü vərəqində olan 460.20 AZN pula dair, 154-cü vərəqində olan 460.20 AZN pula dair 03.01,2022-ci il tarixli, 155-ci vərəqində olan 5852.80 AZN pula dair 06.01,2022-ci il tarixli, 156-cı vərəqində olan 10.832.40 AZN pula dair 17.01,2022-ci il tarixli, 157-ci vərəqində olan 5852.80 AZN pula dair 18.01,2022-ci il tarixli, 4.960 AZN pula dair xx.xx.2022-cii l tarixli aktlarda “icraçı” qrafalarında imzalar X4 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir.
31. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsindən görünür ki, o 2019-cu ildən Optimal Elektronikada marketinq rəhbəri olaraq çalışmış, bu müddət ərzində kifayət qədər reklam şirkətlərilə əməkdaşlıq etmişlər və həmin əməkdaşlıqlar müqavilələr əsasında həyata keçirilmişdir. Sonradan şirkətdə problem yarandıqdan sonra ödənişlərdə gecikmələr, daha sonra isə ödəmələr ümumilikdə dayandırılmışdır. Şirkət birgə marketinq fəaliyyətini həyata keçirirdi. Adpoint-lə “BOSH” firmasının və digər kampaniyaların reklamına dair əməkdaşlıq edilmişdir. Şirkət 2023-cü ildə bağlanmışdır.Müqavilədə qeyd edilən müddət ərzində onların reklamı o lövhələrdə qalmalı idi.Təhvil-təslim iki formada olurdu, bir elektron e-mail vasitəsilə və ya whatsApp-la şəkillər göndərilirdi, yaxud da bizim əməkdaşlar gedib yerində baxış edirdilər. Daha sonra akt hazırlanır, imzalanır və rəhbərlik tərəfindən möhür vurulurdu. Aktları ya o özü ya onun müavini imzalayırdı, sonda möhürü isə direktor Əhəd müəllimin özü vururdu.
V. Tətbiq edilən hüquq:
32. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
33. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”
35. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
1. Belə ki, işin halları ondan ibarətdir ki, iş materiallarına əlavə edilən sübutlar, şahid ifadələr və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli 01/21 il tarixli xidmət haqqında müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı (“icraçı”) müqavilə şərtərinə uyğun olaraq reklam xidmətlərini cavabdehə göstərmiş,bununla da öz öhdəlikərini yetirmiş, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
2. Belə ki,cavabdehin nümayəndəsi iş materiallarında olan təhvil-təslim aktlarının tərəflərinin imzalammadığını qeyd etmişdir. Qeyd olunan halın aydınlaşdırılması məqsədilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/1879/2025 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 141-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 142-ci vərəqində olan 5097.60 AZN pula dair xx.xx.2022-ci il tarixli, 143-cü vərəqində olan 5852.80 AZN pula dair xx.xx.2022-ci il tarixli, 144-cü vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 145-ci vərəqində olan 625.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 146-cı vərəqində olan 6230.40 AZN pula dair xx.xx.2022-ci il tarixli, 147-ci vərəqində olan 10962.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 148-ci vərəqində olan 460.20 AZN pula dair xx.xx.2022-ci il tarixli, 149-cu vərəqində olan 625.40 AZN pula dair, 150-ci vərəqində olan 460.20 AZN pula dair, 151 -ci vərəqində olan 460.20 AZN pula dair, 152-ci vərəqində olan 10950.40 AZN pula dair , 153-cü vərəqində olan 460.20 AZN pula dair, 154-cü vərəqində olan 460.20 AZN pula dair 03.01,2022-ci il tarixli, 155-ci vərəqində olan 5852.80 AZN pula dair 06.01,2022-ci il tarixli, 156-cı vərəqində olan 10.832.40 AZN pula dair 17.01,2022-ci il tarixli, 157-ci vərəqində olan 5852.80 AZN pula dair 18.01,2022-ci il tarixli, 4.960 AZN pula dair xx.xx.2022-cii l tarixli aktlarda “icraçı” qrafalarında imzalar X4 tərəfindən yox başqa şəxs tərəfindən icra edilmişdir.
3. Məhkəmə cavabdeh tərəfinddən təhvil-təslim aktlarının və üzləşmə aktının cavabdeh şirkətinin direktoru tərəfindən deyil, onun işçiləri tərəfindən imzalanması əsası ilə iddianın rədd edilməsinə dair dəlilini əsassız hesab edir, belə ki, məhkəmə iclasında şahid qismin də dindirilən Günel Sultanova izahatında qeyd etmişdir ki, göstərilən təhvil-təslim aktlarını səlahiyyətli şəxs kimi təhvil verilən xidmətləri yoxlamaq vəzifəsini yerinə yetirmiş və aktları imzalamış, (marketinq müdiri) k və şirkətin direktoru Ə.Əsgərov tərəfindən möhürlənmişdir. Həmçinin iddiaçı tərəfindən sübut qismində təqdim edilən üzləşmə aktı da cavabdeh şirkətin baş mühasibi tgərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Həmçinin tərəflərin iştirakı ilə dinlənilən hər iki şirkətin direktorunun səs yazıları olması mübahisələndirilməyən səs yazılarının məzunundan da görünür ki, cavabdeh şirkətin direktoru müztəlif vaxtlarda müxtəlif üsullarla iddiaçıya borcun ödənilməsini təklif etmiş və borcun ödənilməsi üçün vaxt istəmişdir. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutlara və işin hallarını araşdıraraq hesab edir ki, Cavabdeh "Optimal Elektronika" MMC-nin iddiaçıya 61260 (altmış bir min iki yüz altmış) manat məbləğində əsas borc, 11026,80 (on bir min iyirmi altı manat səksən qəpik) manat məbləğində ƏDV borcu olması iş materiallarında olan sübutlar (xidmət müqaviləsi,təhvil-təslim aktları, üzləşmə aktı, elektron qaimələr, məhkəmə iclasında dinlənilən səs yazıları) öz təsdiqini tapır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməldidir.
4. Məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan ödəniş tapşırıqlarına və kassa məxaric orderlərinə münasibətdə qeyd edir ki, qeyd olunan sənədlər mübahisə edilən dövrü əhatə etmir və cavabdehin iddiaçıuya müqavilə üzrə əvvəlki dövrə aid borcunu əhatə edir və iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
5. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış müqaviləyə əsasən hesablanmış 89491 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
6. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
7. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
8. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki,1000 manat məbləğində dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 453 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.
10. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 310 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
11. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 400 manat ekspertiza xərcinin 127 manat hissəsi cavabdehdən,60 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "Optimal Elektronika" MMC-dən 61260 (altmış bir min iki yüz altmış) manat məbləğində əsas borc, 11026,80 (on bir min iyirmi altı manat səksən qəpik) manat məbləğində ƏDV, 1000 (min) manat məbləğində dəbbə pulu, 200 (iki yüz) manat hüquqi xidmətlərə görə ödənişmiş haqq və 310 (üç yüz on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat pul vəsaitinin 62 manat hissəsi cavabdehdən, 60 manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova