Məhkəmə qərarları › İş №e-2-2(113)-2225/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2225/2024

10.06.2024 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2225/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Zakir oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Kreditor qarşı müflis elan olunma tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın baxılmamış saxlanmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfi dinləyərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Çünki məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, iddiaçının nümayəndəsi hər dəfə ərizə ilə müraciət edərək onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iflas haqqında iş üzrə məhkəmə iclası barədə 5 iş günü qalanadək Azərbaycan Respublikası İqisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməmişdir. Halbuki “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinin 2-ci bəndinə əsasən iflas haqqında elan bu maddənin 1-ci bəndinə və bu Qanunun 10-1-ci maddəsinə müvafiq surətdə dərc olunmadıqda, bu, qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələrə (məhkəmənin işə baxılmanın təxirə salmasına, dayandırmasına, işi baxmadan saxlamasına) səbəb ola bilər. 10-1-ci maddəsinə əsasən ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə qərar verdi: İddiaçı MTK-nın cavabdeh Kreditor qarşı müflis elan olunma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar