Məhkəmə qərarları › İş №e-2-2(113)-223/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-223/2021

30.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-223/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh, üçüncü iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, ilkin iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı, üçüncü iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçı X2 X6 Cavabdeh ASC-yə qarşı mühafizə zolağından qanunsuz istifadənin qadağan olunması, açılmış qapının bağlanması tələbinə dair ilkin iddia, iddiaçı Cavabdeh ASC-nin cavabdeh X2 X9 torpaq sahəsinin boşaldılması tələbinə dair ikinci iddia, iddiaçılar X4 cavabdeh Vətən Müharibəsi X1rşı torpaq sahəsindən çıxarılması tələbinə dair üçüncü iddia üzrə kommersiya mübahisəsinə məhkəmənin açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 X11 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə dəqiqləşmə ərizəsi vermiş və ərizəsində cavabdehin nümayəndələri tərəfindən onlara ayrılmış torpaq sahəsinə ağaclar əkilməsini əsas göstərərək cavabdeh „Magistal Ekspres“ ASC-nin mühafizə zolağına açdığı qapının bağlanması, zəbt etdiyi mühafizə zolağından çıxarılması və onlara ayrılmış torpaq sahəsində əkilmiş ağacların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC cavabdeh "X2 kömək" İctimai Birliyinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, "X2 kömək" İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospektlərinin kəsisməşində yerləşən "xxxx" ASC-nin istifadəsində olan 671 kv.m. torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X10 və X8 cavabdeh "X2 kömək" İctimai Birliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək "X2 kömək" İctimai Birliyinin Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül-1 və Ziya Bünyadov prospekti, 2113-cü məhəllədə ona məxsus obyektlərin qarşısındakı 12 metr enində 60 metr uzunluğunda torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 28.04.2021-ci il tarixli e-2-2-1553/2021 saylı qərardadı ilə iddiaçılar X10 və X8 cavabdeh "X2 kömək" ictimai birliyinə qarşı torpaq sahəsində çıxarılma tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan "xxxx" ASC-nin cavabdeh "X2 kömək" ictimai birliyinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2-1433/2021 saylı qərardadı ilə "xxxx" ASC-nin cavabdeh "X2 kömək" ictimai birliyinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı X2 X11 Cavabdeh ASC-yə qarşı mühafizə zolağından istifadənin qadağan edilməsi tələbinə dair işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. 25.06.2021-ci il tarixdə üçüncü iddia üzrə iddiaçılar X4 və X3 nümayəndəsi və vəkili Vəkil2 iddiaçılar X4 və X3 cavabdeh "X2 kömək" ictimai birliyinə qarşı iddiasının geri götürülməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. İlkin iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh, üçüncü iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 üçüncü iddia üzrə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddianın geri götürülməsi barədə ərizəyə etiraz etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, üçüncü iddia üzrə iddiaçılar X4 və X3 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, üçüncü iddia üzrə cavabdehin nümayəndəsi və vəkili isə işə mahiyyəti üzrə baxılmasının tələb etmədiyindən Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X10 və X3 cavabdeh "X2 kömək" İctimai Birliyinə qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar