Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2234/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2008-ci il tarixli Cavabdeh2 Mənzil Tikinti Kooperativinin üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında müqavilə və xx.xx.2008-ci il tarixli maliyyə arayışlarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-xxx/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh2 MTK, X2 və digərlərinə qarşı kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli hündür binadan təsisçi kimi ona çatası 20% payın müəyyən edilərək verilməsinə dair e-2-2(113)-/2024 saylı iş üzrə tələbi vardır. Eyni zamanda, İddiaçı cavabdehlər Cavabdeh2 MTK və X3 qarşı kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqavilənin və Ü.Cəlilzadənin təsdiqlədiyi xx.xx.2008-ci il tarixli maliyyə arayışlarının ləğv edilməsi barədə e-2-2(113)-xxx/2024 saylı iş də Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Əlavə olaraq, İddiaçı Cavabdeh2 MTK və Cavabdeh1 qarşı kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2008-ci il tarixli müqavilənin və Ü.Cəlilzadənin təsdiqlədiyi xx.xx.2008-ci il maliyyə arayışının ləğv edilməsi tələbi üzrə e-2-2(113)-xxx/2024 saylı işilər sizin icraatınızdadır. Qeyd edilənlərə əsasən bildirilir ki, hər üç tələb mahiyyəti üzrə biri-biri ilə əlaqdar işlərdir. Belə ki, təsisçi kimi kooperativin Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli hündür binadan təsisçi kimi iddiaçıya çatası 20% payın müəyyən edilərək verilməsi və həmin tikilidə iddiaçıya onun payından verilmiş həmin ünvanda yerləşən və şəxsi hesabı ilə təmir etdirdiyi mənzillər sonradan naməlum şəkildə saxta maliyyə arayışı ilə saxta yollarla guya mənzilin haqqını ödədiyindən X7 və Cavabdeh1 verilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə Bakı şəhəri, Nəsimi rayonu, 2 59 ünvanında inşa etdiyi iki bloklu 18 mərtəbəli hündür binadan təsisçi kimi iddiaçıya çatası 20% payın müəyyənləşdirildiyi halda şəxsi hesabı ilə təmir etdirdiyi mansardda olan mənzillərin özü və ya pulu iddiaçıya verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin istər 12 mart 2024-cü il tarixli, 2-2(103)-6/2024 saylı qərardadında, istərsə də xx/xx/2024-cü il tarixli, 2-2(103)-446/2024 saylı qərardadında mövqe ondan ibarətdir ki, iddiaçının təsisçi kimi hüquqi şəxsə qarşı qaldırdığı iddia tələbləri biri-biri ilə əlaqəli işlərdir. İddiaçının nümayəndəsi və vəkili X14 məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında işlərin bir icraatda birləşdirilməsi barədə vəsatətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. İş üzrə digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-xxx/2024 saylı iş və hazırkı e-2-2(113)-xxx/2024 saylı iş bir-biri ilə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair iş (İş № e-2-2(113)-xxx/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X15 cəlb edilməklə) maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-xxx/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair iş (İş № e-2-2(113)xxx/2024) məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativi və X1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4, X5, X6 və X15 cəlb edilməklə) müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi tələbinə dair işlə (İş № e-2-2(113)-xxx/2024) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2234/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2234/2024
25.04.2024 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver