Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2244/2023 28.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi, Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 202 və 203 nömrəli satınalma müqaviləsinə və xx.xx.2022-ci il tarixli əlavə razılaşmalara əsasən 267514,47 manat borcun, 160 manat hüquqi yardıma görə xərcin, 400 manat mediasiya xərcinin, 158 manat dövlət rüsumun toplam 268232,47 manatın cavabdeh Müdafiə Nazirliyindən tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh Müdafiə Nazirliyi arasında xx.xx.2020-ci il tarixli, 202 və 203 nömrəli satınalma müqavilə bağlanmışdır. 202 saylı müqavilənin ümumi dəyəri 122820 manat, 203 saylı müqavilənin isə ümumi dəyəri 144694 50 manat ,ümumilikdə 267514,47 manat təşkil edir. Tərəflər arasında qeyd olunan satınalma müqavilələrinə xx.xx.2022-ci il tarixli, 41 və 42 saylı əlavə razılaşma bağlandı. İddiaçı olaraq öz üzərimizə götürdüyümüz öhdəlikləri tam şəkildə yerinə yetirməyimizə baxmayaraq cavabdeh tərəfindən hal-hazırki vaxtadək heç bir ödəniş edilməmişdir. xx.xx.2022-ci il tarixli, 41 və 42 saylı əlavə razılaşmaya əsasən cavabdehin İddiaçı QSC-yə hal-hazırda cəmi olaraq 267514,47 manat ödənilməmiş borcu vardır. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə elektron qaimə-fakturalar və AG-193/23 nömrəli pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün ona müvafiq müddət təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyd olunan borc məbləğindən bu günədək heç bir ödəniş edilməmişdir. Bundan başqa cavabdeh tərəfin tərəfimizdən göndərilən pretenziyaya heç bir rəsmi etirazı da olmamışdır. Həmin razılaşmaların 4.2-ci bəndinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bu müqavilə ilə icraçı şirkət olaraq müqavilə üzrə malları xx.xx.2022-ci il tarixdə təhvil verməyi öz üzərinə götürmüş və müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdi. Yuxarıda qeyd olunan müqavilənin 11.1-ci maddəsinə əsasən mallar təhvil verildikdən sonra cavabdeh 15 bank günündən gec olmayaraq ödənişi tam şəkildə etməli idi. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi, Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq isə izahatında tərəflər arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmada malların qiymətinin, yox növünün dəyişdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında 267514,47 manat məbləğində malların təhvil alındığını, lakin həmin malların razılaşdırılmış müddətdən gec təhvil verildiyini, bunun nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dövlət büdcəsi tərəfindən həmin malların alınması üçün ayrılan vəsaitin büdcəyə geri qayıtdığını, bu səbəbdən borcu ödəyə bilmədiklərini qeyd etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli 202 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Satınalma və Təchizat İdarəsi (bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi) arasında bağlanmış satılnalma müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi təsdiq edirlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mühəndis texnikalarına filtrlərin satın alınması üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 122820 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 11.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlər (hesab-faktura, elektron vergi hesab-faktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündə gec olmayaraq aparılır. Müqavilənin 8.7-ci maddəsinə əsasən malların qəbulu (hesab-faktura, elektron vergi hesab-faktura, elektron qaimə-faktura, uyğunluq (keyfiyyət) sertifikatı, mənşə şəhadətnaməsi) qeyd olunan sənədlərdən biri təqdim edilməklə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə yerinə yetirilir. xx.xx.2020-ci il tarixli 203 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış satılnalma müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi təsdiq edirlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mühəndis texnikalarına filtrlərin satın alınması üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin 144694,50 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 11.1-ci maddəsinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müqavilənin şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlər (hesab-faktura, elektron vergi hesab-faktura, elektron qaimə-faktura, təhvil-qəbul aktları) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündə gec olmayaraq aparılır. Müqavilənin 8.7-ci maddəsinə əsasən malların qəbulu (hesab-faktura, elektron vergi hesab-faktura, elektron qaimə-faktura, uyğunluq (keyfiyyət) sertifikatı, mənşə şəhadətnaməsi) qeyd olunan sənədlərdən biri təqdim edilməklə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə yerinə yetirilir. 30 aprel 2022-ci il tarixli 41 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 0156 nömrəli məktubunu nəzərə alıb xx.xx.2020-ci il tarixli 202 nömrəli satınalma müqaviləsinin ümumi məbləği, miqdarı və istehsalçı ölkəsi dəyişmədən müqavilə üzrə təhvil veriləcək bu razılaşmanın 1 nömrəli cədvəlində göstərilən malların kodlarının 2 nömrəli cədvələ uyğun dəyişdirilməsini qəbul edir. 30 aprel 2022-ci il tarixli 42 nömrəli İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi barədə razılaşmadan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 0156 nömrəli məktubunu nəzərə alıb xx.xx.2020-ci il tarixli 203 nömrəli satınalma müqaviləsinin ümumi məbləği, miqdarı dəyişmədən müqavilə üzrə təhvil veriləcək bu razılaşmanın 1 nömrəli cədvəlində göstərilən malların kodlarının 2 nömrəli cədvələ uyğun dəyişdirilməsini qəbul edir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 818245 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli 202 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 122820 manat məbləğində mal satmış və mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli EBBS seriyalı 952229 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli 203 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 19109,09 manat məbləğində mal satmış və mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 741226 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli 203 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 40225,19 manat məbləğində mal satmış və mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli EBBW seriyalı 780737 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli 203 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 75757,79 manat məbləğində mal satmış və mallar təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli EBCC seriyalı 313039 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli 203 nömrəli müqavilə üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 9602,40 manat məbləğində mal satmış və mallar təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti hüquqi yardım üçün “Femida” vəkil bürosunun hesabına 160 manat məbləğində pul köçürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/11/2023-00471 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və həmin tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı QSC-nin nümayəndəsi, Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 158 manat məbləğində dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında xx.xx.2022-ci il tarixli 202 və 203 nömrəli satınalma müqaviləsi bağlanmış, daha sonra isə sözügedən müqavilələrə dəyişiklik edilməsi barədə 30 aprel 2022-ci il tarixli 41 və 42 nömrəli razılaşmalar qəbul edilərək satılan malların növü dəyişmiş, lakin təhvil veriləcək malların ümumi dəyəri eyni qalmışdır (202 nömrəli müqavilə üzrə 122820 manat məbləğində, 203 nömrəli müqavilə üzrə 144694,50 manat məbləğində). İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müqavilə şərtlərinə əsasən 267514,47 manat məbləğində malları Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil versə də, sonuncu tərəfindən 267514,47 manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır, belə ki, iş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, mallar təhvil verilmiş, hər iki tərəf malların təhvil verilməsini möhür və səlahiyyətli şəxsin imzası ilə təsdiq etmişlər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dövlət büdcəsindən 267514,47 manat məbləğində malların alınması üçün vəsait ayrılsa da, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti müqavilə öhdəliklərini vaxtında icra etmədiyinə görə ayrılan sözügedən vəsait büdcəyə geri qaytarılmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 267514,47 manat əsas borc, 160 manat hüquqi yardıma görə xərc, 400 manat mediasiya xərci, 158 manat dövlət rüsumu, ümumilikdə 268232,47 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 267514,47 manat əsas borc, 160 manat hüquqi yardıma görə xərc, 400 manat mediasiya xərci, 158 manat dövlət rüsumu, ümumilikdə 268232,47 manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2244/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2244/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver