Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2245/2023 11.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-849/2021 saylı qərarından aşağıdakılar müəyyən olunur: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2016-ci il tarixli, 2-859/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı, X4 və X1 09 dekabr 2014-cü il tarixli, GNC-2125ip saylı Baş kredit müqaviləsi üzrə kreditə görə 78.482,89 (yetmiş səkkiz min dörd yüz səksən iki manat səksən doqquz qəpik) manat, faiz borcuna görə 9.418,38 (doqquz min dörd yüz on səkkiz manat otuz səkkiz qəpik) manat, cərimə borcuna görə 8.000 (səkkiz min) manat, cəmi 95.901,27 (doxsan beş min doqquz yüz bir manat iyirmi yeddi qəpik) manat kredit borcu alınaraq iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 60 (altmış) manat pul vəsaitinin cavabdeh İddiaçı, X4 və X1 alınaraq iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan və likvid dəyəri 135000 (yüz otuz beş min) manat məbləğində (dəyərində) qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Ruzigar Qasımov küçəsi, 0.0535 ha torpaq sahəsində yerləşən, 318.1 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 4 otaqlı, 41 saylı fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh İddiaçı 09 dekabr 2014-cü il tarixli, GNC-2125ip saylı Baş kredit müqaviləsi üzrə, cəmi 95.901,27 (doxsan beş min doqquz yüz bir manat iyirmi yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş, cəmi 60 (altmış) manat məbləğində borcuna ödənilməsi, ipoteka predmeti, tam mülkiyyət hüququ ilə İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Ruzigar Qasımov küçəsi, 0.0535 ha torpaq sahəsində yerləşən, 318.1 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 4 otaqlı, 41 saylı fərdi yaşayış evinə (torpaq sahəsi ilə birlikdə) yönəldikdən və o, hərrac vasitəsilə satıldıqdan sonra bir ay müddətində həmin mənzildə yaşayan İddiaçı və X3 həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2018-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2016-ci il tarixli, 2- 859/2016 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 14 fevral 2018ci il tarixli, 2(104)-18/18 saylı qətnaməsi qismən - tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, cavabdehlərin ipoteka predmetindən çıxarılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılaraq, qətnamənin qalan hissəsi cavabdeh İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-859/2016 saylı mülki iş üzrə 16 mart 2016-cı il tarixli qətnaməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, cavabdehlərin ipoteka predmeti olan evdən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-849/2021 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-255/2020 nömrəli iş üzrə 09 yanvar 2020-ci il tarixli qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırda iddiaçı məhkəməyə müraciət etməklə onunla Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin etibarsız hesab olunmasını və ona məxsus fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin, o cümlədən dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının etibarlılığı yuxarıda göstərilən məhkəmə aktları ilə yoxlanılmış, ipoteka müqaviləsi və yüklülük qeydiyyatı etibarlı hesab edilmiş və məhz elə buna görə tutma həmin ipoteka müqaviləsinə əsasən ipoteka predmetlərinə yönəldilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırki iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsini mübahisələndirdiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiaçı və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli GNC-2125ip saylı ipoteka müqaviləsinin etibarsız hesab olunması və cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 Saylı Gəncə Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış yüklülük qeydiyyatının ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2245/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2245/2023
11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver