Məhkəmə qərarları › İş №e-2-2(113)-2247/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2247/2023

09.06.2023 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2247/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməsi, yeni nizamnamənin qeydə alınması üçün nizamnamə dəyişikliyini nəzərdə tutan təsisçilərin qərarının, yeni redaksiyada nizamnamənin və müvafiq ərizə formasının imza edilərək təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində yeni nizamnamənin qeydə alınması üçün paylı mülkiyyətdə olan “Endokrin MMC-nin təsisşisi və direktoru olaraq şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməsi, yeni nizamnamənin qeydə alınması üçün nizamnamə dəyişikliyini nəzərdə tutan təsisçilərin qərarının, yeni redaksiyada nizamnamənin və müvafiq ərizə formasının imza edilərək təqdim edilməsi öhdəliyinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydasında həll olunduğunu və işə məhkəmə qaydasında baxılmasına zərurətin aradan qalxdığını bildirərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; 114.1 və 114.1.3-cü maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, hazırlıq iclası zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsi ərizənin qaytarılması imkanını nəzərdə tutduğuna görə həmin müddəa tətbiq olunaraq ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nin təsisçisi və direktoru Cavabdeh qarşı “şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməsi, yeni nizamnamənin qeydə alınması üçün nizamnamə dəyişikliyini nəzərdə tutan təsisçilərin qərarının, yeni redaksiyada nizamnamənin və müvafiq ərizə formasının imza edilərək təqdim edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. ********** nömrəli qəbzə əsasən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar