Məhkəmə qərarları › İş №e-2-2(113)-2268/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2268/2024

19.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2268/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı kommersiya mübahisəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdеh Cavabdehnə qarşı cavabdehdən xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əsasən borcun ödənilməsi tələbinədair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh (abunəçi) arasında xx.xx.2014-cü il tarixli abunə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 3.1-ci bəndinə görə əsasən Azerfon siyahısı bu müqaviləyə olan 1 saylı Əlavədə müəyyən edilən nömrəli və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir. Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə göə müvafiq ödənişləri həyata keçirir. 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olm asını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. xx.xx.2014-cü il tarixli müqavilə müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC ilə Professor Ə.Qarayev adına 2 saylı X6 arasında xx.xx.2014-cü il tarixli abunə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 3.1-ci bəndinə görə əsasən Azerfon siyahısı bu müqaviləyə olan 1 saylı Əlavədə müəyyən edilən nömrəli və telekommunikasiya xidmətlərini abunəçiyə təmin edir. Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və xidmətlərdən istifadəyə göə müvafiq ödənişləri həyata keçirir. 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olm asını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. xx.xx.2014-cü il tarixli müqavilə tərəflərin imzaları və Professor Ə.Qarayev adına 2 saylı X6nın möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə olan borcu 3615,97 manat təşkil edir.

4. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə olan borcu 1095,06 manat təşkil edir.

5. İddiaçı MMC tərəfindən Cavabdeh PHŞ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubları göndərilərək cavabdehdən müqavilələr üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış borcun 3 gün müddətində ödənilməsi tələb edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a. İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əsasən 3615,97 manat, xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əsasən 1095,06 manat, cəmi 4711,03 manat borcun və ödənilmiş 68 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əsasən cavabdehə təqdim edilmiş nömrələr əsasında ona açıq rabitə xidməti ayrılmış və rabitə xidmətləri göstərilmişdir. Həmin müqavilə üzrə cavabdehin iddiaçıya 3615,97 ödənilməmiş borcu vardır. Bundan başqa, İddiaçı MMC ilə 2 saylı uşaq kliniki xəstəxanası xx.xx.2014-cü il tarixli abunə müqaviləsinə əasən cavabdehə təqdim edilmiş nömrələr əsasında ona açıq rabitə xidməti ayırılmış və rabitə xidmətləri göstərilmişdir. Həmin müqavilə üzrə cavabdehin iddiaçıya 1095,06 ödənilməmiş borcu vardır. Abunə müqavilələrinin 4.3-cü maddəsinə görə abunəçi müntəzəm olaraq balansını yoxlamalı və müsbət olmasını təmin etməli, müqavilənin şərtlərinə uyğun olaraq vaxtlı-vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirməlidir. Göstərilən borc məbləğləri ilə bağlı notarius tərəfindən icra qeydi çıxarılmışdır. Cavabdeh həmin icra qeydlərinin ləğvi və borc məbləğlərinin silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(113)-2431/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X3 xx.xx.2023-cü il tarixli 8İ-1459 nömrəli icra qeydi ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2023cü il tarixli, e-2-2(113)-2431/2023 saylı qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə göstərilmişdir ki, “iddiaçının hesabfakturaların təqdim edilməməsinin borcun əsassız hesab olunması tələbinin əsası kimi çıxış etməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqaviləyə əsasən İddiaçı MMC-nin hesab-faktura təqdim etmək öhdəliyi nəzərdə tutulsa da, abunə müqavilələrin 4.3-cü bəndinə əsasən müntəzəm olaraq balansı yoxlamaq və müsbət olmasını təmin etmək (4.3.1), vaxtlı vaxtında xidmətlərdən istifadəyə görə və İddiaçı tərəfindən ayrılmış kredit limiti üzrə yaranmış borcların ödənişini həyata keçirmək (4.3.2), müqavilədə nəzərdə tutulmuş xidmətlərdən imtina edərsə, bu haqda İddiaçıa əvvəlcədən rəsmi yazılı qaydada müraciət etmək (4.3.12) abunəçinin öhdəliklərinə aid edilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur və billinq sistemindən çıxarış məlumatları ilə hər iki müqavilə üzrə borcların olması təsdiq olunur. Həmçinin nəzərə alınmalıdır ki, hesab-fakturanın təqdim olunması ödəniş qaydasını müəyyən edən sənəd qismində çıxış edir. Belə olan halda hesabfakturanın təqdim olunmaması borcun mövcud olduğunu inkar edən fakt qismində çıxış edə bilməz. Bundan başqa, həmin iş üzrə müəyyən edilmişdir ki, “X9”nin əsasında publik hüquqi şəxs yaradılmış və “Professor Ə.Qarayev adına 2 saylı X6” da həmin X10n strukturuna daxil edilmişdir.” Buna görə də, Professor Ə.Qarayev adına 2 saylı X6” ilə imzalanmış abunə müqaviləsinə görə yaranmış borcu da, “X9” publik hüquqi şəxsdən tələb edirlər.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.9, 445.2 və 448-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı yazılı etiraz təqdim olunmamışdır.

10. Cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi barədə yazılı ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli abune müqavilələrinə əsasən 3 ildən artıq vaxt keçdiyindən, iddia üzrə iddia müddətləri ötürülmüşdür.

c)İşdə iştirak edən şəxslər və onların izahatları

12. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında tərəflər arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli abunə müqavilələrinə əsasən yaranmış borcun yaranmasından 3 ildən artıq vaxt keçdiyindən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxışını iştirakları olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPMin 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

17. AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

19. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

20. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

22. Belə ki, İddiaçı MMC ilə Cavabdeh (abunəçi) arasında imzalanmış xx.xx.2014-cü il tarixli və Azerfon” MMC ilə Professor Ə.Qarayev adına 2 saylı X6 (abunəçi) arasında xx.xx.2014-cü il tarixli abunə müqavilələri bağlanmış İddiaçı MMC abunəçilərə təqdim edilmiş nömrələr üzrə telekommunikasiya xidmətləri göstərilmişdir. Həmçinin Tibbi Ərazi X2 (TƏBİB) X10n İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 11 nömrəli qərarına əsasən, Bakı şəhərinin bir neçə - Ş.Ələsgərova adına 5 saylı X11, Ə.F.Qarayev adına 2 saylı X5 və 3 saylı Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə Cavabdeh publik hüquqi şəxs yenidən təşkil olunmuşdur. Hazırda iddiaçı sözügedən müqavilələr üzrə yaranmış 4711,03 manat məbləğində borcun Cavabdehndən tutulmasını tələb edir. Cavabdeh publik hüquqi şəxs isə həmin borcun 2021-ci ilədək yarandığını və iddiaçının hazırkı iddia qaldırarkən iddia müddətini buraxdığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.

23. Məhkəmə qeyd edir ki, işin mübahisəli halı İddiaçı MMC-nin cavabddehdən tutulmasını tələb etdiyi borc məbləğinin yaranması vaxtı ilə bağlıdır. Belə ki, cavabdeh həmin borcun 2021-ci ilədək yarandığını iddia edir. İddiaçının həmin borcun mövcudluğunu təsdiq etmək üçün təqdim etdiyi sənədlərə əsasən isə borcun yaranması vaxtını müəyyən etmək mümkün deyildir.

24. Göstərilən mübahisəli halın aydınlaşdırılması məqsədilə cavabdehin vəsatəti əsasında məhkəmə tərəfindən İddiaçı MMC-yə sorğu verilərək borcun yaranması üçün əsaslarını və vaxtını əks etdirən abunə hesabından çıxarışların təqdim edilməsi tələb edilsə də, iddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab verilməmişdir.

25. Odur ki, iddiaçı tərəf məhkəmə araşdırması üçün zəruri olan subutları məhkəmənin tələbi əsasında təqdim etmədiyindən məhkəmə MPM-in 106.2-ci maddəsinə əsasən cavabdeh tərəfindən bildirdiyi məlumat əsasında mübahisəli borcların 2021-ci ilədək olan dövrdə yaranmasını müəyyən edilmiş hesab edir.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdehnə qarşı (abunəçi) xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli abunə müqavilələri üzrə pulun tutulması tələbinə dair iddiası əsaslı olsa da, iddia müddəti buraxılmaqla verildiyindən rədd edilməlidir.

27. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı MMC-nin Cavabdehnə qarşı xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli abunə müqavilələri üzrə pulun tutulması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar