Məhkəmə qərarları › İş №e-2-2(113)-2277/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2277/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2277/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 30052 saylı müqavilə əsasında yaranmış borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 30052 saylı müqavilə üzrə yaranmış 126,47 manat əsas borc, müqavilənin 6.4-cü bəndinə əsasən 290,18 manat cərimə borcu, cəmi müqavilə üzrə 416,65 manat borcun və 20 manat ödənilmiş mediasiya xərcinin, 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdeh fiziki şəxs Cavabdeh və "xxxx" ASC arasında 30052 saylı Müqavilə imzalanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən xidmətə görə komisyon haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, nəticədə onun İddiaçı MMCyə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixi üçün xx.xx.2014-cü il tarixli 30052 saylı müqavilə üzrə yaranmış əsas borcu 126,47 manat, müqavilənin 6.4-cü bəndinə əsasən cərimə borcu 290,18 manat, cəmi müqavilə üzrə borcu 416,65 manat təşkil edir. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 11 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, 30052 saylı müqavilə əsasında yaranmış borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC, Cavabdeh (müəssisə) və "xxxx" ASC (bank) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 19866 saylı müqavilədən görünür ki, həmin müqavilənin predmetini bank tərəfindən kartlarla aparılmış əməliyyatların məbləğinin müəssisənin bank hesabına köçürülməsi, müəssisə tərəfindən isə həmin xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin: 3.1-ci bəndinə görə bank tərəfindən müəssisədən tutulan komisyon haqqı (bank komissiyası) xarici bank və/və ya digər prosessinq şirkətləri ilə bağlı aparılmış hər bir əməliyyata görə əməliyyat məbləğinin 2 % vahid prosessinq şirkəti çərçivəsində yerli bankların kartları ilə aparılmış hər bir əməliyyatın məbləğindən isə 0,7% təşkil edir. 3.2-ci bəndinə görə İddiaçıın aylıq komisyon haqqı kartlarla aparılmış hər əməliyyatın məbləğindən 1%+ həmin faizin ƏDV məbləği təşkil edir. Komisyon haqqı İddiaçıın müəssisəyə təqdim etdiyi hesab-faktura əsasında müəssisə tərəfindən ödənilir və ya əməliyyat keçirildiyi gün İddiaçıın komisyon haqqı çıxılır və bu zaman müəssisəyə qanunla müəyyən olunan müddətdə hesab-faktura təqdim edilir. 4.2-ci bəndinə görə müəssisə İddiaçıın komisyon haqqını və əlavə xidmətlərinin haqqını Azərikardın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəməlidir. Müəssisənin tədiyə tapşırığının tarixi ödəniş taruixi hesab edilir. 6.4-cü bu müqavilənin 4.2-ci bəndində nəızərdə tutilmuş öhdəlilərin yerinə yetirilməməsinə görə müəssisə gecikdirilmiş hər gün üçün İddiaçıa ödəniş məbləğindən 0,1% məbləğində cərimə ödəyir. Müqavilə İddiaçı MMC, Cavabdeh və "xxxx" ASC tərəfindən imzalanmaqla, MMC və ASC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2015-xx.xx.2020-ci il illəri əhatə edən dövrləri əks etdirən hesab-faktura ilə təsdiq edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixə göstərilən xidmətlərə görə İddiaçı MMC-yə komisyon haqqı borcu 126,47 manat (ƏDV daxil) təşkil etmişdir. İddiaçı MMC tərəfindən əhimova Ülviyyə Kazım qızına ünvanlanmış xx.xx.2022-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində yaranmış 126 manat 47 qəpik məbləğində borcun 10 iş günü müddətində tam həcmdə ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC (Azərikard), "xxxx" ASC (bank) və Cavabdeh (müəssisə) arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, lakin cavabdeh göstərilmiş xidmətə görə komisyon haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 126 manat 47 qəpik borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, borcun tutulması hissəsində iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh göstərilmiş xidmətlərin müqabilində 126 manat 47 qəpik qəpik komisyon haqqı borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı halda Cavabdeh xidmət müqaviləsinin 4.2-ci bəndində nəzərdə tutulmuş öhdəliyi (komisyon haqqını Azərikardın təqdim etdiyi hesab əsasında, bu hesabın təqdim edildiyi gündən etibarən beşinci iş günündən gec olmayaraq ödəmək) lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə həmin öhdəliyin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu (penya) tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun (penya) əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 15 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı halda iddia əsas borcun tutulması hissəsində əsaslı olmaqla təmin olunduğundan məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 126,47 manat məbləğində əsas borc, 15 manat məbləğində dəbbə pulu, cəmi 141,47 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 20 manat və dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar