Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2277/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı müqavilənin bağlanması tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:müqavilə bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması) X11 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı müqavilənin bağlanması tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin bağlanması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Yalama meşəsində yerləşən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 və Bərpası Müəssisəsi ilə “Azərtunelixtisassutikinti” idarəmiz arasında 1 mart 1990-cı ildən icarə müqaviləsi bağlanmışdır. Bununla yanaşı qeyd edirik ki, tərəfimizdən xx.xx.2024, xx.xx.2024 tarixlərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinə müraciət olunmuş və xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Cavabdeh orqanın cavab məktubunda müqavilənin arxivdə tapılmaması qeyd edilmişdir. Eyni zamanda bildiririk ki, meşə ərazisində “Azərtunelixtisassutikinti”yə məxsus “Bulaq” İstirahət Mərkəzi yerləşir. Qeyd edilən istirahət mərkəzi qanuni şəkildə fəaliyyət göstərir. Mübahisə predmenti olan ərazidə icarə müqaviləsinin bağlanması istirahət mərkəzinin fəaliyyətinin davam etdirilməsi üçün zəruridir. Həmçinin "xxxx" MMC-nin “Bulaq” istirahət zonası “Təbiəti Mühafizə Cəmiyyəti” ictimai birliyinin üzvüdür. Buna əsasən İddiaçı MMC hər il “Bulaq” istirahət mərkəzinə üzvlük haqqı ödəyir və tərəfimizdən müvafiq olaraq hər ay 500 manat məbləğində vergi ödənilir. Yekun olaraq, sözügedən torpaq sahəsi həmin ildən etibarən qanuni istifadəmizdədir və təyinatına uyğun istifadə edilməktədir. Buna müvafiq olaraq müəssisəmiz vergisini ödəyir və başqalarının qanuni sahibliyini iddia etmir. Bu səbəbdən müqavilənin bizimlə bağlanılma öhdəliyinin cavabdehin üzərinə qoyulmasının zəruri olduğunu hesab edirik.
3. Cavabdeh iddiaya qarşı etiraz verərək, iddianın rədd olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəf “Azərtunelixtisassutikinti” İdarəsi ilə keçmiş X9 və Bərpası Müəssisəsi arasında bağlanılmış 1 mart 1990-cu il tarixli müqaviləni təqdim edərək, qeyd edir ki, "xxxx" MMC “Azərtunelixtisassutikinti” İdarəsinin hüquqi varisidir və həmin müqavilə əsasında indiki dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X4 Mərkəzi (X9 və Bərpası Müəssisəsini hüquqi varisi) ilə "xxxx" MMC arasında icarə müqaviləsi bağlanmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfin təqdim etdiyi müqavilənin saxta olmasına əsaslı şübhələr mövcuddur. Belə ki, tərəfimizdən məhkəməyə müqavilənin bağlandığı tarixləri əhatə edən əmrlər təqdim edilmişdir. Bu əmrlərin təqdim edilmə səbəbini əsaslandırmaq istəyirik. Qeyd etdiyimiz kimi iddiaçının təqdim etdiyi müqavilə 1990-cı ilin mart ayını əhatə edir və müqavilə X9 və Bərpası Müəssisəsinin direktoru N.B.Abdurəhmanov tərəfindən imzalanmışdır. Lakin tərəfimizdən təqdim edilən 1990-cı ilin mart ayında X9 və Bərpası Müəssisəsi tərəfindən verilən 11 nömrəli əmrdən görünür ki, xx.xx.1990-cı ildə Mərkəzin direktoru N.Seyidov olmuşdur. Mərkəzin direktoru N.Seyidov olduğu halda müqavilə necə N.B.Abdurəhmanov tərəfindən imzalana bilər? Eyni zamanda, tərəfimizdən təqdim edilən 57 nömrəli əmrdən görünür ki, N.B.Abdurəhmanov yalnız xx.xx.1997-ci ildə X9 və Bərpası Müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Bu da müqavilə tarixindən 8 il sonraya aiddir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilən müqavilə həqiqi müqavilə deyil. Eyni zamanda, həmin müqavilə 5 saylı X4 Mərkəzi arxivində də tapılmamışdır. İddiaçı tərəfindən təqdim edilən müqavilənin qeydiyyat nömrəsi belə mövcud deyil. İş materiallarına iddiaçı tərəfindən Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz Rayon şöbəsinə ödənişin edildiyi göstərilən qaimə əlavə edilmişdir. Bildiririk ki, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Xaçmaz Rayon şöbəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumu deyil, iddiaçının həmin cəmiyyətə hər hansı pul məbləğini köçürməsi halı sözügedən mübahisənin predmeti ilə bağlı deyil. Məlumat üçün bildiririk ki, hazırda Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»na uyğun olaraq meşə fondu torpaqları müqavilə əsasında istifadəyə verilir. Meşə fondu torpaqlarında istifadəyə görə icarə haqqı dövlət büdcəsinə ödənilir. İddiaçının hər hansı qeyri-hökümət təşkilatına ödəniş etməsi onun dövlət meşə fondu torpağından istifadəyə görə icarə haqqını ödəməsi kimi başa düşülməməlidir. Yuxarıda göstərilənlərdən görünür ki, iddiaçının tələbləri əsassızdır və hər hansı sübutlarla təsdiq edilmir. II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
10. Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmış çıxarışdan görünür ki Xaçmaz rayonu,Şimali qəsəbəsi ünvanında yerləşən 0.12 ha torpaq sahəsi X2, X3 və X1 paylı mülkiyyətndədir.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkşafı Xidmətinin 2.06.2024-cü il tarixli məktubunda müqavilənin arxivdə tapılmaması qeyd edilmişdir. V. Tətbiq edilən hüquq:
12. AR Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; - 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. - 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
13. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: - - 16-ci maddəsinə əsasən Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər. Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir. Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir. - 17-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.
14. “Torpaq islahatı” haqqında Qanunun: - Maddə 4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. - hazırda Azərbaycan Respublikasının Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»na uyğun olaraq meşə fondu torpaqları müqavilə əsasında istifadəyə verilir.
15. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X7rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.
18. Belə ki, İddiaçı Xaçmaz rayonu Yalama meşəsində yerləşən torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanılma vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin üzərinə qoyulmasını tələb edir.
19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verilərək bildirilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.-cı maddəsi təşkil edir. Həmin normaya əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin maddənin mənasına görə müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsi Mülki Məcəllədə; 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulmuş olmalıdır.
20. Hazırkı işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Belə ki, cavabdehin belə bir vəzifəsi Mülki Məcəllədə nəzərdə tutulmamışdır, onun iddiaçı qarşısında eyni öhdəliyi götürməsi də iş materialları ilə təsdiqini tapmır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən 31 dekabr 1990-cı il tarixli ümumiyyətlə kserisurətdir və cavabdeh qurumlar tərəfindən təqdim olunan müraciətlərə cavablarda arxivdə aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, qeyd edilən sənəd ümumiyyətlə sübut hesab edilə bilməz.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
22. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsi rədd olunduğundan ödənilmiş dövlət rüsumuları iddiaçının özünə aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MMC-nin cavabdeh “AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “müqavilənin bağlanılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova