Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2297/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müqavilə üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 2.040 manat məbləğində əsas borc, 144 manat ƏDV borcu, ödəniş tarixinədək hesablanan cərimə borcu (07 aprel 2023-cü il tarixədək 528,64 manat məbləğində əsas borcu, 33,98 AZN (otuz üç manat, doxsan səkkiz qəpik) ƏDV borcu) təşkil edir və cərimə borcunun hesablanması davam edir), ilkin mediasiya sessiyası xərcinin məbləğinin və məhkəmədə yarana biləcək digər xərclərinin tutularaq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (“Air Media” filialı) ilə Cavabdeh MMC arasında xx/xx/2022-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair AM/50/22 №li Müqavilə bağlanmışdır. Bundan əlavə, xx/xx/2022-ci il tarixində Müqaviləyə 01 saylı Əlavə, xx/xx/2022-ci il tarixində Müqaviləyə 02 saylı Əlavə və xx/xx/2022-ci il tarixində Müqaviləyə 03 Əlavəsi tərəflər arasında bağlanmşdır. İddiaçı yuxarıda göstərilən Müqavilə və Əlavələrinə əsasən icraçı qismində iştirak etmiş və onun tərəfindən bu Əlavələr üzrə öhdəliklər tam yerinə yetirilmiş, xidmətlər lazımınca göstərilmişdir və bununla cavabdeh göstərilən xidmətlərin dəyərini İddiaçıya ödəməli idi. 01 saylı Əlavəyə görə reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 932,20 manat təşkil edirdi, çap və montaj üzrə ödəniləcək məbləğ isə ƏDV daxil olmaqla 519,20 manat təşkil edirdi və göstərilən xidmətlərin dəyəri cavabdeh tərəfindən öncədən ödənilməli idi. 02 saylı Əlavəyə görə reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 944 manat təşkil edirdi və cavabdeh göstərilən xidmətlərin dəyərini öncədən ödəməli idi. 03 saylı Əlavəyə görə reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ ƏDV daxil olmaqla 944 manat təşkil edirdi və cavabdeh göstərilən xidmətlərin dəyərini öncədən ödəməli idi. Müqavilənin ödəniş şərtlərinə əsasən icraçı (iddiaçı) xidmətlərin dəyərinin ödənilməsi üçün aylıq elektron qaimə-fakturanı Sifarişçiyə təqdim edir. Sifarişçi (cavabdeh) isə elektron qaimə-fakturanı aldıqdan sonra ödənişi 10 (on) gün ərzində icraçının (iddiaçının) bank hesabına köçürür. Sifarişçi (cavabdeh) elektron-qaimə fakturadakı məlumatlarla razılaşmaqdıqda elektronqaimə fakturanı rədd edir və ya düzəliş edilməsi üçün icraçıya (iddiaçıya) geri göndərir. 5 (beş) təqvim günü ərzində elektron qaimə-fakturanın rədd edilməməsi və ya düzəliş edilməsi üçün geri göndərilməməsi elektron qaimə-fakturanın təsdiq edilməsi qəbul edilir. Sifarişçi (cavabdeh) təqdim edilmiş elektron-qaimə fakturaya etirazını bildirdiyi təqdirdə təqdim edilmiş etiraza cavab vermə müddəti etirazın alındığı tarixdən etibarən 5 (beş) təqvim günü təşkil edir. Sifarişçinin (cavabdehin) müəyyən edilmiş müddətdə etiraza cavab almaması içraçının (iddiaçının) etirazı qəbul etməsi deməkdir. Bu Müqavilə üzrə göstərilən aylıq xidmətlər bitdikdən sonra elektron qaimə-faktura və ya təhvil-təslim aktı təqdim edilir və elektron qaimə-faktura xidmətlərin təhvil verilməsini təsdiqləyən sənəd hesab edilir.
3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442 və s. maddələrini göstərmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. - Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı AİR Media Filialı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə, AM/50/22 saylı reklam xidmətərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçiyə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrə uyğun olaraq xidmətlər göstərməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürür.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçı xidmətlərin dəyərinin ödənilməsi üçün aylıq hesab-fakturanı və ya hesab faktura və elekton qaimə-fakturanı müvafiq ay üzrə sifarişçiyə təqdim edir. Sifarişçi hesab fakturanı və ya hesab faktura və elektron qaiməfakturanı aldıqdan sonra ödənişi 10 gün ərzində icraçının bank hesabına köçürür.
13. Müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlər bitdikdən sonra elektron qaimə-faktura və ya təhvil-təslim aktı təqdim edilir və elektron qaimə-faktura xidmətlərin verilməsini təsdiqləyən sənəd hesab edilir.
14. xx.xx.2022-ci il tarixli reklam xidmətlərinin göstərilməsinə dair AM/50/22 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavə, xx.xx.2022-ci il tarixli 2 nömrəli Əlavə, xx.xx.2022-ci il tarixli 3 nömrəli Əlavə ilə reklam qurğusunun ünvanı, sayı, reklamın adı, növü, maket sayı, ölçüsü, yayım müddəti, videoçarxın müddəti, günlük göstəriş rejimi barədə tərəflər razılığa gəlmişdir.
15. xx.xx.2022-ci il tarixli 1 nömrəli Əlavə ilə reklam yayımı üzrə ödəniləcək məbləğ ƏDV daxil 932,20 manat, çap və montaj üzrə ödəniləcək məbləğ ƏDV daxil 519,20 manat, xx.xx.2022-ci il tarixli 2 nömrəli Əlavə ilə reklam yayımı üzrə ödəniləcək aylıq məbləğ 944 manat, xx.xx.2022-ci il tarixli 3 nömrəli Əlavə ilə reklam yayımı üzrə ödəniləcək məbləğ ƏDV daxil 944 manat məbləğində müəyyən edilmişdir.
16. Müqavilə və əlavələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilələrin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəf Cavabdehnə reklam xidmətləri göstərmişdir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
18. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
19. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın
20. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
21. İddiaçı hazırda cavabdehə müqavilə üzrə xidmətin göstərildiyini və cavabdeh tərəfindən müəyyən ödənişlər edilyini bildirərək, 2.040 manat məbləğində əsas borcunun qaldığını bildirmişdir.
22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam iddiaçı tərəfindən cavabdehə xidmətin göstərilib-gösərilməməsidir.
23. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilənin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir.
24. Tərəflər arasında bağlanılan xx.xx.2022-ci il tarixli müqavilənin 3.2-ci və 3.6-cı bəndlərinin məzmunundan aydın olur ki, tərəflər xidmətlərin təhvil verilməsinin rəsmiləşdirilməsi və göstərilmiş xidmətlərə görə ödənişlərin məhz göndərilmiş qaimə fakturalar əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər.
25. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 683285 saylı dəyəri 1.451,40 (1.230+221,4 ƏDV) manat olan xx.xx.2022-ci il tarixli 685543 nömrəli dəyəri 944 (800+144 ƏDV) manat olan, xx.xx.2022-ci il tarixli 023278 saylı dəyəri 944 (800+144 ƏDV) manat, olan elektron qaimələr Cavabdehnə göndərilmişdir.
26. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrin sadə riyazi hesablama ilə ümumi məbləği 3.3390,40 (2.830+509.40 ƏDV) manat təşkil edir.
27. Belə olan halda, Məhkəmə iddiaçının elektron qaimələrdə göstərilmiş xidmətlərin Cavabdeh MMC-yə təhvil verilməsi barədə dəlilini əsaslı hesab edir.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
29. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə göstərilən xidmətlərə görə xx.xx.2022-ci il tarixində 790 manat əsas borcdan, ƏDV borcundan xx.xx.2022-ci il tarixində 142,20 və 79,20 manat, xx.xx.2022-ci il tarixində 144 manat məbləğində ödəniş edilmişdir.
30. Göründüyü kimi əsas borcdan cəmi 790 manat, ƏDV borcundan isə cəmi 365,4 (142,2+79,2+144) manat ödəniş etmişdir.
31. Cavabdehə göstərilmiş olan 3.3390 manat məbləğində xidmətlərə görə qeyd olunan ödənişləri nəzərə aldıqda qalıq əsas borc məbləği 2.040 (2.830-790) manat, ƏDV borcu 144 manat (509.40-365,40) təşkil edir.
32. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia 2.040 manat əsas və 144 manat ƏDV borcun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
33. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır.
34. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndində öz əksini tapmışdır. Belə ki, həmin bəndə əsasən sifarişçi ödəmənin hər gecikdirilmiş günü üçün gecikdirilən məbləğin 0,2% həcmində icraçıya cərimə ödəyir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
37. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
38. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.040 manat məbləğində əsas borcuna münasibətdə 120 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
39. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xidmət haqqı olaraq 60 manat məbləğində pul Bakı 10 X3 ödənmişdir.
40. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
41. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
42. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli AM/50/22 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 2.040 (iki min qırx) manat, ƏDV borcu üzrə 144 (yüz qırx dörd) manat, cərimə borcu üzrə 120 (yüz iyirmi) manat, ümumilikdə 2.304 (ki min üç yüz dörd) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov