Məhkəmə qərarları › İş №e-2-2(113)-230/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-230/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-230/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 16.200 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ekvivalenti olan 27540 (iyirmi yeddim min beş yüz qırx) manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 11 yanvar 2022-ci il tarixdə hüquq xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən xidmətlərin göstərilməsi müqabilində hər ayın 14-ü olmaqla, aylıq 1.800 ABŞ dolları (3060 manat) manat məbləğində vəsait ödənilməli idi. Xidmətin göstərildiyi 9 ay ərzində cavabdeh tərəfindən heç bir vəsait ödənilməmişdir. Şirkət rəhbərliyi özünün Yaponiyada olması və tətbiq olunan karantinin ölkəyə gəlməsi ilə ödənişlərdə gecikməni əlaqələndirsə də hazırda ödənişlərin həyata keçirilməsi üçün bir maneə qalmamışdır. Cavabdehin hazırda müqavilə üzrə 9 ay ərzində ödənilməmiş ümumi borcu 16.200 ABŞ dolları (iyirmi yeddim min beş yüz qırx manat) təşkil edir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 19.800 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq ekvivalenti olan 33.660 (otuz üç min altı yüz altmış manat) manat həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 (otuz üç min səkkiz yüz altmış manat) məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC və İddiaçı arasında imzalanmış 11 yavar 2022 tarixli xidmət müqaviləsində xidmət göstərən müştəriyə hüquqi məsləhət və hüquqi yardım göstərməyi öhdəsinə götürür. Müştəri isə öz növbəsində bu müqavilədə göstərilən xidmət haqqını xidmət göstərənə ödəməyi öhdəsinə götürür. 5.1 bəndə əsasən bu müqavilə əsasında göstərilən xidmətlərin haqqı aylıq 1.800 ABŞ dollarıdır. 5.3 bəndə əsasən müqavilə üzrə ödəniş hər növbəti ayın 14-nə kimi ödənilməlidir. İlk ödəniş müqavilə imzalandığı tarixdən 3 gün ərzində ödənilməlidir. Cavabdeh MMC-nin direktor müavini Tamara Yusifova tərəfindən imzalanmış və təsdiqlənmiş 23 yanvar 2023-ü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin İddiaçı qarşısında borc öhdəliyi 13 ay üçün 23.400 ABŞ dolları (39.780 manat) təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanmış, cavabdeh tərəf müqavilə üzrə öhdəlikərini tam olaraq yerinə yetirməmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icarə edilməməsi dedikdə onun pozulması və ya lazımınca icarə edilməməsi (vaxtında icarə edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icarə edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 777.1 maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2 maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin nümayəndələri tərəfindən verilmiş xx.xx.2023 tarixli ərizə borcun etiraf etməsi halı kimi qiymətləndirilməlidir. Belə ki, ərizədə cavabdehin nümayəndəsi borc öhdəliyinin olmasını qeyd etmiş və həmin öhdəliyin icrası ilə bağlı müzakirələrin olduğunu, borcun ödənilməsinin planlaşdırıldığını qeyd etmişdir. Bundan başqa iddiaçı tərəfindən məhəməyə təqdim edilmiş elektron poçt ünvanı üzərindən aparılan yazışmalar iş materiallarında olan tərəflər arasında imzalanmış müqavilə ilə iddia tələbinin əsaslı olmasını təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC-dən 33.660 (otuz üç min altı yüz altmış) manat borc, həmçinin mediasiya üçün ödənilmiş 200 manat, cəmi 33860 (otuz üç min səkkiz yüz altmış manat) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar