Məhkəmə qərarları › İş №e-2-2(113)-2306/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2306/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2306/2023 08.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İ. İddia ərizəsi üzrə tələbin mahiyyəti İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək 4355 manatı və mediasiya xərclərinə görə ödənilmiş 60 manatı cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 130 F-01 markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli 266 saylı Qərarı ilə tənzimlənməkdədir. Həmin qərarın 10.9.1-ci bəndinə əsasən vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. İddiaçı ilə X5 (VÖEN **********) arasında da müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən vergi ödəyiciləri hər ay üçün 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürür. Lakin Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu ilədək ödənişlər edilməsinə baxmayaraq, bugünə qədər 4.355 manat pul məbləği ödənilməmişdir. İİ. İddiaçı və cavabdehin mövqeyi: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi məhkəməyə izahatlarında qeyd etmişdir ki, qarşı tərəfdən heç bir ödəniş olmadığı üçün onlara ödəniş edilməsi üçün elektron qaimələr göndərilmişdir. Qarşı tərəf də 15 gün ərzində həmin elektron qaimələrə heç bir pretenziya irəli sürməmişdir. Nəzarət-kassa aparatlarının hər biri eyni gündə itməsi məntiqli deyil. Qanunvericiliyin tələblərinə uyğun olaraq nəzarətkassa aparatlarının yerinin dəyişdirilməsi qəti qadağandır. Necə ola bilər ki, 13 kassa aparatı eyni gündə yeri dəyişdi. İddia ərizəsində texniki səhv olaraq xidmət haqqı aylıq 6 manat qeyd olunmuş, lakin ödəniş aylıq 10 manat olaraq razılaşdırılmışdır. Cavabdeh tərəfindən ödənişlər 2019-cu ilin dekabr ayınadək olmuşdur. Cavabdeh tərəf 2020-ci ilin sentyabr ayında onlayn kassa aparatlarının quraşdırıldığını deyir, sonuncu ödəniş isə 2019-cu ilin sonunda olmuşdur. Belə olan halda həmin 9 aylıq dövr ərzində cavabdeh tərəf iddiaçının kassa aparatından istifadə etmişdir. Cavabdeh tərəf kassa aparatları qeydiyyatdan çıxarıldığı tarixə kimi ödənişlərini etməlidir. Eyni zamanda qeydiyyatdan çıxma da onların tərtib etdiyi aktla olmalı, bu akt vergi orqanına təqdim edilməlidir. Cavabdeh onlayn kassa aparatı ilə eyni zamanda bu kassalardan da istifadə edə bilər. Kassa aparatlarında nasazlıq yarandığı zaman onlara məlumat verilir, onlar da operativ olaraq nasazlığı aradan qaldırırlar. Tələb etdikləri məbləğ yalnız iddia ərizəsinə əlavə etdiyi siyahıda qeyd etdiyi aparatlarla bağlıdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə vermiş ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında müqavilə 2016-cı ildə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər 2019-cu ildə başa çatmış və həmin il üçün ödənişlər tam yerinə yetirilmişdir. Beləliklə iddiaçı qanunla müəyyən edilmiş 3 il müddətini ötürümşdür.Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili X3 iddia ərizəsinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında 14 fevral 2019-cu il tarixli 52 nömrəli Qərara əsasən X10 ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində yeni nəsil kassa-aparatlarının quraşdırılması xx.xx.2020 tarixinədək başa çadırılmalı və qeyd olunan tarixdən həmin aparatlar tətbiq edilməməlidir. Bu səbəbdən də İddiaçı MMC tərəfindən 2020-ci ildən istifadəsi dayandırılmış və onlar vergi qeydiyyatdından çıxarılmışdır. 2020-ci ildən etibarən Cavabdeh MMC yeni nəsil nəzarət-kassa aparatlarını AR Vergilər Nazirliyindən qeydiyyatdan keçirmişdir. Azərbaycan Respubliakası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarıdan istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə 1.000 manat, ikinci dəfə yol verildikdə 3.000 manat, üç və daha çox yol verildikdə isə 6.000 manat maliyyə sanksiyası tətbiq edilir. Nəticə etibarı ilə iddiaçı tərəfindən nəzarət-kassa aparatlarından istifadə qanunvericilikə qadağan edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən 2019-cu ildən etibarən öhdəliyin olması barədə heç bir e-qaimə/faktura daxil olmamışdır. İddiaçının 2023-cü ildə heç bir əsas sübut olmadan məhkəməyə müraciət etməsi, qeydiyyatdan çıxarılmış 2020-ci ildən istifadəsi qanunvericiliklə qadağan köhnə nəsil nəzarət-kassa aparatları üçün ödənişin tələb edilməsi əsassız və yol verilməzdir. Cavabdehin nümayəndəsi eyni zamanda məhkəmə iclasında bildirmişdir ki, sözügüdən kassa aparatları cavabdehin mülkiyyətidir. ƏSASLANDİRİCİ HİSSƏ: İİİ. Sübutların tədqiqi: Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış 30 iyun 2016-cı ilə tarixli Forma 4 müqaviləsinə əsasən “istehlakçı” “merkuri 130 F-01 markalı nəzarət kassa aparatına istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırır, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürür. 4-cü bəndə əsasən mütəmadi və faziləsiz xidmət göstərilməsi üçün “istehlakçı” tərəfindən hər “STXM”-yə hər ay 10 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM-nin üzərinə düşür. 5-ci bəndə əsasən ödəniş hər ayın ilk 10 günlüyündə həyata keçirilməlidir. İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmiş 25 iyul 2022 tarixli 17 nömrəli hesabfakturada “merkuri 130 F-01 aylıq servis xidməti yanvar 2019-iyun 2022” 390 ədəd 10 manat qiymət olmaqla 3.900 manat, qeydiyyatdan çıxarılma xidməti 13 ədəd 35 manat olmaqla 455 manat cəmi 4.355 manat qeyd edilmişdir. Dövlət Vergi Xidməti X4 **********7 nömrəli, **********8 nömrəli, **********5 nömrəli, **********9 nömrəli, **********6 nömrəli, **********1 nömrəli, **********3 nömrəli, **********2 nömrəli, **********0 nömrəli, **********3 nömrəli, **********0 nömrəli, **********1 nömrəli qeydiyyat vərəqələrində Cavabdeh MMC-yə məxsus nəzarət kassa aparatlarının quraşdırıldığı qeyd edilmişdir. xx.xx.2019 tarixli 1721 saylı ödəniş tapşırığına əsasən 290 manat aprel may iyun ayı üzrə aylıq servis xidməti təyinatı qeyd edilməklə Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin hesabına ödənilmişdir. xx.xx.2019 tarixli 1721 saylı ödəniş tapşırığına əsasən 300 manat birinci rüb 2019 təyinatı qeyd edilməklə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. xx.xx.2020 tarixli 183 nömrəli ödəniş tapşırığına əsasən 300 manat 4 rüb xidməti haqqı olmaqla əsası EBAD 341459 e-qaimə qeyd edilməklə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına ödənilmişdir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh MMC-yə göndərilmiş məktublarda qeyd edilmişdir ki, 00223524 nömrəli, 00222919 nömrəli, 00221559 nömrəli, 00221549 nömrəli, 00221386 nömrəli, 00506140 nömrəli, 00223083 nömrəli, 00221521 nömrəli, 00164353 nömrəli, 00215005 nömrəli, 00214878 nömrəli, 00221244 nömrəli, 00218431 nömrəli, 00507604 nömrəli, 00221695 nömrəli, 00221565 nömrəli Merkuri -130F-01 markalı nəzarət kassa aparatları qeydiyyatdan çıxarılmışdır. xx.xx.2022 tarixli EBCA seriyalı 701611 nömrəli elektron qaimə İddiaçı MMC tərəfindən 4355 manat xidmət haqlarının ödənilməsi üçün Cavabdeh MMC-yə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli məktubda 00202842 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00218431 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00164353 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00221386 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00214878 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00221559 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00222919 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00215005 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00223524 zavod nömrəli, xx.xx.2021-ci il tarixli məktubda 00221244 zavod nömrəli Cavabdeh MMC-yə məxsus Merkuri-130F-01 markalı X4 tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. İddiaçı MMC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-nin borcun yaranma dinamikası barədə məlumat cədvəlində 00218431, 00221521, 00221695, 00221244, 00221549, 00221559, 00221386, 00223083, 00222919, 00223524, 00214878, 00215005, 00164353 zavod nömrəli nəzarət kassa aparatları üzrə cəmi 4.355 manat borc hesablanmışdır. Nəzarət-kassa aparatları üzrə sonuncu ödəniş tarixi xx.xx.2018 tarixi qeyd edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023 tarixli məktubunda Cavabdeh MMC-yə məxsus Merkuri-130F-01 markalı nəzarət-kassa aparatları məlumatlarında qeyd edilmişdir ki, 00218431 zavod nömrəli xx.xx.2021 tarixində, 00215005 zavod nömrəli xx.xx.2018 tarixində, 00202842 zavod nömrəli xx.xx.2018 tarixində, 00221565 zavod nömrəli xx.xx.2019 tarixində, 00218431 zavod nömrəli xx.xx.2021 tarixində, 00215005 zavod nömrəli xx.xx.2021 tarixində, 00221521 zavod nömrəli xx.xx.2021 tarixində, 00221549 zavod nömrəli xx.xx.2021 tarixində, 00221559 zavod nömrəli xx.xx.2021 tarixində, 00221386 zavod nömrəli xx.xx.2021 tarixində, 00222919 zavod nömrəli xx.xx.2021 tarixində, 00221695 zavod nömrəli xx.xx.2019 tarixində, 00221244 zavod nömrəli xx.xx.2021 tarixində, 00223083 zavod nömrəli xx.xx.2021 tarixində, 00223524 zavod nömrəli xx.xx.2021 tarixində, 00164353 zavod nömrəli xx.xx.2021 tarixində, 00214878 zavod nömrəli xx.xx.2021 tarixində qeydiyyatdan çıxarılmışdır. İV. İşin müəyyən edilən halı: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında nəzarətkassa aparatlarına xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəf nəzarət-kassa aparatlarına xidmət göstərməyi öhdəsinə götürmüş, cavabdeh tərəf isə hər ay üzrə xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəf 2019-cu il dekabr ayınadək ödənişlərin olduğunu, lakin daha sonra heç bir ödəmə olmadığını bildirmiş, cavabdeh tərəf isə isə 2019-cu ildə müqavilə müddətinin başa çatdığını, iddia müddətinin ötürüldüyünü, bundan başqa 2020-ci ildən etibarən isə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq yeni nəsil nəzarət-kassa aparatlarından istifadə edildiyini, iddiaçı tərəfə məxsus kassa aparatlarının isə ítirildiyini bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2 maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi (maddə 445.2.1), icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi (maddə 445.2.2.) borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2 maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2 maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 nömrəli Qərarına əsasən Bakı şəhərində yerləşən X10 ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) 2020-ci ilin 1 yanvar tarixinədək nəzarət-kassa aparatlarını tətbiq etməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarətkassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir. “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarın 1.1 bəndin əsasən nəzarət-kassa aparatlarının istismarı Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrası məqsədilə hazırlanmışdır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin qismən əsaslı olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə xidmətlərin göstərilməsindın asılı olub-olmamasına baxmayaraq hər ay 10 manat xidmət haqqının ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh tərəfin hərhansı xidmət göstərilməməsi barədə arqumenti əsassızdır. Belə ki, tərəflər arasında müqavilə münasibətləri olduğu üçün birbaşa hər-hansı xidmət olub-olmamasından asılı olmayaraq ödəniş həyata keçirilməli idi. Eyni zamanda cavabdeh tərəf iddia tələbinə etirazında 2020-ci ildən etibarən yeni nəsil kassa aparatlarının quraşdırıldığını qeyd etmiş, iddiaçının kassa aparatlarından istifadə etmədiyini bildirmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən xidmət haqqı üzrə ödənişi tələb edilən nəzarət-kassa aparatlarından 00221695 zavod nömrəli Merkuri-130F-01 markalı NKA xx.xx.2019-cu ildə, 00215005 zavod nömrəli Merkuri-130F-01 markalı NKA xx.xx.2018-ci il tarixdə İddiaçı MMC tərəfindən tərtib edilmiş nəzarət kassa aparatlarının qeydiyyatdan çıxarılma aktları əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyatdan çıxarılmışdır. Bu nəzarət-kassa aparatlarının xx.xx.2019 və xx.xx.2018-ci il tarixlərində xx.xx.2018ci il tarixlərində qeydiyyatdan çıxarılmalarını və 2019-cu ilin sonuna kimi cavabdeh tərəfindən göstərilən bütün xidmətlər üzrə ödənişin olmasını nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu nəzarət-kassa aparatları üzrə xidmət haqqının tələbi əsassızdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş Nəzarət-kassa aparatlarının qeydiyyatdan çıxarılması haqqında ərizələrdən aydın olur ki, 00221521 zavod nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00223083 zavod nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00221549 zavod nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00164353 zavod nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00221386 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00223524 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə,00221244 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00214878 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, ******* nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00221559 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00215005 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə, 00218431 nömrəli NKA xx.xx.2021-ci il tarixli ərizəyə əsasən qeydiyyatdan çıxarılmışlar. Göründüyü kimi bütün bu NKA-lar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyatdan çıxarılmış və qeydiyyatdan çıxarılmalar Cavabdeh MMC-nin Daxili İşlər Nazirliyinə NKA-ların itirilməsi ilə bağlı müarciəti əsasında olmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan nəzarət kassa aparatları üzrə xidmət haqqı onların qeydiyyatdan çıxarılma tarixinə kimi tutula bilər. Məhkəmə cavabdehin 2020ci ilin yanvarından həmin kassa aparatlarından istifadə etmədikləri ilə bağlı əsaslandırmasına münasibətdə bildirir ki, həmin aparatlar itirildiyindən qeydiyyatdan çıxarılarkən onların fiskal yaddaşı oxunmadığından və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddiaçının iddia tələbi yalnız qeydiyyatdan çıxarılma tarixinə qədər xidmət haqqının tutulması hissəsində əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən məhkəmə tərəfindən də ərizəyə münasibət bildirilməsi zəruridir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını eləcə də cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizəni əsas götürərək, hesab edir ki, iş üzrə iddia müddəti tətbiq edilməli və iddia qismən təmin edilməlidir. Cavabdehin tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni əsas götürüb iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilməsini, mediasiya sessiyasının keçirilməsi müddətini və NKA-ların qeydiyyatdan çıxarılma tarixlərini nəzərə alıb məhkəmə hesab edir ki, hər ay üzrə 10 manat olmaqla ümumilikdə 660 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Vİİ. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd edilən qanunvericilik normalarını və mediasiya xərcinin işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb məhkəmə hesab edir ki, 60 manat mediasiya xərci cavabdehən tutulmalıdır. NƏTİCƏ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 660 manat və 60 manat mediasiya xərci “X6” MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar