Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2324/2025 23.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialına qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: üçüncü şəxsin xeyrinə müqavilə, xidmət müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat Filialına (bundan sonra MMTF) qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi və daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət X6 Mühasibatlıq və Təyinat flilialından 132767,91 manat borc məbləğinin, hüquqi yardıma görə ödənilmiş 1000 manat vəkil haqqının və 426 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialı (DMA MMTF) ilə İddiaçı MMC arasında bağlanılmış “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024-cü il tarixli, MMTF- 57/2024 saylı Müqaviləyə əsasən Müqavilə üzrə İcraçı olanİddiaçı MMC “backend and frontend developer” peşəsi üzrə hazırlıq kursuna cəlb edilmiş 97 nəfər müdavim üçün 101 gün, 555,5 saat həcmində tədris proqramı ilə peşə hazırlığının nəzəri və praktiki hissəsiniəyani formada həyata keçirilməsini öhdəsinə götürmüş, Müqavilə üzrə Sifarişçi olan DMA MMTF isə Müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin İcraçıdan qəbul edilməsini və dəyərinin müqavilənin 4-cü bəndinə uyğun olaraq İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh DMA MMTF tərəfindən 2024-cü ilin mart tədris ayının ödənişi edilsə də, həmin ilin aprel, may və iyun ayları üzrə ödənişləri edilməmişdir. Halbuki, həmin aylardaİddiaçı MMC-nin mentor heyəti tərəfindən aprel və may aylarında 94 müdavimlərə, iyun ayında isə 87 müdavimlərə “backend and frontend developer” peşəsi üzrə hazırlıq kursları keçirilmişdir. İddiaçının peşə hazırlığı üzrə cavabdeh quruma müraciəti “Peşə hazırlığının təşkili üzrə müraciət etmiş müəssisələrin Qiymətləndirilməsi Komissiayası” tərəfindən baxılaraq məqsədəuyğun hesab edilmişdir (Elektron ünvan 1, Elektron ünvan 2 elektron poçt ünvanından iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli məktub) Müqavilənin şərtlərinə vətərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olaraq müdavimlərin kursda iştirak etmələrini təsdiq edən aprel, may və iyun ayları üzrə davamiyyət cədvəlləri müvafiq olaraq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə İddiaçı MMCElektron ünvan 3 elektron poçt ünvanından cavabdeh qurumun Elektron ünvan 4 elektron poçt ünvanına göndərilmişdir. Buna baxmayaraq Sifarişçi əvvəlki aylarda olduğu kimi sözügedən davamiyyət cədvəllərində adları keçən iştirakçıların siyahısını yoxlayıb iddiaçıya geri dönüş etməmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin ofisində tədris edilən "Frontend and Backend developer" ixtisası üzrə peşə hazırlığı prosesinin icra edilməsinə X7 Daxili nəzarət və audit departamentinin daxili audit şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticələrinin bir qədər sonra elan olunacağı bildirilmişdir. Yoxlama zamanı "Frontend and Backend developer" ixtisası üzrə təhsil alan bəzi müdavimlərin Rəqəmsal marketinq dərslərində də iştirak etmələri müəyyən olunmuş,İddiaçı MMC-nin rəhbərliyinə bu barədə irad bildirilmişdir. İddiaçı MMC-nin rəhbəri Toğrul Əhmədsoy tərəfindən həmin müdavimlərdən yazılı izahatlar alınaraq cavabdeh quruma təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh qurum nə yoxlamanın nəticələri barədə, nə də ki, ödənişlə bağlı iddiaçıya heç bir məlumat verməmişdir. Yaranmış vəziyyətlə bağlı Dövlət X6 Mühasibatlıq və Təyinat flilialının müdiri Nümayəndə2 ilə,X7 Peşə hazırlığı departamentinin Baş mütəxəssisi Samuel Mahmudlı ilə və DMA-nın digər əməkdaşları ilə aparılan danışıqlarda iddiaçının direktoru Toğrul Əhmədsoya bildirildi ki, ödənişlərin aparılması tezliklə bərpa ediləcək və məqsədəuyğundur ki, İddiaçı MMC bir qədər gözləsin və razılaşdırılmış tədris proqramı üzrə peşə hazırlığının həyata keçirilməsini davam etdirsin. Lakin tədrisin davam etdirilməsinə baxmayaraq cavabdeh qurum əvvəlkiaylar üzrə etməli olan ödənişlərietməmiş, ödənişlərin hansısəbəbdən edilməməsini izah edən hər hansı bir məktub-bildiriş təqdim etməmişdir. Halbuki, tərəflər arasında bağlanılmış “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024-cü il tarixli,MMTF- 57/2024 saylı Müqavilədə Müqavilə üzrə Sifarişçi qismində çıxış edən cavabdehin peşə hazırlığının peşəkar təlim-tədris heyətinin iştirakı ilə təşkil edilməsini tələb etmək, İcraçı tərəfindən Müqavilənin Qanun və Qayda ilə müəyyən olunmuş tədbirlərin həayata keçirilməsinə nəzarət etmək, Müqavilədə nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb edilmiş müdavimin kursdan kənarlaşdırılmasına dair qərar qəbuletmək, Müqavilə üzrə İcraçı vəzifələrini vaxtında və dəqiq icra etmədikdə, eləcə də Qanun və Qaydanın tələblərinin pozulduğu, eləcə də peşə hazırlığında müdavimin şikayəti əsasında kobud pozuntu halları aşkar edildikdə İcraçıdan kursu dayandırmağı və dayandırıldığı tarixədək Müqavilə üzrə İcraçıya ödənilən məbləğin Sifarişçiyə geri qaytarılmasını tələb etmək kimi hüquqları təsbit edilmişdir. Qeyd edilməlidir ki, yuxarıda adı çəkilən Müqavilədən əvvəl də iddiaçı ilə cavabdeh arasında “Peşə hazırlığının təşkilinə dair” xx.xx.2023-cü il tarixli, MMTF-240/2023 nömrəli anoloji Müqavilə bağlanılmış və həmin müqavilənin icrası və ödənişi ilə əlaqədar tərəflər arasında hər hansı bir mübahisə və anlaşılmazlıq olmamışdır. Sözügedən Müqavilələrin 2.1-ci bəndində qeyd edildiyi kimi, Sifarişçinin işaxtaran və işsiz şəxslərin (müdavimlərin) peşə hazırlığının təşkiledilməsinə dair xidmət təklifi “Məşğulluq haqqında” Qanunun 20-ci maddəsinə və Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əsasən hazırlanmış və İcraçı tərəfindən qəbul edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qaydasının 1.2-ci bəndinə əsasən işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7(bundan sonra - Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər. Agentliyin yerli qurumları tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur.Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir. Peşə hazırlığı işsizlikdən sığorta fondunun vəsaiti, işəgötürənlərin vəsaiti, işaxtaran şəxslərin şəxsi vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Peşə hazırlığının maliyyələşdirilməsi bu məqsədlər üçün ayrılmış vəsaitlər çərçivəsində adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Ayrı-ayrı ixtisaslar üzrə hər bir müdavimə düşən peşə hazırlığı xərclərinin miqdarı Nazirlik tərəfindən təsdiq edilir. Nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir (3.4-ci bənd). Bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir (3.5-ci bənd). İddiaçıpeşə hazırlığını müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirmək üçün zəruri olan bütün infrastruktur və tədris heyətinə malik olmuş, Müqavilənin icrasımüddətində rəqəmsalmarketinq-müəllim, dizayner-mentor, proqramçımentor (müəllim), interyer-dizayner müəllim, rəqəmsalmarketinq mütəxəssisi, tədris metodikası üzrə mütəxəssis daxil olmaqla 43 nəfər əmək müqaviləsi üzrə işə qəbuledilən əməkdaşıçalışmışdır. Hazırlıq kurslarına cəlb edilmiş müdavimlərin siyahısının cavabdeh qurumla razılaşdırılmasıaşağıda göstəriən email yazışmaları ilə də təsdiq edilir. Belə ki, xx.xx.2024-cü il tarixdə Elektron ünvan 4(cc Elektron ünvan 5) Elektron ünvan 6 Mərkəzi Mühasibatlıq və Təyinat filialının digər məşğulluq tədbirlərinin təyinatı şöbəsinin böyük mütəxəssisi Nümayəndə1tərəfindən göndərilmiş məktubda “sizə backend and frontend developer üzrə yoxlanılmış siyahını təqdim edirəm. Zəhmət olmasa, siyahını nəzərdən keçirib münasibət bildirin” məzmunlu, xx.xx.2024-cü il tarixdə Elektron ünvan 6 ünvandan Elektron ünvan 4 email ünvanına “Salam. 2024-cü ilin mart ayı üçün davamiyyət cədvəlini və xaricolunma məktubunu sizə göndərirəm” məzmunlu, xx.xx.2024-cü il tarixdə isə Elektron ünvan 6 ünvandan Elektron ünvan 4email ünvanına “Xaricolunma.pdf” başlıqlıməktublar ünvanlanmışdır. Göründüyü kimi, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının təşkili işi tamamilə cavabdeh qurumun rəhbərliyi altında həyata keçirilmiş, müqavilənin icrası müddətində iddiaçı və cavabdeh sıx əlaqədə olmuş, lakin buna baxmayaraq və iddiaçı ilə cavabdeh arasında bağlanılmış müqavilənin hələ də qüvvədə olduğuna və iddiaçı tərəfindən üzərinə götürülən öhdəliklərin yerinə yetirildiyinə baxmayaraq cavabdeh qurum müvafiq aylar üzrə keçirilən kursların ödənişlərini etməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuş və bununla da İddiaçı MMC-nin fəaliyyətinin iflic vəziyyətə düşməsinə, iddiaçının təlim-tədris heyəti və dövlət büdcəsi qarşısında küllimiqdarda ödənilməmiş borcun yaranmasına səbəb olmuşdur. İddiaçı ilə cavabdeh arasında formalaşmış işgüzar praktika pozulduğu üçün aprel, may və iyun ayları üzrə (Aprel 2024 - ƏDV daxil 50252.40 manat, May 2024 - ƏDV daxil 48621.87 manat, İyun 2024 - Ədv daxil 35337.06 manat, cəmi - 134210.93 manat) peşə hazırlığı xərclərinin ödənilməsi üçün müvafiq hesab fakturalar cavabdeh qurumun təsdiqi olmadan onlara göndərilmişdir. Həmin aylar üzrə müvafiq elektron qaimələr onlayn kargüzarlıq vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10.1,149,150, 385, 386.1, 390.7, 404.1, 404.2, 425.1, 430.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Filialla Müəssisə arasında bağlanmış “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024-cü il tarixli MMTF-57/2024 nömrəli müqaviləyə (bundan sonra - Müqavilə) əsasən Müəssisə tərəflər arasında adlı siyahısı razılaşdırılmış müdavimlərə 4 mart 2024-cü il tarixində başlayan “backend and fronted developer” istiqaməti üzrə ümumilikdə 101 gün, 555.5 saat müddətinə peşə hazırlığı kursunun keçirilməsini öz öhdəsinə götürmüşdür. 26 aprel 2024cü il tarixində Agentliyin Daxili nəzarət və audit departamentinin əməkdaşları tərəfindən Müəssisədə aparılan monitorinq zamanı kursun təşkilinin keyfiyyəti ilə əlaqədar bir sıra nöqsanlar müəyyən edilərək aktlaşdırılmışdır. Monitorinq zamanı Agentlik hesabına kurs keçən müdavimlərlə yanaşı, birbaşa Müəssisəyə müraciət etmiş vətəndaşların da tədris prosesində (eyni saatlarda və eyni təlimçinin iştirakı ilə) iştirak etdiyi, həmçinin kursda bəzi müdavimlərə digər ixtisaslar üzrə tədrisin keçirildiyi müəyyən olunmuşdur. Belə ki, 3 may 2024-cü il tarixində aparılan monitorinq zamanı Müəssisənin Tələbə işləri üzrə direktoru Şahid11 tərəfindən verilmiş məlumata əsasən məlum olmuşdur ki, müqavilə üzrə kursda təhsil alan ümumi 97 nəfər müdavimdən 10 nəfəri müqavilədən kənar ixtisaslar üzrə təlimə cəlb olunmuşdur. Qeyd olunan halla bağlı müəssisədə akt tərtib olunmuş və tərəflər tərəfindən təsdiq olunmuşdur. Agentlik tərəfindən Müəssisəyə müvafiq pozuntularla əlaqədar 13 dekabr 2024-cü il tarixli 3-17-2/2-61536/2024 nömrəli rəsmi xəbərdarlıq məktubu ünvanlanmışdır. Bundan əlavə, yuxarıda qeyd edilənləri nəzərə alaraq, müqavilənin icrası zamanı Müəssisə tərəfindən yol verilən kobud pozuntuların xarakteri, müqavilənin 3.1.8-ci və 3..4.12-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, müqavilə üzrə qalıq öhdəliklərin icra edilməməsi şərti ilə müqavilənin 8-ci hissəsinin “b” bəndinə uyğun olaraq yazılı xəbərdarlıq edilməklə müqavilənin Filial tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı Filial tərəfindən Müəssisəyə 28 dekabr 2024-cü il tarixli məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müxtəlif tədbirlər icra edir.İlkin olaraq qeyd edilməlidir ki, hazırkı məhkəmə mübahisəsinin mülki iş yoxsa kommersiya mübahisəsi olması ilə əlaqədar məhkəmə aidiyyəti ilə bağlı Filial tərəfindən verilmiş vəsatət Bakı Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli e-2- 2(113)- 2324/2025 nömrəli qərardadı ilə təmin edilməmişdir. Sözügedən qərardadda razılaşmayan Filial həmin qərardaddan şikayət vermiş və verilmiş şikayət Bakı Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(113)-2324/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.Ali Məhkəmənin 6 may 2025-ci il tarixli 2-2(102)-366/2025 nömrəli Qərarı ilə Filialın şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2- 2(113)-2324/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.Məhkəmə aidiyyəti ilə bağlı yuxarıda qeyd edilən kassasiya icraatı davam etdiyi müddət ərzində Agentliyin fəaliyyət istiqamətləri ilə əlaqədar bağlanılan müqavilələrdən doğan mübahisələrin mülki və ya inzibati qaydada həll edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1 -ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” 18 aprel 2025-ci il tarixli Qərardadı qəbul olunmuşdur. Həmin Qərardadın nəticəvi hissəsində müəyyən olunmuşdur ki, müqavilələrdən yaranan mübahisələrə dair məhkəmə aidiyyəti məsələsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarında göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, müqavilənin xarakterinin və mübahisənin predmetinin dəqiq müəyyənləşdirilməsinə əsasən həll olunmalıdır. Hər nə qədər də yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərardadı fərqli faktiki hallara malik mübahisə ilə əlaqədar olsa da, nəzərə alınmalı məqam ondan ibarətdir ki, həmin iş üzrə mübahisənin yaranmasına səbəb olan özünüməşğulluğun təşkili və hazırkı iş üzrə peşə hazırlığının təşkili institutları mahiyyəti etibarilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra - Qanun) nəzərdə tutulan aktiv məşğulluq tədbirlərindəndir. Sözügedən Qərardada əsasən müəyyən olunmuşdur ki, müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin Qərardadda qeyd olunmuş mövqeyə əsasən inzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir.inzibati hüquq münasibətlətini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir. Yenə həmin Qərardadla müəyyən olunmuşdur ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir. Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. inzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir. Konstitusiya Məhkəməsinin Plenumu müvafiq Qərardad qəbul edərək hesab etmişdir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər: 1. müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması; 2. müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması; 3. müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi; 4. müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi; 5. müqavilə tərəflərinin qeyri-bərabərliyi və s. inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir. Qərardadda o da qeyd edilmişdir ki, Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə məhz peşə hazırlığının təşkili ilə əlaqədar iddiaçı ilə bağlanmış müqavilədən yaranmışdır və həmin müqavilə üzrə bir sıra şərtlər aidiyyəti qanunvericilikdə nəzərdə tutulmuşdur. Qanunun 1.1.17-ci maddəsinə əsasən peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün bu Qanunun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır. Göründüyü kimi hazırkı mübahisənin yaranma əsası qismində çıxış edən peşə hazırlığının təşkili ilə əlaqədar müqavilə Filial qismində Agentliyin ictimai vəzifələrinin icrası ilə əlaqədardır. Beləliklə yuxarıda qeyd edilən yanaşma hazırkı iş üzrə tətbiq edildikdə bu mübahisənin mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılma olduğu müəyyən edilir. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi əsası qismində qiymətləndirilir. Bu baxımdan hazırkı mübahisə üzrə işin Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz edirik. Hazırkı iddia ərizəsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermədiyi üçün əsassız hesab edilir. Mübahisənin mahiyyəti üzrə bildiririk ki, Agentliyin Daxili nəzarət və audit departamentinin əməkdaşlarının iştirakı ilə iddiaçının müqavilə üzrə öhdəliklərinin icrasının yoxlanılması, habelə peşə hazırlığının cari vəziyyətinin müəyyən olunması zamanı keçirilən monitorinqlər zamanı Müəssisənin müqavilə üzrə öhdəliklərini pozduğu müəyyən olunmuşdur. Belə ki, 26 aprel 2024-cü il tarixində Müəssisədə aparılan monitorinq zamanı: 1) Agentlik hesabına kurs keçən müdavimlərlə yanaşı, birbaşa Müəssisəyə müraciət etmiş vətəndaşların da tədris prosesində (eyni saatlarda və eyni təlimçinin iştirakı ilə) iştirak etdiyi; 2) kursda bəzi müdavimlərə digər ixtisaslar üzrə tədrisin keçirildiyi müəyyən olunmuşdur.Müvafiq monitorinq nəticəsində müəyyən olunmuşdur ki, Agentlik hesabına kurs keçən müdavimlərlə yanaşı, birbaşa Müəssisəyə müraciət etmiş vətəndaşlarda tədris prosesinə (eyni saatlarda və eyni təlimçinin iştirakı ilə) cəlb edilmişdir.Həmin vətəndaşlara müvafiq Müəssisə tərəfindən vəd verilmişdir ki, sözügedən vətəndaşlar da Agentlik tərəfindən peşə hazırlığına cəlb edilən vətəndaşlar kimi təqaüd əldə edəcəkdir. Məhz bu addımla Müəssisə Agentliyə qarşı əsassız vətəndaş narazılığı yaratmaqla, həmin şəxslərin də məhz Agentlik tərəfindən Müəssisədə peşə hazırlığına cəlb olunması ilə bağlı Agentliyə münasibət dolayı süni təzyiq yaratmaqla, həmin kateqoriya şəxslərin peşə hazırlığına cəlb olunmasından da gəlir əldə etmək məqsədi güdmüşdür. Bununla bağlı aidiyyəti vətəndaş müraciətlərinin təsdiq olunmuş surətləri əlavə olunur. Nəzərə alınmalıdır ki, Qanunun 20.1-ci maddəsinə əsasən şəxslər peşə hazırlığına 1) işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda və 2) işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda cəlb edilirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”nın (bundan sonra - Qayda) 1.4-cü maddəsinə əsasən Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir.Qaydanın 1,5-ci maddəsinə əsasən dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər.Göründüyü kimi şəxslərin konkret istiqamətlər üzrə peşə hazırlığına cəlb edilməsi bir sıra nüanslar baxımından əhəmiyyətlidir. Birinci nüans ondan ibarətdir ki, Filial qismində Agentlik tərəfindən şəxslər konkret peşə və ixtisas istiqamət üzrə peşə hazırlığına cəlb edilən zaman həmin peşə və ixtisas istiqaməti üzrə peşə hazırlığını uğurla bitirən şəxslərə işçi qüvvəsi qismində əmək bazarında nə qədər ehtiyac olması nəzərə alınır. Bu nüansın əhəmiyyəti ondan ibarətdir ki, peşə hazırlığı aidiyyəti qanunvericiliyə görə aktiv məşğulluq tədbiri olduğuna görə şəxslərin peşə hazırlığına cəlb edilməsinin yekun məqsədi həmin şəxslərin əmək bazarında münasib işlərə göndərilməklə həmin şəxslərin məşğulluğunun təmin edilməsidir. Əks halda Filial qismində Agentlik tərəfindən təşkil edilən peşə hazırlığını uğurla bitirən şəxslərin məşğulluğunun təmin edilməsi həmin şəxslərin cəlb edildiyi istiqamətlərə əmək bazarında ehtiyac olmadığı üçün öz hüquqi mahiyyətini itirər və işsizlikdən sığorta fondundan bu aktiv məşğulluq tədbiri üçün xərclənən vəsaitin səmərəsiz istifadəsi ilə nəticələnə bilər. Tərəflər arasında imzalanmış Müqavilə 2.2-ci bəndində Filial tərəfindən peşə hazırlığına göndərilmiş şəxslərin məhz “backend and frontend developer” istiqaməti üzrə peşə hazırlığına cəlb edilməsi razılaşdırılmış və ümumi müqavilə mətnində şəxslərin cəlb olunduğu peşə hazırlığı istiqamətinin təktərəfliq qaydada Müəssisə tərəfindən dəyişdirilməsi imkanı nəzərdə tutulmamışdır. Əlavə olaraq Filial və Müəssisə arasında peşə hazırlığına göndəriş verilmiş şəxs və ya şəxslərin cəlb olunduğu peşə hazırlığı istiqamətinin dəyişdirilməsi ilə əlaqədar əlavə razılaşma olmamışdır.3 may 2024-cü il tarixində aparılan monitorinq zamanı Müəssisənin Tələbə işləri üzrə direktoru Şahid11 tərəfindən verilmiş məlumata əsasən məlum olmuşdur ki, müqavilə üzrə kursda təhsil alan ümumi 97 nəfər müdavimdən 10 nəfəri müqavilədən kənar ixtisaslar üzrə təlimə cəlb olunmuşdur. Qeyd olunan halla bağlı müəssisədə akt tərtib olunmuş və tərəflər tərəfindən təsdiq olunmuşdur.iddiaçı öz iddia ərizəsində də bu faktı təsdiq etmişdir. Əlavə olaraq müvafiq iddia ərizəsində müdavimlərin izahatlarının alınaraq Agentliyə təqdim edildiyi qeyd edilsə də, peşə hazırlığına Agentlik tərəfindən göndəriş verilmiş şəxslərin Müəssisədə başqa istiqamətlər üzrə təlimlərə cəlb edilməsi heç bir halda nə müdavimlərin, nə də Filial qismində Agentliyin hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyil.iddiaçının da iddia ərizəsində etiraf etdiyi bu hal hazırkı halda işin mübahisəsiz halıdır və məhz bu hal özlüyündə Müəssisənin tərəflər arasında bağlanmış müqavilə şərtlərini kobud şəkildə pozmasını sübut edir. Məsələn 3 may 2024-cü il tarixli monitorinq aktına əsasən müəyyən olunmuşdur ki, monitorinq tarixində müdavimlər X21, X18, Şahid4, Şahid5, X10, Şahid7, Şahid10 qızı, Şahid9 və digər şəxslər müqavilədə nəzərdə tutulmuş “backend and fronted developer” istiqaməti üzrə deyil, interyer dizayn, qrafik dizayn, rəqəmsal marketinq istiqamətləri üzrə dərsdə olmuşdurlar. Buna baxmayaraq Müəssisə tərəfindən Filiala təqdim edilən 01-31 may 2024-cü il tarixləri arasında müdavimlərin davamiyyət cədvəlində adı sadalanan şəxslərin məhz “backend and fronted developer” istiqaməti üzrə dərslərdə iştirak etməsi qeyd edilərək bu hissədə Filiala həqiqətə uyğun olmayan məlumatlar təqdim edilmişdir. Ancaq nəzərə alınmalıdır ki, 3 may 2024-cü il tarixindəki monitorinq Müəssisənin tələbə işləri üzrə direktoru Şahid11 iştirakı ilə keçirilmişdir və monitorinq nəticələri ilə bağlı akt həmin şəxs tərəfindən də imzalanmaqla təsdiq olunmuşdur.Yuxarıda adı çəkilən şəxslər 3 may 2024-cü il tarixində interyer dizayn, qrafik dizayn, rəqəmsal marketinq istiqamətləri üzrə müvafiq qruplarda tədrisə cəlb edildiyi üçün həmin tarixə münasibətdə şəxslərin “backend and fronted developer” istiqaməti üzrə keçirilən dərslərə cəlb edilməsi və bunun təsdiqi ilə bağlı Filiala təqdim edilmiş davamiyyət cədvəli arasında uyğunsuzluq mövcuddur.Beləliklə, Müəssisə nəinki şəxsləri müqavilə üzrə nəzərdə tutulmuş istiqamətdə tədrisə cəlb etməmiş, həm də həmin şəxslərin sanki müqavilə üzrə nəzərdə tutulan istiqamətdə tədrisə cəlb edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar verməklə müqavilənin icrası ilə bağlı həqiqətə uyğun olmayan görünüş yaratmaq istəmişdir. Bu isə müqavilə hüququ baxımından heç bir halda Müəssisənin üzərinə götürmüş olduğu öhdəliklərin vicdanlı icrası kimi qiymətləndirilə bilməz. Müqavilənin 3.1.8-ci yarımbəndinə əsasən İcraçı tərəfindən müqavilə üzrə vəzifələr vaxtında və dəqiq icra edilmədikdə, eləcə də “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2019-cu il tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının tışkili Qaydası”nın tələbləri pozulduqda, habelə peşə hazırlığında müdavimin şikayəti əsasında kobud pozuntu halları aşkar edildikdə, Sifarişçinin İcraçıdan kursu dayandırmağı və dayandırıldığı tarixədək bu Müqavilə üzrə İcraçıya ödənilən məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Müqavilənin 3.4.12-ci yarımbəndinə əsasən 3.1.8-ci yarımbəndində qeyd edilən hal baş verdikdə peşə hazırlığı kursunu dayandırmaq və bu Müqavilə üzrə ödənilən məbləği Sifarişçiyə qaytarmaq İcraçının vəzifəsi olaraq təsbit edilmişdir.Monitorinq zamanı aşkarlanan nöqsanlar mahiyyəti etibarilə müvafiq peşə hazırlığı kursu üzrə tədrisin keyfiyyətinə aşağı salmış, habelə tədris müddətində təqdim edilmiş bütün davamiyyət cədvəllərinin həqiqiliyinə münasibət əsaslı şübhələr doğurmuşdur.Yuxarıda qeyd edilən nöqsanlar tərəflər arasında bağlanmış müqavilə üzrə müəyyən olunmuş öhdəliklərin lazımi keyfiyyətli icrası hesab edilmədiyindən həmin hallar hazırkı münasibətlər çərçivəsində Müqavilə şərtlərinin kobud pozuntusu hesab edilir. Yekun olaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi cavabdeh tərəfindən daxil olmuş etiraza əlavə izah verərək bildirmişdir ki, müqavilə üzrə kursda təhsil alan müdavimlərin müqavilədən kənar ixtisaslar üzrə təlimə cəlb olunmalarının qadağan edilməsi nə hər hansı bir normativsənəddə, nə də ki tərəflərin bağladığı Müqavilədə təsbit edilməyib. Belə ki, İcraçının vəzifələri Müqavilənin 3.4-cü bəndində təsbit edilmiş və həmin vəzifələr sırasında kobud pozuntu kimi qələmə verilən hal yer almayıb. Bundan əlavə, Agentliyin Daxili nəzarət və audit departamentinin əməkdaşları tərəfindən Müəssisədə aparılan monitorinqdən sonra, xx.xx.2024-cü il tarixdəİddiaçı MMC-nin direktoru Toğru Əhmədsoy tərəfindən özünə məxsus elektron poçt ünvanından Agentliyin Peşə hazırlığı departamentinin Tədris müəssisələri ilə iş şöbəsinin Baş mütəxəssisi Samuel Mahmudlunun “Elektron ünvan 2” elektron poçt ünvanına məktub və müqavilə üzrə kursda təhsil alan müdavimlərin müqavilədən kənar ixtisaslar üzrə təlimlərdə iştiraketmiş müdavimlərin izahatları göndərilmişdir.Həmin müdavimlərin hər biri izahatında qeyd etmişdir ki, onlar “Frontend&Backend” ixtisasının müvafiq qrupunda təhsil alırlar və öz ixtisasları ilə bərabər başqa ixtisaslarda da iştirak etmələri üçün İddiaçı MMCnin müdriyyətinə müraciət ediblər.Buna baxmayaraq cavabdeh Müqavilənin 3.1.8-ci bəndinə uyğun olaraqİcraçıdan kursu dayandırmağı tələb etməmiş, əksinə Agentliyin rəsmi email ünvanlarından İddiaçı MMC-nin email ünvanına peşə hazırlığı iləbağlı müxtəlif məktublar ünvanlanmışdır. Onlardan biri xx.xx.2024-cü il tarixdə “Elektron ünvan 1” email ünvanından “Təqaüd məbləğinin dəyişilməsi” başlığı ilə göndərilmişdir. Həmin məktubda 2024-cü il 25 iyun tarixli 1184-VİQD nömrəli Qanununun qüvvəyəminməsi və “Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdün ödənilməsi” qaydasında dəyişikliyin baş verməsi barədə müfəssəl məlumat verilmişdir (məktubun ekran görüntüsü əlavə edilir). Bundan əlavə, xx.xx.2024-cü il tarixdə Agentliyin Peşə hazırlığı departamentinin Tədris müəssisələri ilə iş şöbəsinin Baş mütəxəssisi Samuel Mahmudlunun “Elektron ünvan 2” elektron poçt ünvanından iddiaçının email ünvanına “X17_Peşə hazırlığı _Komissiya nəticələri” başlığı ilə göndərilən məktubda qeyd edilmişdir ki, müəssisədən Agentliyə daxil olmuş müraciətə “Peşə hazırlığının təşkili üzrə müraciət etmiş müəssisələrin Qiymətləndirilməsi Komissiyası” tərəfindən aidiyyəti üzrə baxılaraq siyahıda adları qeyd olunan müəssisələrin qeyd olunan peşələr üzrə peşə hazırlığının təşkili ilə bağlı müraciəti Komissiya tərəfindən məqsədə uyğun hesab edilmişdir. Həmin siyahıda Garage-1-in qarşısında “Backend and Frontend developer” ixtisası ilə yanaşı, həmçinin “Rəqəmsal media və marketinq mütəxəssisi” və “Uİ/UX dizayn” ixtisasları da qeyd olunmuşdur. Bu da ona dəlalət edir ki, Agentlik Garage-1 MMC tərəfindən“Backend and Frontend developer” ixtisası ilə yanaşı müdavimlərə, həmçinin “Rəqəmsal media və marketinq mütəxəssisi” və “Uİ/UX dizayn” ixtisasları üzrə təlim keçmək icazəsini vermişdir. Bütün faktlar, habelə Agentlik tərəfindən kurs iştirakçılarına 2024-cü ilin aprel, may və iyun aylarında təqaüdlərin köçürülməsi faktı Agentlik tərəfindən Etiraz ərizəsində istinad etdiyi halları əsassız edir. Göründüyü kimi, cavabdehin Etirazda irəli sürdüyü bütün arqumentlər əsaslı hesab edilə bilməz. Cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə izahat təqdim edərək bildirmişdir ki, cəmiyyət ilə MMTF arasında bağlanmış “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024- cü il tarixli MMTF-57/2024 nömrəli müqaviləyə (bundan sonra - müqavilə) əsasən cəmiyyətin müqavilə bağlanana qədər təqdim etdiyi 200 nəfərlik siyahı əsasında 97 nəfərin kursa cəlb edilməsi tərəflər arasında razılaşdırılmış və həmin 97 nəfər müdavimin 4 mart 2024-cü il tarixində başlayan "backend and fronted developer” istiqaməti üzrə ümumilikdə 101 gün, 555.5 saat müddətinə peşə hazırlığı kursunun nəzəri hissəsini əyani və praktiki hissəsini əyani keçirilməsini cəmiyyət öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.6-cı bəndinə əsasən 26 aprel və 3 may 2024-cü il tarixilərində Agentliyin Daxili nəzarət və audit departamentinin əməkdaşları tərəfindən iki dəfə cəmiyyətdə aparılan nəzarət tədbirləri - monitorinqlər zamanı kursun təşkili və bir sıra ciddi nöqsanlar müəyyən edilərək aktlaşdırılmışdır. 26 aprel 2024-cü il tarixdə keçirilən monitorinq zamanı: Agentliyin idarə etdiyi İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına kurs keçən müdavimlərlə yanaşı, birbaşa müqavilə üzrə 97 nəfərdən biri olmayan, müqaviləyə qədər təqdim edilən 200 nəfərlik siyahıda adı olan və MMTF tərəfindən kursa cəlb edilməşi üçün təsdiq edilməyən vətəndaşların “backend and frontend developer” ixtisası üzrə tədris prosesində iştirak etdikləri; İSF vəsaiti hesabına maliyyələşən “backend and frontend developer” ixtisası üzrə kurs keçməsi razılaşdırılan 97 nəfərdən olan müdavimlərə eyni saatlarda müqavilə üzrə ixtisasa aidiyyəti olmayan “Qrafik dizayner” ixtisası üzrə, həmçinin bəzi müdavimlərə digər ixtisaslar üzrə tədrisin keçirildiyi müəyyən olunmuşdur. 3 may 2024-cü il tarixdə keçirilən monitorinq zamanı:Tədrisi aparılan 3 qrup üzrə və ümumilikdə saat 10:00-18:00 aralığında kurs keçirilən qruplar üzrə ümumilikdə 36 nəfərə münasibətdə pozuntu aşkar edimişdir. Belə ki, “backend and frontend developer” ixtisasına aidiyyəti olmayan “Qrafik dizayner” ixtisası üzrə 5 nəfər (Agentlik tərəfindən təqaüd ödənilən) cəlb edilmiş, “backend and frontend developer” ixtisası üzrə cəlb edilən 50 nəfərdən 4 nəfəri kənar şəxs olmuş, “backend and frontend developer” ixtisasına aidiyyəti olan “Python” ixtisası üzrə cəlb edilən 16 nəfərdən 7 nəfəri kənar şəxs olmuş, “backend and frontend developer” ixtisasına aidiyyəti olan “Java” ixtisası üzrə cəlb edilən 20 nəfərdən 10 nəfəri kənar şəxs olmuş, “backend and frontend developer” ixtisasına aidiyyəti olan “Sişarp” ixtisası üzrə cəlb edilən 21 nəfərdən 5 nəfəri kənar şəxs olmuş, “backend and frontend developer” ixtisasına aidiyyəti olmayan “İnteryer dizayn” ixtisası üzrə 2 nəfər (Agentlik tərəfindən təqaüd ödənilən) cəlb edilmiş, “backend and frontend developer” ixtisasına aidiyyəti olmayan “Rəqəmsal marketinq” ixtisası üzrə 3 nəfər (Agentlik tərəfindən təqaüd ödənilən) cəlb edilmişdir (5+4+7+10+5+2+3=36).Cəmiyyətin tələbə işləri üzrə direktoru Şahid11 3 may 2024-cü il tarixli monitorinq aktını imzalamaqla yuxarıda şərh edilən faktları təsdiq etmişdir (aktın surəti məhkəməyə təqdim edilir). Eyni zamanda, Şahid11 tərəfindən 3 may 2024-cü il tarixdə e-mail vasitəsilə Agentiyin Daxili nəzarət və audit departamentinin monitorinqdə iştirak edən və aktı imzalayan əməkdaşı Şahid13 3 may 2024-cü il tarixli aktı bir daha təsdiq edən Excel faylda kursun ixtisası, dərs saatları, vətəndaş məlumatları (vətəndaş məlumatlarının qarşısında Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə müqavilə çərçivəsində təhsil almaları barədə qeydlər əks etdirən Qrafik göndərərmişdir.3 may 2024cü il tarixində interyer dizayn, qrafik dizayn, rəqəmsal marketinq istiqamətləri üzrə müvafiq qruplarda tədrisə cəlb edildiyi üçün həmin tarixə münasibətdə şəxslərin “backend and fronted developer” istiqaməti üzrə keçirilən dərslərə cəlb edilməsi və bunun təsdiqi ilə bağlı təqdim edilmiş davamiyyət cədvəli arasında uyğunsuzluq mövcuddur.Beləliklə, cəmiyyət nəinki şəxsləri müqavilə üzrə nəzərdə tutulmuş istiqamətdə tədrisə cəlb etməmiş, həm də həmin şəxslərin sanki müqavilə üzrə nəzərdə tutulan istiqamətdə tədrisə cəlb edilməsi ilə bağlı ziddiyətli məlumatlar verməklə müqavilənin icrası ilə bağlı həqiqətə uyğun olmayan görünüş yaratmaq istəmişdir. Bu isə müqavilə hüququ baxımından heç bir halda İddiaçının üzərinə götürmüş olduğu öhdəliklərin vicdanlı icrası kimi qiymətləndirilə bilməz.Qeyd edilməlidir ki, Müqavilədə nəzərdə tutulan ixtisas - “Backend and Frontend developer” üzrə adambaşı maliyyələşmə məbləği 4500 AZN təşkil etdiyi halda, Agentlik tərəfindən təqaüd ödənilən vətəndaşlara keçirilmiş kənar ixtisaslar: “Qrafik dizayner” ixtisası üzrə adambaşı maliyyələşmə məbləği 1650 AZN (2850 AZN fərq), “Rəqəmsal marketinq” ixtisası üzrə adambaşı maliyyələşmə məbləği 1000 AZN (3500 AZN fərq), “İnteryer dizayn” ixtisası üzrə adambaşı maliyyələşmə məbləği 650 AZN (3850 AZN fərq) təşkil edir. Monitorinqlər zamanı aşkar edilən, monitorinq aparılmayan günlərdə də yol verildiyi istisna edilməyən, yaxud daha ciddi rəqəm göstəriciləri ilə yol verildiyi şübhə doğurmayan pozuntular nəticəsində Cəmiyyət tərəfindən kursa cəlb olunmuş, müqavilə üzrə 97 nəfərlik siyahıda adları olmayan, yəni MMTF tərəfindən müdavim kimi cəlb edilməsi təsdiq edilməyən 18 nəfər vətəndaş tərəfindən “aylardır kursa getmələrinə baxmayaraq onlara təqaüd ödənilməməsinin araşdırılması, digər kurs yoldaşları kimi onlara da təqaüd ödənilməsi tələbi” ilə kütləvi şəkildə Agentliyə şikayətlər edilmişdir (şikayətlərin surətləri məhkəməyə təqdim edilir). Həmin şikayətlərin bir çoxunda cəmiyyətin səlahiyyətli şəxsi X2 (hansı vəzifəni tutması bizə məlum deyil) adı çəkilir və həmin şəxsin şikayət edən şəxslərə kursla bağlı problemin aradan qaldırılacağına dair vədlər verildiyi bildirilir. Çoxsaylı şikayətlər üzrə MMTF tərəfindən Cəmiyyətə irad bildirildikdən sonra şikayətlərin ardı kəsilmişdir.Qeyd edilməlidir ki, həmin şikayətlərin hamısı, tərəfimizdən aparılmış monitorinqlərdən, xüsusilə 3 may tarixində aparılmış monitorinqdən sonra və şikayətlərin bir çoxu isə eyni tarixdə verilmişdir. Cəmiyyətin müqavilə üzrə öhdəliklərini kobud pozuntu ilə icra etməsi nəticəsində təqaüd tələbi irəli sürülən kütləvi şikayətlər Agentliyin dövlət başçısı tərəfindən yaradılan publik hüquqi şəxs olaraq cəmiyyətdəki nüfuzuna, illərlə qazandığı imicinə xələl gətirmir? Yaxud Agentlik (MMTF vasitəsilə) nüfuzuna xələl gətirsin, müqavilə şərtlərini nəinki dəqiq icra etməsin, hərtərəfli pozsun, öz maddi maraqlarını güdsün, sonra da dövlətin mülkiyyəti olan İSF-nin 135 000 manat vəsaitini qanunsuz və əsassız tələblərlə məhkəmə yolu ilə mənimsəsin deyə bu Cəmiyyətlə müqavilə bağlayırdı? Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydasf’nın (bundan sonra - Qayda) 2-ci bəndinin tələblərinə əsasən Agentlik peşə hazırlığının təşkili məqsədilə əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir. İşə faktiki hallar və verilən hüquqi əsaslandırmadan da göründüyü kimi, icraçı Cəmiyyət müqavilə üzrə öhdəliklərini nəinki pozuntularla icra etmiş, hətta hələ müqavilə bağnılmazdan əvvəl niyyəti müqaviləni pozmaq, müqavilə üzrə kursa cəlb edilən vətəndaşları əlavə kurslara cəlb etməklə (10 nəfər müdavimin və iki nəfər səlahiyyətli şəxsin izahatlarından da göründüyü kimi buna maraqlı olaraq icazə verilib), habelə müqavilə tərəfi olan MMTF-nin iradəsinə zidd olaraq MMTF tərəfindən kursa cəlb edilməsindən imtina edilmiş şəxsləri də kurslara cəlb etməklə bu müqavilənin icrasından irəli gələn şəraitdən istifadə etməklə əlavə gəlir əldə etmək niyyətini güdmüşdür. Cəmiyyətə müqavilənin 2.2-ci bəndində MMTF tərəfindən peşə hazırlığına göndərilmiş şəxslərin Qaydanın 2-ci bəndinin tələbinə əsasən əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyacları müəyyən edilməklə məhz “backend and frontend developer” istiqaməti üzrə peşə hazırlığına cəlb edilməsinin razılaşdırılmış olmasını və ümumi müqavilə mətnində şəxslərin cəlb olunduğu peşə hazırlığı istiqamətinin hərtərəfli qaydada cəmiyyət tərəfindən dəyişdirilməsi imkanının nəzərdə tutulmadığını, müqavilə üzrə onun risk dairəsinə daxil olan bu öhdəlikərin pozulması zamanı cavabdehlik daşıdığını dərk etməli olduğu halda öz maddi marağını güdmək niyyətini üstün tutmuş və nəticədə dövlətin mülkiyyəti olan İSF vəsaitini mənimsəmək məqsədilə məhkəmə müraciət etmişdir.Cəmiyyətlə MMTF arasında bağlanmış müqavilənin 2.3-cü bəndinin ehtiva etdiyi mahiyyətə əsasən icraçı cəmiyyət peşə hazırlığı kursunu bitirən müdavimlərin 50%-nin məşğulluğunun təmin edilməsini öhdəsinə götürür. Müqavilənin 2.3.2-ci bəndində deyilir: “Müqavilədə nəzərdə tutulan “müdavimlərin məşğulluğunu təmin etmək” dedikdə (peşə hazırlığı kursunu bitirmiş müdavimlərin) Qanunun 4.1-ci maddəsinə uyğun olaraq məşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Müqavilə üzrə öhdəliklərini dürüst, vicdanla, dəqiq və keyfiyyətlə icra etdiyini idda edən və bu fəaliyyətinə görə dövlətin mülkiyyəti olan 135000 manat vəsaiti tələb edən cəmiyyət kursu bitirən müdavimin 50%-ni Müqavilənin 2.3-cü və 2.3.2-ci bəndlərinə və Qaydanın 2-ci bəndinin tələbinə əsasən məhz “backend and frontend developer” istiqaməti üzrə məşğulluğunu təmin edibmi?“Backend and Frontend developer” ixtisası üzrə kursa 97 nəfər cəlb olunmuş, 81 nəfər kursu bitirmiş, 16 nəfər xaric olunmuşdur. Kursu bitirən 81 nəfərdən 10 nəfər kurs keçdiyi ixtisas üzrə işlə təmin edilmişdir. Hal-hazırda onlardan 5 nəfəri kurs keçdiyi ixtisas üzrə işləyir.Bu göstərici bir daha sübut edir ki, müqavilə icra edilməmişdir, peşə hazırlığı kursu keyfiyyətsiz olduğu üçün 81 nəfər kursu bitirmiş müdavimin yarısı, 40 nəfəri işlə təmin olunmamış, yalnız 10 nəfərin məşğulluğu təmin edilmiş, onlardan 5-i ilə əmək müqaviləsinə xitam verilmişdir. Müqavilə üzrə öhdəliklərini, müqavilənin əsas niyyətini, mahiyyətini və dövlətin işsiz və işaxtaran şəxslərinin məşğulluğunun təmin edilməsi siyasətinin həyata keçirilməsində peşə hazırlığının təşkili qaydalarının prinsiplərini, bu istiqamət üzrə İSF-nin vəsaitinin səmərəli istifadə edilməsində məsuliyyət daşıyan Agentliyinin müvafiq müqavilə üzrə gözlətilərini pozan cəmiyyət iddiasında haqlı deyil. Davamiyyət cədvəllərini imzalarla doldurub təqdim etmək müqavilə şərtləri üzrə öhdəliklərin keyfiyyətlə icrasını təsdiq etmir. Tələbə işləri üzrə səlahiyyətli şəxslərin tanıdqları və təqaüd almaqda maraqlı olduqları üçün davamiyyət cədvəllərini imzalamaqda da maraqlı olan şəxslərə davamiyyət cədvəlinə imza atdırmaları çətin məsələ deyil və həftədə bircə dəfə kursa gələn şəxsin həftə boyu gəlmədiyi günlərə üçün də cədvələ imza atması istisna edilmir. Bu səbəbdən həmin cədvəllər sübut qismində mötəbər hesab edilə bilməz. Tədrisin keyfiyyətinin aşağı olduğunu və müqavilə üzrə öhdəliklərini pozduğunu sübut edən faktlardan biri də müdavim X3 Agentliyə daxil olmuş şikayət ərizəsidir. O ərizəsində sözügedən 5 aylıq kursa cəlb edildidiyini, lakin kursun 2 ay keçirildiyini qeyd etmişdir. Qalan 3 ayda isə müxtəlif bəhanələrlə dərslərin keçirilmədiyi və ondan ara-sıra kursa gələrək davamiyyət tabelinə imza atmasının istənildiyini bildirmişdir. Bu səbəbdən çarəsiz qalaraq Agentliyə şikayət ərizəsi yazmış və bu kimi halların aradan qaldırılmasını xahiş etmişdir.İcraçı tərəfindən müqavilə öhdəliklərinin tam və məsuliyyətlə yerinə yetirilmədiyi, davamiyyət tabelindəki imzaların müdavimlərin dərsdə olduğu əsnada deyil, X3 şikayətində olduğu kimi sonradan doldurulduğu açıq faktlarla sübut edilir. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə2 izahata əlavə olaraq məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, xx.xx.2025 tarixdə keçirilmiş məhkəmə iclası zamanı bəzi hallar aşkar olundu. Belə ki, Dövlət X6 Mühasibatlıq və Təyinat filialının Müdiri Nümayəndə2 məhkəməyə təqdim etdiyi izahatı üzrə çıxış etdi. Daha sonra Filialın Peşə hazırlığının təşkili şöbəsinin əməkdaşı Nümayəndə1 izahat əlavə olaraq İddiaçı MMC ilə Filial arasında bağlanılmış müqavilənin bəndlər üzrə açıqlamasını verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddəsinin tələblərinin nəzərə alınması barədə məhkəməyə müraciət etdi. Həmçinin, iddiaçının cavabdeh tərəfə ünvanladığı sualları cavablandırdı. Daha sonra, iddiaçının nümayəndəsinin vəsatətində şahid qismində dindirilməsi qeyd olunan Şahid22 məhkəmədə şahid kimi ifadə verilməsi üçün iclas zalına dəvət olundu. Şahid22 ifadəsində Müəssisədə 2023-cü il ortalarından 2024-cü ilin iyun ayının sonunadək “frontend” üzrə təlimçi kimi fəaliyyət göstərdiyini bildirdi. Gün ərzində dərslərin 2 növbə olması ilə bağlı məlumat verdi. İlk növbədə müdavimlərin “frontend” üzrə təlimlərə cəlb olunması, 2-ci növbədə isə “backend” üzrə təlimlərə cəlb olunması ilə bağlı məlumat verdi. Dərslərin həftədə 3 dəfə təşkil olunması, tədrisin 10-15 nəfərlik qruplarda təşkil olunduğunu, eyni zamanda həmin qruplarda müqavilə əsasında cəlb olunmayan şəxslərin də olduğunu bildirdi. Lakin, Müəssisə ilə Filial arasında bağlanılmış müqavilənin mahiyyəti, hansı şəxslərin həmin müqavilə əsasında cəlb olunduğu barədə məlumatının olmadığını bildirdi. Müəssisədə fəaliyyətini əmək haqqının ödənilməməsi səbəbindən dayandırdığını, 2-3 ay ödənişsiz fəaliyyət göstərdiyini qeyd etdi. Əmək haqqının verilməməsinin səbəbini isə belə izah etdi ki, Filial tərəfindən Müəssisəyə ödəniş edilmədiyi üçün Müəssisənin ödənişləri etməyə əlavə vəsaiti olmamışdır. Daha sonra, iddiaçının nümayəndəsinin vəsatətində şahid qismində dindirilməsi qeyd olunan Şahid15 məhkəmədə şahid kimi ifadə verilməsi üçün iclas zalına dəvət olundu. Şahid15 ifadəsində Müəssisədə “backend” üzrə təlimçi kimi fəaliyyət göstərdiyini bildirdi. Həmçinin, 2024-cü ilin iyun ayının sonlarında Müəssisə tərəfindən əmək haqqının ödənilməməsi səbəbindən Müəssisədəki fəaliyyətini dayandırıldığını bildirdi. Bundan başqa dərslərin həftədə 3 dəfə olması ilə bağlı məlumat verdi. Şahidə ünvanlanan suallarda müəyyən olundu ki, müqavilədən kənar olan şəxslərlə bağlı Müəssisə rəhbəri Toğrul Əhmədsoy dediyinə əsasən digər şəxslər də yaxın müddətdə müqavilə əsasında təlimlərə cəlb olunacaq. İddiaçının nümayəndəsinin vəsatətində şahid qismində dindirilməsi qeyd olunan Şahid21 məhkəmədə ifadəsində Müəssisədə “backend” üzrə təlimin C# (C-sharp) proqramlaşdırma dilinin tədrisinin keçirilməsi üzrə təlimçi olduğunu bildirdi. Bundan başqa digər Şahid19 da Müəssisədə “frontend” üzrə təlimçi kimi, eyni zamanda mentor kimi fəaliyyət göstərdiyini bildirdi. Hazırda isə satıcı kimi başqa bir müəssisədə çalışdığını bildirdi. Hər iki şahid də Müəssisədəki fəaliyyətini əmək haqlarının ödənilməməsi səbəbindən iyun ayında dayandırdıqlarını qeyd etdi. Bundan başqa Şahid19 gün ərzində dərslərin 2 saat “frontend”, 2 saat “backend” üzrə olmaqla ümumilikdə 4 saat keçirildiyi bildirdi. Daha sonra, Filialın nümayəndəsinin vəsatətində şahid qismində dindirilməsi qeyd olunan Şahid3 məhkəmədə şahid kimi ifadə verilməsi üçün iclas zalına dəvət olundu. Şahid3 ifadəsində Müəssisədə ilk olaraq “frontend” üzrə təlimlərə qatıldığını daha sonra isə “qrafik dizayner” ixtisası üzrə həvəsinin olduğu üçün Müəssisə rəhbəri T.Əhmədsoyun icazəsi ilə paralel olaraq həmin təlimlərə də qoşulduğunu bildirdi. O, “qrafik dizayner” üzrə təlimlərə öz hesabına ödənişli şəkildə qoşulduğunu, həmçinin Müəssisənin həmin ixtisas üzrə 50% endirim etdiyini də bildirdi. Şahid3 ifadəsində “frontend” üzrə təlimlərə həftədə 3 gün, “qrafik dizayner” üzrə təlimlərə isə həftədə 2 gün qatıldığını bildirdi. Bunlarla yanaşı müdavimə ünvanlanan suallardan bəlli oldu ki, Müəssisə tərəfindən cəlb olunduğu ixtisas üzrə heç bir imtahan təşkil edilməyib. Şahidin ifadəsəində gün ərzində cəmi 4 saat dərs keçirildiyi bildirildi. Ümumi olaraq həm şahid qismində dindirilən təlimçilərin, həm də müdavimin ifadələrindən də göründüyü kimi müəssisə kurslara cəlb olunan müdavimlərə həftədə 3 gün tədris aparmasına baxmayaraq davamiyyət cədvəllərində bütün iş günlərinə imza atdırmışdır. Bununla yanaşı qeyri-iş günlərində də tədrisi təşkil etmişdir. Eyni zamanda şahid qismində çıxış edən təlimçilərin hər biri peşə kursunun təliminə vaxt çatmadığını bidirdirdiyi halda, müəssisə Filial ilə bağladığı müqavilənin əsas şərtlərindən birində tədris günündə 5.5 saat təlim kerilməsi şərtini pozaraq gündə 4 saat təlim keçilmişdir ki, bu da təlimçilərin təsdiqlədiyi kimi kurs materiallarının müdavimlərə tam çatdırılmamasına səbəb olmuşdur. Həmçinin, bəzi müdavimlərin “backend and frontend developer” istiqaməti üzrə kurslara yönəldilməsinə baxmayaraq, Müəssisə tərəfindən Agentliyə və müqavilə tərəfi kimi çıxış edən Filiala heç bir məlumat vermədən müdavimlərin başqa istiqamətlər üzrə təlimlərə qoşulmasına şərait yaratmışdır. Şahid qismində çıxış edən təlimçilərdən Şahid22, Şahid15 və Şahid21 peşə kursu üzrə təlimçi kimi təqdim olunmuş, bu təlimçilərin bilik və bacarıqlarına görə qeyd olunan peşə üzrə təlimlərin keçirilməsi Agentlik ilə razılaşdırıldığı halda digər təlimçi və şahid qismində çıxış edən Şahid19 təlimçi kimi təlim keçiriməsi Agentlik ilə razılaşdırılmamışdır. Qeyd olunan bütün bu hallar müqavilə şərtlərinin kobud şəkildə pozulması, eyni zamanda İşsizlikdən sığorta fondu hesabına maliyyələşmədə Dövlət vəsaitinin sui istifadə olunmasına və səmərəsiz xərclənməsinə səbəb yaratmışdır. Sonda dövlət vəsaitinin mənimsənilməsinin qarşısının alınmasına dair ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirmişdir ki, keçirilən kurslar üzrə hər ayın sonunda davamiyyət cədvəlləri qarşı tərəfə göndərilirdi. Tərəf cədvəli yoxlayır, tabellərə baxış keçirdib münasibətini bildirir və hər hansı etirazı olmadıqda hesab-faktura tərtib edilirdi. Bu səbəbdən hesab-fakturalar vaxtında qarşı tərəfə göndərilməmişdir. Müəllimlər məvacibləri almadıqları üçün şikayət etməyə başladılar. Onların ödənişləri qismən Agentlik tərəfindən edilməli idi. Hazırda müəssisə fəaliyyət göstərmir, fəaliyyətini dayandırıb. Tədris mart ayının əvvəlindən başlamışdı. Mart ayı üzrə ödəniş tam edilmişdir. Tərəflər arasında problemlərin yaranması, narazılıqlar aprel-may-iyun aylarında yarandı. Kursu tam olaraq yekunlaşdıra bilməyiblər. İyul ayından isə tədrisi tamamilə dayandırmışlar. Hazırda iddia tələbinin əsası 3 ay ərzində keçirilmiş təlim-tədris programı ilə bağlı ödənilməmiş pul vəsaitidir. Müqavilənin 2.2-ci bəndinə əsasən müəssisə tərəflər arasında siyahısı razılaşdırılmış müdavimlərə 4 mart 2024-cü il tarixində başlayan “backend and fronted developer” istiqaməti üzrə ümumilikdə 101 gün, 555,5 saat müddətinə peşə hazırlığı kursunun keçirilməsini öz öhdəsinə götürmüşdür. Yəni, gündəlik olaraq 5,5 saat kurs keçirilməsi tələbi yoxdur. Tədris vaxtının günlər üzrə keçirilməsini tələb kimi qoymaq müqavilədə qeyd edilmir. Agentlik üzərinə götürmüş öhdəliyi yerinə yetirməmişdir. Aprel ayından ödəniş olunmadığı halda müəssisə tərəflər arasında münasibətlərin pozulmaması üçün kursu davam etdirmişdi. Hətta şahid ifadələri ilə də təsdiq edildi ki, müəssisə ödənişlər etməsi məqsədilə, kursun keçirilməsi üçün kredit götürmüş və qismən də olsa müəllimlərin əmək haqqısını ödəmişdir. Müqavilə şərtlərinə görə yekunda imtahan keçirilməli və sertifikat verilməli idi. Müqavillənin 4.3.1.1-ci bənddən görünür ki, adambaşına maliyyələşmə məbləğinin müvafiq tədris ayına duşən hissəsi adambaşına maliyyələşmə xərc məbləğinin 60%-ni bu Müqavilənin 2.2-ci bəndində qeyd olunan tədris günlərinin sayına bölüb müvafiq tədris ayında oian tədris günlərinin sayına vurmaqla müəyyən edilir və müvafiq ayın ödəniş sənədləri (hesab faktura, elektron qaimə və s), və davamiyyət cədvəli əsasında növbəti tədris ayının bitdiyi tarixdən 10 (on) iş günü ərzində ödənilir. Müqavilə üzrə ümumi məbləğin 60%-i ödənilib. Məbləğin 40%-nin ödənilməsi sonrakı prosesdir. Burada kursun keçirilməsinə ayrılan zaman günəmuzd kimi götürülüb, saat hesabı kimi götürülməyib. 2 növbə olub və axşama kimi tədris davam etmişdir. Müqavilənin 3.1.8-ci bənddə sifarişçinin hüquqları sırasında icraçı vəzifələrini vaxtında və dəqiq icra etmədikdə, eləcə də qanun və qaydanın tələblərinin pozulduğu, eləcə də peşə hazırlığında müdavimin şikayəti əsasında kobud pozuntu halları aşkar edildikdə icraçıdan kursu dayandırmağı və dayandırıldığı tarixədək bu müqavilə üzrə icraçıya ödənilən məbləğin sifarişçiyə geri qaytarılmasını tələb etmək hüququ qeyd edilib. Sifarişçi müqavilə üzrə bu hüququndan istifadə etməmişdir. Müqaviləyə xitam verilmə qaydası da tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilib. Xəbərdarlıq, müqavilənin ləğv edilməsi barədə pretenziya onlara iddia qaldırdıqdan sonra qarşı tərəfdən daxil olmuşdur. Müqavilə üzrə öhdəliyi birinci olaraq qarşı tərəf yerinə yetirməmişdir. Belə ki, cavabdehə iddiaçı tərəfindən müxtəlif kurslar təşkil edilməsinə baxmayaraq ödənişlər tam olaraq edilməmişdir. Müqavilə şərtlərinin nə dərəcə yerinə yetirilb yetirilməməsi hallarını yoxlayırıq. Bu isə yolverilməzdir. Çünki yoxlama aparılan zaman aşkara çıxmış nöqsanlar araşdırılmalıdır. Məhkəmə iclasları gedişatı zamanı üzə çıxan yeni halları mübahisələndirmək absurd məsələdir. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiklərindən uzun müddət keçdikdən sonra, yoxlama aparılan zaman tərtib edilmiş aktda qeyd edilməyən məsələni tərəfin hazırda kursun keçirilmə saatlarına istinad edərək ödənişləri etmədiyini vurğulaması əsassızdır.Məhkəmə iclasında şahidlərin ifadəsindən sonra qüsurlu hal kimi buna istinad olunması yolverilməzdir. Tərəfin təqdim etdiyi excel faylda fərqli rənglərdə, qrafada göstərilmiş şəxslər barəsində verilən açıqlama onlara məlum deyil. Qarşı tərəfin bildirdiyi digər əlavə kurslara cəlb edilən müdavimlərin Excel faylda adı qeyd edilməsə də, ola bilər ki, həmin müdavimlərin adları ümumi siyahıda olmuşdur. Tərəflər arasında kursun keçirilməsi ilə bağlı müqavilə bağlanılmışdır. 2024-cü ilin aprel ayının sonları və may ayının əvvələrində cavabdeh tərəfindən monitorinqin nəticələri və ya kursun dayandırılması barədə hər hansı məlumat daxil olmamışdır.Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək etirazda göstərilənləri təsdiq etmiş və əlavə olaraq da bildirmişdir ki, ödənişlər müqavilə şərtlərinə uyğun olaraq 60%-40% nisbətdə edilirdi. Ödənişin 60% tədris müddəti ərzində, 40% müəssisə üzərinə düşən öhdəlik üzrə kursu bitirən vətəndaşları işlə təmin etdikdən sonra edilirdi. Cari faktiki vəziyyətdə ödəniş məbləğ kursu nə qədər vətəndaş bitiribsə ona uyğun hesablanmalıdır. Yəni bu o deməkdir ki, müqavilədə nəzərdə tutulan məbləğ tam ödənilməyə bilər. Müqavilə üzrə 97 nəfər cəlb edilsə də 3 nəfər xaric edilmişdir. Xaric edilmə müxtəlif səbəblərdən olmuşdur. Bu səbəblərə kurs müddətində işə düzələ bilmələri və ya təlimə gəlmədikləri üçün qayıb limitini keçməsi halları şamil edilə bilər.Xaric edilmə dövrünə kimi həm vətəndaşa, həm də müəssisəyə ödəniş edilir. İlk ay mart ayının 4-dən 31-nə kimi iş günlərinə uyğun olaraq 34000 manata yaxın müəssisəyə ödənişlər edilmişdir. Aprel ayının ödəniş olmamış, dayandırılmışdır. Təqvim ayına görə 1 aylıq ödəniş cari ay üzrə deyil, 1 ay öncəki ayın ödənişi olaraq edilirdi. Belə ki, aprel ayında edilən ödəniş mart ayında aparılan tədris proqramına görə olmuşdur. Aprel ayının tədrisinə görə may ayında ödəniş olunmaması səbəbləri may ayında monitorinq oldu və akt tərtib edildi. Agentlik tərəfindən araşdırma aparıldığı üçün ödənişlər dayandırıldı. Bu səbəbdən növbəti ayların da ödənişləri edilmədi. Davamiyyət cədvəllərinə əsasən həmin ayların tədris programının aparıldığını və vətəndaşların iştirakını qəbul edir. Davamiyyət cədvəlləri müəssisə tərəfindən tərtib edilir və imzalanır. Yəni, təktərəfli olur. Burada Agentlik tərəfindən hər hansı möhür imza olmur. 26 apreldə aparılmış monitorinq nəticəsində nöqsanlar aşkarlanmışdı. Belə ki, müqavilə üzrə müəssisə “backend and fronted developer” ixtisası üzrə komissiyaya müraciət etmişdi. Lakin monitorinq zamanı cəlb olunan 97 nəfərdən 10 nəfərə daha aşağı məbləğdə kurslar təşkil edildiyi ortaya çıxdı. Bir növ Agentlik müəssisəyə maksimum məbləğ üzrə müraciət etsə də daha aşağı məbləğdə tədris aparılmışdır. Aktda da qeyd olunduğu kimi 10 nəfərə interier dizayn,qrafik dizayner və rəqəmsal marketinq ixtisası üzrə tədris aparılıb. Bu aktı da təlim-tədris işləri üzrə direktor Şahid11 imzalayaraq təsdiqləmişdir. 97 nəfərin kimlər olması barədə məlumat müqavilənin əlavəsində qeyd edilib. 3 may tarixli aktın əlavəsində qeyd edilən 10 nəfər 97 nəfərin içərisindədir. “Backend and fronted developer” ixtisası üzrə 4500 manatdır digərlərində təxmini 1000-2000 manat məbləğdir. Məsələ ilə bağlı araşdırma getdiyi üçün ödənişlər dayandırılıb. Müqavilənin şərtlərinə əsasən kobud pozuntu halı aşkar olunduğu zaman müqavilənin icrasını dayandıra bilərik. Kobud pozuntu halı dedikdə tədrisi daha yüksək məbləğdə müqavilə bağlayıb daha aşağı məbləğdə kursların tədris olunmasıdır. Onların məqsədi həmin ixtisas üzrə əmək bazarında vətəndaşların yetişdirilməsidir. Vətəndaş istəsə həmin aşağı məbləğdə olan ixtisaslar var və bununla bağlı müəssisəyə müraciət edə bilərdi. Bu vəziyyətdə açıq-aşkar görünür ki, müəssisənin əsas məqsədi daha çox vəsait əldə etmək olmuşdur. Müqavilə üzrə kursda təhsil alan ümumi 97 nəfər müdavimdən 10 nəfəri müqavilədən kənar ixtisaslar üzrə təlimə cəlb olunmuşdur. Bu səbəbdən o hesab edir ki, İddiaçı MMC tərəfindən yol verilən pozuntular tərəflər arasında bağlanılmış müqavilənin 3.1.8-ci və 3.4.12-ci bəndlərinin tələblərinə əsasən müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi üçün əsasdır. Müqavilənin 8.1-ci bəndinə əısasən Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Tərəflərdən biri bu Müqavilə üzrə nəzərdə tutulan vəzifə öhdəliklərini kobud şəkildə pozduqda digər tərəf 10 (on) gün əvvəlcədən yazılı xəbərdarlıq verməklə pozuntu halının əsaslılığına dair aparılan araşdırma nəticələrinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Müqaviləyə istənilən vaxt xitam verə bilərdilər. Müqavilənin 8.3-cü bəndində müqaviləyə xitam verilməsi tərəfləri müqaviləyə xitam verilməsi tarixinədək üzərlərinə götürdükləri öhdəiliklərin icrasından azad etmədiyi qeyd edilib. 2024-cü ilin dekabr ayında bununla bağlı qarşı tərəfə xəbərdarlıq göndərilmişdi. Həmin ünvanda olmamışlar. Müəssisə kursu tam yekunlaşdırıb onlara müraciət etməmişdir. Müəssisə kursu tam yekunlaşdırmadığı üçün üzərinə götürmüş öhdəliyi yeirnə yetirməmişdir. Onlar müəssisəni seçərkən müəssisənin potensialını nəzərdən keçirdib, seçirlər. Onlar tərəfindən 3 ay ərzində ödənilməyən vəsaitə əsasən müəssisənin fəaliyyəti dayandırıla bilməz. İmzaladıqları vaxtlarda kursun keçirilməsi mübahisələndirilmir. 4 ayın davamiyyət cədvəli onlara təqdim edilib və onlar da vətəndaş şikayətlərinin qarşısının alınması və bu layihənin sosial layihə olması səbəbindən müdavimlərə ödənişlər etmişlər. Təqaüdün məbləği stabil olduğu üçün aktlarda qeyd olunan 10 nəfər üzrə də ödəniş edilmişdir. İlkin monitorinq aprel ayının 26-da olmuşdur. Müdavimlərin təqaüdünü ayın ilk 10 günlüyündə edirlər. Artıq ardıcıl olaraq şikayətlərin daxil olması onlarda həmin müəssisəyə ödənişi dayandırmağa əsas yaratdı. Tabellər əsasında təqaüdləri ödəyirdilər. Müdavimlərin tabel üzrə iştiraklarını təsdiq etsələr də kursun keyfiyyəti, tələb olunan kursun tam olaraq keçirilməsini qəbul etmirlər. Əlavə vətəndaşların kursda iştirak etməməsinin müqavilədə qeyd edilməməsi o demək deyil ki, onların qeyd etdikləri, göstərdikləri müdavimlərdən əlavə qarşı tərəf say çoxluğu ilə başqa tələbələrə də eyni anda kurs keçirilə bilər. Həmçinin tərəflər arasında bağlanılmış müqavilədə “backend and frontend developer” istiqaməti üzrə kurslardan başqa digər ixtisaslar da keçirilə biləcəyi qeyd edilməmişdir. Onlara yoxlama keçirilən ana kimi göndərilmiş davamiyyət cədvəlləri üzrə müdavimlərin hər birinin iştirakı “backend and frontend developer” ixtisası üzrə idi, lakin monitorinq zamanı başqa ixtisaslar üzrə təlimin keçirildiyi aşkar olunmuşdur. Müəssisənin davamiyyət cədvəllərinin düzgün tərtib etməməsi onlar tərəfindən müəssisəyə əlavə ödənişlərin ödənilməsinə səbəb olmuşdur. Bu da dövlət büdcəsinin mənimsənilməsinə gətirib çıxardan haldır. Tərəflər arasında bağlanılmış müqavilənin mahiyyəti “backend and frontend developer” istiqaməti üzrə təlimin keçirilməsi idi. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək etirazda və yazılı çıxışda göstərilənləri təsdiq etmiş və əlavə olaraq da bildirmişdir ki, tərəflər arasında bağlanılmış müqavilədə yalnız “Backend and Frontend developer” ixtisası qeyd edilib. İddiaçıya göndərilmiş məktubda bir neçə ixtisas üzrə təlim keçirilməsinə icazə verilsə də bununla bağlı onların yazılı razılığı olmamışdır. Gün ərzində 6 saatdan artıq dərs ola bilməz və keçirildiyi təqdirdə onun heç bir səmərəsi yoxdur. Onlar keçirilmiş kurslara görə maliyyə ayırır və bu kursların keyfiyyətinin yüksək olmasına çalışırlar. Aparılan yoxlama zamanı kobud pozuntu olması qənaətinə gəliblər və bununla bağlı iddiaçıya rəsmi olaraq müraciət edilmişdi. Kütləvi şikayətlər daxil olduqdan sonra araşdırma aparıldı və tərəfə araşdırılma aparılması ilə əlaqədar məvaciblərin ödənilməsi ilə bağlı gözləmələrini bildirmişdilər. Kurs mart ayının əvvəli başlayıb sonunda qurtarırdı və daha sonra onlar tabellər əsasında qarşı tərəfə ödəniş edirdilər. Bu prosedur növbəti ayın əvvəllərinə kimi davam edirdi. Bu səbəbdən aprel ayının ödənişi may ayının əvvəlində ediləcəkdi. Onlarda isə aprel ayının əvvəllərində şikayətlər, ərizələr daxil olması səbəbdən yoxlama, araşdırma aparıldı. Şikayətlərin qarşısının alınması məqsədilə təqaüdlərin ödənilməsi, lakin məvaciblərin ödənilməsinin bir müddət gözlənilməsi və araşdırma edilməsi barədə rəhbərlikdən onlara tapşırıq verildi. Odur ki, aprel-may-iyun aylarında təqaüdlərin ödənişi dayandırılmadı, lakin təqaüdlərin ödənilməsi müəssisənin kobud pozuntu hallarını göz önündə tutaraq müəssisəyə də ödəniş etməsinə dəlalət etmir. Şahid3 ifadəsində “frontend” üzrə təlimlərə həftədə 3 gün, “qrafik dizayner” üzrə təlimlərə isə həftədə 2 gün qatıldığını bildirdi. Bunlarla yanaşı müdavimə ünvanlanan suallardan bəlli oldu ki, müəssisə tərəfindən cəlb olunduğu ixtisas üzrə heç bir imtahan təşkil edilməmişdir. Şahid3 ifadəsində gün ərzində cəmi 4 saat dərs keçirildiyi bildirildi. Həmçinin ifadəsindən belə anlaşıldı ki, sanki şahid onlara qarşı aqressiyası var və ya qarşı tərəflə sövdələşmişlər. 97 nəfərdən 10 nəfər digər ixtisas üzrə kursa cəlb olunub. Onlar iddiaçı tərəfin iddia etdiyi kimi müəssisəyə hər hansı ödənişlərin edilməsi və ya əlavə 100 nəfər müdavimin kursa cəlb edilməsi ilə bağlı söz verməmişlər. Belə ki, yoxlama gedən zaman onlara 2-ci qaimə təqdim edildikdə onlar qaimələri geri qaytarmış, araşdırma prosesi getməsi səbəbindən ödənişlərin olmayacağını bildirmişlər. Geri qaytarılmış e-qaimələr də buna sübutdur. Şahid11 tərəfindən Şahid13 e-mail vasitəsi ilə göndərilmiş qrup cədvəlindən görünür ki, tədris kursu gün ərzində 4 saatdan artıq keçirilməmişdir. Yaşıl rəngdə olanlar həmin kurs üzrə tədris alan şəxslərdir. Qarşılarında DMA Müqavilə yazılan şəxslər qarşı tərəflə bağlanmış müqavilə çərçivəsində kursa cəlb edilən 97 nəfərdir. Qarşısında DMA yazılan şəxslər tədrisin keçirilməsi ilə bağlı müqavilə bağlanılmayan müdavimlərdir. Sarı rəngdə adları qeyd edilən müdavimlər başqa ixtisas üzrə tədris alan şəxslərdir. Qarşı tərəfin gətirdiyi bütün təlimçi şahidlər təlim materiallarının çox olması və vaxtın az olması səbəbindən 5,5 saat dərs keçirilməli olduğu halda 4 saat təlim keçdiklərini təsdiqlədilər. 4 saat keçirilməsi müqavilənin pozuntu halı kimi nəzərdə tutulur. Ola bilər ki monitorinq zamanı bu hal aşkarlanmasa da hal-hazırda müəyyən olunur ki, kurs özü də müqavilədə göstərilmiş saat aralığında təlim keçməmişdir. Onlara daxil olan şikayətlərdən və Firudin müəllimin verdiyi sxemdən də dərslərin qrafik üzrə 4 saat keçirildiyi və gün ərzində 4 saatdan artıq olmadığı açıq-aşkar görünür. Qrafikdən də göründüyü kimi müdavimlərə eyni vaxtda həm backend, həm də frontend developer ixtisası üzrə tədris keçirilməyib. Müəssisə kurslara cəlb olunan müdavimlərə həftədə 3 gün tədris aparmasına baxmayaraq davamiyyət cədvəllərində bütün iş günlərinə imza atdırmışdır. Bununla yanaşı qeyri-iş günlərində də tədrisi təşkil etmişdir. Eyni zamanda şahid qismində çıxış edən təlimçilərin hər biri peşə kursunun təliminə vaxt çatmadığını bidirdirdiyi halda, müəssisə Filial ilə bağladığı müqavilənin əsas şərtlərindən birində tədris günündə 5,5 saat təlim kerilməsi şərtini pozaraq gündə 4 saat təlim keçilmişdir ki, bu da təlimçilərin təsdiqlədiyi kimi kurs materiallarının müdavimlərə tam çatdırılmamasına səbəb olmuşdur. Həmçinin, bəzi müdavimlərin “backend and frontend developer” istiqaməti üzrə kurslara yönəldilməsinə baxmayaraq, müəssisə tərəfindən Agentliyə və müqavilə tərəfi kimi çıxış edən Filiala heç bir məlumat vermədən müdavimlərin başqa istiqamətlər üzrə təlimlərə qoşulmasına şərait yaratmışdır. Şahid qismində çıxış edən təlimçilərdən Şahid22, Şahid15 və Şahid21 peşə kursu üzrə təlimçi kimi təqdim olunmuş, bu təlimçilərin bilik və bacarıqlarına görə qeyd olunan peşə üzrə təlimlərin keçirilməsi Agentlik ilə razılaşdırıldığı halda digər təlimçi və şahid qismində çıxış edən Şahid19 təlimçi kimi təlim keçiriməsi Agentlik ilə razılaşdırılmamışdır. Qeyd olunan bütün bu hallar müqavilə şərtlərinin kobud şəkildə pozulması, eyni zamanda İşsizlikdən sığorta fondu hesabına maliyyələşmədə dövlət vəsaitinin sui istifadə olunmasına və səmərəsiz xərclənməsinə səbəb yaratmışdır. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialı (sifarişçi) (DMA MMTF) ilə İddiaçı MMC (icraçı) arasında bağlanılmış “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024-cü il tarixli, MMTF- 57/2024 saylı Müqaviləyə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “backend and frontend developer” üzrə hazırlıq kursuna cəlb edilmiş 97 nəfər müdavim üçün 101 gün, 555.5 saat həcmində tədris proqramı ilə peşə hazırlığının nəzəri hissəsini əyani və praktiki hissəsini əyani formada həyata keçirilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, Sifarişçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na (bundan sonra - Qayda) əsasən işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkil edilməsinə dair xidmət təklifi İcraçı tərəfindən qəbul edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin İcraçıdan qəbul edilməsini və dəyərinin müqavilənin 4-cü bəndinə uyğun olaraq İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.8-ci bəndinə əsasən Sifarişçinin, müqavilə üzrə İcraçı vəzifələrini vaxtında və dəqiq icra etmədikdə, eləcə də Qanun və Qaydanın tələblərinin pozulduğu, eləcə də peşə hazırlığında müdavimin şikayəti əsasında kobud pozuntu halları aşkar edildikdə icraçıdan kursu dayandırmağı və dayandırıldığı tarixədək bu Müqavilə üzrə İcraçıya ödənilən məbləğin Sifarişçiyə geri qaytarılmasını tələb etmək hüququ vardır. Müqavilənin 3.4.2, 3.4.4 və 3.4.12-ci bəndlərinə əsasən İcraçı Peşə hazırlığını bu Müqavilə, Qanun və Qayda ilə müəyyən olunmuş formada təşkil etməli, beşgünlük iş həftəsinə uyğun olaraq təlim-tədrisi rəsmi iş günlərində həyata keçirməli və bu müqavilənin 3.1.8-ci yarımbəndində qeyd edilən hal baş verdikdə peşə hazırlığı kursunu dayandırmalı və bu Müqavilə üzrə ödənilən məbləği Sifarişçiyə geri qaytarmalıdır. Müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun təşkil edilən peşə hazırlığının xərclərinin məbləği (adambaşına maliyyələşmə məbləğinin miqdarı 4500 manat (ƏDV daxil olmaqla) ümumilikdə 436500 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndinə əsasən 1 (bir) tədris ayı peşə hazırlığı kursunun başladığı və ya əvvəlki tədris ayının bitdiyi tarixdən növbəti təqvim ayının həmin tarixinə qədərki dövrü əhatə edir. Müqavillənin 4.3.1.1-ci bənddən görünür ki, adambaşına maliyyələşmə məbləğinin müvafiq tədris ayına duşən hissəsi adambaşına maliyyələşmə xərc məbləğinin 60%-ni bu Müqavilənin 2.2-ci bəndində qeyd olunan tədris günlərinin sayına bölüb müvafiq tədris ayında olan tədris günlərinin sayına vurmaqla müəyyən edilir və müvafiq ayın ödəniş sənədləri (hesab faktura, elektron qaimə və s), və davamiyyət cədvəli əsasında növbəti tədris ayının bitdiyi tarixdən 10 (on) iş günü ərzində ödənilir. Müqavillənin 4.3.2.4-cü bənddən görünür ki, icraçı ödəniş sənədlərini (hesab faktura, elektron qaimə və s) Sifarişçiyə təqdim etdiyi tarixdən sonrakı 10 (on) iş günü ərzində müvafiq ödəniş icraçıya ödənilir. İddiaçı MMC-də 101 gün, 555,5 saat müddətində təşkil olunan “backend and frontend developer” peşəsi üzrə hazırlıq kursunun davamiyyət cədvəllərindən aprel-mayiyun aylarında hansı müdavimlərə təlim tədris kursu keçirildiyi görünür. X16 X26 Sənəd nümunələrinin tərtib olunma X8 Davamiyyət cədvəlində davamiyyət cədvəlinin tərtib olunması göstərilərək, müəssisələr tərəfindən müdavimlərin peşə hazırlığı kurslarında iştirakını təsdiq edən davamiyyət cədvəlinin Dövlət X6 Mühasibatlıq və Təyinat filialı tərəfindən ödənişlərin icra olunması və müdavimlərin iştirakını təsdiq etmək üçün əsas maliyyə sənədi hesab edildiyi, bu səbəbdən davamiyyət cədvəli təqdim olunan formadan fərqli tərtib olunarsa və ya hər hansı çatışmazlıq müəyyən edilərsə davamiyyət cədvəli qəbul edilməyəcəyi, tədris başlamadan öncə tərtib olunmalı əvvəlcədən müəyyən olunan məlumatların qeyd olunub çap edilməli olduğu bildirilmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialına göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda aprel, may, iyun ayları üzrə ödənilməmiş bərc məbləğinin 10 iş gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dövlət X6 Mühasibatlıq və Təyinat filialının göndərişi əsasında İddiaçı MMC-də “Backend and Frontend developer” peşəsi üzrə hazırlıq kursuna cəlb olunan işsiz və işaxtaran şəxslərin kursdan xaricolmalan haqqında xx.xx.2024-cü il tarixli məlumata əsasən X11, X4 və X12 xx.xx.2024-cü il tarixdə yazdıqları ərizələrinə əsasən öz istəkləri ilə kursda iştirakdan imtina ediblər. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif əmək müqaviləsinin bağlanmasi ilə bağli əmək müqaviləsi bildirişlərindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağli əmək müqaviləsi bildirişlərindən kursda iştirak edən müəllimlərin əmək müqaviləsinə bağlama və xitam verilmə tarixlərinin hansı tarix aralığı olduğu görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili” Qaydalarına əsasən işaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X7 (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər. Qaydaların 1.6-cı bəndinə əsasən Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin madditexniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir. Qaydaların 1.6-cı bəndinə əsasən peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir. Qaydaların 2.5-ci bəndinə əsasən Peşə hazırlığına cəlb olunmuş işsiz, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərə təhsil aldıqları dövrdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Qaydaların 3.4-cü bəndinə əsasən nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Agentlik tərəfindən peşə hazırlığı müəssisəsinə tərəflər arasında bağlanılmış müqavilələr və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında həyata keçirilir. Bir müdavimə müəyyən edilmiş xərclər peşə hazırlığı müəssisəsinə təqdim etdiyi rəsmi ödəniş sənədləri və hesab-fakturalar (invoyslar) əsasında tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq, Agentlik tərəfindən vəsaitin birbaşa müəssisənin xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə aylar üzrə ödənilir. Dövlət X6 Mühasibatlıq və Təyinat filialı tərəfindən müraciət edən şəxslər barəsində məlumatlar və müraciət vərəqələrində şikayətin əsasları qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli tərtib edilmiş aktda X7 Daxili nəzarət və audit departamentinin Daxili audit şöbəsinin müdiri Şahid12, həmin şöbənin böyük mütəxəssisi Şahid13, Mərkəzi Mühasibatlıq və X20 məşğulluq tədbirlərinin təyinatı şöbəsinin mütəxəssisi Şahid14 İddiaçı MMC-nin tələbə işləri üzrə direktoru Şahid11 imzalarını təsdiqləyərək ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də "Peşə hazırlığının təşkilinə dair" müqavilə əsasında "Backend and frontend developer" ixtisası üzrə keçirilməsi nəzərdə tutulan kurslarda tədris prosesinin icra vəziyyətinə xx.xx.2024-cü il saat 12:00 radələrində baxış keçirildiyini və baxışın nəticələrini təsdiqləmişlər. Baxışın nəticələrinə əsasən tədris müddətində dərs otağında Agentlik hesabına kurs keçən müdavimlərlə yanaşı, eyni zamanda müəssisə tərəfindən Agentliyə təqdim olunmuş, lakin iştirakı MMTF tərəfindən təsdiq edilməmiş vətəndaşlarını iştirakını, müqavilə əsasında keçirilməsi nəzərdə tutulan kursun ixtisası “Backend and frontend developer” olsa da, bir dərs otağında müdavimlərə faktiki olaraq “Qrafik dizayner” ixtisası üzrə tədrisin həyata keçirildiyi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli tərtib edilmiş aktda X7 Daxili nəzarət və audit departamentinin Daxili audit şöbəsinin müdiri Şahid12, həmin şöbənin böyük mütəxəssisi Şahid13, Mərkəzi Mühasibatlıq və X20 məşğulluq tədbirlərinin təyinatı şöbəsinin mütəxəssisi Şahid14 "xxxx" MMC-nin tələbə işləri üzrə direktoru Şahid11 imzalarını təsdiqləyərək ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də "Peşə hazırlığının təşkilinə dair" müqavilə əsasında "Backend and frontend developer" ixtisası üzrə keçirilməsi nəzərdə tutulan kurslarda tədris prosesinin icra vəziyyətinə xx.xx.2024-cü il saat 15:00 radələrində baxış keçirildiyini və baxışın nəticələrini təsdiqləmişlər. Baxışın nəticələrinə əsasən Qrafik dizayner - (tələbə sayı -11 nəfər, Agentlik tərəfindən təqaüd ödənilən-1 nəfər) Front end - (tələbə sayı -13 nəfər, Agentlik tərəfindən təqaüd ödənilən-12 nəfər) Python - (tələbə sayı -16 nəfər, Agentlik tərəfindən təqaüd ödənilən- 9 nəfər) müdavimlər ixtisasa cəlb edilmişlər. Qruplar üzrə müdavimlərin adlarının əks olunduğu cədvəllər akta əlavə edilmişdir. Cədvəl 1-ə əsasən Şahid2, X1 Dizayn ixtisasına cəlb olunmuşdur. Cədvəl 2-ə əsasən X18,Şahid4, Şahid5, X10, Şahid7 Qrafik dizayner ixtisasına cəlb olunmuşdur. Cədvəl 3-ə əsasən X23, Şahid9, Hacıyev X5 marketinq ixtisasına cəlb olunmuşdur. Təlim-tədris proqramına əsasən təlim-tədrisin nəzəri hissəsinin faizi, təlim-tədrisin praktiki hissəsinin faizi, təlim-tədris proqramının həcmi (saat ilə), təlim-tədris proqramının həcmi (gün ilə), istifadə və istinad olunan vəsaitlər (ədəbiyyat siyahısı), təlim-tədris nəticələrinə görə müdavimlərin bilməli olduqları və təlim-tədris nəticələrinə görə müdavimin bacarmalı oludqları qeyd edilmişdir. Dövlət X6 Mühasibatlıq və Təyinat filialı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli müqaviləyə xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubundan görünür ki, kobud pozuntuların xarakteri, Müqavilənin 3.1.8 və 3.4.12-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla. Müqavilənin 8.2-ci yarımbəndinə uyğun olaraq xəbərdarlıq məktubu "xxxx" MMC-yə rəsmi təqdim edildiyi tarixdən 10 (on) gün sonra Filial tərəfindən birtərəfli qaydada ləğv ediləcəkdir. Dövlət X6 Mühasibatlıq və Təyinat filialı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, Müqavilənin icra zamanı İcraçı tərəfindən yol verilən kobud pozuntuların xarakteri. Müqavilənin 3.1.8 və 3.4.12-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla. Müqavilə üzrə qalıq öhdəliklər icra edilməməsi şərti ilə Müqavilənin 8-ci hissəsinin “b” bəndinə uyğun olaraq yazılı xəbərdarlıq verilməklə Müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Dövlət X6 Mühasibatlıq və Təyinat filialı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun cavablandırılması haqqında məlumata əsasən müqavilənin icrası zamanı Müəssisə tərəfindən yol verilən kobud pozuntuların xarakteri, Müqavilənin 3.1.8-ci və 3.4.12-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, Müqavilə üzrə qalıq öhdəliklər icra edilməməsi şərti ilə Müqavilənin 8-ci hissəsinin “b” bəndinə uyğun olaraq yazılı xəbərdarlıq verilməklə Müqavilənin Filial tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı Müəssisəyə 28 dekabr 2024-cü il tarixli 3-17-2/2- 64151/2024 nömrəli məktub ünvanlanmışdır. Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6 Mühasibatliq və Təyinat Filialının xx.xx.2024-cü il tarixli Əmrinə əsasən xx.xx.2024-cü il tarixli MMTF-57/2024 nömrəli müqaviləyə əsasən əmrin ƏLAVƏ 1də adları qeyd olunan 97 nəfər şəxs xx.xx.2024-cü il tarixindən “GARAGE-1" MMC tərəfindən 101 gün, 555.5 saat müddətində təşkil olunacaq “backend and frontend developer" peşəsi üzrə hazırlıq kursuna cəlb olunsun. xx.xx.2024-cü il tarixli Regional Məşğulluq filialları üzrə “Peşə hazırlığı kurslarının ödənişlər” cədvəlindən görünür ki, MM1T-57/2024-cü il müqaviləsinə əsasən peşə hazırlığı kursu xx.xx.2024-cü ildən başlamış, müqavilə üzrə 1 müdavimə düşən məbləğ 4500 manat, Abşeron-Xızı ərazisi üzrə ödəniləcək məbləğ 6736,68 manat, Bakı ərazisi üzrə ödəniləcək məbləğ 26443,76 manatdır. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş tapşırığına əsasən 17 dekabr 2019-cu il tarixli 1887/19M saylı müqavilə üzrə Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6 Mühasibatliq və Təyinat Filialı tərəfindən İddiaçı MMC-nin hesabına 35180,44 manat ödəniş həyata keçirilmişdir. EBEB seriyalı, 990838 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən **********-Bakı RMF üzrə bağlanmış MMTF-57/2024 N-li müqavilə, Backend and Frontend developer kursu üzrə 76 nəfərlik 1-cı ay ödəniş üzrə 28443,76 manat, 998690199ö- Abşeron-Xızı RMF üzrə bağlanmış MMTF-57/2024 N-li müqavilə Backend and Frontend developer kursu üzrə 18 nəfərlik 1-ci ay ödənişi üzrə 6736,68 manat məbləğin ödənilməsi üçün İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6 Mühasibatliq və Təyinat Filialına ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli MB/425-24 nömrəli hesab-fakturaya əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6 Mühasibatliq və Təyinat Filialının İddiaçı MMC -nin hesabına 35180,44 manat borcu vardır. Təqdim edilmiş e-mail yazışmalarına əsasən İddiaçı MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X6 Mühasibatliq və Təyinat Filialına davamiyyət cədvəlləri, tədrislə bağlı əlavə məlumatlar göndərilmişdir. Müdavimlər tərəfindən İddiaçı MMC-yə ünvanlanmış izahatlardan görünür ki, izahatları alınan müdavimlərə “Backend and Frontend developer” ixtisası ilə yanaşı, həmçinin “Rəqəmsal media və marketinq mütəxəssisi” və “Qrafik dizayn” ixtisasları üzrə təlim keçmək icazəsi verilmişdir. Şahid11 tərəfindən Şahid13 e-mail vasitəsi ilə göndərilmiş qrup cədvəlindən görünür ki, tədris kursu gün ərzində 4 saatdan artıq keçirilməmişdir. Yaşıl rəngdə olanlar həmin kurs üzrə tədris alan şəxslərdir. Qarşılarında DMA Müqavilə yazılan şəxslər tərəflər arasında bağlanmış müqavilə çərçivəsində kursa cəlb edilən 97 nəfərdir. Qarşısında DMA yazılan şəxslər tədrisin keçirilməsi ilə bağlı müqavilə bağlanılmayan müdavimlərdir. Sarı rəngdə adları qeyd edilən müdavimlər müqavilə üzrə olan, lakin başqa ixtisas üzrə tədris alan şəxslərdir. Belə ki, Şahid2, X1 Dizayn ixtisası, X18,Şahid4, Şahid5, X10, Şahid7 Qrafik dizayner ixtisası, X23, Şahid9, Hacıyev X5 marketinq ixtisası üzrə tədrisə cəlb olunmuşdur xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 426 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid22 bildirmişdir ki, İddiaçıMMCdə frontend developer proqramlaşdırma müəllimi kimi fəaliyyət göstərmişdir. İlk dəfə orada bu sahə üzrə 2023-cü ilin yay aylarında bu müəssisə fəaliyyətə başlayanda müəllim heyətinin formalaşmasında və təlim-tədris proqramının hazırlanmasında yaxından köməklik göstərmişdir. 97 nəfərə təlim-tədris proqramın keçirilməsində iştirak etmişdir. İlk dəfə 100 tələbəyə iştirak etmələri üçün kvota ayrılmışdı. Birinci periodda heç bir problem yaşanmamışdı, lakin 2-ci periodda bir sıra problemlər ortaya çıxdı. 100 tələbəyə X17 tərəfindən təqaüd ödənilirdi. İlk dəfə 2023-cü ildə 100 tələbəyə 6 qrup üzrə həftənin 6 günü o tədris edirdi. Daha sonra 2024-cü ildə isə həftənin 3 günü olmaqla dərs keçdi, lakin 6-cı günlər tədris keçirilmirdi. Backend developer ixtisası üzrə müəllimlər ayrı, frontend developer ixtisası üzrə tədris keçən müəllimlər ayrı idi. 1 müdavim həftə ərzində 3 dəfə dərsə gəlməli idi. Bəzi qruplarda artıq təqaüdlərin ödənilməməsi ilə bağlı müdavimlər tərəfindən onlara müraciət daxil olmağa başlamışdı. Bu müraciətləri Toğrul müəllimə yönəldirdilər. Çünki təqaüd ödənilmədiyi halda tələbə də oxumaq istəmir, kursa həvəssiz yanaşırdı və bu da dərsin keyfiyyətinə təsir edirdi. Daha sonra Toğrul müəllim bildirdi ki, 100 tələbənin ödənişi olunur, digər 100 tələbənin isə təqaüdü X17 tərəfindən ödənilmir. 3 aya kimi qismən ödəniş edilməklə İddiaçı MMC-də müəllim kimi fəaliyyət göstərmişdi. Çünki Toğrul müəllim kredit götürməklə müəllimlərin məvacibinin müəyyən hissəsini təmin edirdi. 3 aylıq ödənilməli olan məbləğdən 2151 manat məvacib borcu qalmışdı. Tədris proqramını ötən ilin iyun və ya iyul ayında dayandırmışdır. Tədris prosesinin keyfiyyətsiz, düzgün təşkil edilməməsi ilə bağlı onlara hər hansı qurumdan xəbərdarlıq və ya rəsmi müraciət daxil olmamışdır. X7 nümayəndələri yoxlama aparılması məqsədilə onun dərsində iştirak etmişdilər. Davamiyyət cədvəlləri ilə mentor məşğul olurdu. O, hər bir tələbənin ayrılıqda iştirakını yoxlayırdı. Yoxlama zamanı siyahıda adı olmayan, lakin sinifdə olan bir neçə tələbənin adı çıxmışdır. Məşğulluq Agentliyinə təqdim edilən cədvəllə onların əlavə cədvəllərində uyğunsuzluq olduğu ortaya çıxdı. Əslində bu tələbələr kənar tələbə deyildi. Məhz onların təqdim etdikləri tələbə idi və qeyd edilən kursda iştirak edirdilər. Sadəcə əlavə bilgi üçün onun qrupunda iştirak edirdilər. Hansı ki, həmin tələbələr səhər qrupunda da iştirak edirdilər və rəhbərliyin icazəsi ilə dərsi zəif qavraması səbəbindən təkrar eyni dərsdə ödənişsiz iştirak etmək istəmişdilər. Həmin gün yoxlama aparıldıqdan sonra bu problemlər yaranmağa başladı. Eyni zamanda iki ixtisasda adları gedən müdavimlərin onun məşğələsində iştirak etmələri digər kurs iştirakçılarına mənfi təsir göstərmirdi. Frontend developer ixtisası üzrə təhsil almağa gələn tələbə digər backend developer ixtisası üzrə təhsil alan tələbənin əlavə bilik qazanmasına səbəb ola bilərdi. 3 ay ərzində ödənişlər edilmədiyindən, şəxsi ehtiyaclarını qarşılamaq üçün tədris prosesini dayandırmalı olmuşdu. 1-ci növbə səhər saat 9-da başlayırdı. Hər dərs saat yarım davam edirdi. 1-ci növbə fasilə olmaqla saat 1-ə kimi yekunlaşırdı. Hansı müdavim dərsi qavraya bilməyirdisə, o zaman ikinci növbənin dərslərinə qoşulurdu. Təlim-tədris programında qeyri-rəsmi olaraq 2024-cü ilin yay aylarında işdən ayrılıb, lakin rəsmi olaraq 2024-cü ilin noyabr ayında COP-29-da iştirak etmək üçün ayrılmalı olub. Frontend developer ixtisası üzrə tədrisi Şahid18 və o, keçirdi. Ondan sonra Vüsal müəllim tədrisi davam etdirmişdi. 97 nəfərin hamısına Frontend developer ixtisası üzrə tədris keçirilmirdi. Tələbələrin bəziləri backend developer ixtisası üzrə, bəziləri frontend developer ixtisası üzrə təhsil alırdı. Ümumi olaraq tələbələrin sayı 97 idi. Tədris, kursun seçimi tələbələrin könüllü istəyinə əsasən olurdu. Məşğulluq Agentliyi ilə əlaqə saxlayaraq hansı istiqamət üzrə tədris almaq istədiklərini bildirirdilər. Müqavilə üzrə 97 nəfərin içərisində 1 tələbə həm backend, həm də frontend developer ixtisası üzrə tədrisdə iştirak edə bilərdi. Belə ki, tələbə backend developer ixtisasını gec qavradıqda frontend developer ixtisası üzrə tədris proqramında iştirak edib onu öyrənməyə çalışırdı. 1 müdavimin 2 ixtisas üzrə kursda iştirak etdikdə dərc cədvəllərində də heç bir problem olmurdu. Dərs cədvəlləri uyğun gəlirdi. Frontend developer ilə paralel formada dizayner qrafiklə məşğul olan tələbələri var idi. Bu zaman cədvəllərə uyğun olaraq tələbə iştirak edirdi. Yoxlamadan sonra tədrisi iyul ayına kimi davam etdirmişdi. Onlarda 2 davamiyyət cədvəli var idi. Bir cədvəl Məşğulluq Agentliyi tərəfindən təqdim edilmiş şəxslərin siyahısı üzrə cədvəl, digəri isə sinifdə onlar tərəfindən əlavə tərtib edilmiş cədvəl. Əlavə cədvəldə həm backend developer ixtisası üzrə tədrisdə iştirak edən və eyni zamanda da fronted developer ixtisası üzrə tədrisdə iştirak etmək istəyən şəxslərin siyahısı tutulurdu. Bu siyahını tutmaqda məqsədləri məhz həmin kənar tələbələrin məqsədinin öyrənmək, yaxud vaxt keçirmək, dərslərə maneə yaratmaq üçün olduğunu bilmək idi. Bəzən səhər qrupunda iştirak etməli olan şəxs üzürlü səbəbdən günorta qrupunda iştirak edirdi, bu hallar da yaşanıb. Bu o demək deyil ki, tələbəyə Frontend developer ixtisası tədris edilməyib. Hər hansı müdavimin adının onun ixtisası üzrə siyahıda getməsinə baxmayaraq başqa bir ixtisas üzrə tədris alması halı yaşanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 bildirmişdir ki, 1-3-5-ci günlər backend developer ixtisası üzrə 2 saat tədris keçirdi. Səhər növbəsi idi. Mart ayının 4-də dərslər başladı. Müddət çox keçməsi səbəbindən dərslərin başlama saatlarını dəqiq xatırlamır. Səhər 9 və ya 10-da tədris başlayırdı və arada fasilələr olurdu. Dərslər bitdikdən sonra mentorlar tələbələrə əlavə izahlar vermək, əlavə sualları cavablandırmaq üçün dərslər davam edirdi. Digər günlərdə isə tələbələr gəlib mentorlarla birgə tapşırıqlar edirdilər. Tədris prosesini iyun ayının sonu dayandırmışdı. Son 2-3 ayda məvaciblərin ödənilməməsi səbəbindən tədrisi davam etdirmədi. Əsas və yeganə gəlir yeri ora olması və ödənişlərin edilməməsi səbəbindən maddi cəhətdən sıxıntı çəkməyə başlamışdı. Bununla bağlı şikayət etmiş, lakin heç bir irəliləyiş olmamışdı. Aprel-may-iyun aylarında tədris tam keçirilmişdi. Tələbələr tabel üzrə iştirak edirdilər. Cədvəllərə mentorlar nəzarət edirdi. Müdavimlərin davamiyyəti mentorlar tərəfindən yoxlanılırdı.Yoxlama aparılan zaman aşkar olunan uyğunsuzluqlar barəsində məlumatı olmayıb. Onun qrupunda yoxlama zamanı qeyd edilən hallar yaşanmayıb. Dərsində iştirak edən hər bir tələbənin adı siyahıda var idi. 1dərsdə təqribən 15 müdavimə dərs keçirilirdi. Müdavim sayının dərsin keyfiyyətinə heç bir mənfi təsiri yox idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında backend developer ixtisası üzrə işə başlamışdı. Hansı tələbələrin ödənişli, hansı tələbələrin ödənişsiz tədris aldığını bilmirdi. Ona rəsmi olaraq hansı tələbələrin Məşğulluq Agentliyi tərəfindən göndərilməsi barədə məlumat verilməmişdi. Onun qrupunda 14 nəfər var idi. 1-3-5-ci gunlər saat 7-dən 9-za kimi tədris edirdim. 2-3 nəfər öz ödənişini verib iştirak edirdi, qalan müdavimlər isə Məşğulluq Agentliyi tərəfindən təqaüdü ödənilməklə gəlirdi. 3 ay ödənişlərdə gecikmələr olduğu üçün 2024-cü ilin iyun ayının təqribən ortalarında proqramı yarımçıq dayandırmışdı. Həmin dövrə kimi tələbələrə proqram tam keçirilmişdi.Hər gün dərsdə iştirak edən tələbələrin siyahısı tutulur və cədvəllərə ciddi şəkildə mentorlar tərəfindən nəzarət olunurdu.İyun ayının ortalarında tədrisi dayandırdıqdan sonra onu əvəz edən hər hansı müəllim olmamışdı, tədris keçirilməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 bildirmişdir ki, Garage-1 MMC-də mart ayının əvvəllərində ilk əvvəl mentor kimi, daha sonra müəyyən müddət müəllim kimi işləmişdir. Mentor olduğu dövrdə tabellərin qeydiyyatını aparırdı. Başlanğıc olaraq ödənişlərdə problem yarandı. Daha sonra onlara məlum oldu ki, Məşğulluq Agentliyi ilə İddiaçı MMC arasında problemlər var. İyulun ortalarına kimi tədris davam elədi. Bütün qrupların məsuliyyəti onun üzərində idi. Davamiyyət ciddi formada yoxlanılırdı. O dərsə gələn və iştirak edən hər bir tələbəyə tabel üzrə imza çəkdirirdi. Aparılan yoxlama barəsində məlumatı olmuş, lakin həmin prosesdə iştirak etməmişdir. Kursun dayandırılması və ya tədrisin keyfiyyətsiz olması barədə onlara hər hansı məlumat verilməmişdi. O özü məvaciblər ödənilməməsi səbəbindən tədrisi keçməyi dayandırmışdır. Keçirilən dərsdə neçə müdavim olduğu dəqiq yadında deyil. Müəllim kimi kurs keçdikdən sonra gəlməyən tələbələrlə bağlı məsələni o tənzimləmirdi. O, sadəcə tabeli tələbələrə verir, tələbələr də imzalayıb ona geri qaytarırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, kursda dövlət programı çərçivəsində müdavim kimi iştirak edirdi. Mart ayında tədris başladı. Frontend developer proqramı üzrə dərslərə qoşulmuşdu. İyul ayına kimi davam etdi və həmin vaxta kimi tədrisdə heç bir problem olmamışdı. Onlara Sadıqxan müəllim dərs keçirdi, lakin daha sonra ona əmək haqqı verilmədiyi üçün tədrisi dayandırdı və Vüsal müəllim tədrisi davam elətdirdi. Bir müddət sonra o da əmək haqqısını almaması səbəbindən tədrisi dayandırdı. Davamiyyətlər ciddi olaraq mentorlar tərəfindən yoxlanılırdı. Dərsdə iştirak etmədikdə qayıb yazılırdı. Toğrul müəllim müdavimlərə ödənilən təqaüd onlar gəlmədikdə həmin günlərə uyğun hesablanaraq təqaüddən çıxılacağını onlara bildirmişdi. Təlimlər 1 və 5-ci günlər saat 10-12 aralığında dərs keçirilirdi. 12-2 aralığında isə keçirilən dərslərin praktikası idi. İzahlar verilir, əlavə tapşırıqlar edilirdi. Qruplarında 15-20 müdavim var idi. Bütün tələbələr təqaüd alan tələbələr idi. Frontend developer ixtisası üzrə tədris alırdı. Öz ixtisasından əlavə qrafik dizaynerdə də iştirak etmişdir.Qrafik-dizayneri həftənin 2 günü yarı ödəniş etməklə öz dərsindən əlavə olaraq kursda iştirak edirdi. Belə ki, frontend developer ixtisasına başlayandan sonra qrafik-dizaynerdə də iştirak etmək istəyi yarandı.Toğrul müəllim ödənişli şəkildə orada iştirak edə biləcəyini bildirmişdi. Ona güzəşt edilərək yarı ödəniş etməklə dərslərdə iştirak etmək hüququ yaranmışdı. Bu halın Məşğulluq Agentliyinin proqramına heç bir aidiyyatı yox idi. Müqavilə üzrə 3 ayın sonunda imtahan keçirilməli idi. Lakin onlarda hər ayın sonunda imtahan keçirilir və hər birində iştirak edirdi. Xüsusi olaraq 3 aydan sonra hər hansı xüsusi imtahanda iştirak etməmişdir. Qrafik dizaynerliyə başladıqdan sonra Frontend developer ixtisası üzrə tədris almağı dayandırmamış, lakin iyul ayında Frontend developeri dayandırdıqdan sonra qrafikdizaynerliyə davam etməmişdi. Çünki yaşadığı ünvandan kursa məsafə uzaq olduğundan eyni anda hər iki kursu dayandırmalı olmuşdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 bildirmişdir ki, Daxili Nəzarət departamentinin əməkdaşıdır. Onlarda ümumiyyətlə mütəmadi olaraq tərəfdaş olduğu müəssisələrdə peşə hazırlıq kursları ilə bağlı monitorinqlər keçirilir. Hazırkı qeyd edilən monitorinqdən əlavə digər şirkətlərdə çox sayda monitorinqlərdə özü şəxsən iştirak etmişdir. Sözügedən müəssisədə 26 aprel tarixində ilk dəfə baxış keçirilərkən ilkin olaraq müqavilədə qeyd edilən “Backend and Frontend developer” ixtisasından kənar başqa ixtisasların da keçirilirdiyi aşkar olundu. Həmin tədris otağında onların müdavimlərindən əlavə digər tanımadıqları tələbələr də var idi. Bununla bağlı tələbə işləri üzrə direktor kimi təqdim edən Şahid11 tərəflər arasında bağlanmış müqavilədə belə bir halın nəzərdə tutulmadığını, bunun nöqsan olduğunu qəbul etdiyini və aradan qaldırılacağını bildirdi. Təbii ki, bu hal onlar üçün şübhə obyekti oldu. Növbəti mərhələdə həmin müəssisədə 2-ci dəfə monitorinq keçirtmək qərarına gəldilər. Həmin zaman yenidən həmin nöqsanların olduğunu və aradan qaldırılmadığını gördülər. Yenə də Firudin müəlim onları qarşıladı. Onlar tələbələrlə danışmaq istədikdə Firudin müəllim hazırda dərs prosesinin gedişatını pozmamağı xahiş etdi və tədqiqat işləri üzrə direktor olaraq bütün məlumatları verməyə hazır olduğunu bildirdi. Onlar Firudin müəlliminin otağına keçdilər. Firudin müəllim öz notebookunda onlara göstərdiyi məlumatlara əsasən akt tərtib edildi və Firuddin müəllimin verdiyi məlumatlar əsasında aşkarlandı ki, ümumiyyətlə müqavilə üzrə onların ixtisasına aid olmayan qrafik-dizayner, interyer-dizayn, rəqəmsal-margetinq kurslarında onların müdavimləri iştirak edirlər. Bu da təbii ki, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmayan bir haldır. Bu konkret nöqsan halıdır. Onlar çalışırlar ki, əmək bazarının tələblərinə uyğun olaraq tələb olunan ixtisaslar üzrə tələbələrə kurslar keçirilsin. Burada aşkar olunan nöqsanlara görə akt tərtib edildi və aktı da Firudun bəyin iştirakı ilə təsdiqlədilər. Daha sonra Firudin müəllim aktda olan məlumatların qrup qrafiklər şəklində onlara göndəriləcəyini bildirdi. Həmin gün Firudin müəllim tərəfindən onun şəxsi a-mailinə həmin məlumatları göndərdi. Aktda qeyd olunan hallar Firudin müəllimin göndərdiyi maildə qrup qrafiklərdə öz təsdiqini tapmışdır. Onların əsasnaməsində olan müddəalardan biri də odur ki, Agentliyin tərəfdaş olduğu müəssisələr üzrə planla nəzərdə tutulmuş yoxlama, monitorinqlər həyata keçirtməli, Agentliyin siyasətinin həyata keçirilməsinə nəzarət etməlidir. Monitorinq yoxlamaları, digər yoxlamalar onlarda rəhbərliyin rəsmi icazəsi tərəfindən həyata keçirilir. Heç bir halda rəsmi tapşırıq olmadan, icazə verilmədən yoxlama həyata keçirdə bilməzlər. Tərəflər arasında bağlanılan müqavilədə keçirilən ixtisas “Backend and Frontend developer” ixtisası olaraq nəzərdə tutulub və onlarda peşə hazırlıq kursları keçirilməsi ilə bağlı ixtisas siyahısı var. Orada hər ixtisas üzrə adambaşı maliyyələşmə vəsaiti qeyd edilib. Adambaşına “Backend and Frontend developer” ixtisası üzrə maliyyələşmə məbləği ilə keçirilmiş digər ixtisaslar üzrə kursun maliyyələşmə məbləğində kəskin fərq var. Dərslərin neçə saat keçirildiyini müşayidə edə bilməmişlər. Belə ki, həmin anda aşkarlanmış nöqsanlarla bağlı akt tərtib edilib və dərslərin 5 saat keçirilib-keçirilməməsini müşahidə edə bilməmişlər. Tələbə işləri üzrə direktor Şahid11 tərəfindən göndərilmiş qrup qrafikləri üzrə 3 ixtisasda iştirak edən adları qeyd edilən müdavimlərin digər qruplarda adı yoxdur. Firudin bəy dərs gedişatının pozulmaması üçün həmin zaman müdavimləri çağırıb izahatlarını almaqları üçün onlara şərait yaradılmadı. Həmçinin sonradan da izahatlarını ala bilməmişlər, çünki Firudin bəy onlara aktda qeyd edilənlərlə bağlı bütün məlumatları göndərəciyini bildirmişdi. Lakin Firudin müəllim yalnız müdavimlərin siyahısını e-mailə göndərmişdi. Göndərilmiş siyahıda müdavimlərin gün ərzində hansı qrupda olması barədə məlumatlar qeyd edilmişdi.Həmin siyahıda 97 nəfər müdavimin hər birinin adı qeyd edilmiş və həmin siyahıya uyğun olaraq müəyyən edilir ki, məhz digər ixtisas üzrə tədris alan müdavimlərin müqavilə üzrə keçirilməsi nəzərdə tutulan ixtisasda adı yoxdur. Həmin tədris otağında dərs keçən müəllimi də onlar maliyyələşdirirlər. Digər vətəndaşlar öz ödənişlərini etməklə onların təşkil etdiyi kurslarda iştirak etmələri onların tədrisinin keyfiyyətini aşağı salır. Müqavilədə bununla bağlı xüsusi bənd olmasa da tərəflər arasında olan razılıq belə idi. Onları işlə təmin etmək öhdəliyimiz var. Əgər bir kursda 5 tələbə deyil 10 tələbəyə ixtisas keçirilirsə və imtahanda müdavim uğur qazana bilmədikdə, və ya vətəndaş işlə təmin oluna bilmədikdə müdavimlərdən biri sosial şəbəkədə əlavə tələbələrə kursun keçirilməsi barədə məlumat paylaşsa bu artıq onların şirkətinin nüfuzuna da təsir edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 bildirmişdir ki, “X17“ X31 2 nəfər əməkdaşı və özü Garage-1 MMC-də keçirilmiş hər iki monitorinqlərdə iştirak etmişdir. Aşkar olunmuş əsas nöqsanlardan biri müqavilədə adı qeyd edilməyən şəxslərin peşə hazırlıq kursuna cəlb edilməsi, digəri isə müqavilə üzrə nəzərdə tutulmayan əlavə kursların müdavimlərə cəlb edilməsi idi. Monitorinq qrupunun üzvləri tərəfindən müəssisənin müdir müavini kimi özünü təqdim edən Firudin müəllimin də iştirakı ilə akt tərtib edildi. 1 müdavimin eyni anda 2 ixtisas üzrə təlimə cəlb edilməsi barədə məlumatı yoxdur. Monitorinq keçirilən zaman Firudin müəllimin verdiyi məlumatlar onları kifayət qədər qane etməsi səbəbindən müdavimlərdən əlavə izahatlar almamışlar. Onlar müqavilə üzrə nəzərdə tutulan ixtisas üzrə müəllimə məvacib ödəyirdilər. Belə olan təqdirdə əlavə müqavilə üzrə kursa cəlb edilməyən müdavimlərin kursa cəlb edilməsi, onlarla bərabər təlim keçirilməsi tədrisin keyfiyyətinə mənfi təsir edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 bildirmişdir ki, kursun gedişatı ilə bağlı İddiaçı MMC-yə monitorinqə gediblər. Monitorinq zamanı pozuntular aşkar olunmuşdu. Aşkar olunmuş əsas nöqsanlardan biri də müqavilədə adı qeyd edilməyən şəxslərin peşə hazırlıq kursuna cəlb edilməsi idi. 1 müdavimə eyni anda 2 ixtisas üzrə tədris keçirilməsi nöqsanlı hal kimi nəzərdə tutula bilər. Bütün müdavimlərin onlara müraciəti “backend and frontend developer” istiqaməti üzrə idi. Onlar vətəndaşları həmin ixtisas üzrə də uğurla imtahandan keçənləri işlə təmin edilməsi öhdəliyini götürürlər. Qeyd edilən hallarla bağlı müdavimlərdən izahatlar ala bilməmişlər. Dərs prosesi davam etməsi, dayandırılmaması səbəbindən Firudin müəllim dərsin gedişatını pozmamağını xahiş etmişdi. Müdavim sayı tədrisin keyfiyyətinə təsir edə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Maddə 403.2. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər. Maddə 403.3. Xüsusi qeyd-şərt olmadıqda, işin hallarına, o cümlədən onun məqsədinə əsasən aşağıdakılar müəyyənləşdirilməlidir: 403.3.1. üçüncü şəxs hüquq əldə etməlidir, yoxsa əldə etməməlidir; 403.3.2. bu hüquq dərhal, yoxsa müəyyən ilkin şərtlər olduqda əmələ gəlir; 403.3.3. üçüncü şəxsin razılığı olmadan onun hüququna xitam verməyə və ya hüququnu dəyişməyə müqavilənin tərəflərinin ixtiyarı var, yoxsa yox. Maddə 403.4. Müqavilədə üçüncü şəxsin xeyrinə qeyd-şərt qoymuş tərəf, kontragentin razılığından asılı olmayaraq, müqavilədə göstərilən üçüncü şəxsi dəyişmək hüququnu saxlayır. Maddə 403.5. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, üçüncü şəxsin müqavilə üzrə öz hüququndan istifadə etmək niyyətini borcluya bildirdiyi andan tərəflər bağladıqları müqaviləni üçüncü şəxsin razılığı olmadan ləğv edə və ya dəyişdirə bilməzlər. Maddə 403.6. Borclu kreditora qarşı irəli sürə biləcəyi etirazları müqavilədə üçüncü şəxsin tələbinə qarşı irəli sürə bilər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir.”. Həmçinin həmin Qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 20. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı 20.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınmış işaxtaran və işsiz şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə aşağıdakı hallarda həyata keçirilir: 20.1.1. işaxtaran və işsiz şəxslər lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib iş seçmək mümkün olmadıqda; 20.1.2. işaxtaran və işsiz şəxs əvvəlki peşə (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda. 20.2. Aşağıdakı şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur: 20.2.1. işsiz şəxslərin; 20.2.2. bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin; 20.2.3. il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin. 20.2-1. Bu Qanunun 20.2.2-ci və 20.2.3-cü maddələri nəzərə alınmaqla, işaxtaran şəxslər peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar. 20.3. Peşə hazırlığının təşkili zamanı bu Qanunun 6.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. 20.4. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 20.5. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir. 20.6. Bu Qanunla nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada sənəd təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2019-cu il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanmışdır, işaxtaran və işsiz şəxslər üçün peşə hazırlığının (bundan sonra – peşə hazırlığı) təşkili qaydasını müəyyən edir. 1.2. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X7 (bundan sonra – Agentlik) yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən (bundan sonra – Mərkəz) cəlb edilirlər. 1.3. Agentliyin yerli qurumları və ya Mərkəz tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Agentlik tərəfindən təşkil olunur. 1.4. Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir. 1.5. Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası (ixtisasları) göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edirlər. 1.6. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, müdavimlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir. 1.7. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinə və “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir. 1.8. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq müəyyən edilmiş peşə və ixtisaslar üzrə ixtisaslı kadr hazırlığının keyfiyyətini yüksəltmək məqsədilə təşkil edilən peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla aparılır. Peşə hazırlığının nəzəri hissəsi əyani və ya distant (məsafədən) formada aşağıdakı təlim modulları üzrə həyata keçirilir: 1.8.1. peşə fəaliyyətinin ümumi əsasları üzrə təlim; 1.8.2. ixtisas sahələri üzrə təlim; 1.8.3. innovasiyalar üzrə təlim. 1.9. Peşə hazırlığının praktiki hissəsində məşğələlər yarım-qruplarda aparılır və peşə hazırlığına cəlb edilmiş müdavimlər peşə hazırlığını həyata keçirən müəssisələrin təlim-istehsalat, təsərrüfat sahələrində, o cümlədən işəgötürənlərin istehsalat bazasında istehsalat təlimi və təcrübəsi keçirlər. 1.10. Peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 (altı) aya qədərdir. 1.11. İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı imtahan verməklə başa çatır. Müdavimlərin biliyini peşə hazırlığını həyata keçirən müəssisə tərəfindən təşkil edilmiş imtahan komissiyası qiymətləndirir və üç nüsxədən ibarət protokol tərtib edir. Protokolun bir nüsxəsi müdavimə, bir nüsxəsi Mərkəzə verilir, bir nüsxəsi isə peşə hazırlığını həyata keçirən müəssisədə qalır. 1.12. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda peşə hazırlığına cəlb olunmuş və müvafiq kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə Agentlik tərəfindən müvafiq sənəd təqdim olunur.
2. Peşə hazırlığının təşkili 2.1. Agentlik: 2.1.1. əmək bazarının tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin peşə hazırlığına dair ehtiyaclarını müəyyən edir; 2.1.2. işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili ilə əlaqədar Agentliyin yerli qurumlarının və Mərkəzin fəaliyyətini əlaqələndirir; 2.1.3. peşə hazırlığına cəlb olunmuş işaxtaran və işsiz şəxslərə təhsil müəssisələrinə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Əmək və məşğulluq” altsistemi (bundan sonra – ƏMAS) vasitəsilə bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun göndəriş verir; 2.1.5. peşə hazırlığı məqsədləri üçün ayrılmış vəsaitlər çərçivəsində maliyyələşdirməni təmin edir; 2.1.6. təhsil müəssisələri və Mərkəz tərəfindən bu Qayda ilə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edir. 2.2. Agentliyin yerli qurumları və ya Mərkəz ƏMAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda peşə hazırlığına cəlb edir.
Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialı arasında “Peşə hazırlığının təşkilinə dair” 29 fevral 2024-cü il tarixli, MMTF- 57/2024 saylı müqavilə imzalanmış, tərəflər arasında üçüncü şəxsin xeyrinə xidmət müqaviləsi üzrə öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllədə xidmət müqaviləsi nəzərdə tutulmasa da, tərəflər arasında olan xidmət müqaviləsi Mülki Məcəlləyə zidd olmadığından tərəflər həmin müqaviləni bağlaya bilər və məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər arasında bütün mühüm şərtləri razılaşdırılaraq bağlanmış 29 fevral 2024-cü il tarixli, MMTF- 57/2024 saylı müqaviləyə əsasən iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “backend and frontend developer” üzrə hazırlıq kursuna cəlb edilmiş 97 nəfər müdavim üçün 101 gün, 555.5 saat həcmində tədris proqramı ilə peşə hazırlığının nəzəri hissəsini əyani və praktiki hissəsini əyani formada həyata keçirilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin iddiaçıdan qəbul edilməsini və dəyərinin müqavilənin 4-cü bəndinə uyğun olaraq İcraçıya ödənilməsini öhdəsinə götürmüşdür. Həmçinin, cavabdehin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 iyun tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əsasən işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkil edilməsinə dair xidmət təklifi iddiaçı tərəfindən qəbul edilmişdir. 2024-cü ilin mart ayından kurs başlamış, ilk ayın ödənişi cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, növbəti aprel, may, iyun aylarının aylıq ödəniləri ödənilməmişdir. Hazırda İddiaçı MMC müqavilə üzrə cavabdehin öhdəliyini yerinə yetirməməsini, yəni aylıq ödənişləri ödəməməsini, bunun nəticəsində kursun tam başa çatmamasını əsas gətirərək tədris keçilmiş 3 aya görə ödənilməli olan 60% ödənişin, 132767,91 manat məbləğin onun xeyrinə tutumasını tələb etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialı iddiaya etiraz edərək mübahisələndirilən müqavilə üzrə iddiaçının aşkar pozuntular törətdiyini, müqavilə şərtlərinə əməl etmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməli olduğunu qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutları qiymətləndirib, tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Çünki cavabdehin iddiaçıya pulu ödəməməsinin və müqavilədən imtina etməsinin səbibi iddiaçının müqavilə şərtlərinə əməl etməyərək Qanunun və Qaydanın tələblərini pozması olmuşdur. Belə ki, iddiaçı müqaviləyə əsasən 97 nəfər müdavimə “backend and frontend developer” üzrə kurs keçməli olduğu halda, 10 nəfər müdavimi başqa kurslara cəlb etmişdir ki, həmin kurslar üçün nəzərdə tutulmuş aylıq ödəniş daha aşağıdır. Bu fakt tərəflərin imzaladığı aktlarla və iddiaçının nümayəndəsinin cavabdehin elektron poçtuna göndərdiyi “Excell” cədvəllə də öz təsdiqini tapmışdır. İddiaçının nümayəndəsi həmin 10 nəfərin “backend and frontend developer” kursundan əlavə olaraq digər kurslarda iştirak etdiklərini bildirmişdir. Halbuki cavabdehə göndərilən cədvəldə mübahisələndirilən 10 nəfərin hər iki kursda adı qeyd edilməmiş, onlardan 5 nəfərin “Qrafik dizayn”, 2 nəfərin “İnteryer dizayn”, 3 nəfərin isə “Rəqəmsal marketinq” kurslarında adı göstərilmişdir. Bu isə X17 tərəfindən təşkil edilmiş peşə hazırlığı kursunun məqsədlərinə ziddir. Belə ki, Agentliyin bu kursları təşkil etməsinin məqsədi əmək bazarında müvafiq peşə və ixtisaslara aid işçi qüvvəsinə olan ehtiyacın ödənilməsi, işaxtaranların zəruri biliklərə və bacarıqlara yiyələnməklə ehtiyac yaranmış sahələrdə işlə təmin olunmasıdır. Çünki Qaydaya əsasən Agentlik əmək bazarının işçi qüvvəsinə ehtiyacları üzrə proqnozlara uyğun olaraq hər il üçün peşə və ixtisaslar üzrə istiqamətləri, cəlb ediləcək şəxslərin sayını müəyyən edir. Həmçinin Agentliyin yerli qurumları ƏMAS-da işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə, həmin peşə (ixtisas) üzrə iş tapmaq mümkün olmadıqda və ya həmin peşə (ixtisas) üzrə bacarıqların artırılması zərurəti olduqda peşə hazırlığına cəlb edir. Digər tərəfdən, məhkəmə araşdırma zamanı iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş qaydada kursların təşkil edilməsi vaxtını və saatını pozduğu da müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş kursu keçmiş müəllimlərin izahatlarından 1 müdavim üçün kursların həftədə 3 dəfə, hər gün 3-4 saat keçildiyi müəyyən edilmişdir. Halbuki cavabdeh tərəfindən tərtib edilmiş və iddiaçının da razılaşdığı təlim-tədris proqramına əsasən kurs həftənin beş iş günü, hər gün 5,5 saat olmaqla 5 ay ərzində keçilməli idi. Hazırkı halda həftədə 3 gün və hər gün 3-4 saat tədris olunmaqla nəyinki 5 ay, heç 6 ay ərzində də kursun başa çatdırılması mümkün deyildir. Qaydaya əsasən isə peşə hazırlığı üzrə təşkil edilən kurslarda təhsil müddəti 6 aya qədərdir. Həmçinin iddiaçı kursu keçəçək təlimçiləri əvvəlcədən cavabdehlə razılaşdırsa da, Şahid19 təlimçi kimi təlim keçməsini Agentlik ilə razılaşdırılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş müdavim Lamiyə Fərhadlının həm müqavilə üzrə “frontend developer” kursunda, həm də “qrafik dizayn” kursunda iştirak etdiyini bildirmişdir. Halbuki iddiaçının tədris keçən müəllimi Şahid22 özü də, hətta 5 ay ərzində “backend və frontend developer” kursu üzrə proqramı başa çatdırmağın çətin olduğunu qeyd etmişdir. Nəzərə alsaq ki, iddiaçı, müqavilədə nəzərdə tutulduğu kimi həftənin 5 günü, hər gün 5,5 saat deyil, hər gün 3-4 saat olmaqla həftənin 3 günü tədris təşkil etmişdir, onda həqiqətən də, 1 müdavimin həmin “frontend”, həm qrafik dizayn kursun da və ya digər kursda iştirak edərək hər ikisini tam başa çatdırıb mənimsəməsi ağabatan deyildir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş, iddiaçının tədris keçən müəllimləri və əməkdaşları ümumi olaraq kursun keçilməsi qaydası, işdən çıxma səbəbləri və s. barədə məlumat versələr də, kursun məhz müqavilədə nəzərdə tutulmuş qaydada təşkil edilməsini təsdiq etməmişlər. Həmin şəxslərin iddiaçının əməkdaşları olmalarını və iddiaçıdan alacaqları olmasını nəzərə alsaq, hazırkı işin nəticəsində müəyyən şəxsi maraqlarının olması istisna edilmir. Eyni zamanda şahid Lamiyə Fərhadlının öz seçiminə əsasən iddiaçı tərəfindən başqa kursda, daha asan qrafik dizayn kursunda iştirakına şərait yaradılmasını nəzərə aldıq da, onun da müəyyən şəxsi maraqlarının olması istisna edilmir. Göründüyü kimi iddiaçının müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində cavabdeh müqavilənin icrasından birtərəfli qaydada imtina edərək ödənişi dayandırmış, bununla da müqaviləni birtərəfli qaydada aradan qaldırmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə müqaviləyə xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq məhkəmə hesab edir ki, 2024cü ilin aprel ayından cavabdehin göndərilən elektron qaimələri geri qaytararaq aylıq ödənişi ödəməməsi, onun öz iradə ifadəsini göstərməklə müqavilədən birtərəfli qaydada imtina edib müqaviləni ləğv etməsi kimi qiymətləndirilməlidir. Bununla bağlı məhkəmə vurğulayır ki, Mülki Məcəllənin 423.1-ci maddəsində “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. Halbuki, “ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) 2 əsasdan birinin mövcud olduğu halda mümkündür: digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh öz iradə ifadəsini göstərərək göndərilən elektron qaimələri geri qaytarıb aylıq ödənişi ödəməyərək müqavilənin icrasından birtərəfli qaydada imtina etməsinə baxmayaraq, iddiaçı kursu dayandırmalı olduğu halda, bundan sonra da eyni qaydada kursun keçirilməsini davam etdirməklə, onun tərəfindən müqavilə şərtlərinə tam əməl edilməsini, kursun ondan deyil, cavabdehdən asılı olan səbəblərdən başa çatmamasını göstərməyə çalışmışdır. Hərçənd, yuxarıda da qeyd olunduğu kimi iddiaçı müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, kursun keçirilmə günləri və saatına, həmçinin müdavimin keçəcəyi kursun növünə dair müqavilə şərtlərini pozmuşdur. Hansı ki, həmin şərtlərə əməl olunması olduqca vacib məsələdir. Çünki təşkil edilmiş peşə hazılığı kursu sıradan bir kurs deyil, dövlət proqramı çərçivəsində Agentlik tərəfindən həyata keçirilən sosial yönümlü tədbirdi və bunun keçirilmə şərtləri Qanunla və Qayda ilə tənzimlənir. Tərəflər arasında imzalanmış müqavilənin 3.1.8-ci bəndinə əsasən müqavilə üzrə iddiaçı vəzifələrini vaxtında və dəqiq icra etmədikdə cavabdehin icraçıdan kursu dayandırmağı və dayandırıldığı tarixədək bu Müqavilə üzrə iddiaçıya ödənilən məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Həmçinin pozuntu olduğu halda kursun dayandırılması müqavilənin 3.4.12-ci bəndində iddiaçının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə müqavilə şərtlərini nəzərə alıb, mülki qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X6 Mühasibatlıq və Təyinat filialına qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov