Məhkəmə qərarları › İş №e-2-2(113)-2339/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2339/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2339/2023 08.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilə üzrə göstərilmiş xidmətlərə görə 1739,86 manat borc məbləğinin, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 400 manat, habelə müqavilənin 5.4-cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manat məbləğində vəsaitin və 70 manat məbləğində mediasiya xərcinin, ümumilikdə 2509,86 manat pul məbləğinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC iləCavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/C saylı “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqaviləyə əsasən, sifarişə uyğun olaraq Cavabdeh MMC tərəfindən təqdim edilən avtonəqliyyat vasitələrinə texniki xidmət göstərilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı öz üzərinə, sifariş əsasında sifarişçinin avtonəqliyyatına qabaqcadan razılaşdırılmış qiymətlərlə servis və texniki xidmət göstərməyə dair öhdəlik götürür, sifarişçi isə görülmüş işi qəbul edir və müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, sifarişçi icraçı tərəfindən yerinə yetirilmiş təmir işlərini vaxtında qəbul edərək ödəniş aparmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən, sifarişçi ödənişləri icraçının təqdim etdiyi hesab-fakturalar əsasında ödəyir. Müqavilənin 4.2-ci maddəsinə əsasən, sifarişçi göstərilən xidmətlərə görə ödənişi icraçı tərəfindən hesab-faktura təqdim edildikdən 10 gündən gec olmayaraq aparmalıdır. Cavabdeh MMC tərəfindən təqdim edilmiş “Volkswagen Transporter” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 153,40 manat, xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 158,12 manat, xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 379,96 manat, xx.xx.2021-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 1794,78 manat və xx.xx.2022-ci il tarixdə göstərilmiş xidmətlərin dəyəri ƏDV daxil 53,60 manat olmaqla ümumilikdə 2539,86 manat dəyərində xidmətlər göstərilmiş, müvafiq fakturalar təqdim edilməsinə baxmayaraq göstərilən xidmətlərin dəyəri "xxxx" MMC tərəfindən hal-hazıradək ödənilməmiş və nəticədə İddiaçı MMC-yə borcu yaranmışdır. Qeyd olunan mübahisənin həlli məqsədi ilə xx.xx.2023-cü il tarixdə məktubla cavabdehə xəbərdarlıq (pretenziya) ünvanlanmış və ödəniş olunmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh tərəfindən hal hazıradək heç bir ödəniş olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıyarazılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında əsasnamənin 4.1-ci bəndinə əsasən, istehlakçı icraçının göstərdiyi texniki xidmətin haqqını müqavilədə göstərilən qaydada və müddətlərdə ödəməyə borcludur. İcraçı tərəfindən görülmüş iş tam təhvil verildikdən sonra istehlakçı onun haqqını ödəməyə borcludur. İstehlakçının razılığı ilə işin haqqı müqavilə bağlanarkən tam və ya avans verilməsi yolu ilə ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqdasərbəstdirlər. Həmin Məcəllənin 385.1ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icraedilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/C saylı avtonəqliyyat vasitələrinin texniki xidmətinə dair müqavilənin 5.4-cü maddəsinə əsasən, sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, 2539,86 manat borcdan əlavə, həmin borcun yarandığı tarixdən indiyədək ödənilmədiyini nəzərə alaraq, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ kimi 400 manat, habelə xx.xx.2017-ci il tarixli, 11/C saylı müqavilənin 5.4- cü bəndini rəhbər tutaraq hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə kimi 300 manat məbləğində vəsait Cavabdeh MMCdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, illik 5% tələbinin hansı qaydada hesablanması ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli, 11/C nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Avtonəqliyyat vasitələrinə texniki xidmətə dair” müqavilədən görünür ki, İddiaçı MMC öz üzərinə sifariş əsasında Cavabdeh MMC-nin avtonəqliyyatına servis və texniki xidmət göstərmək üzrə öhdəlik götürür, Cavabdeh MMC isə görülmüş işi qəbul edir və hazırki müqavilənin şərtləri ilə onu vaxtında ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.4-cü maddəsinə əsasən, sifarişçi təqdim olunmuş fakturanın ödənişi zamanı müqavilənin 4.2-ci maddəsində göstərilən vaxtdan əlavə hər bir gecikdirmə gününə sifariş məbləğinin 0,5 %-i həcmində cərimə ödəyir. xx.xx.2020-ci il tarixli EBAP seriyalı 810444 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC müqavilə üzrə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 153,40 manat məbləğində xidmət göstərmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş təmir kartından görünür ki, İddiaçı MMC xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 153,40 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBC seriyalı 265087 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC müqavilə üzrə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 158,12 manat məbləğində xidmət göstərmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş təmir kartından görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 158,12 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBD seriyalı 879076 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC müqavilə üzrə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 379,96 manat məbləğində xidmət göstərmişdir İddiaçı MMC tərəfindən tərtib olunmuş təmir kartından görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixdə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 379,96 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2021-ci il tarixli EBBL seriyalı 215643 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC müqavilə üzrə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 1794,78 manat məbləğində xidmət göstərmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş təmir kartından görünür ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 1794,78 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli EBBX seriyalı 645716 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC müqavilə üzrə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 53,60 manat məbləğində xidmət göstərmişdir. İddiaçı MMC tərəfindən tərtib olunmuş təmir kartından görünür ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə 53,60 manat məbləğində xidmət göstərmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC Bakı 10 saylı mediasiya təşkilatına 70 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında avtonəqliyyat vasitələrinə texniki xidmətə dair müqavilə bağlanmış, müqaviləyə əsasən icraçı İddiaçı MMC sifarişçiyə Cavabdeh MMC-yə məxsus avtonəqliyyat vasitələrinə xidmət göstərsə də, Cavabdeh MMC göstərilən xidmətin qarşılığında borcunun bir qismini ödəsə də, 1739,86 manat məbləğində borcu qalmışdır. Odur ki, iddia 1739,86 manat məbləğində əsas borc və 70 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə 400 manat məbləğində illik 5 % borcu tələbi ilə bağlı isə qeyd edir ki, iddiaçı sözügedən tələbin necə hesablanması ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, cərimə məbləği tənasübsüz surətdə yüksək hesablandığına görə azaldılaraq 60,14 manat məbləğində müəyyən edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən 1739,86 manat məbləğində əsas borc, 60,14 manat cərimə cəmi 1800 manat məbləğində pul və 70 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1739,86 manat məbləğində əsas borc, 60,14 manat cərimə cəmi 1800 manat məbləğində pul və 70 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar