Məhkəmə qərarları › İş №e-2-2(113)-2359/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2359/2021

08.05.2021 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2359/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı (ərizəçi) İddiaçı (kreditorlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X1, “xxxx” MMC və Azərbaycan Respbulikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı) müflis elan edilmə və iflas prossesinə başlanılması tələbinə dair ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (ərizəçi) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı müflis elan edilməsi və borclarının ödənilməsi məqsədilə aktivlərinin müəyyən edilməsi üçün əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in: 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikası Qanunun: 2-ci maddəsinin 1-ci bəndinə əsasən iflas haqqında işlərə başlanması və həmin işlərə baxılması qaydası bu Qanunun spesifik tələbləri nəzərə alınmaqla, qüvvədə olan prosessual qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası MPM-nin: 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş və elektron informasiya sistemində yerləşdirilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsini elektron qaydada imzalayan şəxs Nümayəndə xidməti vəziyyəti göstərilməmiş, yəni, onun İddiaçı işçisi və ya vəkil olmasını təsdiq edən sənəd əlavə edilməmişdir, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına riayət edilməmişdir, belə ki, elektron informasiya sistemində yerləşdirilmiş iddia ərizəsində İddiaçı özünü düzgün olaraq iddiaçı qismində göstərsə də, digər tərəfləri isə cavabdeh qismində deyil maraqlı şəxs kimi qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 16.03.2021-ci il tarixli qəbz iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı (ərizəçi) İddiaçı müflis elan edilmə və iflas prossesinə başlanılması tələbinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlər, həmçinin 20 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, 16.03.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı (ərizəçi) İddiaçınə izah edilsin ki, elektron qaydada imzalayan şəxs xidməti vəziyyətini təsdiq edən sənəd əlavə edildikdə və kreditorlar cavabdeh qismində göstəriləndən sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar