Məhkəmə qərarları › İş №e-2-2(113)-244/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-244/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-244/2025 19.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azlənd Plaza" MMCnin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:icarə xidmət müqaviləsi,pul) X9 Rövşən qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh “Azlənd Plaza" MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə qarşı pul tələbinə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azlənd Plaza" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a)İddia tələbi və iddia tələbinin dəlilləri

1. İddiaçı “Azlənd Plaza" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 41760 manat və icarə haqqı ƏDV.daxil 60180 manat, göstərilməyən xidmətə görə 70525 manat,komunala görə 1373.23 manat,cəmi 173838.99 manat iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında 27 dekabr 2022-ci il tarixli 28/22 saylı müqaviləsi bağlanmışdir. Müqavilə şərtlərinə görə avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət və texnik xidmətlərini göstərməyi öz üzərinizə götürmüşdür. Nəqliyyat vasitələrinə zəmanət verildiyi gündən 2il və ya 150000km müəyyən olunmuşdur. Zəmanətə daxil olan avtonəqliyyatların Şassi nömrələri və dövlət nömrə nişanları. NNAM0BULT02002191 **-JZ-***.,NNAM0BULT02002192 **-JZ-***., NNAM0BULT02002193 **-JZ-***.,NNAM0BULT02002194 **-JZ- ***.,NNAM0BULT02002195 **-JZ-***.,NNAM0BULT02002196 99- JZ076.,NNAM0BULT02002197 **-JZ-***.,NNAM0BULT02002198 **-JZ- ***.,NNAM0BULT02002149 **-JZ-***.,NNAM0BULT02002150 **-JZ- ***.,NNAM0BULT02002151 **-JZ-***.,NNAM0BULT02002190 **-JZ-*** Müqavilənin 9cu bəndinə əsasən,mübahisələrin həll edilməsi pretenziya yolu ilə danışıqlar vasitəsi ilə həll edilir. Müqavilənin 4cü bəndində qeyd edilən və avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsini layiqincə yerinə yetirməsi sizin tərəfinizdən icra olunmamışdır. Almış olduğumuz 12 ədəd avtobusdan **-JZ-*** nömrəli dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (42 gün) təmirdə olduğu üçün xətdə olmayıb., Əlavə olaraq ** JZ *** dövlət nömrə nişanları avtobus xx.xx.2023-cü il tarixdən dekabr ayı 11gün.,Yanvar ayı 31 gün.,fevral ayı 29gün.,mart ayı 3gün yəni xx.xx.2024-cü ilə dək təmir işləri davam etməsi səbəbilə xətdə olmayıb və təmir işləri davam etməkdədir. Bu da onu göstərir ki, siz öz öhdəliyinizi lazımınca icra edə bilmirsiniz. Nəzərinizə catdırmaq istəyirik ki., avtobus xətdə olmadığı zaman MMC gündəlik 360azn zərər dəyir, belə ki, orta hesabla 900 sərnişin 0.40q günə 360azn edir. 360azn xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (42 gün) 15120azn.və xx.xx.2023-cü il tarixdən bü günə dək 74 gün 26640azn, cəmi MMC-yə 41760azn zərər dəymişdir. Əlavə olaraq bildirirəm ki,Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, bağlanmış bu müqavilənin predmeti olan Bakı şəh.,Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin 400.1 kv.m. icarəyə verilmişdir. Müqavilənin qiyməti 1ay üçün 3540azn ƏDV daxil nəzərdə tutulmuşdur.İcarə haqqını hər ayın ilk beş günü ərzində İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış xx.xx.2022-ci il tarixli 01032022 saylı icarə müqaviləsinə əsasən istifadə edilən komunala görə 1373.23azn və icarə haqqıƏDV daxil xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il müddət üçün,yəni 17ay üçün icarə haqqı 60180azn hesablanmışdır. Avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi müqaviləsinə əsasən ödəniş edilmişdir, 2 il üçün zəmanət nəzərdə tutlmuş və 88464.03 azn ödəniş olunmuşdur. Lakin cəmi 5 ay avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətləri göstərilmişdir, 146gün*122.87=17939.00. Xidmət bizi qane etmədiyi üçün müqaviləyə vaxtından əvvəl xitam edilmişdir. Göstərilməyən xidmətə görə ödədiyimiz məbləğin 5 ay cıxıldıqdan sonra 70525azn bizə qaytarılması zəruridir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, , e-2- 2(113)-4146/2024 nömrəli iş üzrə tərəflər arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli, 28/22 nömrəli "Avto nəqliyyatı a ra və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında Müqavilədə və həmin müqavilənin uzadılması barədə 1 saylı Əlavəyə əsasən, göstərilməsi nəzərdə tutulan, lakin cavabdeh tərəfindən yerinə yetirilməyən xidmətə görə vaxtından əvvəl cavabdehə ödənilmiş 70 525 manat vəsaitin cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi (verilməsi),tərəflər arasında bağlanmış müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən, cavabdeh tərəfindən xidmət göstərilməsi nəzərdə tutulan və iddiaçıya məxsus olan, ** JZ *** nömrəli avtobusa vaxtı-vaxtında, lazımi qaydada xidmətlərin göstərilməməsi nəticəsində iddiaçıya vurulmuş 41 760 manat zərərin (ziyanın),tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 01032022 nömrəli icarə müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixdən 01 sentyabr 2024-cü il tarixədək ödənilməmiş icarə haqqının və cavabdehin istifadəsində olduğu müddət ərzində icarəyə verilmiş sahə üzrə ödənilməli kommunal borc olmaqla, ümumilikdə 79 053,23 manat vəsaitin "xxxx" MMC-dən alınaraq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini ahiş etmişdir.

b)Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri

4. 03.07.2024-cü il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zır Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən qeyri- yaşayış sahəsində saxlanılan aşağıda qeyd edilən əmlakların (avtomobil hissələrinin) Azlənd Plaza MMC-dən alınaraq Azavtobus MMC-yə verilməsi, Həmin hissələrin verilməsi mümkün olmadıqda onların dəyəri 482 736, 50 manat pul vəsaitinin Azlənd Plaza MMC-dən alınaraq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azlənd Plaza MMC ilə Azavtobus MMC arasında 01 mart 2022-ci il tarixli, 01032022 nömrəli icarə müqaviləsi, İcarə müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zır Suraxanı şossesi, 4-cü km, 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 972.6 kv.m-dən 400.1 kv.m sahə Azavtobus MMC-nin istifadəsinə verilmişdir.Azlənd Plaza MMC ilə Azavtobus MMC arasında 27 dekabr 2022-ci il tarixli, 28/22 nömrəli “avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında" müqavilələr bağlanmışdır. 27 dekabr 2022-ci il tarixli, 28/22 nömrəli müqaviləyə əsasən isə mütəmadi olaraq Azlənd Plaza MMC-nin avtomobilləri (zəmanətlə yanaşı) təmir edilmişdir. Həmin (eləcə də digər) avtomobillərin mütəmadi təmir edilməsi üçün də Azavtobus MMC tərəfindən müxtəlif avtomobil hissələri öncədən alınaraq icarə obyektində saxlanılmışdır. Azlənd Plaza MMC tərəfindən 26 aprel 2024-cü il tarixində heç bir səbəb olmadan Azavtobus MMC-nin işçiləri icarə obyektinə buraxılmamışdır. Nəticə etibarilə Azavtobus MMC-nin icarə obyektində 482 736, 50 (dörd yüz səksən iki min yeddi yüz otuz altı manat, əlli qəpik) məbləğində əmlakı qalmışdır.Azvtobus MMC-nin direktoru X4 tərəfindən icarə obyektinə buxarılmama və şirkətə məxsus əmlakın təhvil verilməməsi ilə bağlı Azlənd Plaza MMC-nin direktoru Bəhruz Tağıyev barəsində polis orqanına şikayət edilmişdir. Suraxanı RPl-nin 32-ci PB-nin 29 may 2024-cü il tarixli qərarı ilə tərəflər arasındaki mübahisə mülki xarakter daşıdığı qeyd edilmişdir.Daha sonra Azlənd Plaza MMC tərəfindən Azavtobus MMC-yə qarşı pul tələbi ilə Bakı Kommersiya məhkəməsinin müraciət edilmişdir. Hal-hazırda həmin e-2-2(113)-4146/2024 nömrəli iş Günay Həşimovanın sədrliyi ilə baxılır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisə edərkən Azlənd Plaza MMC-nin qanunsuz hərəkətləri nəticəsində Azavtobus MMC-yə küllli miqdarda ziyan dəymiş, fakitki olaraq işləməyən işçilərin əmək haqqını ödəməli olmuş, həmçinin müqavilə üzrə 3-cü şəxslər qarşısında olan öhdəliklərini icra edə bilmədiyindən işgüzar nüfuzuna da ziyan dəymişdir. Bu hissədə də iddia tələbimiz olacaqdır.

6. Daha sonra qarşılılı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Qarşılıqlı iddia ərizəsində qeyd edilən 796 çeşiddə əmlakların (avtomobil hissələrinin) Azlənd Plaza MMC-dən alınaraq Azavtobus MMC-yə verilməsi barədə;həmin hissələrin verilməsi mümkün olmadıqda onların dəyəri olan 482 736, 50 manat pul vəsaitinin Azlənd Plaza MMC-dən alınaraq Azavtobus MMC-yə ödənilməsi barədə;təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti Azlənd Plaza MMC-dən alınaraq Azavtobus MMC-yə verilsin;228 449 manat əldə çıxmış faydanın Azlənd Plaza MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra qarşılılı iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti,247188 manat əldə çıxmış faydanın Azlənd Plaza MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra qarşılılı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti,247188 manat əldə çıxmış fayda,cəmi 325933 manat pulun və 616 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra qarşılılı iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti,247188 manat əldə çıxmış fayda,cəmi 325933 manat pulun və 364 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra qarşılılı iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti,247188 manat əldə çıxmış fayda,cəmi 325933 manat pulun və 616 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Azavtobus MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri:

11. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

12. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

17. İddiaçı MMC (“sifarişçi”) ilə Cavabdeh MMC (“icraçı”) arasında xx.xx.2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən «Sifarişçi» avtonəqliyyatlara, xüsusi texnikaya zəmanət və texniki xidmətlərinin göstərilməsini, «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada zəmanət və texniki xidmətləri (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən Nəqliyyat vasitəsi ümumi zəmanət müddəti, bu müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuş istisnalar nəzərə alınmaq şərti ilə, nəqliyyat vasitəsi zəmanət verildiyi gündən etibarən, hansı faktın tez baş verməsindən asılı olaraq 2 il və ya 150000 km müəyyən olunmuşdur. - 1.3-cü bəndinə əsasən Göstərilən Xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən elektron qaimə (və ya Aktlan) ilə müəyyənləşdirilir. Bu Müqavilə üzrə xidmət haqqının miqdan Müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair eqaiınədə qeyd edilir. Hər bir nəqliyyat vasitələri üçün (4000 Avro) cəmi 12 ədəd. - 4.2.1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan qaydada «Sifarişçi»nin müəyyən etdiyi avtonəqliyyat vasitələrinə və xüsusi texnikaya servis xidmətləri həyata keçirmək icraçının vəzifəsidir. - 6.1-cı bəndinə əsasən Bu Müqavilə istehsalçının zəmanət müddəti bitdikdən sonra qüvvəyə minir, 2 il və ya 150000 km müddətinə etibarlıdır,yəni xx.xx.2023 tarixindən 2 il və ya 150 000 km gedişi keçənə qədər qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

18. xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı Əlavədə zəmanətə daxil olan avtonəqliyyatların şassi nömrələri və dövlət nömrə nişanları qeyd olunmuşdur.

19. İddiaçı MMC (“icarədar”) ilə Cavabdeh MMC (“icarəçi”) arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə İcarəyə verən İddiaçıMMC-nin istifadəsində olan X1 aid Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ Suraxanı şossesi, 4cü km, 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 972.6 kv.m.-dən 400.1 kv.m. sahəni (bundan sonra “icarə predmeti” adlandırılacaq) “İcarəçi’nin istifadəsinə verməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən Bu Müqavilə üzrə İcarəyə verənə ödənilməli olan aylıq icarə haqqı 3000 manat təşkil edir. (ƏDV daxil deyil) - 2.2-ci bəndinə əsasən icarəçi icarə haqqını hər ayın ilk beş günü ərzində İcarəyə verənə ödəməyi öhdəsinə götürür. - 3.2.6-cı bəndinə əsasən icarəçi icarə haqqını vaxtında və tam şəkildə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

20. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfəindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə) 52669.49 manat pul köçürülmüşdür.

21. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) 15600 manat pul köçürülmüşdür.

22. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı MMC-yə aid) xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfəindən Cavabdeh MMC-nin hesabına (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) 6700 manat pul köçürülmüşdür.

23. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 13494.51 manat (xx.xx.2022-ci il tarixli müqavilə üzrə avans ödənişi) ƏDV ödənişi köçürülmüşdür.

24. İddiaçı tərəfindən cavabdehə EBEC 325188 saylı xx.xx.2024-cü il tarixli 19559.37, EBEC 642735 nömrəli xx.xx.2024-cü il tarixli 15275.10 manat məbləğində elektron qaimə göndərilmişdir.

25. Suraxanı rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qərann təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsində əsasən rədd edilməsi və hər iki tərəfə qeyd etdikləri xüsusat üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ onlara izah edilməsi qərara alınmışdır.

26. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə göstərilmiş zəmanətə daxil olmayan xidmətlərin göstərilməsi, hər iki MMC-nin işçiləri tərəfindən imzalanmış dekabr 2022-ci il tarixli 826 manat,xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2072.08 manat,xx.xx.2022-ci il tarixli 3134.08 manat,xx.xx.2022-ci il tarixli 735.14 manat,xx.xx.2022-ci il tarixli 3929.17 manat,xx.xx.2022-ci il tarixli 826 manat,xx.xx.2022-ci il tarixli 330.40 manat,xx.xx.20220-ci il tarixli 2289.2 manat,xx.xx.2022-ci il tarixli 330.40 manat,xx.xx.2022-ci il tarixli 991.20 manat,xx.xx.2022-ci il tarixli 1825 manat,xx.xx.2022-ci il tarixli 330.40 manat,xx.xx.2022-ci il tarixli 637.2 manat,xx.xx.2022-ci il tarixli 502.68 manat,xx.xx.2022-ci il tarixli 2916.96 manat,xx.xx.2022-ci il tarixli 1067.9 manat,xx.xx.2022-ci il tarixli 1911.60 manat,xx.xx.2022-ci il tarixli 637.20 manat,xx.xx.2022-ci il tarixli 1277.94 manat,xx.xx.2022-ci ill tarixli 854.32 manat,xx.xx.2022-ci il tarixli 710.36 manat,xx.xx.2022-ci il tarixli 640.74 manat,xx.xx.2022-ci il tarixli 507.40 manat,xx.xx.2022-ci il tarixli 850.78 manat,xx.xx.2022-ciil tarixli 640.74 manat,xx.xx.2022-ci il tarixli 1630.76 manat,xx.xx.2022-ci il tarixli 1067.9 manat,xx.xx.2023-cü il tarilxli 1838.44 manat,xx.xx.2023-cü il tarixli 1267.32 manat,xx.xx.2023-cü il tarixli 1267.32 manat,xx.xx.2023-cü il tarixli 1214.22 manat,xx.xx.2023-cü il tarixli 4063.92 manat,xx.xx.2023-cü i l tarixli 1033.68 manat,xx.xx.2024-cü il tarixli 15275.1 manat (4 ədəd detal-farsunkanın dəyişdirilməsi) məbləğində təhvil aktları, habelə 2024-cü ilin aprel ayı üçün verilən 19559.33 manat məbləğində ehtiyyat hissələrinin verilməsi barədə akt ilə təsdiq olunur.

27. Şahid X7 verdiyi ifadəsində “Azavtobus" MMC-də qarantiya üzrə menecer vəzifəsində işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid icarə haqqını ödəmədiklərini və qarşı tərəf xidmətin ödənişin etmədiyini, qarşılıqlı ödənişlər əvəzləşdirilirdiyini bildirdi. Qarantiyaya daxil olan işlərin yerinə yetirilməsi üçün qarşı tərəf 48000 EURO ödəniş etdiyini,təxminən 5 ay müddətinə 35000 manata yaxın xidmət göstərildiyini,tərəflər arasında narazılıq 1 avtobusla bağlı yarandığın,qarantiyaya daxil olmayan detallarla bağlı ödənişlər edildiyini, icarə haqqı ilə əvəzləşdirilirdiyini bildirdi.

28. Şahid X2 verdiyi ifadəsində ifadəsində “Azavtobus" MMC-də işlədiyini bildirdi. Verilən suallara cavab olaraq şahid icarə obyektində 26 aprel 2024-cü il tarixinə kimi fəaliyyət göstərdiklərini,həmin ilin sentyabr ayının 12-si icarə obyektində qalan avadanlıqlarını geri götürdüklərini,tərəfimizdən qarşı tərəfə ehtiyyat hissələri verildikdə akt tərib olunduğunu,tərəflərin işçiləri tərəfindən möhür vurmadan imzalandığını,tərəfə həm zəmanət xidmət göstərilirdiyini,həm də əlavə xidmətlər göstərildiyini,zəmanət yalnız mühərrikə verilirdi, gündəlik təlabat mallarına isə (məsələn yağ filteri) zəmanət verilmədiyini, qüsurlu avtobus təxmini 10 gün təmir üçün Cavabdeh MMC-də olduğunu bildirdi.

29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy yanında X6 Xidmətinin xx.xx.2024-cü il tarxli məktubundan görünür ki, Şahid1 Məmməd oğlu xx.xx.2020-ci il tarixdən əsas iş yeri olmaqla İddiaçı MMC-də işləyir. V. Tətbiq edilən hüquq:

30. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

31. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

33. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

34. Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir.

35. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MMC ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh MMC arasında 27 dekabr 2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət müqaviləsi və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.

36. Belə ki,ilkin iddia tələbi üç hissədən - cavabdeh tərəfindən yerinə yetirilməyən xidmətə görə vaxtından əvvəl cavabdehə ödənilmiş 70 525 manat pulun, tərəflər arasında bağlanmış müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən, cavabdeh tərəfindən xidmət göstərilməsi nəzərdə tutulan və iddiaçıya məxsus olan, ** JZ *** nömrəli avtobusa vaxtı-vaxtında, lazımi qaydada xidmətlərin göstərilməməsi nəticəsində iddiaçıya vurulmuş 41 760 manat zərərin (ziyanın),tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli, 01032022 nömrəli icarə müqaviləsi üzrə 01 dekabr 2022-ci il tarixdən 01 sentyabr 2024-cü il tarixədək ödənilməmiş 79 053,23 manat icarə haqqının ödənilməsindən ibarətdir.

37. İlkin iddia tələbinin birinci hissəsi ilə bağlı - cavabdeh tərəfindən yerinə yetirilməyən xidmətə görə vaxtından əvvəl cavabdehə ödənilmiş 70 525 manat pulun cavabdehdən tutulması – məhkəmə qeyd edir ki,ilkin İddiaçı MMC xx.xx.2022-ci il tarixli avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra edərək iki il müddətinə 88464 manat (ƏDV daxil) məbləğində pulu Cavabdeh MMC-yə ödəmişdir. İlkin iddiaçının və cavabdehin nümayəndələri hər biri ayrı-ayrılıqda izahatlarında həmin müqaviləyə əsasən ödənilmiş pulun müqabilində cəmi 5 ay xidmət göstərdiklərini təsdiq etmişlər. Tərəflər arasıda mübahisəli hal, ilkin iddia üzrə cavabdeh həmin xidmətlərin illkin iddiaçının təqsiri səbəbilə yerinə yetirilmədiyini bu səbəbdən pulun qaytarılmalı olmadığnı qeyd etmişdir. Həmçinin məhkəmə iclaslarıda hər iki tərəfin vəkili və nümayəndəsi həmin məbləğlə bağlı ödəniş tapşırığında “avans” yazılsa da, əsaslində ödənişin avans ödənişi deyil, müqavilə üzrə ödəniş olmasını təsdiqləmişlər.

38. Məhkəmə hesab edir ki, ilkin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 88464 manat məbləğində pul vəsaiti rərflər arasında həmin məbləğin müqavilə üzrə xidmətlərə dair ödəniş olması işin mübahisələndirilməyən halı olduğundan, avans ödənişi kimi qiymətləndirilə bilməz, və hər iki tərəf Cavabdeh MMC tərəfindən müqavilə üzrə yalnız 5 ay xidmət göstərilməsini təsdiq etdiyindən, ilkin İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 88464 manat məbləğində vəsaitdən 18180 manat 5 ay göstərilmiş xidmətlərin dəyəri çıxıldıqda ( 88460 manat/ 730 gün = 121.2 manat bir günə görə,121.2 manat * 150 gün= 18180 manat) – 70284 manat artıq ödənilmiş xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

39. İlkin iddia tələbinin ikinci hissəsi ilə bağlı - 41 760 manat zərərin ödənilməsi – məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinə hazırlıq iclaslarında hazırki tələb ilə bağlı sübutların əslini və ya təsdiq olunmuş surətlərini təqdim etməsi təklif edilməsinə və bunun üçün vaxt verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə həmin tələblə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

40. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.

41. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

42. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.

43. Məhkəmə hesab edir ki,41760 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsindi ilkin iddia tələbi təmin edilməməlidir.

44. İlkin iddia tələbinin üçüncü hissəsi ilə bağlı - 79 053,23 manat icarə haqqının ödənilməsi –məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə müqavilədə qeyd olunmuş ünvanda yerləşən sahəni cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə (xidmət) haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

45. Belə ki, iş materialları əsasında, iddiaçının nümayəndəsinin izahatı və iddia ərizəsinin məzmunundan, həmçinin şahid ifadələrindən həmçinin işdə olan digər sübutlarla müəyyən olunur ki, icarə sahəsi 17 ay 26 gün (512 gün) müddətində (xx.xx.2024-cü il tarixindən cavabdeh mübahisəli qeyri yaşayış sahəsindən istifadə etməmişdir) (xx.xx.2022-xx.xx.2024) cavabdehin sahibliyində olub və həmin müddət üçün ödənilməli olan icarə haqqı məbləği 51200 manat ( 1 ay – 3000 manat 1 gün – 100 manat;512 gün * 100 manat = 51200 manat) təşkil edir. Odur ki, cavabdeh tərəfindən olan ödənişləri nəzərə alınmaqla hal-hazırda Cavabdeh MMC-nin 01 mart 2022-ci il tarixli icarə müqaviləsi üzrə İddiaçı MMC -yə olan cəmi borcu 51200 manat təşkil edir.

46. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, cavabdehin nümayəndəsinin və şahid ifadələrində icarə haqqı ilə bağlı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən heç vaxt ödəniş olmadığı halının öz təsdiqnini tapmasını nəzərə alaraq məhkəmə hesab edir ki, icarə haqqı ilə bağlı tələb 51200 manat hissəsində öz təsdiqini tapır, həmin hissədə təmin edilməlidir.

47. Qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasında təmir xidmətlərinə görə 78 745 manat pul vəsaiti,247188 manat əldə çıxmış fayda,cəmi 325933 manat pulun cavabdeh İddiaçı MMC-dən tutulmasını xahiş etmişdir.

48. Qarşılıqlı iddianın birinci hissəsi ilə bağlı – 78745 manat təmir xidmətlərinə görə vəsaitin ödənilməsi – ilə bağlı məhkəmə qeyd edir ki, hər iki tərəfin nümayəndəsi ayrıayrılıqda izahatlarında iş materiallarında olan xidmətlərin göstərilməsi haqqında aktlar hər iki şirkətin səlahyyətli işçiləri tərəfindən imzalandığını təsdiq etmişdir. Belə ki, qeyd edilən aktlar (iş materiallarıma əlavə edilmiş) hər iki tərəfin işçilərinin imzaları ilə təsdiq olunmuş, tərəflərin nümayəndələrinin və şahid ifadələrinin məzmunundan göründüyü kimi, tərəflər arasında işgüzar münasibətlər , icazrə haqqı ilə qeyd edilən zəmanətə daxil olmayan xidmətlərin qeyd edilən aktlardakı formada hər iki tərəfin işçilərinin imzaları ilə təsdiq olunmuş, lakin icarə haqqı ilə həmin xidmətlər əvəzləşdirildiyindən, hər iki tərəf bir birindən müvafiq olaraq icarə haqqını və xidmət haqqını tələb etməmişdir.

49. Hazırki tələb ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə hazırki tələbə iddia tələbi həcmində baxaraq hesab edir ki,iddia tələbi həmin hissədə təmin edilməli 78745 manat təmir xidmətlərinə görə çəkilmiş xərc cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməlidir.

50. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 247188 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

51. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

52. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı Cavabdeh MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Yəni bu tələblə dair hüç bir sübut məhkəməyə təqdim etməmişdir.

53. Hazırkı qətnamə ilə İddiaçı MMC-nin iddiası qismən təmin edildiyindən İddiaçı MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

54. Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə 773 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmişdir.

55. Hazırkı qətnamə ilə Cavabdeh MMC-nin qarşılıqlı iddiası qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 326 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı MMC-dən tutularaq Cavabdeh MMC-yə ödənilməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 27 dekabr 2022-ci il tarixli,28/22 saylı “Avtonəqliyyatlara və xüsusi texnikaya zəmanət xidmətlərinin göstərilməsi haqqında” Müqaviləsi üzrə artıq ödənilmiş 59351 (əlli doqquz min üç yüz əlli bir) manat və 01 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 51200 (əlli bir min iki yüz) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən 61455,36 (altmış bir min dörd yüz əlli beş manat otuz altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 274 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin xeyrinə tutulsun. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar