Məhkəmə qərarları › İş №e-2-2(113)-2501/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2501/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2501/2020 01.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçıların nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı2 (MMM) və İddiaçı1 (MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil olunması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı2 MMM və İddiaçı1 MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2016-ıc il tarixli xəzinə mədaxil oreri ilə Cavabdeh ASC tərəfindən İddiaçı1 MMC-nin xeyrinə mədaxil edilən 234930 manat vəsaitin düzəliş edilərək “İSSM” MMM-nin xeyrinə hesaba mədaxil edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X11, Cavabdeh ASC və “İSSM” MMM arasında imzalanan xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh ASC tərəfindən “İSSM” MMM-ə 36 ay müddətinə, illik 21 % olmaqla, 400 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı evin 12 saylı mənzili və Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən 12 saylı, 3 mərtəbəli binada, 25,1 kv.m. ümumi, 15 kv.m. yaşayış sahəsindən ibarət mənzil ipoteka ilə yüklü edilmişdir. “İSSM” MMM tərəfindən kredit məbləği vaxtı-vaxtında ödənilmədiyindən “İSSM” MMM şirkətinin təsisçisi və rəhbəri X19, ƏliyevAllahverən Şükür oğluna müraciət edərək, bildirdi ki, iyul 2016-cı il tarixə CavabdehASC-yə 155000 ABŞ dolları ödənilərsə, “İSSM” MMM tərəfindən cavabdeh bankdan götürülən kredit tam bağlanmış olar və ipoteka ilə yüklü edilmiş əmlaklar ipotekadan azad olunar. “İSSM” MMM, X16 məxsus, Azərbaycanda santexnika və istilik sistemləri işlərinin görülməsi üzrə ixtisaslaşmış şirkət olmuşdur. X11 da Azərbaycan Respublikasında tanınmış tikinti şirkəti olan “xxxx” MMC-nin təsisçilərindən biridir. X5, eləcə də, onun qohumu, “xxxx” MMC-nin digər təsisçisi X8 “İSSM” MMM şirkətinin təsisçisi və direktoru X19 ilə yaxın dost münasibətləri olmuşdur. Həmin dost münasibətlərinə görə də, X13 xahişi ilə X7 məxsus mənzillər “İSSM” MMM şirkətinin xeyrinə ipoteka ilə girov qoyulmuşdu. Krediti vaxtında ödəyə bilməyən X19, 2016-cı ildə təkrar olaraq “xxxx” MMC-nin təsisçilərindən xahiş etdi ki, hazırda onun işləri yaxşı getmədiyinə görə qeyri-yaşayış kimi istifadə edilən 2 mənzilin bankın əlinə keçməsinin qarşısını almaq üçün 155000 ABŞ dolları vəsait ödənilsin, mənzillər ipotekadan azad edilsin, gələcəkdə onun işləri qaydasına düşəndə hesablaşarlar. X13 növbəti xahişi barədə “xxxx” MMC-nin digər həmtəsisçisi X14 cavabdeh bankla danışıqlara qoşulmuşdur. Bankın əməkdaşı, eləcə də, İdarə heyətinin üzvü Şakir Allahverdiyev, həmçinin İdarə heyətinin sədri Elmir Həsənovla olan şəxsi görüşlərdən sonra, bankın rəhbərliyi təsdiqlədi ki, banka 155000 ABŞ dolları vəsait ödənilərsə, “İSSM” MMM tərəfindən bankdan götürülən kredit tam bağlanar, həmin kredit üzrə ipoteka ilə yüklü edilmiş əmlaklar azad edilər. Həmin danışıqlarda bank tərəfindən başqa öhdəliklər də götürüldüyü məlum olsa da, iddia tələbi ilə birbaşa bağlı olmadığına görə tərəflərindən göstərilmir. Danışıqların nəticəsi kimi X1 Şahin və Əliyev Coşqun vasitəsilə banka 155000 ABŞ dolları vəsait göndərmişdir. Vəsait xx.xx.2016-cı il tarixdə banka aparılmışdır. Kassaya təhvil verməzdən qabaq yenə də danışıqlar olmuş, bankdan ipotekaların azad olunması istənilmişdir. Pulu aparanlara bildirilmişdto ki, mənzillər ipotekadan azad olacaq, bundan başqa bir formal imzalanan müqavilə X7 təqdim etmək üçün təhvil veriləcək. Lakin, hazırda o işlərlə məşğul olan şəxslər bankda deyil, ondan pulu verilib gedilməsi xahiş olunmuşdur. X15 uzun illər cavabdeh bankla əməkdaşlıq edən mühasib kimi onların sözünə inanaraq, eyni zamanda X20 da, bankın rəhbər işçiləri tərəfindən deyilən sözün yerinə yetiriləcəyinə əmin olaraq pulu kassaya təhvil verərək bankdan uzaqlaşmışlar. Onlara heç bir qəbz, mədaxil sənədi verilməmişdir. Sonrakı gün banka müraciət edərkən mədaxil qəbzi istənilmiş, qəbz təqdim ediləndə, qəbzdə, xeyrinə mədaxil olunan şirkət hissəsində “İSSM” MMM-in adı yox, İddiaçı1 MMC-nin adı yazıldığı məlum olmuşdur. X15 buna etiraz etdikdə, yəni pulun “İSSM” MMM üçün ödənildiyini bildirdikdə, eyni zamanda pulun X11 tərəfindən göndərildiyini, onun bu bankda “İSSM” MMM şirkətinin xeyrinə mənzilləri girovda olduğunu bildirdikdə, bankın rəhbərliyindən Allahverdiyev Şakir və Həsənov Elmir bildirdilər ki, nə fərqi var, hansı şirkət üçün mədaxil edilib, əsas məsələ odur ki, mənzillər ipotekadan azad ediləcək, həmçinin təfərrüatı ilə izah etməyə ehtiyac duymadığı digər bir formal müqavilə qaytarılacaq. Lakin sonradan mənzillər ipotekadan azad edilməmişdir. İlk vaxtlar cavabdeh mənzillərin ipotekadan azad olunacağını, lakin işçilərin Bakıda olmadığını bəhanə edərək işi uzatmış, sonradan isə ümumiyyətlə mənzilləri azad etməyəcəklərini bildirmiş və həmin vəsaitin İddiaçı1 MMCnin xeyrinə mədaxil olmasına istinad etmişlər. Bu barədə “İSSM” MMM şirkətinin, İddiaçı1 MMC-nin, X5 banka müraciəti və şikayəti olmuşdur. Lakin, məsələ öz müsbət həllini tapmamış, müraciətə cavab belə verilməmişdir. X2 rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qətnaməsi ilə müəyyən olunmuşdur ki, 234930 manat, yəni 155000 ABŞ dolları vəsaiti Cavabdeh ASC-yə X9 göndərmişdir və həmin vəsait “İSSM” MMM-in hesabına mədaxil olunmaq üçün göndərilmişdir. Buna görə də xx xxxx 2016-cı il tarixli xəzinə mədaxil orderində göstərilən 234930 manat, yəni 155000 ABŞ dolları vəsaitin düzəliş edilərək “İSSM” MMM-in xeyrinə mədaxil edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxx 2016-cı il tarixdə Hüseynov Şahin adlı şəxs banka gəlib, pul ödəmişdir. Bu barədə ona qəbz təqdim olunmiuş və qeyd olunan fakt qanuni qüvvəsini almış məhkəmə qətnaməsində də əksini tapmışdır. Bundan başqa Cavabdeh ASC ilə İSSM” MMM arasında müqavilə xx xxxxxx 2011-ci il tarixdə 36 ay müddətinə, İddiaçı1 MMC ilə xx xxxxxx 2014-cü il tarixdə 42 ay müddətinə bağlanmışdır. Həmçinin, mübahisə predmeti olan mədaxil orderi xx xxx 2016-cı il tarixdə verilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət olunması nəzərə alınarsa, qanunvericillə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, İddiaçı1 MMC-də baş mühasib vəzifəsində işləmişjir. İddiaçı2 MMM həmin MMC ilə eyni ofisdə yerləşdiyindən onların mühasibat sənədlərinə də qeyri-rəsmi olaraq o, nəzarət etmişdir. İddiaçı2 MMM-in müdiri ona bildirmişdir ki, banka pul verib, girovu götürmək lazımdı. Onlar banka gedərək pulu ödədikdən sonra Samir adlı şəxsin yanına qalxmış, sonuncu ona demişdir ki, qəbzi sabah gəlib götürərsiz. O, müdirə zəng edib, Samir adlı şəxsin sözlərini çatdırmış, müdir buna etiraz etməmişdir. 1 gün sonra o, qəbzi götürməyə getmiş və görmüşdür ki, ödəniş İddiaçı1 MMC-nin adından yazılmışdır. Bunun səbəbini soruşanda, ona bildirmişlər ki, fərqi yoxdur, eyni şəxsin müəsissələridir. Həmçinin, İddiaçı1 MMC-nin də borcu var, həmin borca silinəcək. Bankda mənə bildirdilər ki, girovdan azad olunmaya baxan məsul şəxs 16 gündən sonra işə gələcək. Onlara bildirmişlər ki, ödənilən məbləğə İddiaçı2 MMM-in əmlakı ipotekadan azad olunacaq və İddiaçı1 MMC-nin borcunin bir hissəsi silinəcək, amma qəbz həmin gün onlara təqdim edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, onda olan məlumata görə Allahverən Əliyevin əmlakı bankda girovda olmuş, sonuncu əmlakını satıb, həmin pul məbləğini ona vermişdir ki, banka pul ödənilsin. O, banka X15 ilə birlikdə getmiş, pulu kassaya ödəmişlər. Əmlakın girovdan azad olunması üçün onlar məsul şəxslə görüşməli olsalar da, həmin şəxs məzuniyyətdə olduğuna görə görüşə bilməmişlər. Pul ödənilsə də, hal – hazıra kimi əmlak girovdan azad edilməmişdir.Onlar pulu İddiaçı2 MMM-in borcunun silinməsi üçün ödəmişlər. İş materiallarında olan: - xx xxxx 2016-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, 234930 manat məbləğində pul vəsaiti kredit ödənişi kimi İddiaçı1 MMC tərəfindən Cavabdeh ASC-yə mədaxil edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-1/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 MMM-dən Cavabdeh ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 178000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. - 36.5.Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində özü istədiyi kimi sərəncam vermək hüququ üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın: - 6.3-cü bəndinə əsasən gündüz mədaxil kassasına qəbul edilən nağd pul həmin əməliyyat gününün mühasibat balansın əks olunur. - 6.4-cü bəndinə əsasən “elanlar” nağd pulu təqdim edən tərəfindən mürəkkəbli və ya diyircəkli qələmlə doldurulur və bütün rekvizitlər üzrə yoxlanılmaq üçün kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə təqdim olunur. Uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa mədaxil jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq müştəriyə qaytarılır. “elanlar” nağd pulla birlikdə kassirə təqdim olunur. Kassir “elanlar”ın tarixini, məbləğin rəqəmlə və yazı ilə qeyd olunmasını, kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsin imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu yoxlayır. Kassir nağd pulu qəbul etdikdən sonra “elanlar”da göstərilən məbləği qəbul etdiyi faktiki məbləğlə tutuşdurur. Məbləğlər uyğun gəldikdə, "nağd pulun mədaxili üçün elan"ın order, qəbz və elan hissəsi kassir tərəfindən imzalanır, order hissəsi hesabdan çıxarış ilə birlikdə müştəriyə təqdim edilməsi üçün məsul icraçıya verilir, qəbz hissəsi pulu təhvil verən şəxsə qaytarılır, elan hissəsi isə günün kassa sənədlərinə tikilmək üçün kassirdə qalır. İşin faktiki halları ilə təsdiq olunur ki, xx xxxx 2016-cı il tarixli xəzinə mədaxil orderinə əsasən 234930 manat məbləğində pul vəsaiti İddiaçı1 MMC-nin hesabına ödənilmiş, müştərinin adı qrafasında həmin hüquqi şəxsin adı və hesab nömrəsi qeyd olunmuşdur. Xəzinə mədaxil orderindən də görünür ki, pul vəsaiti həmin gün kassaya mədaxil olunmuşdur. Bundan başqa, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 MMM-dən Cavabdeh ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 178000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla tutulması və ipoteka predmetlərinə yönəldilməsi qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 1/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia ərizəsinin əsaslandırıcı hissəsindən də görünür ki, iddianın əsaslandığı hal, yəni, 234930 manat vəsaitin xx xxxx 2016-cı il tarixdə “İSSM” MMM-nin əvəzinə İddiaçı1 MMC-nin hesabına mədaxil edilməsi faktı iddiaçıya 1 gün sonra məlum olsa da, iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət olunmuş, müqavilədən irəli gələn öhdəliklər üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş pul vəsaitinin düzəliş edilərək təyinatı üzrə mədaxil olunması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar