Məhkəmə qərarları › İş №e-2-2(113)-2507/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2507/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2507/2024 13.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakın geri qaytarılması və ya pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakın geri qaytarılması və ya pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2019-cu il tarixli, 0247-HBH-GM/19 saylı Konsiqnasiya müqaviləsinə əsasən satılmış 971 manat dəyirindəki 2 ədəd KİXX DX-İİİ İL-18 AZN, 2 ədəd KİXX ATF MULTİ İL -21 AZN, 2 ədəd KİXX MULTİ ATF 4L - 75 AZN, 2 ədəd KİXX ATF DX-Vİ İL - 21 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 4L - 84 AZN, 2 ədəd KİXX CVTF 4L- 96 AZN, 2 ədəd KİXX G1 10W-20 SN OLUS 4L - 78 AZN, 2 ədəd KİXX G1 1OW-20 SN OLUS İL - 22.50 AZN, 2 ədəd KİXX G11OW-30 SN OLUS İL - 19.50 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS "İron Packing" 4L - 72 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS İL - 19 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L - 72 AZN, 2 ədəd KİXX G1 5W-20 SN İL - 18 AZN, 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L - 63 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS İL - 17 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L "İron Packing" - 57 AZN, 2 ədəd KİXX G 10W-40 SL 4L "İron Packing" - 48 AZN, 2 ədəd KİXX G10W-40 SL İL -13.50 AZN, 2 ədəd KİXX G 5W-30 SL 4L - 54 AZN, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4/SL İL - 15 AZN, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4/SL 4L - 56 AZN, 2 ədəd KİXX GEARTEC 75W-90 GL-5 İL - 16.50 AZN, 2 ədəd KİXX GEARTEC 80W-90 GL-5 İL - 15 AZN mallarının, mallar qaytarıla bilmədiyi təqdirdə onların dəyərinin cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC -yə verilməsi barədə qətnamə qəbul ediləsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə:"xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmıştexnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətimizlə əlaqədar fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hüseynov Bayram Hüseyn oğlu (bundan sonra “Alıcı”) ilə bizim aramızda 25 noyabr 2019-cu il tarixli, 0247-HBH-GM/19 saylı Konsiqnasiya müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci maddəsində göstərildiyi kimi müqavilənin icra yeri Bakı şəhər, Xətai rayon, Babək prospektidir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilmiş malları sifarişə uyğun miqdarda və çeşiddə “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu malların əvəzini müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərdə ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin əlavəsinə əsasən cavabdeh Hüseynov Bayram Hüseyn oğluna Cəmiyyətimiz tərə:indən ümumi dəyəri 1093,00 (bir min doxsan üç manat, 00 qəpik) AZN dəyərində məhsul satılmışdır. Konsiqnasiya müqaviləsinin 2.1.4 maddəsinə əsasən “Alıcı” həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müva:iq olaraq 1 saylı əlavəsi ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini “Satıcıya” ödəməli və məhsulları “Satıcıdan” təkrarən alaraq rə:lərdə yerini doldurmalıdır. Həmçinin, sözügedən müqavilənin 3.2-ci maddəsinə əsasən “Alıcı” ödənişi satılan mallar barədə ilk hesabatdan sonra 10 (on) bank günüərzində köçürmə yolu ilə həyata keçirməlidir. Cavabdeh şəxs qeyd olunan məbləğin yalnız 122,00 (bir yüz iyirmi iki manat, 00 qəpik) AZN-lik hissəsini ödəmiş, qalan borcun bugünkü günədək heç bir hissəsini ödəməmişdir. Beləliklə, Cavabdeh müqavilə üzrə əsas borcu 971,00 (doqquz yüz yetmiş bir manat, 00 qəpik) AZN dəyərindədir. Yekun olaraq qeyd edirik ki, 25 noyabr 2019cu il tarixli, 0247-HBH-GM/19 saylı Konsiqnasiya müqaviləsi üzrə Cavabdeh İddiaçı MMCyə toplam 971,00 (doqquz yüz yetmiş bir manat, 00 qəpik) AZN dəyərində borcu mövcuddur. Müva:iq müqavilənin 2.4.3-cü maddəsinə əsasən “Alıcı” tərə:indən bir ay ərzində heç bir satış və ödəniş olmadığı təqdirdə rə:i və məhsulları götürərək müqaviləyə xitam vermək hüququmuz vardır. Həmin maddəyə və Mülki Məcəllənin ərizədə göstərilmiş maddələrinə əsaslanaraq, müəssisəmiz tərə:indən cavabdeh şəxs Hüseynov Bayram Hüseyn oğlu ilə 25 noyabr 2019-cu ildə bağlanılan müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Borclu şəxsin yerdə qalan 971,00 (doqquz yüz yetmiş bir manat, 00 qəpik) AZN dəyərindəki malları geri qaytarması üçün xx.xx.2023-cüil tarixində 0086/23 nömrəli pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.04cümaddəsinə əsasən niniçtəyyiklüm“ və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri”nə iddia müddətlərişamil edilmir. Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərə:lərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müva:iq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 427.3-cümaddəsinə əsasən, əgər öhdəlik onun icrası gününüvə ya icra edilməli olduğu vaxt dövrününəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 427.5-cü maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Bundan əlavə, Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərə:li müqavilənin bir tərə:i müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərə:i öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Müli Məcəllənin 600.4 –cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərə:indən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa təyyiklüm) hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınarəşyaya tutma yönəltmək hüququ vardır. Onu da qeyd edək ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə məhkəmə gedişatı zamanı whatsapp danışı olmuş və cavabdehin səs yazısından da görünür ki, borcun mövcüdluğunu etiraf etmiş və pulun ödəniləcəyinə söz vermişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Satıcı - "xxxx" MMC ilə Alıcı - Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0247-HBH-GM/19 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən mağazanın ünvanı: Bakı şəhəri, Xətai rayonu, Babək pr., “Mobil” Yağlama mərkəzidir.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcının vəzifələrinə daxildir: - Malların satışını həyata keçirməli, - Həftədə ən azı bir dəfə satıcıya satılmış və yenilənməli olan məhsul çeşidləri barədə məlumat verməli - Həftədə bir dəfə satılmış məhsulların bu müqaviləyə müvafiq olaraq 1 və 2 nömrəli əlavə ilə müəyyən edilmiş qiymətlər üzrə dəyərini Satıcıya ödəməli və məhsulları satıcıdan təkrarən alaraq rəflərdə yerini doldurmalı, - Satıcı tərəfindən quraşdırılmış rəf və üzərindəki malları akt əsasında qəbul etməlidir, - Aktla ona təhvil verilmiş məhsullara görə cavabdehlik daşıyır, bu məhsulların zədələnməsi və ya məhv olması riskini öz üzərinə götürür. - Məhsulun satıcıya geri qaytarılması üçün məhsul satışa yararlı vəziyyətdə olmalıdır, əks halda onun qiyməti alıcı tərəfindən tam şəkildə ödənilir.

11. Müqavilənin 2.4.2-ci bəndinə əsasən Satıcı konsiqnasiya məqsədi ilə verilmiş məhsulları təyin edilmiş rəflərdə görmədiyi təqdirdə müqaviləni birtərəfli şəkildə poza və verilmiş məhsulları satış nöqtəsindən geri götürə bilər.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən Alıcı Satıcının təqdim etdiyi malların dəyərini həmin mal satıldıqdan sonra nağd və ya köçürmə yolu ilə ödəyir.

13. Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında 01 saylı xx.xx.2019-cü il tarixli Akta əsasən "xxxx" MMC tərəfindən Cavabdeh cəmi 1093 manat dəyərində mallar təhvil verilmişdir. Aktın birinci səhifəsində imza edən kimi Cavabdeh, ikinci səhifəsinin təhvil aldı hissəsində Fərrux Cəfərov qeyd edilimişdir.

14. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 0046/GM/24 saylı maliyyə arayışına əsasən borclu Cavabdeh ilə İddiaçı MMC arasında olan 926,27 manat məbləğdəki əsas, 166,73 manat məbləğdəki ƏDV məbləği üzrə olan maliyyə dövriyyəsi üzrə borclu tərəfindən 103,39 manat əsas, 18,61 manat ƏDV ödənişi ödənilmişdir. Hazırki maliyyə arayışının tərtib edildiyi günə isə borclunun ümumi olaraq 822,88 manat əsas, 148,12 manat ƏDV olmaqla, ümumilikdə 971 manat borcu yaranmışdır.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(113)-296/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin müvəqqəti təminat tətbiri barədə ərizəsi təmin edilərək Cavabdeh olan 2 ədəd KİXX DX-İİİ 1L- 18 AZN, 2 ədəd KİXX ATF MULTİ 1L -21 AZN, 2 ədəd KİXX MULTİ ATF 4L – 75 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 1L – 21 AZN, 2 ədəd KİXX ATF DX-Vİ 4L – 84 AZN, 2 ədəd KİXX CVTF 4L- 96 AZN, 2 ədəd KİXX G1 1OW-20 SN OLUS 4L – 78 AZN, 2 ədəd KİXX G1 1OW-20 SN OLUS 1L – 22.50 AZN, 2 ədəd KİXX G1 1OW-30 SN OLUS 1L – 19.50 AZN, 2 ədəd KİXX G1 5W-30 SN PLUS “İron Packing” 4L – 72 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 1L – 19 AZN, 2 ədəd KİXX G1 5W-40 SN PLUS 4L – 72 AZN, 2 ədəd KİXX G1 5W-20 SN 1L – 18 AZN, 2 ədəd KİXX G1 5W-20 SN PLUS 4L – 63 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 1L – 17 AZN, 2 ədəd KİXX G1 10W-40 SN PLUS 4L “İron Packing” – 57 AZN, 2 ədəd KİXX G 10W-40 SL 4L “İron Packing” – 48 AZN, 2 ədəd KİXX G 10W-40 SL 1L – 13.50 AZN, 2 ədəd KİXX G 5W-30 SL 4L – 54 AZN, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4/SL 1L – 15 AZN, 2 ədəd KİXX HD1 10W-40 Cİ-4/SL 4L – 56 AZN, 2 ədəd KİXX GEARTEC 75W-90 GL-5 1L – 16.50AZN, 2 ədəd KİXX GEARTEC 80W-90 GL-5 1L – 15 AZN olmaqla cəmi 971 manat təşkil edən əmlaklar siyahıya alınmaqla üzərinə həbs qoyulması qərara alınmışdır.

16. xx.xx.2024-cü il tarixli Xətai Rayon icra şöbəsinin icra məmurları Tural Rəhimov və Ceyhun Həmidov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 16(113)-296/24 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixində Xətai rayonu, Babək prospektində qeyd olunan “Mobil” yağlama mərkəzini axtarıblar, lakin elə bir mağazanın mövcudluğunu tapa bilməyiblər. Bundan sonra icra sənədində adı qeyd olunmuş Cavabdeh ilə telefon əlaqəsi yaradaraq sözügedən icra sənədinin mahiyyəti şifahi qaydada diqqətinə çatdırılıb. Cavabdeh sözügedən mağazanı əvvəllər icarə işlətdiyini və hal-hazırda həmin mağazanı sahibinə təhvil verdiyini və Naxçıvan MR Şərur rayonunda yaşadığını bildirərək Bakıya gələn zaman GMC Group MMC-nin nümayəndəsi ilə görüşüb məsələyə aydınlıq gətiriləcəyini vəd etdi.

17. İşdə CD-disk formatında olan whatsapp-səs və yazışmasından görünür ki, Cavabdeh malları təhvil alan Fərrux Cəfərovu tanıyır və həmin malların dəyərini ödəyəcəyin bildirir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

19. Göründüyü kimi iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

22. Mülki Məcəllənin 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. İşdən göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin yaranmış borc məbləği müqavilənin şərtlərini pozularaq cavabdeh tərəfindən tam olaraq iddiaçıya ödənilməmişdir.

27. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə alqı-satqı müqaviləsindən irəli gəlir. Tərəflər arsında bağlanmış Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı Alıcının sifarişinə uyğun miqdarda və çeşiddə malları Alıcıya satır, Alıcı isə bu malların əvəzini bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və şərtlərlə ödəyir. Göründüyü kimi, satılmış mallar cavabdehə verilmiş və iddiaçının bildirdiyi ki, həmin malların dəyərindən qismən ödənişlər də həyata keçirilmişdir.

28. MPM-nin 222.1-ci maddəsinə görə Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

29. Xətai Rayon icra şöbəsinin icra məmurları Tural Rəhimov və Ceyhun Həmidov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iddiaçının tələb etdiyi əmlakların üzrənə həbs qoyulması barədə verilmiş icra vərəqəsinin icrası zamanı cavabdehin fəaliyyət göstərdiyi nə mağaza, nə də mallar aşkar edilməmişdir.

30. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbində qeyd olunan malların fiziki olaraq iddiaçıya qaytarılması qeyri-mümkün olduğu üçün, iddia qismən təmin edilməli və həmin malların hər birinin dəyəri tərəflər arasında bağlanmış müqavilə və əlavəsində qarşılıqlı razılaşdırıldığı üçün, ödənilməyən malların dəyəri olaraq 971 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 971 (doqquz yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar