Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2510/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X3in Cavabdehnə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, vəkil xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı X3in Cavabdehnə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X3i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12.760 manat məbləğində pul vəsaitinin, 325 manat vəkil order xərcinin, 1.500 manat ixtisaslı hüquqi yardım üçün çəkilmiş xərcinin,cəmi 14.585 manat pul vəsaitinin və iddianın məhkəməyə verilməsi üçün 133.76 manat dövlət rüsumunun əvəzinin tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) ilə fərdi sahibkar X3 (VÖEN: **********) arasında bağlanmış 0442/SC003 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən konsultant texniki sınaqların keçirilməsi və təhlili üzrə xidmətləri göstərməyi, bunun müqabilində isə sifarişçi göstərilən xidmətlərin dəyərini konsultanta ödəməyi öhdəsinə götürmüşdür. Fərdi sahibkar X3 tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə X2 göstərilmiş xidmətlərin dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə göstərilmiş xidmətlərin ümumi dəyəri vergilər daxil olmaqla 12.760 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən X2 bu günə kimi hələ də ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə, o cümlədən müqaviləyə əlavə edilmiş təhvil-təslim aktı tərtib edilmiş və tərəflərin arasında xidmətin təhvil təslimi ilə bağlı heç bir irad olmamışdır. Bundan əlavə, tərəflər arasında təsdiq edilmiş elektron qaimələrdən görünür ki, texniki sınaqlarının keçirilməsi və təhlili üzrə xidmətlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin xidmətlər qaimələrdə göstərilən qiymətlərlə cavabdeh tərəfindən qəbul edilmişdir.Cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair pretenziya göndərilmiş və borc ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilə üzrə yerinə yetirilmişlərə görə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Azərbaycan Republikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş borcun qaytarılması ilə bağlı mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına, eləcə də iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə göndərilməsi ilə bağlı tələblərə riayət etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış 0442/SC003 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehdən 12.760 manat məbləğində pul vəsaitinin, 325 manat vəkil order xərcinin, 1.500 manat ixtisaslı hüquqi yardım üçün çəkilmiş xərcinin, cəmi 14.585 manat pul vəsaitinin və 133.76 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0442/SC003 nömrəli konsultasiya xidmət müqaviləyə əsasən:
9. Müqavilənin 3.1-ci bəndinə əsasən Konsultant Müştərinin Layihəsi çərçivəsində Tapşınq əsasında Texniki sınaqların keçirilməsi və təhlili üzrə xidməti göstərəcəkdir.Layihə çərçivəsində Konsultantdan tələb olunan xidmətə dair ətraflı məlumat tərəflər arasında imzalanan Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə ("Layihənin ümumi Texniki Tapşınq sənədi“) və 2 saylı Əlavədə fÖdənış cədvəli") razılaşdırar.
10. Müqavilənin 3.2-ci bəndinə əsasən bu Müqavilə 10 Yanvar 2024-ci il tarixindən qüvvəyə minir. 31 dekabr 2024-d ilədək qüvvədədir.
11. Müqaviləin 4-cü bəndinə əsasən Sifarişçi aşağıdakı vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürür:
12. Müqavilənin 4.1.3-cü bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar zəruri olan bütün sənədləri və məlumaüan Konsultanta təqdim etməyi;
13. Müqavilənin 4.1.4-cü bəndinə əsasən konsultantın xidmət haqqını Müqavilədə razılaşdırılmış məbləğdə və qaydada ödəməyi;
14. Müqavilənin 4.1.5-ci bəndinə əsasən müqavilənin digər şərtlərindən və Qanunvericilikdən irəli gələn hər hansı başqa öhdəlikləri yerinə yetirməyi.
15. Müqavilənin 6.3-cü bəndinə əsasən konsultant tərəfindən yerinə yetiriləcək xidmətlərin ümumi dəyəri 3010 AZN Gross təşkil edir.
16. Müqavilənin 6.4-cü bəndinə əsasən xidmət haqqı müvafiq tapşırıqların Müştəri tərəfindən təhvil alındıqda, müştəri tərəfindən ödəniş edildikdən sonra 30 iş günü ərzində, Konsultant tərəfindən qanunauyğun ödəniş sənədlərinin təqdimindən sonra Sifarişçi tərəfindən ödəniləcəkdir.
17. Müqavilənin 6.5-ci bəndinə əsasən xidmət Konsultantın bank hesabına köçürmə yolu ilə həyata keçiriləcəkdir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılmalıdır.
18. İddiaçı tərəfindən 3520 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli EBDY926859 saylı e-qaimə, 5720 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli, EBEA133781 saylı e-qaimə və 12760 manatlıq xidmətə dair xx.xx.2024-cü il tarixli EBEC779581 saylı e-qaimə tərtib edilmişdir.
19. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzə əsasən cavabdeh tərəfindən EBDY926859 saylı e-qaimə üzrə 3520 manat məbləğində, EBEA133781 saylı e-qaimə üzrə 5720 manat məbləğində ödənişlər edilmişdir.
20. İddiaçıya məxsus xx.xx.2024-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh şirkət tərəfindən xx.xx.2024-cü il tarixdə 3520 və 5720 manat məblğində pul vəsaitləri köçürülmüşdür.
21. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
22. İşin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzrə göstərilmiş konsultasiya xidmətlərinə görə cavabdehin ona 12760 manat məbləğində borcunun olmasını iddia edir və həmin borcun ödənilməsini tələb edir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;
25. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Belə ki, müqavilə üzrə sifarişçinin tapşırığı ilə icraçı müvafiq xidmət verilməsini və göstərmiş olduğu xidmətə görə xidmət haqqı müəyyən edilmişdir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
28. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
29. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
30. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 783.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
32. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış, xidmətlərin göstərilməsinə dair "Offshore monthly timesheet" adlı sənəd imzalanmış, iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilmiş və həmin qaimələr üzrə qismi ödənillər edilmişdir.
33. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
35. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 12760 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
36. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iş üzrə 133,76 manat məbləğində dövlət rüsumu xərci, 325 manat vəkil xərci və 1500 manat məbləğidnə hüquqi yardım xəricinin cavabdehdən tutulması xahiş edilmişdir (həmin ödənişləri təsdiq edən sübutlar iş materiallarına əlavə edilmişdir).
37. Azərbaycan Respublikası MPM-in:
38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.
40. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
42. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq 133,76 manat məbləğində pul vəsaiti, 325 manat vəkil xərci və 1500 manat məbləğində hüquqi yardım xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 12.760 manat əsas borc məbləği, vəkil orderi xərcinin əvəzi olaraq 325 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1500 manat və dövlət rüsumunun əvəzi olaraq 133,76 manat tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova