Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2528/2023 20.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X6 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı protokolun və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə 13 fevral 2017-ci il tarixdə tərtib edilmiş 10/07 saylı Protokolun, AR ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən PX seriyalı ******* nömrəli Çıxarışın və mülkiyyət hüququna dair qeydin rəsmi reyestrdə ləğv edilməsinə və cavabdehlərdən vüştərək qaydada 400 manat mediasiya xidmət haqqının alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını belə əsaslandırmışdır ki, Bakı şəhər Nizami rayon məhkəməsi 2(007)- 2178/2016 saylı iş üzrə 28 iyun 2016-cı il tarixli qiyabi qətnaməsilə X1 və X2 müştərk qaydada 126693,32 ABŞ dolları əsas borc, 52443,6 ABŞ dolları faiz borcu və 66261 ABŞ dolları dəbbə borcu, cəmi 245397,92 ABŞ dolları kredit borcunun alınması, Bakı ş, Nizami rayonu, Bəhruz Nuriyev küç, 29 ünvanda yerləşən 70,9 m2 ümumi sahəsi olan yarımzirzəmi və yerüstü mərtəbənin 120000 manat ilkin satış qiymətilə açıq hərracdan satılmaqla borcun ödənilməsini qət etmişdir. Qətnamə əsasında icra vərəqəsi tərtib edilərək icra üçün Nizami İcra Şöbəsinə verilmiş, hərrac keçirilmiş və ipoteka predmeti xx.xx.2017-ci il tarixdə 10/07 saylı Protokolla 76 500 manata ipoteka saxlayan tərəfindən alınmış və on RX seriyalı ******* nömrəli Çıxarışla mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh tərəfindən qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə verilmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Daha sonra Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-171/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 370128,81 ABŞ dolları kredit borcunun alınması və ipoteka predmetinin 120000 manat ilkin satış qiymətilə açıq hərracdan satılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsində tərəflər arasında Barışıq Sazişi bağlanmışdır. Bakı Apellyasiya Məhkəməsi icraatında olan 2(103)-11256/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli X4 təsdiq etmiş, eyni zamanda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-171/20218 saylı iş üzrə xx.xx.2018-ci il tarixli qətnaməsini ləğv etmişdir. Daha sonra Barışıq Sazişinin şərtləri icra edilmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsi tərtib edilərək Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmiş və icra məmurunun sifarişi əsasında hərrac keçirilmişdir. İlkin və təkrar hərracda iştirakçı olmadığına görə əmlak ipoteka saxlayana təklif edilmiş və 10 iyun 2022-ci il tarixli 62/22 saylı Protokolla tərəfimizdən əldə edilmiş və mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq reyestr xidmətinə müraciət edilmiş, AR İN yanında ƏMDX DƏDK və Reyestri X6 xx.xx.2022-ci il tarixli məktubu ilə əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasından həmin əmlak barədə iddiaçının xeyrinə mülkiyyət hüququnun artıq qeydə alınması səbəbilə imtina edilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11256/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.2017-ci il tarixli 10/07 saylı Protokolun hüquqi əsası olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)- 2178/2016 saylı iş üzrə 28 iyun 2016-cı il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi ilə əlaqədar qeyd edilən Protokol və İpoteka saxlayanın adına qeydə alınmış mülkiyyət hüququna dair qeyd ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1 və 236-1.3-cü maddələrinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsini nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata götürülməsindən imtina edilməlidir, belə ki, qanunvericiliyə əsasən iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan, həmin yekun məhkəmə aktı icraya yönəldikdən sonra qətnamə ləğv edildikdə aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi icraya yönəldikdən, ipoteka predmeti protokolla ipoteka saxlayan tərəfindən alındıqdan və müvafiq çıxarış aldıqdan sonra cavabdehin ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdə qiyabi qətnamə ləğv edilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2018ci il tarixdə yeni qətnamə qəbul edilsə də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə sözügedən qətnamə ləğv edilmiş və tərəflərin arasında imzalanmış barışıq sazişi təsdiq edilmişdir. Göründüyü kimi icra edilmiş qətnamə ləğv edildikdə MPM-nin maddəsinə əsasən işdə iştirak edən şəxslərin icrada dönüş haqqında ərizəsinə ləğv edilmiş qətnaməni çıxaran məhkəmə baxaraq müvafiq qərardad çıxarır, bu isə o deməkdir ki, ləğv edilmiş qətnamənin icrası ilə əlaqədar əldə edilmiş sənədlərin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə deyil, MPM-nin 236-1 maddəsinə əsasən ləğv edilmiş qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edilməli və həmin ərizəyə iddia icraatı qaydasında deyil, məhkəmə və digər orqanların qərarlarının icrası qaydasında baxılmalıdır. Odur ki, ləğv edilmiş qətmanəsinin icrası ilə əlaqədar əldə edilmiş sənədlərin ləğv edilməsi ilə bağlı müraciətlərə iddia icraatı qaydasında deyil, məhz MPM-nin 236-1 maddəsinə əsasən digər orqanların qərarlarının icrası qaydasında baxılması əsası ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X6 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı protokolun və çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: iddiaçı "xxxx" MMC-nin cavabdehlər ”Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri” X6 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC-yə qarşı protokolun və çıxarışın ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2528/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2528/2023
20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver