Məhkəmə qərarları › İş №e-2-2(113)-2532/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2532/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2532/2024 16.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarş kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC tərəfindən malların təqdim edilməsinə görə 2451.96 manat məbləğində ƏDV daxil olmaqla 16073,96 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 411648 nömrəli; 1831,46 manat məbləğində ƏDV olmaqla 12006,26 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 547139 nömrəli; 1721,38 manat məbləğində ƏDV daxil olmaqla 11284,58 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 547670 nömrəli; 1811,45 manat məbləğində ƏDV daxil olmaqla 11875,05 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 547854 nömrəli; 2031,62 manat məbləğində ƏDV volmaqla 13318,42 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 737675 nömrəli; 2146,72 manat məbləğində ƏDV daxil olmaqla 14072,92 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 738026 nömrəli; 2328,86 manat məbləğində ƏDV daxil olmaqla 15266,98 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 738286 nömrəli; 2617,09 manat məbləğində ƏDV daxil olmaqla 17156,49 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 804590 nömrəli; 2502 manat məbləğində ƏDV volmaqla 16402 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 804318 nömrəli; 3002,4 manat məbləğində ƏDV daxil olmaqla 19682,40 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 804183 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.357,28 manat məbləğində borcun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160 manat məbləğində pul vəsaitinin, ümumilikdə 23.517,28 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə “X2” MMC arasında aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə İddiaçı MMC tərəfindən cavabdeh şirkətə dəmir metal qırıntıları təhvil verməli və əvəzində təhvil verilmiş malın dəyəri “X2” MMC tərəfindən ödənilməli idi. Qeyd olunan Müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdeh Şirkətə ümumilikdə 901.431,86 manat + 162.257,72 manat (ƏDV) dəyərində mal təqdim edilsə də,“X2” MMC tərəfindən ümumilikdə 901.434,48 manat +138.900,44 manat (ƏDV) vəsait ödənilmişdir. Hazırda Cavabdeh MMC-nin (əvvəlki adı X2” MMC) İddiaçı MMC-yə 23.357,28 manat məbləğində borcu vardır. Göstərilən borcun ödənilməsi təklifi ilə Cavabdeh MMC-yə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu günə qədər borc məbləği ödənilməmiş,cavabdeh şirkət tərəfindən üzərinə götürdüyü öhdəlik icra edilməmişdir. Tərəflərindən həmçinin müvafiq pretenziya iləCavabdeh MMC-yə müraciət edilərək, borclu olduqları 23.357,28 manat məbləğində pulun İddiaçı MMC-yə ödəmələri təklif edilsə də, borc məbləğ ödənilməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən üzərinə düşən öhdəlik bu günədək yerinə yetirilməmiş və müqavilənin şərtləri kobud şəkildə pozulmuşdur. Qeyd edildiyi kimi cavabdeh şirkətin üzərinə götürdüyü öhdəliyi icra etməməsinə baxmayaraq, cavabdeh şirkət tərəfindən əsassız şikayətlərlə aidiyyatı hüquq mühafizə orqanlarına müraciətlər edilərək, guya İddiaçı MMC-nin Cavabdeh MMC-yə borcu olması kimi əsassız fikirlər səsləndirilmişdir.

5. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 399.1, 425.1, 430.1, 442, 443.1-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

6. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 7.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Əvvəlki məhkəmə iclasında verdiyi izahatda cavabdehin nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə borcun olması faktını qəbul etmiş, lakin cavabdeh şirkətin fəaliyyətini müvəqqəti dayandırması səbəbilə ödəniş edilməsinin mümkün olmadığını bildirmişdir.

MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

TƏTBİQ EDİLƏN HÜQUQ

12. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. AR MPM-in: -106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

V. MƏHKƏMƏNİN MÖVQEYİ

14. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

15. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etmiş, cavabdeh isə həmin malların dəyərini tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 23.357,28 manat məbləğində ƏDV borcu yaranmışdır. Cavabdehin qanuni təmsilçisi iştirak etdiyi sonuncu məhkəmə iclasında verdiyi izahatında iddiaçıya sözügedən məbləğdə borclarının olması faktını etiraf etmişdir.

16. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən aldığı malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 23.357,28 manat məbləğində ƏDV borcu tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 160,1 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

18. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 160,1 manat təşkil edir.

19. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,1 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 23.357,28 manat məbləğində ƏDV borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 160,1 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar