Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2536/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2021-ci il tarixində MD-004/21-050 saylı ödəmə terminallarının quraşdırılması və əməkdaşlıq haqqında müqaviləyə əsasən ödənilməli olan 27234,69 manat məbləğində pul vəsaiti və tərəflərindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2021-ci il tarixində MD-004/21-050 saylı ödəmə terminallarının quraşdırılması və əməkdaşlıq haqqında müqavilə tərtib olunmuşdur. Belə ki, həmin Müqaviləyə əsasən cavabdeh öz mülkiyyətində və ya qanuni əsaslarla istifadəsində olan qeyri-yaşayış sahəsinin 1 kv.metr hissəsini “Emanat” əmtəə nişanlı ödəniş terminallarının quraşdırılması və istifadəsi təyinatı üzrə iddiaçıya verməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Bakı, Sumqayıt və Abşeron rayonları istisna olmaqla, digər rayonlarda yerləşən mağazalarda quraşdırılmış ödəmə terminalları üzrə cavabdeh hər bir terminal üzrə aylıq gəlirin 500 manatdan aşağı olmamasına zəmanət verir. Aylıq gəlir bu məbləğdən aşağı olduğu halda, cavabdeh geri qalan məbləğin iddiaçıya ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə qüvvədə olduğu müddət ərzində cavabdehin müqavilənin 2.2-ci bəndinin tələblərinə əsasən qalıq məbləğlərin ödənilməsi üçün tərəfimizdən dövri olaraq üzləşmə aktları tərtib edilmiş, imzalanması üçün qarşı tərəfə göndərilmişdir. 2022-ci il tarixində tərtib edilən üzləşmə aktları cavabdeh tərəfindən imzalanıb ödənilsə də, 2023cü ildə göndərdiyimiz üzləşmə aktları və sözügedən borcların ödənilməsi ilə əlaqədar göndərilən elektron qaimə-fakturalar heç bir səbəb göstərilmədən geri qaytarılmışdır. Bu müqaviləyə əsasən cavabdehin bu günə kimi qeyd olunan Müqavilə üzrə 27234.69 manat borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə xx.xx.2022-ci il tarixli təhvil aktları (5 ədəd) tərəflərin imza və möhürləri ilə təsdiq edilmiş, təqdim edilmiş xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Hazırkı təhvil aktlarını cavabdeh imza etməkdən imtina etmiş, iddiaçı tərəfindən həmin aktlarla bağlı göndərdiyi elektron qaimələri geri göndərmişdir. Təqdim etdikləri aktlar iddiaçının şəxsi kompüter sistemindən (proqram) çıxarışlar əsasında tərtib edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı təqdim edə biləcəkləri başqa sübut yoxdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (ikinci tərəf) və cavabdeh (birinci tərəf) arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli MD-004/21-050 nömrəli ödəmə terminallarının quraşdırılması, əməkdaşlıq haqqında müqaviləyə əsasən birinci tərəf müqavilənin 1 saylı əlavəsində göstərilmiş ünvanlarda yerləşən mülkiyyətində və (və ya) qanuni əsaslarla istifadəsində olan qeyriyaşayış sahəsinin 1 kv.m hissəsini “eManat” əmtəə nişanlı ödəniş terminallarının quraşdırılması və istifadəsi təyinatı üzrə ikinci tərəfə verəcək. Terminalların quraşdırılma tarixi, sahənin müqavilə şərtlərinə tam hazır olmasından sonra müvafiq akt əsasında təsdiqlənəcək.
8. Müqavilənin 2.1-ci bəndinə əsasən Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yerləşən mağazalarda quraşdırılmış ödəmə terminalları təmənnasız olaraq quraşdırılmışdır.
9. Müqavilənin 2.2-ci bəndinə əsasən Bakı, Sumqayıt və Abşeron rayonları istisna olmaqla digər rayonlarda yerləşən mağazalarda quraşdırılmış ödəmə terminalları üzrə birinci tərəf ikinci tərəfə hər bir termminal üzrə aylıq gəlirin 500 manatdan aşağı olmamasına zəmanət verir. Aylıq gəlir bu məbləğdən aşağı olduğu halda birinci tərəf geri qalan məbləğin ikinci tərəfə ödənilməsini öz öhdəsinə götürür.
10. İddiaçı və cavabdeh arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022ci il tarixli MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 01 saylı Əlavə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 4526,86 manat müəyyən edilmişdir.
11. İddiaçı və cavabdeh arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 02 saylı Əlavə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 4255,92 manat müəyyən edilmişdir.
12. İddiaçı və cavabdeh arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022ci il tarixli MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 03 saylı Əlavə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 3548,96 manat müəyyən edilmişdir.
13. İddiaçı və cavabdeh arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022ci il tarixli MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 04 saylı Əlavə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 3507,15 manat müəyyən edilmişdir.
14. İddiaçı və cavabdeh arasında imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2022ci il tarixli MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 05 saylı Əlavə xx.xx.2022-ci il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 3443,35 manat müəyyən edilmişdir.
15. İddiaçı tərəfindən cavabdehə EBCH 123844 nömrəli xx.xx.2022-ci il tarixli 22753,04 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
16. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya EBCH 126952 nömrəli elektron qaimə-fakturaya əsasən 8474,58 manat ödənilmişdir.
17. 30.01.2023-ci il tarixli ödəniş tapşırığı ilə cavabdeh tərəfindən iddiaçıya EBCH 123844 nömrəli elektron qaimə-fakturaya əsasən 10807,66 manat ödənilmişdir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Belə ki, iddia ərizəsinə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız qarşılıqlı üzləşmə aktları əlavə edilmişdir ki, həmin aktlar imzasız və möhürsüz olmaqla iddiaçı və cavabdeh tərəfindən təsdiq edilməmişdir.
20. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 6 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1906,38 manat müəyyən edilmişdir.
21. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 7 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1630,49 manat müəyyən edilmişdir.
22. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 8 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1758,63 manat müəyyən edilmişdir.
23. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 9 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1764,64 manat müəyyən edilmişdir.
24. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 10 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 2075,12 manat müəyyən edilmişdir.
25. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 11 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 1632,12 manat müəyyən edilmişdir.
26. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 12 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 2665,17 manat müəyyən edilmişdir.
27. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 13 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 2840,04 manat müəyyən edilmişdir.
28. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 14 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 3114,45 manat müəyyən edilmişdir.
29. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 15 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 4255,52 manat müəyyən edilmişdir.
30. MD-004/21-050 nömrəli 01 dekabr 2021-ci il tarixli müqaviləyə 16 saylı Əlavə xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktında cavabdeh tərəfindən iddiaçıya ödənilməli məbləğ 3592,13 manat müəyyən edilmişdir.
31. Məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş həmin imzasız üzləşmə aktları 01 dekabr 2021-ci il tarixli MD-004/21-050 nömrəli müqavilə üzrə cavabdehin borcunu təsdiq edən mötəbər sübut hesab edilə bilməz.
32. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
33. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
34. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların (aktlarda göstərilmiş yığımlar və aylıq gəlirlərə dair sübutlar) təqdim edilməsi iddiaçıya dəfələrlə təklif edilsə də, iddiaçının nümayəndəsi təqdim edə biləcək başqa sübutlarının olmadığını bildirmişdir.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilə üzrə 2022-ci ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ikitərəfli təhvil aktları tərtib edilmiş, həmin aktlar üzrə cavabdeh tərəfindən iddiaçıya elektron qaimə təqdim edilmiş, qaimə cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir.
36. Hazırda iddiaçı 2022-ci ilin iyun-dekabr, 2023-cü ilin yanvar-aprel ayları üzrə cavabdehə məxsus mağazalarda quraşdırılmış ödəniş terminalları üzrə iddiaçının aylıq gəlirlərinin müqavilənin 2.2-ci bəndinə əsasən 500 manatdan aşağı olması səbəbindən çatışmayan məbləğin cavabdeh tərəfindən ödənilməli olmasını tələb etsə də, iddiaçının həmin aylar üzrə yığımlarını, yığımlardan gəlirlərin hansı qaydada hesablanmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmədiyini, işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin borcu olmasını təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 6 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
38. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
40. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93).
41. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 172 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 172 (bir yüz yetmiş iki) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova