Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2536/2025 19.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: qazın alqı-satqı müqaviləsi, borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçının hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1080 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1ində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. ünvan 1ində yerləşən 0.048 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətdə olmasına dair DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həmin həyətyanı torpaq sahəsində çayxana fəaliyyət göstərir və həmin çayxananın öz qaz xətti və öz sayğacı vardır. Həmin çayxanada olan qaz sayğacı da iddiaçının adınadır. İddiaçı tərəfindən mütəmadi olaraq qaz pulu vaxtlı-vaxtında ödənilmişdir. Qaz sayğacı həmin çayxanaya çoxdan qoyulmuş və heç bir problem də olmamışdır. Cavabdeh X1 RQİİ-nin əməkdaşları da hər ay gəlib sayğacı yoxlamışlar. 01.09. 2021-ci il tarixdə Cavabdeh X1 RQİİ-nin əməkdaşları çayxnada olan sayğacı dəyişdirirmişlər. Çayxanada fəaliyyət göstərən X7 sayğacın nə üçün dəyişdirildiyini soruşduqda Cavabdeh X1 əməkdaşları ona bildirmişlər ki, həmin sayğac köhnəlib və o, növbəti dövlət yoxlamasına göndərilməlidir. X7 də buna etiraz etməmiş və həmin vaxt onun yanında Cavabdeh Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən Elestr tipli, G-4 markalı, ******* nömrəli sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Köhnə sayğac dəyişdirilərkən sayğac tam işlək vəziyyətdə olmuş və üzərində heç bir əzik və ya müdaxilə olmamışdır. Bunu Cavabdeh X1 RQİİ-nin əməkdaşları da görmüşlər. Elestr tipli, G-4 markalı, ******* nömrəli sayğac dəyişdirildikdən sonra sayğacın dəyişdirilməsi barədə Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən yerindəcə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və X7 də həmin akta imza etmişdir. Son 2 ay ərzində qaz borcu ödənilərkən iddiaçıya məlum olmuşdur ki, onun Cavabdeh İstehsalat Biriliyinə guya 1080 manat məbləğində borcu vardır. Borcun nədən yarandığını öyrənmək üçün Cavabdeh X1 RQİİ-nə getmiş və orda ona bildirmişlər ki, köhnə sayğaca baxış keçirilərkən guya sayğacın hesablama mexanizminin qapağının üzərinə vurulan plomb aşkar olunmamışdır və sayğac istismara yararsızdır. Bununla bağlı xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Halbuki, iddiaçının belə bir aktdan xəbəri olmamış və onu aktla heç kim tanış etməmişdir. Elestr tipli sayğac Cavabdeh X1 RQİİ-nin əməkdaşları tərəfindən açılaraq dəyişdirilmiş və həmin vaxtı sayğacda hər hansı bir müdaxilə olmamışdır. Sayğacın qapağındakı plombda hər hansı bir xarici müdaxilə olsaydı, bu barədə tərtib etdikləri xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın “sayğacın və plombların toxunulmazlığına cavabdeh şəxs” qrafasında qeyd edər və bu barədə hər hansı bir məlumat verərdilər. Göründüyü kimi, həmin aktda belə bir qeyd yazılmamışdır. Bundan başqa, qaz sayğacı çayxananın həyətindən kənarda yerləşdiyindən qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının “Qazdan istifadə Qaydaları”nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq istehlakçı yox, paylayıcı Cavabdeh İstehsalat Biriliyi daşıyır. Təqsirli şəxs müəyyən edilmədən, qanunsuz olaraq, Dövlət Laboratoriya rəyinə əsasən Cavabdeh Lənkəran X5 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli cərimə aktı tərtib edilmişdir. Bundan başqa, qaz sayğacının üzərində plomb ola-ola iddiaçı qaz sayğacına necə müdaxilə edə bilərdi. Aydın məsələdir ki, bu, mümkün deyil. Ona görə də hesab edilir ki, Lənkəran X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qanunsuzdur və həmin akt əsasında hesablanmış 1080 manat məbləğində cərimə silinməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1, 4.3, 26.1, 76.1, 76.2, 150.2-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.2, 4.7, 4.8, 4.9, 6.7, 8, 9-cu bəndlərinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavadova X2 rayonu, Kərgəlan kəndində yaşamaqla, Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00010 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus qeyriyaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən İddiaçı həyatyanı torpaq sahəsində fəaliyyət göstərən çayxana üçün quraşdırılmış G-4 markalı, ******* saylı sayğaca baxış keçirilərkən sayğacın hesablanma mexanizminin qapağına vurulan plomb aşkar olunmamış, sayğac istismara yararsız hesab edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 4320 kub metr hesablanmışdır. Belə ki, bu hesablanma Azərbaycan Respublası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli “Qazdan istifadə qaydaları”nın 6-cı maddəsinin 5-2 yarım bəndində “istehlakçı tərəfindən qazın talanması məqsədi ilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda və sair hallarda) qaz paylayıcı tərəfindən pozuntu aradan qaldırılmalı və bu qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir.
6. İddiaçı tərəfindən cavabdehin etirazına etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndəsi etirazında qeyd edir ki, guya Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus qeyri-yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən, fiziki şəxs kimi fəaliyyət göstərən, istehlakçı İddiaçı həyatyanı torpaq sahəsiində çayxanada quraşdırılmış G-4 markalı, ******* saylı sayğaca baxış keçirilərkən sayğacın hesablanma mexanizminin qapağına vurulan plomb aşkar olunmamış, sayğac istismara yararsız hesab edilmişdir. Bununla bağlı qeyd edilir ki, Lənkəran X5 İdarəsinin Lənkəran Xidmət Sahəsinin əməşdaşları çayxanda quraşdırılmış G-4 markalı, ******* saylı sayğaca xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə baxış keçirmişlər və bununla bağlı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib etmişlər. Sayğacın dəyişdirilməsinə səbəb sayğacın növbəti dövlət yoxlamasına göndərilməsi olmuşdur. Həmin aktda Cavabdeh nümayəndəsinin etirazında qeyd etdiyi kimi, guya sayğacın hesablama mexanizminə vurulan plombun aşkar olunmaması qeyd olunmamışdır. Əgər sayğacın hesablama mexanizmində plomb olmasaydı, onlar bunu həmin aktın digər qeydlər hissəsində yazardılar. Göründüyü kimi, belə bir qeyd aparmamışlar. Cavabdeh nümayəndəsi etirazında qeyd edir ki, guya iddiaçı qaz sayğacına müdaxilə etmişdir və həmin sayğacın hesablama mexanizmində plomb aşkar edilməmişdir. Bununla bağlı qeyd edilir ki, sayğac çayxananın həyətində deyil, kənarda quraşdırılmışdır və qaz sayğaclarının təhlükəsizliyinə və işlək vəziyyətdə saxlanmasına Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarının “Qazdan istifadə Qaydaları”nın 4.8 bəndinə və qaz Təchizatı haqqında digər qanunvericilik aktlarına görə fiziki şəxs olaraq istehlakçı yox, paylayıcı Cavabdeh İstehsalat Biriliyi daşıyır. Bundan əlavə, sayğacın Lənkəran Xidmət Sahəsinin əməşdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan iddiaçının xəbəri olmamış və həmin aktla onu heç kim tanış etməmişdir. Halbuki, həmin aktın bir nüsxəsi də iddiaçıya təqdim edilməli idi. Özləri akt tərtib edib, 1080 manat itirilmiş qazın dəyərini hesablayıblar. Hesab edilir ki, iddia ərizəsində və etirazda qeyd edilən hallar və sübutlar iddianın təmin edilməsi üçün kifayətdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPMnin müvafiq maddələrinə uyğun olaraq Cavabdeh nümayəndəsi tərəfindən iddia tələbinə dair etirazının qəbul edilməməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Tərəflərə Cavabdeh İB-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MS-29/1640-03213-17 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın məzmunundan müəyyən olunur ki, İddiaçı məxsus G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sınaq qurğusunun nəticəsinin xəta normalarına uyğun olmadığı qeyd edilmişdir.
7. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın məzmunundan müəyyən olunur ki, İddiaçı məxsus Kərgəlan kəndində yerləşən çayxanaya G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. Akt istehlakçının nümayəndəsi qismində Nurullayev Ülvi tərəfindən imzalanmışdır.
8. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın məzmunundan müəyyən olunur ki, baxış keçirilən zaman sayğaşın hesablama mexanizminin qapağına vurulan plomb üzərində aşkar olunmamış, sayğac istismarı yararsız hesab edilmiş, itirilmiş qazın bərpa edilməsi tələb edilmişdir. Akt yalnız Cavabdeh İB-nin nümayəndələri tərəfindən imzalanmışdır. Aktda “istehlakçının nümayəndəsi” qrafasının qarşısı boşdur (ad soyad, imza və s. məlumatlar yoxdur).
9. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5- 10389/Q003 nömrəli qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə aktın məzmunundan müəyyən olunur ki, İddiaçı məxsus G-4 markalı, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağına vurulan plomb üzərində aşkar olumamış, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir.
10. Cavabdeh tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin məzmunundan müəyyən olunur ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5- 10389/Q003 nömrəli aktına əsasən G-4 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan plombun üzərində aşkar olunmadığı və istismara yarasız olduğu qeyd edilmişdir. G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamənin əsası kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın məzmunundan müəyyən olunur ki, ünvan 1ində yerləşən, ümumi sahəsi 0,048 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
12. İddia tərəfindən iş materiallarına daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış, torpaq sahəsinin planı və ölçüsü əlavə edilmişdir.
13. xx.xx.2024-cü il tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00010) 2023-cü ilin oktyabr ayı üçün akt əsasında hesablanmış borcun məbləği 1080 manat təşkil edir. Həmçinin müəyyən olunur ki, həmin ay üçün əlavə olaraq qaz sərfiyyatına görə 52,75 manat məbləğində debütor borc hesablanıbdır. Tətbiq edilən hüquq
14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi
18. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında təbii qazın alqısatqısından irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən ödənişlər həyata keçirilmişdir. Müəyyən olunur ki, cavabdehin səlahiyyətli nümayəndələri tərəfindən iddiaçının fəaliyyət göstərdiyi obyektə aid sayğaca baxış keçirilərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, aktda sayğaşın hesablama mexanizminin qapağına vurulan plombun üzərində aşkar olunmadığı, sayğacın istismarının yararsız hesab edilməsi, itirilmiş qazın bərpa edilməsinin tələb edilməsi qeyd edilmişdir. Eyni zamanda həmin akt yalnız Cavabdeh İB-nin nümayəndələri tərəfindən imzalanmışdır və aktda “istehlakçının nümayəndəsi” qrafasının qarşısı boş qoyulmuşdur (ad soyad, imza və s. məlumatlar, imza yoxdur). Bu da iddiaçının belə bir aktdan xəbərinin olmadığı və onu aktla heç kimin tanış etmədikləri ilə bağlı qeyd etdiklərinin düzgünlüyünü təsdiq edir. Həmin akt əsasında iddiaçıya 1080 manat borc hesablanmışdır.
19. İddia tələbi cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında iddiaçının hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qaz və onun dəyəri olan 1080 manat məbləğində borcun silinməsindən ibarətdir.
20. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.
21. Belə ki, əvvəla, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir və həmin məbləğ iddiaçıdan tutula bilməz. Eyni zamanda nəzərə alınır ki, 2023-cü ilin oktyabr ayı üçün əlavə olaraq qaz sərfiyyatına görə 52,75 manat məbləğində debütor borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonentin sərfiyyatı əksər hallarda elə 50 manat civarında olmuşdur. Belə ki, müvafiq olaraq 2023-cü ilin sentyabr ayı üçün 44 manat, noyabr ayı üçün 47 manat, dekabr ayı üçün 96 manat, 2024-cü ilin yanvar ayı üçün 118,5 manat, fevral ayı üçün 47,5 manat məbləğində və s. qaz sərfiyyatı olmuşdur. Belə olan halda 2023-cü ilin oktyabr ayına əlavə olaraq 1080 manat məbləğin hesablanması aydın və anlaşılan deyil.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən tərtib edilən akt və onun hüquqi nəticələri qanunsuz olunduğundan, iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) məbləğində borc İddiaçınun **********00010 saylı abonent hesabından silinməlidir (gəlinən nəticə elə iddiaçının hesabına işlənmiş 4320 kub metr itirilmiş təbii qazın silinməsini də özündə ehtiva edir).
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1080 (min səksən) manat məbləğində borc İddiaçı **********00010 saylı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova